Oxatan.com » İstifadəçilər » Sadig

Sadig

Adı:
Qeydiyyat tarixi: 2 Fevral 2008 17:41
Sayta axırıncı viziti: 24 Noyabr 2008 00:43
Qrupu: Admin

Reytinqi:
  • 0


Ünvan:
ICQ:
Özü haqda yazdıqları:


Xəbərlərinin sayı: 35
Şərhlərinin sayı: 16 [ Son göndərilən rəylər ]

[ E-məktub yaz ] [ Şəxsi ismarıc ]

Fevral 10

oxatan.comÖzünüz də bilirsiz ki, alimlərin boş oturmaqla arası yoxdur. BBC`nin məlumatına görə Newcastle universitetinin alimləri üç valideyini olan hüceyrə yaratmağa müvəffəq olublar. Əsas məqsəd isə genetik xəstəliklərin qarşısını almaq olub. Hələki təcrübə uğurla keçir və deyilənə görə bu üsulla 50 adda xəstəliyin qarşısını almaq olar. Hüceyrənin yaranmasında 1 kişi və 2 qadının genindən istifadə olunub.





Tags:

Fevral 10

Ustune dinqildat.

Düzü Oxatan`da bu barədə yazmağı düşünmürdüm. Amma mətbuatda bu barədə çox yazılmasından sonra dedim ki, məndə bir iki kəlmə bəlkə yazım. (belə populistik mövzular deyəsən saytın reytinqin qaldırır...)
Hə.. Hamımızı təbrik edirəm əvvəla. Axır ki, adını necə tələffüz edəcəyimizi bilmədiyimiz, Eurovision`da bizdə varıq. Bəzilərimiz “Avrovizya”, bəzilərimiz “Avrovijın”, bəzilərimiz “Yerovijın”, bəzilərimiz isə “Yevrovidenia” deyirik. Amma yəqin ki, əsas odur ki, hamımız bir-birimizi başa düşürük. Mən seçim turunu və seçim gecəsini təhlil etməyəcəm. Düşünürəm ki, azərbaycanlılar artıq bunu ediblər. Onlarla razıyammı, deyiləmmi bu başqa məsələ. Deyilənə görə, səhnə yaxşı səhnə olub. Amma onu demədən bu mövzudan ötə bilməyəcəm: Milli seçim turunun final gecəsini Sertap Erener yola verməyə gəlmişdi. (yazının davamı ətraflıda..)

Tags:

Fevral 09

Ustune dinqildat.

Azəri saytlarında gəzinəndə görürsən ki, istifadəçilərin və sayt sahiblərinin heç də hamısı nəyin nə olduğunu bilmirlər. Ona görə məndə aznetin “püff”(yəni o qədərdə xoş olmayan, iy verən məqamlarını) öz fikrimcə, öz anlayışımla açmağa, izah etməyə çalışdım. Razı olmayanlar şərh verə bilərlər. (siyahı uzun olduğundan ətraflı-da yazmalı oldum.)

Tags:

Fevral 08

Ustune dinqildat.

Həmişə qız-oğlan münasibətləri aktual və biraz da qəliz məsələ olub. Qabaqlar seçdiyin qızla görüşə bilmək problem idisə, indi onun səndən başqaları ilə görüşüb-görüşməməsi problemi yaranır. Düzü yəqin ki, hər dövrdə zəmanə adamları deyib ki, "əşi indi evlənmək çətin məsələdi". İndi də hamı deyir ki, evlənmək çətindir. Halal süd əmmişin birini tapmaq çətin işdir. "nə biləsən hansı yuvanın quşudur?!". Amma artıq deyəsən bu problem də internetin köməkliyi ilə həll olunacaq. İndi sadalayacağım proseduralardan sonra bəlkə də oğlanlar daha rahat qız seçimi edə biləcəklər. (Qızlardan çox-çox üzr istəyirəm, hələki düzəməlli oğlanı necə tapmaq olar, onun resepti haqqında bir fikrim yoxdur. çünki mənə lazım olmayıb :) ) Prosedura biraz uzun olduğundan Ətraflı-da yazmalı oldum.

Tags:

Fevral 08

Ustune dinqildat.

Bu əcnəbilər heç dərd çəkməyə dözümlü deyillər. Bir problem olan kimi texnologiyanı köməyə çağırırlar. İndi də görüblər ki, pərdələr işığın qarşısını kəsir birşey fikirləşib bu problemi də həll eləməyə çalışıblar. Bu çətin işin öhdəsindən Floria Krätli gəlib. O maqnetik pərdə fikirləşib. bu pərdəni necə əzsəniz, necə qatlasanız o formada da qalır. Bundan sui istifadə edib dəbli interyer yaratmaq da olar. (davamına 1-2 foto daha atılıb)




Tags:

Fevral 08

oxatan.com

İllərdir kişilərimiz(oğlanlarımız) sevgililərini və ya xanımlarını kinoya apararkən güzəştə getməli olurlar, filmi əsasən xanımlar seçirlər. Bu indi də belədir. Kişilər üçün nəzərdə tutulmuş internet saytlarının birində, "Hər kişinin ölmədən öncə, mütləq izləməli olduğu 100 film" adı altında bu yazını görəndə, maraqlı gəldi görəsən bunlardan neçəsinə baxmışam, neçəsinə yox. Beləliklə siyahını təqdim edirəm çalışıb baxın. Adları ingiliscədir gərək bağışlayasınız. Fikrimcə özünüz də siyahıya əlavə və dəyişiklər edə bilərsiniz. (Siyahını görmək üçün ətraflıca oxuyun..)

Tags:

Fevral 07

oxatan.com


İnternetdə gəzişərkən tapdığım bir neçə məzəli foto.(davamında 10-15 foto daha atılıb.)

Tags:

Fevral 07

Ustune dinqildat.

İnternetdə gəzinəndə şəxsi blogların birində belə başlıqlı bir yazı gördüm. Gördüm ki, yazılıb:
Evdə və yaxud internet klubda internetə girəndə fikirləşməyin ki, dünyanın istənilən yerinə bağlana bildiyiniz internet şəbəkəsi Allahın göndərdiyi paydır :) Əslində internet dünyaya, okeanların altına çəkilmiş fiberoptik kabellərin hesabına işləyir. Bu da o kabellərin xəritəsi, baxın görün dünyada nələr var.

Tags:

Fevral 07

Oxatan nədir? - Atılmışlar... İnternetin atılmışları - Oxatan`da... ( Bütün hüquqları atılıb )
Fikrimcə bu dəqiqə Azəri mühitində atmaq və atılmaq çox aktual bir məsələdir. Kimisi pul atır, kimisi söz atır, kimisi göz atır, kimisi uşağını atır, kimisi ərini atır (gedir Dubaya), kimisi ailəsin atır (gedir Rusyetə), kimisi də "prosta" atır. Mən də bu ata-at`a laqeyid qala bilməzdim. Öz-özümə fikirləşirdim ki, görəsən mən nə ata bilərəm? Bu fikirlə internetdə gəzişirdim ki, birdən diqqətimi o cəlb etdi ki, eyni materialı 4-5 saytda Exclusive adıyla görürəm. Deməli ya mən exclusive sözünün mənasını bilmirəm, yada bu “atanşikliyin” yeni bir növü - Content atışı adlı, müğənnilər demişkən - yeni kateqoriyasıdır. Onda başımın üstündə bir lampa yandı ki, bu əsl mən axtarandır. Dedim ki, "mən də səni alaram blog açaram, məndə bir bəy olaram :) ".... ( ətraflı oxuyun)
Əgər blog sizin də ürəyinizcədirsə, sizin də göstərməli bir şeyiniz(materialınız), yazmağa sözünüz varsa qeydiyyatdan keçib “ XƏBƏR YAZ” bölməsindən yazın. Yada e-maillə oxatan_com@yahoo.com adresinə göndərin, məsləhət bilsək yayımlayaq.

Tags:

Fevral 06

Ustune dinqildat.

University Of Washington’da düzəldilən bu lenslər indiyənə qədər sadəcə dovşanlar üzərində təcrübə edilib və heç bir pis zərər verməmişdir.
Üniversitetin dediklərinə görə bu lenslər hələlik insan üstü yaxınlaşdırma özəlliklərini qazandırmasa da istifadə yerləri olaraq sürücülərin yolda digər avtomobillərlə əlaqəli sürət məlumatlarını ya da hava şərtlərinin anında gözə yansıtmasında vəya oyun sektorunda istifadə edilə bileceyini deyirlər. Bundan başqa..... (davamına 1 foto daha atılıb...)

Tags: