Fevral 09
Oxu atan: Shaig M | Baxılıb: 174 | Bölmə: CızmaQara

Cüdo
ustası, bacarıqlı ovçu, savaş pilotu, köhnə KQB əməkdaşı və Rusiya
prezidenti Vladimir Putinin şəxsi həyatı film olur. Film
"Kiss
me off the record"
adı ilə çəkiləcək. Filmdə Putinin romantik tərəfi qabarıq əks
olunacaq. Onun stuardessaya olan məhəbbətindən Kreml sarayına qədər
olan yolu filmdə göstəriləcək. Qeyd edək ki film sadəcə DVD üçün
nəzərdə tutulub və kinoteatrlarda göstərilməyəcək.
Tags: vladimir putin kreml kino film cinema
Ətraflı
Fevral 09
Oxu atan: Shaig M | Baxılıb: 174 | Bölmə: TaxNo

Voltaic Systems şirkətdi ABŞda keçirilən
CES 2008
fuarı üçün yeni proyekt təqdim etdi. Bu notebooku günəş enerjisi ilə
şarj eliyən xüsusi çantadır.Artıq həm vaxta həm də elektrikə qənaət
etmək olacaq. Bu məhsul baharda bazara çıxacaq və 599 dollardan
satılacaq.Bu sistem notebookun ehtiyacı olan 12 və ya 20 voltu təmin
edə bilir. Çantanın xarici tamamilə solar panellərdən ibarətdir. Cəmi
çəkisi 1.8 kqdır. Bütün notebook sabilərinə beləsi qismət. Ətraflı
məlumatları
buradan və ya
buradan oxuyun.
Tags: note book kompyuter chatna çanta
Ətraflı
Fevral 09
Oxu atan: Shaig M | Baxılıb: 298 | Bölmə: bAzNet

Fikirləşdimki Aznetdə olan yeniliklərdən qarşıma çıxdıqca yazam. Ancaq
bu yeniliklər heçdə hərə bir əyləncə saytı yada blog açanda olmayacaq.
Əlbəttə onlardanda yazacam yeri gələndə. Təbii ki buna layiq olanları.
Qeyri adi tərzi ilə seçilən xidmətlər, ilklər və ya heç yerdə
olmayanlar. Özünə məxsus kreativ dizaynı, gözəl proqramlaşdırılması
vəya yenilik gətirməsi ilə fərqlənən saytları. Yəqinki bunlarda mənim
subyektiv fikirlərim olacaq. Bəyənməsəz şərhdə bildirərsiz. Elə
bəyənsəzdə. Yada sizin daha yaxşı müşahidələriniz varsa buyurub sizdə
yazın mən oxuyum. İlk olaraq isə
inbox.az dan xəbər verim.
Ətraflı oxuyun
Tags: mail 1gb in box .az aznet internet
Ətraflı
Fevral 08
Oxu atan: Shaig M | Baxılıb: 321 | Bölmə: bAzNet

