Oxatan.com » İstifadəçilər » Shaig M

Shaig M

Adı: Shaig Muradov
Qeydiyyat tarixi: 7 Fevral 2008 00:50
Sayta axırıncı viziti: 3 Yanvar 2009 12:50
Qrupu: Admin

Reytinqi:
  • 0


Ünvan:
ICQ:
Özü haqda yazdıqları:


Xəbərlərinin sayı: 166
Şərhlərinin sayı: 169 [ Son göndərilən rəylər ]

[ E-məktub yaz ] [ Şəxsi ismarıc ]

Fevral 16

Ustune dinqildat.

Google'dan Niels Provos'un raportuna görə internetdə gəzişmək, axtarış sistemlərindən istifadə artıq gedərək təhlükəli bir iş halına gəlir. Uzun vaxt bu barədə araşdırmalar aparılımışdır. Bütün zəhmətlərin nəticəsi olaraq, il yarım davam edən araşdırmadan sonra 180 min internet saytındakı 3 milyon URL`un ziyarətçilərinə zərər verici yükləmələr etdiyi aydınlaşıb.Bu isə çox böyük göstəricidir. Gündə minlərlə kompyuterin bu zərərvericilərə yoluxması deməkdir. Bu tipli saytların isə böyük əksəriyyətini Çin saytları olduğu bildirirlir. Bundan sonra axtarış sistemində Çinə məxsus saytla qarşılaşanda daxil olmazdan əvvəl iki dəfə fikirləşmək lazım gələcək. Mövzu ilə əlaqəli ətraflı olaraq buradakı xəbərdə, raportda, və google blogunda tanış ola bilərsiniz.

Tags:

Fevral 15

Ustune dinqildat.

Bu gün marketing saytlarımızdan biri olan ( mən bilən elə düz əməlli bir dənə budur ) mak.az`da maraqlı bir xəbər gördüm. Artıq son vaxtların dəb saytı olan facebook bir yenilik daha edib. Buyurun bu da xəbər:
14 fevraldan etibarən Facebookdakı dostunuza yalnız virtual hədiyyə deyil, həmçinin real hədiyyə də alıb göndərə biləcəksiniz. Hələ ki,  yalnız MARS məhsullarını göndərmək mümkün olacaq.
Bunun mümkün ola bilməsi üçün, Facebook yeni Celebrate ( bayram qeyd etmək) xidmətini istifadəyə verib. Celebrate vasitəsi ilə xoşunuza gələn şokoladı dostunuza hədiyyə edə bilirsiniz. Siz hədiyyəni göndərəndən sonra, hədiyyəni alan şəxs SMS vasitəsi ilə xüsusi şifrə alır. Hədiyyə ünvanlanan şəxs, şifrəsini partnyor mağazalardan birinə təqdim edib, öz hədiyyəsini əldə edə bilər.

Bill Gates özünün Facebookdakı istifadəçi səhifəsini ləğv etməsə idi, Allah bilir indi nə qədər şokolad hədiyyə alardı. Facebook adlanan virtual sosial topluluqdan imtina etməzdən əvvəl, Bill Gates öz poçt qutusunda hər gün təqribən 8000 dostluğa dəvət mesajı alırdı.

Bill Gatesin Facebook istifadəçisi olmaqdan imtina etməsinə baxmayaraq, hal hazırda Microsoft və Facebook uğurlu əməkdaşlıqlarını davam etdirirlər.

Tags:

Fevral 14

Ustune dinqildat.

İndi istənilən sayt açan şəxs öz saytını dərhal bu statistika sistemlərinə üzv edir. Həm bu saytın tanınmasını bir qədər asanlaşdırır. Həm saytının digərləri ilə necə rəqabətini aydın görmək olur. Bu yolla asan olaraq sayta keçidləri, hansı səhifələrin çox istifadəsini və s. bilmək olur.  Aznetdə ən çox istifadə olunan isə papulyar rus aytı olan Mail.ru`nun statistika ölçənidir. Demək olarki ən ideal ölçənlərdəndə biridir. Bir çox xüsusiyyət ilə çox əlverişli imkanlar təqdim edir. Belə sistemlər Bizim internet dünyamızda da var. Bunlar haqqında fikirlərim, və müşahidələrim:

Tags:

Fevral 14

Ustune dinqildat.

Əksər istifadəçilərə internet deyəndə gözünün önündə Explorer`in simvolu canlanır. Əksəriyyət gözünü açıb onda hansısa bir sayta daxil olubdur. Ümumi statistikaya görədə elə bu browser istifadəyə görə dünaya lider səviyyədədir. Ən böyük səbəb isə Windows əməliyyat sistemində bunun ilk dəfədən quraşdırılmasıdır. Ancaq son dövrlərdə Firefox ciddi olaraq rəqib sayıla bilər Explorer üçün. Getdikcə bütün dünyada sürətlə istifadə səviyyəsi yüksələn Firefox getdikcədə özünü təkmilləşdirir. Artıq növbəti versiyası çıxıb. Firefox Setup 3.0 Beta 3 adlanır. Saytına buradan daxil ola bilərsiniz. Əgər Türk dilində versiyası istəsəz buradan yükləyin. Ətraflı məlumatı buradan əldə edin. Xüsusiyyətləri üçün isə  buranı oxuyun.

Tags:

Fevral 14

Ustune dinqildat.

Bu gün ilin ilk sevgililər gününü yaşayırıq. Hə, heç bir xalqda olmayan iki sevgililər günündən birini. Hər nə qədər bu gün milli olmasada hər kəs öz sevgilisinə hədiyyə alır. Hünəri də nədir almasın. Yoxsa barışmaq üçün ondan çox xərci çıxacaq. Qabaqdan axı 8 martda gəlir. Gərək özünü bağışlatmaq üçün həmin günü olduqca bahalı hədiyyə ala. Üstəlik barışmaq üçün edəcəyi jestlərdə pul tələb edir. Böyüklərimizin həmişə "zəmanə korlanıb" demələri acığıma gəlirdi. Kim belə deyirsə onunla mübahisə edirdimki əvvəldəndə belə olmuşuqda. Elə dastanlarımızda filan hamsında yazılıbdı. Həmişədə inanmırdımki indiki gənclər arasında belə fikirli başqasıda olsun. Bu gün gördümki sən demə varmış. Gün səhər qəzetinin yazarlarından biri olan Şəbnəm Bəkirzadə`nin yazısını oxuyanda elə bilki çoxdandır demək istədiklərimi o yazırdı. Tamamilə üst - üstə düşür yazıdakı fikirlərlə mənim fikirlərim. Ona görədə özüm birdə bu mövzu haqqında yazmaq istəmədim. Ətraflı oxuyaraq sizdə bu yazı ilə tanış ola bilərsiniz. Elə müəllif demişkən 14 fevral bayramınız mübarək, ey sev(iş)ənlər!

Tags:

Fevral 13

Ustune dinqildat.

İnterneti bir az gəzəndə yenə bir neçə yeni saytın olduğunu gördüm. Yenə klassik ənənəyə sahib olan ənənəvi saytlarda çıxdı qarşıma. Hətta zövqsüz və ancaq HTML dən ibarət, heç bir style`i olmayan jurnal saytı ilə də rastlaşdım. Belə nümunələrin onsuzda çoxluğunu nəzər alıb bir az fərqli formatda olan saytlar barədə məlumat vermək istədim. Bu dəfə seçdiyim saytlar iqtisadi yönümlü saytlardır. Bu sahənin Azərbaycanın internet məkanında heç inkişaf etmədiyi deyilməsədə açıq aydın üzdə olan gerçəklikdi. Bizdə nə webmoney nə də paypal kimi şərti ineternet pul vahidləri yoxdur. Uzun müddətdə belə yenilik gözləməyənlərdənəm düzü. Onsuzda bizdə eBay kimi bir saytın yaranmasını ümid etmək sadəlövhlük olardı. Ancaq internet üzərindən alış - veriş etməkdə hamımızın ürəyindən keçir. Eşitdiyimə görə Azərbaycanda yaxın vaxtlarda bunun lisenziyasını alan bank olub. Görək gələcəkdə nələr olacaq. İndi isə yazının əvvəlində dediyim saytlar: Ətraflı oxuyaraq görə bilərsiz

Tags:

Fevral 12

altBu dəfəki xəbərimiz isə mobil dünyadandı. Yox nə telefon üçün temalar, nə ekran şəkilləri təqdim etmirik. Sadəcə xəbər veririk. Daha konkret isə xəbərimiz nokiadandır.
Nokia CEO´su Olli-Pekka Kallasvuo yeni nokia toxunaraq işlədilən ekrana malikı telefonu S60 modelində windows mobile əməliyyat sistemindən istifadə etməyi fikirləşmədiklərini bildirdi.  Buradaki məqaləyə görə Sonny-Ericsson ´un böyük hərəkətindən   sonra hər kəs nokianında windows mobile sisteminə keçməsini gözləyirdi. Ancaq nokia ceo´su nun bu bəyanatı bir sıra nokia sevərləri kədərləndirib deyəsən. Demək olarkı bütün smart-phone`da windows mobile əməliyyat sistemidir. Ancaq Linuxun də mobile əməliyyat sisteminin çıxmasından sonra buna da maraq çoxalıbdır. 

Tags:

Fevral 11

Ustune dinqildat.

Bir Az da Xarici inter net bazarından xəbər vermək istədim. Bildiyimiz kimi fevralın əvvəlində Microsoft' Yahooya 44.6 milyar dollarlıq satın alma təklif etmişdi. Birjadakı hissələrini 31 dollardan hesablayaraq 44.6 milyarlıq təklif bütün dünyada maraqla qarşılanmışdı. Hətta İnternet aləmin digər bir dev adı olan Google rəsmi blogu üzərindən etdiyi mətbuat açıqlamasında bu xəbərə açıq aydın öz mənfi münasibətini də bildirmişdi. Hər kəsin gözü- qulağı isə təklifə nə cavabı veriləcəyində idi. Nəhayət cavab bilindi. Buyurun cavabla tanış olun.

Tags:

Fevral 11

OxatanBurada technorati`də olan ilk ən yaxşı qrafikə məxsus bloglar verilibdi.
Bəziləri olduqca adi olsada ( məsələn Fadtastic ) , bəzilər isə öz qeyri adiliyi ilə seçilir ( məsələn A List Apart ). Hər nə qədər xəyal olsada ümid edirəmki yaxın gələcəkdə belə sıralamalarda bizim bloglarda öz yerini tapar. İlk10 saytı isə buradan sizə təqdim edirəm.
TechCrunch
Engadget
A List Apart
The Huffington Post
Copyblogger
456 Berea St.
GigaOM
ShoeMoney
Quartz Mountain Communications
tuaw.com

Tags:

Fevral 10

Xazar.com Google'dan Chris Uhlik, həyat yoldaşı və üç uşağı ilə yaşadıqları evdə kağızdan istifadəni tamamilə aradan qaldırıblar.
Evdə heç bir şey kağızdan deyil. Hətta kitablar belə. Google`dan olan birindəndə fərqli nəsə gözləmək olmazdı. Onlar kitablarıda xüsusi cihazdan keçirərək dijital olaraq eyd edib saxlayırlarl.
Texnalogiyanın yüksək inkişafı ilə əlaqədar olaraq, daha çox inkişaf etmiş ölkələrdə kağızdan istifadə faizi getdikcə aşağı düşür. Bu şəkildə statistika ilə tanış ola bilərsiniz:



Tags: