Oxatan.com » İstifadəçilər » Sadig

Sadig

Adı:
Qeydiyyat tarixi: 2 Fevral 2008 17:41
Sayta axırıncı viziti: 24 Noyabr 2008 00:43
Qrupu: Admin

Reytinqi:
  • 0


Ünvan:
ICQ:
Özü haqda yazdıqları:


Xəbərlərinin sayı: 35
Şərhlərinin sayı: 16 [ Son göndərilən rəylər ]

[ E-məktub yaz ] [ Şəxsi ismarıc ]

Aprel 13

Ustune dinqildat.

Bu günlərdə internet marketinq bloglarının birində interneti dəyişən 10 gənc haqqında yazı dərc olunmuşdu ( niyə olunub yox olunmuşdu yazmışam? çünki müəllif sonra tapıb ki, layihələrdən birinin təsisçisinin adını səhv yazıb.. ona görə bu dəfə 9 ilə tanış olun. Biri də harda olsa gəlib çıxar). İstədim həmin yazını məndə Oxatanda yerləşdirim. Düzdür onların işlərini hamınız yəqin ki, tanıyırsınız. Amma şəxsən mən bu yazıya qədər onları üzdən tanımırdım. Əslində Aznet üçündə belə bir siyahı tərtib etmək olar. Bəzi problemləri çıxsaq... amma həmin adamların şəkillərin tapmaq çətin olacaq. ( bu barədə fikirləşib "ox"lu bir yazı yazmaq lazımdır). Siyahı ətraflıda

Tags:

Aprel 08

Ustune dinqildat.

Oxatan  olaraq oxuduğunuz kimi daim şikayətlənirik. Bizim kimi “qəlbi qaralara” həmişə deyinəcək bir səbəb olur. İndi də istədim biraz statistik rəqəmlərlə və rəsmi məlumatlarla “ox atam”. Düzü mən həmişə ağıllı olmasam da kənardan ağıllı görsənmək istəmişəm ona görə də indi sizdə belə bir təəssürat yaratmaq üçün Azneti iqtisadi aspektdən araşdırmaq istədim. Görəsən niyə hələdə istənilən inkişafı əldə etmək mümkün olmur.
Əvvəla onu qeyd edim ki, hiss etməsəniz də indi Azərbaycanın iqtisadiyyatında prioritet inkişaf sahəsi məhz İKT yəni informasiya kommunikasiya texnologiyalarıdır. Üstəlik proitet sahə olaraq 2003-cü ildən elan olunub. Bəs niyə hələ də gözlə görünən inkişaf hiss olunmur? İqtisadçılar demişkən bunun obyektiv və subyektiv səbəbləri var. (davamını ətraflıdan oxuyun)

Tags:

Aprel 07

Ustune dinqildat.

Yeni bir sayt açılıb, hansı ki, kontenti tamamilə tələbələrə yönələcək. Yəqin hamınız bilirsiniz ki, TQDK-nın son qərarından sonra artıq tələbələr könüllü sürətdə olmasalar da internetdən istifadəni öyrənməli olacaqlar. Göürünür belə bir saytın yaranmasının da indiyə təsadüf etməsi, təsadüfən olmayıb. Saytın ünvanı Telebe.az`dır. Bu sayt barədə MediaForum-da gördüm. Sayt haqqında yazılmışdı ki,
Yeni informasiya resursunda bir sıra mövzular barədə məlumatlar yerləşdiriləcək: Azərbaycanda və dünyada tələbə həyatında baş verən ən son hadisələr, ölkədə və xaricdə keçiriləcək seminarlar, treninqlər barədə əvvəlcədən məlumat, xarici ölkə səfirliklərinin təşkil etdikləri tələbə mübadilələri, xaricdə təhsil və iş imkanları barədə ən dolğun və operativ məlumatlar, Təhsil Nazirliyi və Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının qərarları, qanun layihələri və gələcək planları barədə məlumatlar.

Düzü mən özüm ətraflı araşdıra bilmədim saytı, amma gəzinəndə aydın oldu ki, sayt bir növ "tələbə xəbərlərindən" ibarətdir.


Tags:

Aprel 06

Ustune dinqildat.

Artıq bir dəfə bu barədə Oxatan`da yazmışdım. Ona görə Aznetin “püff” nöqtəsi deyəndə nəyi nəzərdə tutduğumu birdə açıqlamağı artıq hesab edirəm. Düzü o vaxt bu yazının belə həvəslə oxunacağını düşünməmişdim. Görəndəki marağa səbəb oldu fikirləşdim ki, bəlkə ikinci hissəni də yazsam pis olmaz ( artıq reytinq heçkimə meneə törətmir...). Keçən dəfəki kimi yenə deyirəm hansı məqamla razılaşmasanız öz münasibətinizi bildirib məni bu səhv düşüncə tərzindən yayındıra və ya əlavələr edə bilərsiniz.... Odur ki, yazını ətraflı oxuyun..

Tags:

Aprel 01

Oxatan

31 martdan etibarən Yahoo həvəskarları yeni bir xidmətdən daha istifadə etmə imkanı qazanıblar. Bu xidmətin ərsəyə gəlməsinə son zamanlar aparılmış araşdırma nəticələri səbəb olub. Hesablamalardan belə məlum olub ki, real həyatda olduğu kimi virtual dünyada da xanımlar online mağazalardan daha çox istifadə edirlər. Buradan da aydın olur ki, reklam bazarı daha çox qadınlara yönələcək. Belə bir araşdırmadan öz lehinə istifadə etməyə qərar verən Yahoo yeni xdməti olan Shine`ı istifadəyə verib. Sayt barədə onu deyə bilərəm ki, lazımınca sadədir və bir növ bloqları xatırladır. Amma saytın yazıçı kütləsi olduqca geniş və daim yenilənən bir kontentə sahib olacağının söylənməsi sayta olan marağın yüksək həddə olacağından xəbər verir. Saytın bölmələri arasında qadınların iş həyatı, ailə həyatı, uşaqların tərbiyəsi, cinsi əlaqə və buna bənzər mövzuları əhatə edəcək başlıqlar yer alacaq.

Tags:

Aprel 01

Ustune dinqildat.

Yaponiya beyin institutunun yaydığı məlumata görə, əcdadlarımızla müqayisədə yeni nəsil insanların vizual informasiyanın emalı imkanları getdikcə mədudlaşmaqdadır. İnsanların əksəriyyətinin bütün günü kompüter arxasında keçirdiklərindən real həqiqətləri fotoqrafiyalar və ən pisi videolarda gördüklərindən onların görmə sinirləri informasiyanı ekranda qurulan görüntü ayarları çərçivəsində emal etməyə uyğunlaşır.

Əksər istifadəçilərin ekran video görüntü ayarları 1280õ102 ölçüsündədir. Nəticə olaraq beyin şəkilləri məhz bu olçü olaraq emal etməyə başlayır. Egər belə bir insan təbiətə çixaraq real həyata baxarsa, beyini çətinlik çəkir. (davamı ətraflıda)

Tags:

Aprel 01

Ustune dinqildat.

Yəqin hamınız uşaq və buz şerin xatırlayırsız, orda uşaq buza deyirdi ki, "yaz gələr artar qəmin....". İndi onun sözü olmasın bu yaz gələndən sonra biraz problemlərlə bağlı olaraq Oxatan blogun bütün ağırlığı bizim bu Oxchu qardaşın üzərinə düşmüşdü. Bir qədər olar ki, oxumaqla kifayətləndiyim internetdə vaxt tapan kimi məndə əlimə klaviyatura alıb 1-2 kəlmə yazmaq istədim. "Manıs"lar demişkən görüşünüzə əliboş gəlməmişəm ( şəkildəndə də görünür =) ). Təzə məlumatlarım var. İki xəbər və bir bildirişim olacaq. Başlayaq ən pisindən....
Gözünüz aydın hər şeyin bahalaşdığı bir vaxtda artıq domain qiymətləri də bahalaşacaq. 2008-ci ilin martın 27-də məlum olub ki, .com və .net, domen məkanlarının administratoru, tanınmış VeriSign şirkəti, sözügedən məkan daxilində domen qeydiyyatı qiymətlərinin qaldıracaq. Bu, ICANN ilə razılaşma əsasında baş verəcək. (yazı uzun alındı əziyyət deyilsə hamısını ətraflıdan oxuyun)

Tags:

Fevral 24

Ustune dinqildat.

 Artıq Oxatan Aznetdən xəbər verməyi bir növ öz öhdəsinə götürüb. Bu dəfəki danışacağımız sayt bir qədər köhnədir. Amma Oxatanın yaşının az olduğunu nəzərə alsaq zənnimcə bu günahdan keçmək olar. Sayt Azart.az -dır. Saytın tematikası və konsepsiya dizayn üzərinə qurulub. Amma buradakılar "template"ləri "edit"ləyərək, altındakı copyright`ı dəyişib nikini yazanlar deyil. Burada bu işlə professional olaraq məşğul olanlar toplanıblar. Düzü mənim özüm də bu saytı çox yeni tanıdım. Ona görə ətraflı gəzinə bilmədim. Zənnimcə sayt 09.03.2007 tarixindən fəaliyyət göstərir. Sayt forumdan ibarətdir və əsasən dizaynerlər öz fikirlərini, işlərini bölüşürlər. Həmişəki kimi bu saytda da bəyənmədiyim birşey var, oda logotipin azərbaycanca saytın isə rus dilində olmasıdır.
 Saytın təşkilatçıları martın 14-nə(2008) bir yığıncaq da təşkil etmək niyyətindədirlər. Deyilənə görə gecəyə bu sahəylə həqiqətən maraqlananlar gəlsə daha yaxşı olar. Hərhalda işə yanaşmada professionallıq yaxşı keyfiyyətdir.

Tags:

Fevral 23

Ustune dinqildat.

Belə bir mövzuda yazmaq ehtiyacını bu yaxınlarda mənzil başına çatmaq üçün hamının “Bulvar” kimi tanıdığı dənizkənarı milli parkdan keçəndən sonra duydum. Düzü yazıb-yazmamaqda tərəddüd etsəm də dedim hərdalda artıq köhnəlmiş mövzu olsa da, belə populistik temalar reytinqi qaldırmağa kömək edir...
Yatmaq ədəbi sözünü bir qədər konkretləşdirsəm və daha aydın ifadə etməyə çalışsam, nəzərdə tutduğumun əslində yataq mədəniyyəti yəni sexual mədəniyyət olduğunu görürəm.... (yazın uzun-uzadı olduğundan davamını ətraflıda yazmalı oldum)

Tags:

Fevral 16

oxatan.com


Bakıda gələcəkdə tikilməsi planlaşdırılan yeni göydələnlərin maketləri. Baxdıqca göz oxşayan proyektlərdir və qərb ölkələrindəki analoqlarından heç bir xüsusiyyyətlərində geri qalmırlar. Əlbəttə plana uyğun dəqiq tikilib həyata keçirilsə. Rəsimləri bizimlə paylaşan  897344 ləqəbli istifadəçiyə xüsusi təşəkkürümüzü bildiririk. Göydələnləri isə görmək istəsəz xəbəri ətraflı oxumaq kifayətdir.

Tags: