Fevral 25
Azərbaycan interneti ilə bağlı bundan əvvəl əksərən tənqidi yazılar
yazmışdıq. Azərbaycanda yeni fəaliyyətə başlayan, xəbər dəyəri olan
bir-iki saytdan başqa digərləri gördüyümüz kobud qüsurların tənqidi
olmuşdu. Bəs heçmi bizim internet məkanında tərifə layiq sayt yoxdur ?
Əlbəttə hər bir istifadəçinin fərdi sevimli saytı var. Qərar aldımki bu
dəfə öz gözümlə Aznetdəki belə saytları sadalayım. Bu yazını yazmağıma
əsas səbəblər - biri Blogran`da
( Bunu deməməkdən özümü saxlaya bilmirəm. Fikrimcə blogran adı çox
gözəl kreativ addır. Məncə bu ad blogger, blogspot, blogcu kimi blog
servisi verən bir saytda istifadə olunsa orjinal bir ad olardı. )
oxuduğum bu yazı, və Gurbanovun blogundakı Aznetdə olan bloglara baxışı
oldu. Madam o, oxunası blogları yazdı məndə fikirləşdimki Aznetdə
nəyimiz var ondan yazım.
Ətraflı oxuyaraq yazı ilə tanış ola
bilərsiniz.
Fevral 25
Youtub`a Pakistanda da qadağa gəldi.
Türkiyə və Tayland'dan sonra indi de Pakistan youtube' a daxil olmanı əngəllədi. Girişin qadağan edilməsinə səbəb olaraq isə saytda İslam əleyhinə contentlərin olması göstərilir. Pakistan tərəfindən bu barədə rəsmi açıqlamada edilib. Açıqlamaya görə danimarkalıların istehsalı olan Hz. Məhəmməd (S.A.V) haqqında təhqiramiz xarakterdə çəkilmiş cizgi filmlərin bu saytda olması qadağaya əsas səbəb göstərilir. Bu haqda əlavə olaraq buradan oxuya bilərsiniz.
Fevral 24
Dünyanın ən yüksək binası Orta Şərqdə
İngilis hyder consulting firması
inşaatı davam edən və 800 m. yüksəkliyə sahib olacaq Burj Duabi'nin 2 qat artıq yüksəklikdə yeni bir göydələn inşa edəcəklərini açıqlayıblar. 1600 m hündürlüyündə tikiləcək bu bina dünyanın ən hündür binası ünvanını da açıqca əlinə keçirəcək. Verilən məlumata görə tikiləcək binanın yeri olaraq Orta Asiya göstərilibdi.
Fevral 24
Google ilə goolag
Bu gün bu sistem haqqında eşitdim. Heç kimə sirr deyilki google eyni zamanda hackerlərədə çox kömək edir. Burada axtararaq bir xeyli təhlükəsizlik açıqlarını tapırlar saytların. İndi isə Cult of the Dead Cow
(CDC) adlı bir qrup hacker, internet üzərindən bu açıqları tapmaq üçün bir yazılım gerçəkləşdirdiklərini xəbər verirlər. Qrupa görə, goolag scanner adındakı bu proqram ilə təməl proqramçılıq bilgisi olan hər bir kəs bir saytın təhlükəsizlik açığı olduğunu bilər. CDC sayt sahiblərinə xitabən deyibki, goolag scannerdən istifadə edərək hackerlərdən əvvəl saytların açığını tapıb öz tədbirlərini alsınlar. Ətraflı məlumat almaq üçün buranı oxuyun.
Fevral 23
Facebook enişdə...
BBC'nin xəbərinə görə, Facebook, Böyük
Britanya'da istifadəçi sayında ilk enişini yaşayıbdı. Nielsen Online'in 2006'nın iyul ayından başlayaraq tərtib etdiyi statistikalar var. Xəbərə görə bu sistemin məlumatına əsasən 2007 nin dekabr ayında bütün dünyanın xatirə dəftərinin istifadəçi sayı 8.9 milyon imiş. Ancaq bu rəqəm yanvar 2008 də 8.5 milyona düşüb. Bu isə təqribən 5 % lik düşmədir. Bundan sonrada xatirə dəftərinin nə dərəcədə qan itirəcəyi və ya yüksələcəyi bilinmir. Hər halda Britanyada bu sistemə doymuşluq ola bilər. Görən Mark bu statistikalarla tanış olandan sonra fikirləşirmi ki, gərək elə dükan pula getdiyi vaxtdaca satıb canımı qutarsam yaxşıdı...
Fevral 22
İnternetdə olanlar
Bir az da digər bloglarda yazılanlardan xəbər vermək istədim. Bəyəndiyim yazıları paylaşım.
Necə deyərlər əvvəla xanımlar. İnternetdə bizim xanımlarımızın blog yazmaq adətləri elədə yayğın deyil. Ancaq bəziləri mövcuddur. İqtisadçı xanımın blogundan şillə səsini əvvəla təqdim edim. Bu səs mənədə xoş gəlib düzü. Hətta Röyanın yerində olsa idi yəqinki Oradakı Bülənt Ersoy bəyə bir iki dənədə söz atardım. Bu şillənin səsini eşitdikdən sonra qayıdıb bizi yaxşıca şillələyən əsl düşmənimiz barədə oxuyaq. Hadisələrə elə-belə baxmayan, həmişə özünə məxsus tərzdə Belə baxan blogdaşımızın Qarabağa baxışına birgə baxaq. Bu barədə də onu deyimki yazıda qırmızı həriflərlə vurğuladıqlarının məndə həmçinin altından xətt çəkərdim.
İndi isə barəsində ən çox xəbər verdiyimiz texnalogiya haqqında bir yazıya sizdə baxın. Yahoo`nun gözü ilə İnternet tarxinin 101 faktı. Əgər bütün yazıları oxuyub bir qədər zehninizi dincəltmək istəsəniz isə bir az bura baxın.
Necə deyərlər əvvəla xanımlar. İnternetdə bizim xanımlarımızın blog yazmaq adətləri elədə yayğın deyil. Ancaq bəziləri mövcuddur. İqtisadçı xanımın blogundan şillə səsini əvvəla təqdim edim. Bu səs mənədə xoş gəlib düzü. Hətta Röyanın yerində olsa idi yəqinki Oradakı Bülənt Ersoy bəyə bir iki dənədə söz atardım. Bu şillənin səsini eşitdikdən sonra qayıdıb bizi yaxşıca şillələyən əsl düşmənimiz barədə oxuyaq. Hadisələrə elə-belə baxmayan, həmişə özünə məxsus tərzdə Belə baxan blogdaşımızın Qarabağa baxışına birgə baxaq. Bu barədə də onu deyimki yazıda qırmızı həriflərlə vurğuladıqlarının məndə həmçinin altından xətt çəkərdim.
İndi isə barəsində ən çox xəbər verdiyimiz texnalogiya haqqında bir yazıya sizdə baxın. Yahoo`nun gözü ilə İnternet tarxinin 101 faktı. Əgər bütün yazıları oxuyub bir qədər zehninizi dincəltmək istəsəniz isə bir az bura baxın.
Fevral 21
Növbəti sosial şəbəkə.
Deyəsən Aznetdə yeni dəb başlayır. Növbəti sosial şəbəkə haqqında xəbər. Düzü bu dəfə ətraflıca yazmaq nəsib olmayacaq. Səbəbi isə saytın çox sadə olmasıdı. Foto albom, blog və qrup yarada biləcəyiniz bir sosial sistemidir. Servisi isə a-z.az saytına məxsus emi.az şəbəkəsi verir. Sistem bir qədər sadəliyi ilə seçilir. Axtarış sistemi də həmçinin sadədir. Ətraflı axtarışı olmadığından parametrlərə görə axtarış etmək olmur. Ən böyük irad isə əlbəttə Azərbaycanın sosial şəbəkəsi devizi altında fəaliyyətə başlayan saytın rus dilində fəaliyyət göstərməsidir. Belə olan halda, mən rus dilində sosial şəbəkədə qeydiyyat olmaq istəsəm daha geniş Azərbaycanlı auditoriyasına malik my.mail.ru saytını seçərdim. Emi.az`a qayıtsaq isə son olaraq deyə bilərəmki, sayt paylaşım saytı olaraq deyil, ünsiyyət saytı olaraq nəzərdə tutulub. Hər halda uğurlar.
Fevral 21
".Com" dan artıq bezmisiniz?
Qulaq gündə bir şey eşitməsə kar olar deyiblər. Bu dəfə isə xəbər dünyaya .com domain sonluğunu satan ICANN`dan olacaq. Deyilənə görə şirkət bundan sonra yeni domain adları təklif
edəcək. Yaxın zamanlarda ".pdf" və ya ".mp3" kimi domain adlarını internet aləmində görmək mümkün olacaq. Bunun yanında artıq nömrəli domainlərdə görə biləcəyik. Məsələn: www.oxatan.123. Subyektiv olaraq isə demək yerinə düşərki bunların heç biri .com domainin yerini verməz. İnternet deyəndə ağıla gələn ilk domaindir .com. Bir haldakı browserdə domainin sonluğunu yazmadanda daxil olmaq mümkündür demək bu ən yaxşıdır. Məsələn adress bar da sadəcə oxatan yazıb
CTRL+ ENTER düyməsini sıxanda birbaşa http://www.oxatan.com/ a daxil olur. Yəni hər nə qədər yeni domainlər təklif olunsada sadəcə rəngarənglik üçündür...
Fevral 21
İnternetdə real balıqçılıq
Mobil telefonlarda müxtəlif oyunların mövcudluğu ilə indi heç kimi təəccübləndirmək olmaz. Amma Yaponiyanın FİT şirkətinin yaratdığı "Ippon Zuri" oyunu kimi istəsən gülümsəməyə məcbur edir. Mobil telefonunda virtual balıqçılıqla məşğul olan şəxs oyun bitdikdən sonra heç də virtual olmayan balıqlara sahib çıxır. Bəli. "NTT DoCoMo" mobil operatoru Fukuoka prefekturasında yaşayan abonentlərinə belə bir xidmət təklfi edir. Telefonuna bu oyunu yükləyən yaponiyalı virtual dənizə virtual qarmaq ataraq bəxtini sınamağa başlayır. Amma artıq qeyd edildiyi kimi, uğur qazananları əsl balıqlar gözləyir. İştirakçıya çevrilmək üçün oyunun internet saytında qeydiyyatdan keçmək lazımdır. 3 seansda bəxtini sınamaq istəyənlər 9,3 dollar ödəməlidirlər.
Fevral 20
Bizdə olanlar
Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, Aznetdə olan yeniliklər
haqqında bacardıqca məlumat verəcəkdik. Yenilik deyəndə sözün həqiqi
mənasında yenilik, xəbər deməyə dəyər məlumatlar haqqında. Bu dəfədə
belə xəbərlərdən biri. Türklər demiş saytların "
görücü"yə çıxmaq yerləri statistika sistemləridir.
Bu dəfədə buraya nəzər yetirəndə həmişəki kimi yeni saytlar gördüm, bir
baxım dedim. Təəccüblü olsada bu heçdə DLE üzərində qurulmuş "əyləncə
portalı" deyildi, heç burada reklam yerləri də düzəltməmişdilər.
Nəhayət Azərbaycanda ilk sosial şəbəkə ( community) saytı yaranıbmış. Görmək üçün
ətraflı oxuyun...