Aznetdə olan bloglardan bəzilərinə ürəyimdən keçəni ( amma hamsını yox )
yazmaq istədim. Maraqlıdı görən bizdə heç oxucular blogun nə olduğunu
bilirlərmi? Bir neçə vaxt bundan əvvəl Aznetdə fəaliyyətə başlayan Azeriblog.com
saytının səhv etmirəmsə yaradıcısının şəxsi blogundan çıxardığım
nəticəyə görə, Aznetdə blogun nə olduğunu bilmirlər fikrinin tək mənə
aid olmadığını gördüm. Böyük ümidlərlə açdığı bu sistem belə görsənirki
istənilən rəğbəti görməyibdiki qəmli notlarla yazıb. Başa düşülən
reaksiyanı verib düzü. Bizim netdə axı blog anlayışı hələ tam
aydınlaşmayıbdı. Əslində kifayət qədər yüksək reytinqə malik bloglarda
var. Amma niyəsə adlarına blog demirlər. Bu mıx.az dı baku.vs di joy.az
dı hamsı bloglardı ( hərçənd heç birinin oxucu səviyyəsi qane edici
deyil, ola bilsin kontentə görədi ) sadəcə adlarını əyləncə portalı
qoyub camaatın canına vəba kimi xəstəlik salıblar. Hər yerindən duranda
onlara baxıb oxşarını götürüb düzüb qoşurki mənimdə "portal"ım var. (
əlbəttə hər DLEnin bəzəyi olan burada sizin reklam ola bilər divar
yazısı, ekskluziv xəbərləri və zengimcell kodları ilə ). Hətta mənə
maraqlı gələn isə bir vaxtlar onları tənqid edən fox.az belə artıq
ümumi ənənəyə qoşulub oda özünə eyni ilə bu bloglardan birin təşkil
edibdi. Reytinqin yolu birdir də . İndi bizim ölkədə bir azdan hər bir
internet istifadəçisinə bir sayt düşəcək. Necə deyərlər sayı çox
sambalı yox.Hələki bizdə Azeriblog kimi saytların mahiyyətini az adam
başa düşür. Yaxın gələcəkdə də başa düşən çətin tapılsın. Hələ bizim
netə Web 2.0 texnalogiyası güclə gəlib çıxır. Google`ə birdən birə
qurulmayıba , əvvəllər olarında çətinliyi olub yavaş yavaş
böyüyüblərdə. Birdəki Azeriblogun indi ən böyük rəqibi ucoz.ru
dur. Xarici mal keyfiyyətli olar prinsipi iləmi camaat ona belə doğma
münasibət göstərir bilmirəm. Yoxsa ucoz ru öz adına blog yox portal
deyirmi camaat başa düşür o da müəmmalıdır. Nəhayət isə deyə bilərəmki
bAzNet də düz əməlli bloglar çox azdır. Çox məhəbbətlə izlədiyim isə
heç yoxdur. Yoxsa elə yazar yox oxucu olardım.
Amma onu deyimki yaxşılarıda yaddan çıxarmasaq yaxşıdır. Hərçənd onları saymaq çox asan olsa belə.
Arada bir blogda yazmaq üçün informasiyalarında da yararlandığım bir
iki blogu qeyd edim. baz.az gurbanov.net azerbaycan.lı
birincidir.azeriblog.com . Hər bir blogun yazarı və ya yazarlarına
uğurlar....
Tags: aznet, blog, internet, yazı, azeriblog,
Ətraflı
Fevral 07
Oxu atan: Shaig M | Baxılıb: 212 | Bölmə: TaxNo

Bilindiyi kimi Windows vistanı çıxardıqdan qısa vaxt sonra Microsoft XP`nin satışlarını dayandırmaq qərarına gəlib. Plana görə XP`nin satışları və istifadəsi 2007nin sonunda dayanacaqdı. Bu vaxtın çox qısa olduğunu deyən infoworld bu qərara qarşı imza toplamaq kompaniyasına başladı. Microsoft isə orginal plandan bir az vaz keçərək satışları 30 iyun 2008 tarixinə qədər uzatdı. İnforworldun imzaları 75.000 -ə çatıb.Satışda XP ilə olan kompyuterlər demək olarki bitdiyindən bir çox istifadəçilər artıq XP işlətmək şansını itirsədə, infoworld imzaların 100.000 ə çatdığı anda Microsofta verəcəyini bildirir. İmza kompanyasına
www.savexp.com adresindən qoşula bilərsiniz.
Tags: Xp windows wista vista 2000 kompyuter
Ətraflı
Fevral 07
Oxu atan: Shaig M | Baxılıb: 306 | Bölmə: CızmaQara

İlk silsiləsi verilən zaman çöldə pişikdə tapılmırdı az qalsınki seriala baxmasın. Belə çox rəğbətini qazanmışdı insanların bu serial. Xüsusəndə Türkiyədə daha çox diqqətlə və maraqla izlənirdi. Bundan sonra filmin yaradıcıları qərara aldılarki növbəti silsilənidə çəksinlər. Elədə etdilər. "Kurtlar Vadisi Pusu" adı altında növbəti silsiləni çəkməyə başladılar. Buda az marağa səbəb olmadı. Ancaq son seriyalarda bir az şişirtmələri çoxaltmağa başladılar. Loru dildə desək ağı astarı çıxmağa başladı filmin...
Tags: Kurtlar Vadisi Pusu Polat Alemdar Abdulhey Memati Erhan Ahu Toros
Ətraflı