Oxatan.com » İstifadəçilər » oXchu

oXchu

Adı:
Qeydiyyat tarixi: 6 Fevral 2008 21:50
Sayta axırıncı viziti: 27 Avqust 2008 15:01
Qrupu: Admin

Reytinqi:
  • 0


Ünvan:
ICQ:
Özü haqda yazdıqları:


Xəbərlərinin sayı: 123
Şərhlərinin sayı: 129 [ Son göndərilən rəylər ]

[ E-məktub yaz ] [ Şəxsi ismarıc ]

Mart 06

Ustune dinqildat.

Yəqinki çoxumuz belə edirik. Məndə etmişəm. Mənim üçün əhəmiyyəti olmayan bir yerlərə üzv olmaq üçün bir e-mail ünvanı açmışam. Beləcə spamdan az əziyyət çəkirəm. Həmin mailə gələn mesajlarda mənim üçün əhəmiyyətsiz olduğu üçün ayda bir dəfə filan daxil olub yoxlayıramki bağlanmasın. Bu gün həmin mailə gələn bir mesaj diqqətimi çəkdi. Bizim tanınmış " əyləncə saytı" bloglarımızdan birindən gələn mesajdır. İstədim e-mailin məzmunu ilə sizi də tanış eliyəm. Həmdə bir iki cümlə ilə şərh verəm.
Haqqında bir az da yazmaq istədiyim başqa bir şey isə bu gün gördüyüm başqa bir saytdır. Ətraflı oxuyaq.

Tags:

Mart 05

Ustune dinqildat.

Guya 2008`in ən yaxşı saytını seçmək üçün təşkil olunmuş yarışma başladı. Əksərən nəticələri ilə razılaşmadığım müsabiqə. Bu barədə narazıçılığımı yazmaqla bəlkədə bitməz. Ya da ən yaxşısı sona çatana kimi ara-ara yazım. Ürəyim boşalmış olar. Müsabiqə barədə qısaca deyə bilərəmki 2005`dən başlayıbdı. Guya Azərbaycan internetinin ən yaxşı saytlarını seçir. Adına baxmayına Azərbaycan dediklərinə saytınız rusca olsada olar. Vallah keçən illərdə dilimizə qoyduqları hörmət belə idi. Ötən illərin qalibləri barədə məlumatları alın: 2005 , 2006, 2007 qalibləri. Əgər Netty`nin əyriliklərini bir az da görmək istəsəniz ətraflı oxuyun.

Tags:

Mart 04

Ustune dinqildat.

İnternet aləmində rəqabət getdikcə güclənir ( bizdən fərqli olaraq ). Google barədə isə deyərdimki hər gün yeni bir məlumat oxuyuram. Artıq google`un deyərdimki fanatları bizim bu şou-biznesdəki müğənnilərin fanatlarından daha çoxdur. Hətta bloqdaşlarımızdan olan Blogran`da belə görürəmki google`a çox isti münasibət bəsləyir.
Bundan əvvəl Google barədə çeşidli məlumatlar vermişdik. Bu dəfə də o Yahoo`nu sıxışdırıb. İnternet browserlərdən biri olan Opera ilə əməkdaşlığa başlayıbdı. Bildiyimiz kimi Operanın mobil telefonlar üçün xüsusi dəstəkləyici modelləri var idi. Bunlarda axtarış edən zaman Yahoo üzərindən axtarış edirdi. News.com'daki xəbərə görə artıq  operanın mobil məhsulları Opera Mobile ile Opera Mini də axtarışı google üzərindən edəcək. Nə deyim xeyirli olsun.

Tags:

Mart 03

Növbəti AnketFikirləşdimki keçirdiyimiz sorğu anketini bu gün sonlandırıb yeni anketə start verəm. Elə yeni anketdə bir növ əvvəlkinin davamı olacaq demək olar. Əvvəla keçmiş sorğuya bir iki şərh vermək istəyirəm sonrada ilk anketdə ən çox səs toplayan variantla bağlı növbəti səsvermədə iştiraka dəvət edəcəm. Madamki fikirləşirsiniz sürətli ineternetə ehtiyacımız var, onda sorğudaki hansı provayderi tövsiyyə etdiyinizi seçib səsiniz verin. Yəni bunlardan hansı daha problemsiz, hansı daha qırlmadan qoşulur ( əsəblərimizi korlamır ). Bu anketə səbəb bir növ Aliev`in blogunda oxuduğum bu yazı oldu. Görək siz nə fikirləşirsiniz. İndi isə keçək nəticələnən sorğunun təhlilinə. Ətraflı baxaq.

Tags:

Mart 03

Ustune dinqildat.

Parçadan klavyatura - səhv yazmıram. Həqiqətəndə belə imiş. Görən daha başqa nələrlə qarşılaşacağıq. Qoyduğunuz yerin hamar olmasını da tələb eləmir. Kabelsizdir həmdə Bluetooth ilə işləyir. Azərbaycana nə vaxt gəlib çıxar bilmirəm. Ancaq fantastik TV filmlərində nə görürdüm uşaqlıqda hamsını icad eləməyə başlayıblar. Bu yeni cihazı canlı olaraq araşdırmağa hələ çox vaxt olduğun fikirləşirsinizsə onda buradan baxıb incələyə bilərsiniz.

Tags:

Mart 01

İnternetə aid karikaturalarBu gün internetdə qarşıma çıxan bəzi karikaturalar gördüm. Bunlar sıradan karikaturalar deyildi. İnterntə aid olan karikaturalardır. Əksəriyyət vaxt internetdən olan xəbərlər yeniliklərdən yazıram. Bu dəfədə internt barədə olan dodaq qaçırdan rəsimləri bölüşmək istədim. Elə buna görə də sizin üçün bir iki karikatura atdım Oxatana. Baxa bilərsiniz.


Tags:

Fevral 29

Oxatan.comQısa olaraq sizə bir növ tez tələsik blog yaratmaq saytı olan Tumblr haqqında demək istədim. Əgər blog yazmağa az vaxtınız olursa bu sistemdən istifadə edə bilərsiniz. Bu sistemi fast blog da demək olar. Ya da özlərinin dediyi kimi Tumblelog. Ən böyük xüsusiyyətlərindən biri tez qeydiyyatdır. Burada adınız.tumblr.com olaraq blog sahibi ola bilərsiniz. Ya pullu domainə də bağlamaq mümkündür. Sistem artıq indidən bir xeyli papulyarlıq qazanıbdır. Hal hazırda istifadəçi sayı 180.000-dir. Hər ay isə təxmini  17.000 istifadəçi sistemə daxil olur. Bu sürətlə böyümə getsə 2008 axırında istifadəçilərinin sayı 1 milyonu keçə bilər. Sistemə günlük orta hesabla 43.000 yeni yazı yazılır. Sistemə belə maraq olmasıda qəribədir. Beləki 2,3 milyon Wordpress istifadəçisinin günlük yazı yazmaq həcmi təqribi 106.000-dur. Belə nəticəyə gəlmək olarki sistem çoxlarının marağına səbəb olubdur. Sistemin yaradıcısı 21 yaşında David Karp adlı bir gəncdir. Analitiklərin fikrinə görə yaxın zamanda bu sistemin karlı alıcısı çıxa bilər. Belə proyektlərdən Aznetdə də görmək ümidi ilə...

Tags:

Fevral 28

Oxatan.com
Bu gün mətbuatdan Təhsil Nazirliyinin saytının yeniləşməyi ilə əlaqədar bir xəbər oxudum. Ilk baxışda normal görsənir. Saytın dizaynına filanda irad tutası deyiləm heç. Hətta təəccüblənmək də olarki sayta baxanda ən son xəbərlər bu günə aid düşmüşdü. Yəni saytı yeniliyirlərdə. Bu çox müsbət haldır. Ora-bura baxsamda saytı hansı studionun filan düzəltdiyini görmədim. Ola bilsin bu iş üçün kadr götürüblər fərdi şəkildə saytla məşğul olur. Ancaq heyifki primitiv təhlükəsizlik qaydalarına riayət etməyiblər. Ən çoxda ona təəccübləndimki SQL injection barədə xəbər vermək üçün əlaqə bölməsinə daxil olmağa cəhd elədimki bir yazıb xəbər edim ki düzəltsinlər. Ancaq daxil olanda elə həmin səhifədə də injection olduğunu gördüm. Bir xəbər verə bilsə idim şad olardım. Məndə bura yazdımki bəlkə oxuyuculardan kiminsə tanışı-bilişi olar Nazirlikdə, bir zəhmət xəbər etsin ( onsuzda gizli bir xəta deyil, göz qabağında olandı ).

Tags:

Fevral 28

Ustune dinqildat.

Avropa Birliyi haqsız rəqabətdə günahlandırdığı dünyanın yazılım üzrə bir nömrə adı Microsoft`a 899 milyon avro pul cəzası verdi. Bu ikinci belə cəzadır. Bazar hakimiyyətini özü lehinə olaraq mənfi istifadə etdiyi üçün əvvəl də 778 milyon avro məbləğində cəzalandırılmışdı. Son qərarla birgə isə cəmi rəqəm 1,68 milyar avro oldu. AB`də rəqabət üzrə işlərə baxan Neelie`nin dediyinə görə qurumun 50 illik tarixi boyu Microsoftun eyni cəzanı iki dəfə alan ilk şirkət olduğunu bildirdrərək " Ümidvaramki Microsoft bu günkü cəza ilə birgə qanunlara tabe olmamaqdan əl çəkər" dedi.
Microsoft isə öz növbəsinə etdiyi açıqlamada verilən cəza səbəbini ətraflı araşdıracaqlarını bildirdi. Şirkətin dediyinə görə bu dəfəki qərar ötən illərin sonradan həll olmuş məsələlərinə görə verilmiş cəzadır və bunu sübuta çalışacaqlar.

Tags:

Fevral 27

Ustune dinqildat.

2006 'da açılan, istifadəçilərinə DivX formatında video yükləmə imkanı verən, videoların baxılıb paylaşıla bildiyi və artan ADSL sürətilə belə getsə Youtube'nin taxtına oturmağa namizəd olan stage6.com 28 Fevral tarixi etibarı ilə bağlanır. Stage6`nın bu qərarından sonra bir çox saytın problemlərlə üzləşəcəyi güman edilir. Çünki saytlar stage6 üzərindən bir sıra videoları yayımlayırdılar. Bağlanma səbəbi ilə əlaqədar isə dəqiq məlumat əldə edə bilmədim. Saytda yazılanlara görə maddi problemlərlə əlaqədardır.Bəlkə saytı almaq qərarına gələn hansısa iri şirkət peydə olandan sonra fəaliyyətini davam etdirər. Bu isə sual altındadır. ( mən elə bilərdimki maddi problem ancaq bizim ölkəmizdə olur )

Tags: