Oxatan.com » İstifadəçilər » Shaig M

Shaig M

Adı: Shaig Muradov
Qeydiyyat tarixi: 7 Fevral 2008 00:50
Sayta axırıncı viziti: 4 İyul 2009 17:50
Qrupu: Admin

Reytinqi:
  • 0


Ünvan:
ICQ:
Özü haqda yazdıqları:


Xəbərlərinin sayı: 194
Şərhlərinin sayı: 196 [ Son göndərilən rəylər ]

[ E-məktub yaz ] [ Şəxsi ismarıc ]

İyun 07

Ustune dinqildat.

Bu gün qogal`a baxanda gördümki bu dəfə də inet`in sayğacı digərlərindən geri qalır. Fikirləşdimki yəqin bu dəfədə nəsə server filan problemidir. Onsuzda belə baxanda Azərbaycandakı reytinq sistemləri azı həftədə bir dəfə nəsə problemlə üzləşir. Nəsə, uzun sözün qısası məndə sayta daxil oldumki görüm nə var nə yox. Sən demə sayğac sistemi yenilənibmiş. Düzdü bunlarda yenilənmədə kataloq.net kimi görünüşü tamamilə dəyişdirməyiblər. Görünüş üzərində bir az dəyişikliklər edərək yenidən işlənibdi. Mənə daha çox rusların web 2 dəsti xəttini xatırlatdı. Ola bilsin bəlkədə elə rusların əl əməyi var.
Səhifə isə yeni stildə, yəni .css ağırlıqlı yığılıbdı. Bu çox yaxşı haldır. Azərbaycan internetində belə saytlar çox deyil. Amma I.E 6 üçün saytı uyğunlaşdırmayıblar. Ola bilsinki bunu lazımsız biliblər. Amma internet istifadəçilərinin heç də az qismi bu səyyahdan istifadə etmir. Məsələn Xazar`ın ziyarətçilərinin təqribi 75%-i saytı I.E ilə ziyarət edir və həmin 75% I.E `dən təqribi 45%-i 6-cı versiyasını istifadə edir. Buna görə də hələ də I.E 6`nı nəzərə almaq lazımdır...
Əlavə: Sonradan baxdımki daxili səhifələrdə FireFoxdan baxanda da ora-bura qaçmalar nəzərə çarpır.

Tags:

İyun 06

Bir neçə müddət əvvəl başlamış Bahooo reklam kompaniyası ayın birində sonlanmış və hansı kompaniyaya məxsusluğu da bilinmişdi. Bu ölkənin aparıcı banklarından olan Unibanka məxsus tizer reklamı idi. Bəzi adamlar reklam davam edən vaxtlarda onun hansısa yahoo bənzəri bir portal filan kimi bir sayt olacağını hesab edirdilər, bəziləri hansısa yeni məhsulun reklamı olacağını düşünürdülər. Amma bu nida sözünün, bank reklamı üçün istifadə olunduğu meydana çıxdı. Hətta kompaniyaya maraqlı sonluq gəldi, vəd edilən mükafatların verilməsi internetdən canlı yayımlandı. Texniki dəstəyi hələ yaranmaqda olan video paylaşım saytı Div.az ( daha tam fəaliyyətə başlamayıbdı, gözləyirik belini dikəldib, fəaliyyətə başlasın onun haqqında da bir-iki kəlmə qaralayaq ) həyata keçiridi. Canlı yayımlanan qalib seçimi deyərdimki Azərbaycanda mənim bildiyim ilk təcrübə idi. Elə ilk olduğuna görədə həm çox uğurlu idi həmdə müəyyən qüsurları gözə dəyirdi... Bəlkədə bu qüsurlar subyektiv fikrin nəticəsidir, ancaq qeyd eləmədən keçmək istəmədim. Məsələn aparıcının danışıq tərzindən və vəziyyətə hakimliyindən naşı olmadığı görsənirdi. Amma elə danışıq tərzindən də nəsə bir qədər bu tip konseptdən daha çox hansısa əyləncəli verlişin aparıcısıymış kimi təsir bağışlayırdı. Belə rolu dildə desəm "ət tökən" aparırdı bir az. Başlanğıcdakı hərəkətləri və telefonda danışığı bunu yazmağıma səbəbdir. Ola bilsinki bu təkcə mənə belə təsir bağışlasın. Digər tərəfdən yayımdan qabaq efir makyajı olmamış kimi görsənirdi. Aparıcının istidən əziyyət çəkdiyi və və üzündə tər damcılarının olduğu hiss olunurdu. Hətta arada əli ilə alnını , üzünü də silirdi.
Digər tərəfdən adlarını oxunuşu zamanı telefon nömrəsini tamamilə səsləndirmək də fikrimcə etik cəhətdən düzgün olmaz. Son 4 rəqəmini və ya sadəcə e-mailini səsləndirmək daha düzgün olardı. Ya da adı çəkilən bütün istifadəçilərlə telefon bağlantısı eləmək olardı.
Gördüyüm bu çatışmamazlıqlar xaricində hesab edirəmki uğurlu kompaniya oldu. Ən azından sonunda qaliblərin bu tərzdə, canlı yayımla seçimi gələcək kompaniyalarda iştiraka da inam yaratdı, və daha çox auditoriya cəlb elədi. İndi isə canlı yayımın video yazısına baxın:

Tags:

May 30

Ustune dinqildat.

Bu günlərdə kataloq.net`dən yeni xəbər eşidildi. Saytın görünüşü bir balaca yeniləndi. Düzdür tam 2.0 formatına keçid olmayıbdı. Sadəcə görünüşdə cuzi dəyişiklik var. Ancaq funksionallıq cəhətdən çox əhəməyyətli bir bölmə əlavə olunubdu. Bu kompass - müəssisə və qurumlar kataloqudur. Kataloqun blogundan sitat:

2006-ci ildən bəri istifadəçilərini yenilikləri ilə sevindirən Kataloq.NET bir yenilik daha. Nəhəng Ümumdünya İnformasiya Sistemi Kompas International standartları üzrə buraxılan KOMPASS AZERBAIJAN və Azərbaycanını Elektron Kataloqu olan Kataloq.NET resurslarını birləşdirib, siz, istifadəçilər üçün misilsiz bir xidmət təqdim edir!

Artıq KOMPASS AZERBAIJAN kataloqunda yer alan 6.500-dən artıq müəssisə Kataloq.NET saytının bazasında yerləşdirilmişdir. Genişləndirilmiş axtarış vasitəsi ilə həmin müəssisələr arasında istədiyinizi asanlıqla tapa bilərsiniz.


Ümumiyyətlə kataloq.net resurs baxımından öz kateqoriyasında liderliyi ilə seçilirdi, bu yenilik isə bir az daha üstünlük yaratdı. Ümid edirəm növbəti dəyişiklik xəritə ilə bağlı olar...

Tags:

May 15

Ustune dinqildat.

Son vaxtlarda nəsə yaman mod halını alıbdı ki, xaker hücumlarını PR kimi istifadə eləmək. Hansı pullu sayta bir "tıkk" olur, tez o saat xəbər yayırki bəs biz o qədər "bomba" işləyirik ki, kimlərinsə gözü götürmüyüb hücum eliyiblər. Bununla da özlərinə PR edirlər, mətbuatda məlumat yaymağa çalışırlarki öz adları hallansın. Bunu başlanğıcını day.az qoymuşdu. Axırıncı dəfə isə lap camaatı bisavad yerinə qoyaraq yaydığı məlumatdan sonra gözdən düşdü. ADNA`da törədilən terror zamanı informasiya almaq məqsədilə internet resursların hamsına çoxlu müraciət olunmuşdu. Nəticədə əksər xəbər saytının fəaliyyətində fasilələr yaranmışdı. Səbəbdə aydındırki saytlara müraciətin kəskin artmasına serverlər tab gətirməyib həddindən çox yüklənir və fasilə meydana gəlirdi. Amma day.az bunu da özünə PR kimi istifadə elədi. Guya xakerlər hücum ediblər...
Bir neçə gün əvvəl ( daha dəqiq desəm 6 mayda ) isə mailimə daha bir press-reliz gəlmişdi - "Navigator.az" xakerlərin hücumuna məruz qaldı. Bunlar da deyəsən böyük qardaşlarının izi ilə gedərək, sonuncu yoldan istifə edirlər mətbuatda hallanmaq üçün. Belə xəbərlər yayıb, PR edirlərki bəs guya bunlarda "bomba" saytdır və xakerlər hücum edibdi. Bu xəbəri də götürüb minlərlə reytinqi olan xəbər saytları yazsın, bunlarında adı hallansın. ELə fikirləşirlərki haqqın yolunu tapıblar....
Bəs bu Navigator.az nə olan saytdır: Özlərinin dediyinə görə "Azərbaycanın milli informasiya-məlumat sistemi"dir. Amma adlarına yaraşan bir işləri yoxdur. Deməli belə görsənirki sayt informasiya-məlumat kataloqudur. Bununla belə isə saytda qətiyyən mövzuya dəxli olmayan və mənasız bölmələri də var. Əvvəla başlayaq "lətifələr" bölməsindən. Burdan belə çıxırki informasiya-məlumat kataloquna lətifələrin dəxli var. Bu lətifələrin formalaşdırmaq istədikləri imicə qətiyyən dəxli yoxdu. Digər tərəfdən var "gülməli şəkilər" bölməsi. Bu bölmədə elə lətifələr kimi mövzuya dəxli olmayan tamamilə reytinq xətrinə yaradılmış bölmədi. Çünki inammıram o qədər bisavadlıq olsunki, informasiya-məlumat sözünə bu bölmələrdən hansınınsa aidliyinin olmaması nəzərdən qaçsın. Bundan başqa daha iki bölməsi isə lap mənasızlığın son həddidir. Bölmələrdən biri "tanışlıq"dır. Tanışlığı informasiya kataloqu ilə əlaqələndirmək nə dərəcədə mümkündür, bu təxəyyül necə mövcud ola bilər? Bu həqiqətən maraqlıdır. Burada nəyi demək istəyirlər - "tanış olmaq istəyən insanların kataloqu"?... Bu tanışlıq sistemi standart partnyorluq əsasında qurulmuş sistemdir. Həmin sistemlə pul qazanmaq olur - sistem qurulmuş saytdan hər üzv olan istifadəçi müqabilində müəyyən məbləğ ödənilir. Navigatorda götürüb beş-üç manat qazanmağın dərdindən saytın səviyəsini heç eliyib bu tanışlığı qurubdu. Eyni ilə də "video" bölməsi. Smotri.com`un partnyorluğunu quraraq beş-üç manat qabağa düşmək üçün imicini büküb tullayır qırağa. Əslində elə bu cür məntiqsiz saytdan da elə xaker hücumlarını fəxrlə PR kimi istifadə etməyi gözləmək olardı...

Tags:

May 14

Ustune dinqildat.

Ölkənin ikinci böyük mobil operatoru olan Bakcell rebrendinq edərək, özünə yeni imic qazanmağa çalışır. Buna əvvəl tizer reklamlara başlayan Bakcell, kütlədə kifayət qədər maraq oyada bilmişdi. Hamı üçün maraqlı idi Aydanı, Muradı nəyə görə yaxından tanımaq lazımdır. Hətta bir ara elə gəldiki bu hansısa internet saytının ( tanışlıq və sosial şəbəkə ) reklamıdır. Amma qısa zaman sonra aydın olduki bu Bakcell`in reklamlarıdır. rebrendinqi reklam və marketing cəhətdən müzakirə etmək istəmirəm. Sadə istifadəçi kimi deyə bilərəmki hər halda indi Bakcell gözümdə köhnə bakcell deyil. Əgər servislərini daha da yaxşılaşdırsalar geriəd qalmış Azercelldən daha da yaxşı olarlar. Çünki Azercellin yeni kompaniyaları belə kontur tələsidir hamsı. Bakcelldə isə daha az kontur xərcləməklə daha keyfiyyətli rabitə əldə etmək olarsa gələcəkdə ola bilsinki 5 illik Azərcell nömrəsinin yanına Bakcell də əlavə edim. Ancaq bu Bakcell`in bundan sonra daha necə strategiya izləməsindən və keyfiyyətindən asılı olacaq. Təbii ki, Yeni rebrendinq zamanı minusları da var. Bunu marketing forumundan da oxuya bilərsiniz. Mən rebrendinqə uyğun olaraq dəyişilmiş saytlarına baxdım bir az. Bir sıra səhvlərlə yanaşı, gələcəyə ümid verən nələrsədə var idi. Səhvlər əsasən hərf səhvlərində özünü biruzə verir. Görünürki, dizayner və ya kontent meneceri rus dillidir. "Aydan əm" və ya CİN tarifində İ`nin I kimi yazılması belə düşündürür. Amma ümumiyyətlə saytın web 2.0 stilində yığılması yaxşı haldır. Birdə artıq Bakcell`də də internetdən pulsuz sms yollamanması olacaq. Bu da Bakcell`in ucuz və keyfiyyətsiz imicindən xilas olmaq istəməsindən xəbər verir. Digər tərəfdən saytda reklam personajlarının blogları olacaq deyəsən. Bu isə şirkət blogçuluğunun bir növüdür deyəsən. Əvvəl rastlaşmamışdım amma maraqlıdır.

May 08

Netty`nin cari il üçün nominantları bəlli olubdu. Bu gün mailimi yoxlayanda gördümki artıq virtual jurinin səsverməsinin başa çatdığını və nominantların bəlli olduğunu xəbər verən press-reliz var. Düzünü desəm mən Netty`ni artıq uzun müddətdirki ciddi bir mükafat kimi görmürəm. Ötən il elə blogun açılma ərəfəsi Netty yarışının başlaması vaxtına düşmüşdü. Buna görə keçən il yetərincə yazmışdıq. Ona görə təkrarçılığa yol verməmək məqsədilə bu il mövzunu diqqətdə saxlamadıq və sadəcə uzaqdan izləyirdik. Bu ildən isə artıq daha çox insanın yarışmaya soyuq münasibətini görürdüm. Netty`nin indi ən böyük üstünlüyü odurki təkdir. Əsasən yarışmadan bir növ PR kimi istifadə edilir. Məsələn, hər hansı bir yeni bölmə hazırladıqda onu camaatın görməsi üçün Netty`ə üzv edilir. Bu ildə mükafat başlayana kimi bir neçə servisimiz olmuşdu və eyni qayda ilə, camaatın görməsi üçün üzv eləmişdik. Bu dəfə isə baxıram ki, üzv elədiyimiz bölmələrdən biri də ilk 3lüyə - nominantlar arasına düşübdü. Düzü heç inanmıramki bizim sayt orada birinci yer ola. Qısaca onu deyə bilərəmki mükafatın mənası, xeyri, və obyektivliyi çox aşağı səviyyədədir. Keçən il o qədər tənqid etmişdik, bu il heç bir arpa boyu yolda qət olunduğunu görmədim. Bu boyda internet inkişafdadır, amma internetin mükafatı inkişafdan qalıbdı. Nəysə, sadəcə görək bu il necə qutaracaq.

Tags:

Aprel 30

Ustune dinqildat.

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) dəhşətli hadisə baş verdi. Əvvəla bütün həlak olanlara Allah rəhmət eləsin deyirəm. Yaralı olanlara Allah şəfa versin, hadisəni törədən(lər)ə də Allah lənət eləsin deyirəm.
İndi isə keçim mövzuya: Bu gün baş verən hadisə ilə bağlı istifadəçilər müxtəlif xəbər mənbələrindən məlumat almaq istəyir. Bundan əlavədə xarici xəbər agentlikləri filan məsələni dəqiq öyrənmək üçün internet  resurslara müraciət edirlər.  Buna görə də deyərdimki son günlərdə, hətta nəyinki son günlərdə tarixləri ərzində ən çox istifdəçi eyni anda bu gün xəbər saytlarına daxil olurdular. Buna görə də demək olarki bütün xəbər saytlarının serverlərində problem yaranmışdı, hamsı yüklənirdi. Bu da təbii haldır.Buna hazırlıqlı deyildi heç bir xəbər saytı. Heç terror aktına hazırlıqlı deyildik, qalsınki xəbər saytları belə bir anda onları gözləyən istifadəçi çoxluğuna hazırlıqlı olsunlar. APA, ANS, LENT.AZ, SİA, DAY,AZ və s. olmaqla bütün saytlarda yaşandı bu problem. Bu da o deməkdirki İstifadəçi sıxlığına da saytlarımız hazır deyil. Sora hətta Day.az vəziyyətdən çıxış yolu üçün ən sonuncu yola əl atıbdı, deyirki bəs hacker hücumu olubdu ( DDOS ). Buda lap gülünc səslənir. Gürcüstandakı müharibə vaxtı bəhanə eləmişdilərki bəs guya rus kəşfiyyatı edibdi hücumu indi də bir bəhanədə yoxdurki onun arxasında gizlənələr. Ya bilməməzlikdən belə deyirlər, ya da bundan PR kimi öz lehlərinə istifadə edirlər. Amma server yüklənməyində belə utanılacaq bir şeydə yoxdur heç insafən götürəndə. Hərdən Google addsense`in serveri də , Twitter`in serveri də yüklənir amma onlar elə olduğu kimi deyirlər...

P.S. Təki saytlarda problem istifadəçinin çoxluğu olsun elə ...

Tags:

Aprel 25

Ustune dinqildat.

Bu günün Aznet üçün maraqlı və sensasiyalı xəbərini sabah qalxdıqda twitter`dən öyrəndim. Elə oxuduqdan sonra da dərhal nə baş verdiyini öyrənmək üçün saytı ziyarət etdim. Sayta baxdıqda artıq burada Azərbaycanın mobil internet bazarında lider mövqe tutan Wap.Xana.az saytının "satılır" elanının yerləşdirildiyini gördüm. Xatırladımki ötən il saytın 30%`nin satıldığı ilə əlaqədar xəbər vermişdik. İndi isə elanda saytın tam satışı olacağı deyilir. Yəni belə deyimki ötən ilki satış gəlir məqsədli satış idi. Layihənin daha da böyüməsi üçün atılan addım idi. Ancaq bu dəfəki daha çox layinənin əldən çıxarılmağı üçün edilən satışdır. Layihə rəhbərinin də dediyi kimi bu proyektləri sataraq yeni bir startup üçün maliyyə əldə etməkdir məqsəd. Həmdə elandakı sətirlərdən belə ehtimal etmək olarki satışa səbə bir növ yerli bazara küskünlükdür də. Elandan sitat:

Digər tərəfdən də, ölkənin bəzi mobil operatorları belə bir layihəyə nədənsə biganə yanaşır, nəticədə saytın rəhbərliyi Azərbaycanın Wap bazarında qalıb işlemək və saytı daha da inkişaf etdirmək istəyinden vaz keçmək məcburiyyətinde qalır. Bu səbəbdən, rəhbərlik bu layihəni satmaq fikrindədir.


Tags:

Aprel 14

Bu gün Rəşad`dan yeni domain adının istifadəyə verildiyini eşitdim. Bu yeni domain .TEL olaraq fəaliyyət göstərəcək. Eşitdikdən sonra Oxatan`da yazmaq üçün bir az araşdırma etdim. Domain mart ayının sonlarına doğru fəaliyyətə başlayıbdı ( Barcamp`a başımız qarışdığından, fərqinə varmamışam) . Deyilənə görə, mart ayının 24`ündən artıq domaini almaq mümkün olubdur. Domainin adını əvvəl eşidəndə fikirləşdimki .mobi kimi mənasız bir domainə alternativ olaraq çıxarıblar. Düşündüm yəqin bunu da alıb mobil sayt qurmaq olar. Ancaq araşdırmadan sonra məlum olduki bu domainin işləmə prinsipi bir qədər fərqlidir. Bu sadəcə virtual vizitkar kimi istifadə etmək üçün domain adıdır. Elə tanıtım reklamında da bunu görmək olar.
Domain necə işləyir?
Bir .tel domain adının digər domain adalarından fərqləndirən, insanın (ya da şirkətin) əlaqə məlumatlarını, hər yerdən istifadə edilə bilən bir dns üzərindən birbaşa olaraq saxlamasıdır. Bu vəziyyət, digər TLD`lər üçün tipik DNS istifadəsinin tam əksinədir. .Tel domainlerde, DNS yalnız, domain adları və IP ünvanları arasında bir xəritələməni təmin edər.

.Tel domain adı ilə bir veb saytı meydana gətirmək mümkündurmü?
Bu mümkün deyil. .Tel domain adı işləyişinə görə, qeydiyyat edənləri veb saytlarını fərdiləşdirərək .tel sahəsinə girməsinə icazə vermir. Bütün .tel domainleri əlaqə məlumatlarını göstərən bir səhifədə saxlanılır. Bu bir növ vizit kart funksiyasını yerinə yetirən bir sayt olur. Yəni virtual vizit kart.

Qeydiyyat etdirən bir adam bir TEL sahəsinin DNS`ində olan əlaqə məlumatlarını necə idarə edə bilər?
Domain adını müvəffəqiyyətlə qeydiyyat etdirildikdən sonra, qeydiyyat etdirən adama Tel mühafizə platforması üçün istifadəçi adı və şifrəsi göndəriləcək (avtomatik olaraq adamın e-poçt ünvanına). Tel mühafizə platforması, domain sahibinin, əlaqə məlumatlarına, əlavələr etməsində, məlumatları silməsi və ya tənzimləmə etməsinə və bunları birbaşa olaraq DNSə qeyd etməsinə icazə verir. Bu xidmət, domain qeydiyyat ödənişinə daxildir.

.Tel domain adını qeydiyyat əməliyyatı üçün xüsusi texniki şərtlər varmı?
.Tel domain adı minimum 3, maksimum 63 simvoldan ibarət ola bilər. .Tel domaini yalnız İngiliscə həriflərdən meydana gələ bilər. Digər domainlərdən fərqli olaraq .tel domainində rəqəmlərdən istifadə etmək olmaz.

.Tel domainlərini http://telnic.org `dan qeydiyyat etmək mümkündür.


Tags:

Aprel 07

Ötən ay təşkil olunmuş dünya mobil konqresində Yahoo yeni mobil versiyasını hazırladıqlarını bildirmişdi. Artıq yeni versiya hazırdır. Əvəvlki versiyaya görə çox istifadəyə yararlı və keyfiyyətli görsənir. Həm də səliqəlidir. Bu yeniləşmədə təbii ki əsas məqsədr iPhone telefonlarına saytı uyğunlaşdırmaqdır. Budur Yahoo`nun yeni mobile versiyası:
Əvvəl:
Yahoo

İndiki:

Yahoo

Digər bir yeniləşmə isə dünyada ən böyük iki sosial media saytından biri FriendFeed`dəndir. Düzdür bizim internet istifadəçiləri hələ heç sosial media saytlarını düz əməlli kəşf etməyiblər, amma dünyada kifayət qədər özünə yer eləyibdi. Hətta bizim istifadəçilər oyanıb kəşfeliyənə kimi artıq dizaynında dəyişikliklər etməyə başlayıbdı. Yeni versiyanı FriendFeed istifadəçiləri beta.friendfeed.com adresindən sınaqdan keçirməyə başlaya bilərlər.
Yeni Görünüş:
FriendFeed

Yeni görünüş bir qədər twitter`i xatırladır mənə. FriendFeeddə diqqət çəkən ən əhəmiyyətli xüsusiyyət, səhifənin çox-çox daha sürətli şəkildə yeniləşməsidir. FriendFeeddə feedler, şərhlər  və hətta "like"lər belə heç dayanmadan yeniləşir. Xüsusilə şərhlərin bu sürətlə yeniləşməyi, feedler altındakı müzakirələrə çox daha interaktiv və cazibədar edəcəyə oxşayır. Ancaq sizi bu sürət narahat etsə "pause" ilə bunu dayandıra bilərsiniz. Eyni zamanda twitter`də olan bir-iki xüsusiyyətdə əlavə olunubdu. Amma yeni versiya mənim ürəyimcə olmadı. Əvvəla gərəksiz dərəcədə rəngarəngdir. Buna ehtiyyac yox idi. Xüsusiyyətləri yeniləşdirib dizaynı olduğu kimi saxlamaq daha yaxşı olardı. Birdə indiki versiyada "Comments + Likes" və "istifadəçi + Friends" kimi labelləri götürüblər. Mənim ən çox istifadə etdiyim funksiyalardandı bunlar. Heç olmasa bunları yenidən bərpa etsələr pis olmaz. Düzdür URL`a əl ilə yazanda alınır amma bu rahat deyil. İndi isə gözləyək görək yeni versiya nə vaxt tam hazır olub efirə veriləcək.

Tags: