Sentyabr 07
Oxu atan: Sadig | Baxılıb: 262 | Bölmə: bAzNet

Çoxdandır yazmağa tənbəllik edirdim. Görünür “köhnə Oxçu”nun yazılarından sonra qonşudan qalma dala prinsipi ilə məndə də yazmaq istəyi oyandı. Yazımın mövzusu isə yeni açılması nəzərdə tutulan bir saytla bağlıdır. Saytın açılacağı barədə xəbəri oxuyandan sonra sizinlə də paylaşmaq istədim. Həm də bir növ araşdırma aparmaq istədim ki, bəlkə sizlərdən kimdəsə sayt barədə, ideya müəllifləri barədə məlumat ola. Hələki saytda olacaq bölmələr barədə, strukturu və xidmətləri barədə heç bir məlumatım və təsəvvürüm yoxdur. Bildiyim yeganə saytın nəzərdə tutulan URL`dur. Saytın adının YUMROO –
www.yumroo.az olması planlaşdırılır. Baxmayaraq ki, saytın ideya müəllifləri kifayət qədər iddialı fikirlər bildiriblər, mənim sayt barədə fikirlərim “sual” işarələrindən ibarətdir. Düzünə qalsa bu yazını yazmağıma da səbəb müəlliflərin iddialı fikirləri oldu. Bildiklərimi sizinlə də bölüşmək üçün
oxuduğum xəbəri olduğu kimi
Oxatan`da da yerləşdirirəm:
В Азербайджане создается новая глобальная Интернет система.
Уже продолжительное время в стране распространяются слухи о продвижении крупного Интернет проекта. Многие эксперты в области Интернета неоднократно высказывали мысли о возможности создания неких подобий глобальных проектов в Азербайджане, упоминая при этом всемирно известные системы электронных почт, поисковиков и даже популярный youtube (передача изображения посредством Интернета). По полученной первичной информации, в настоящее время идет подготовка к презентации национального Интернет портала.
Как известно, самым сложным моментом в начале деятельности любого ресурса является выбор имени адреса. По предварительным данным, национальный портал будет носить название YUMROO – www.yumroo.az, что напоминает всемирно известную поисковую систему Yahoo!. Кроме понятия окружности, авторы проекта заложили свое понимание в название портала, которым они обещают поделиться во время презентации. Как стало известно, в распоряжение пользователей нового портала будут предоставлены многочисленные услуги, среди которых будет много новшеств. Для отечественного Инернета проект обещает быть весьма значимым и амбициозным, так как планируется полное использование азербайджанского языка, наряду с английскими и русскими и другими версиями сайта.
Конечно же, продвигать национальный портал в рамках одной страны в современных реалиях очень сложно, или же вовсе невозможно. Мы были свидетелями появления таких российских порталов, как mail.ru, rambler.ru, yandex.ru, но следует помнить, что популярность данных порталов проходила по мере распространения Интернета в России. Что касается Азербайджана, национальный портал должен быть настолько интересным, чтобы им начали пользоваться и за пределами страны, стать брендом для всех азербайджанцев. Следующим аспектом увеличения пользователей портала может выступить целевой регион, которым может выступить Южный Кавказ, Восточная Европа или же Центральная Азия.
По мнению авторов, ответы на эти вопросы будут даны в ближайшие дни, и каждый азербайджанец в скором времени сможет гордиться своим национальным порталом. Нам же остается только ждать и надеется на это.
Tags: yeni portal yumroo .az
Ətraflı
İyul 01
Oxu atan: Sadig | Baxılıb: 189 | Bölmə: bAzNet

Yenidən kompüter arxasında oturub yazmaq imkanına sahib olmaq təsəvvür etdiyimdən daha yaxşı bir hiss imiş. Bütün oxucuların bura mənim şəxsi həyatımdakı problemləri oxumağa gəlmədiyini çox yaxşı bilirəm, odur ki, əgər yazmağa başlamışamsa gərək nəsə yeni bir xəbər verim. Düzü budəfəki xəbərim elədə təəcübləndirici bir yenilik barəsində deyil. Sadəcə yeni açılmış bir sosail şəbəkə barəsində məlumat verəcəm. Bu sosial şəbəkənin "aznet"lə də o qədər əlaqəsi yoxdur, sadəcə bu yaxınlarda əlimə keçən birr press relizdir. Daha konkret desəm "Cisco"nun Azərbaycandakı flialının yaydığı bir məlumat. Birinci əldən məlumatı daha aydın anlamaq mümkündür fikrimcə. Maraqlıdırsa
ətrafııdan oxuyun...
Tags: cisco sosial şəbəkə community İT
Ətraflı
May 16
Oxu atan: Sadig | Baxılıb: 172 | Bölmə: CızmaQara

Direct Marketing Association agentliyinin araşdırmasında deyilir ki, reklam kampaniyasında
Web 2.0 alətlərindən istifadə olunması, brendi daha da məhşurlaşdırır və onun satışını artırır.
DMA təhlilçilərinin sözlərinə görə, Web 2.0 aləti, özlərinin nisbi yeniliklərinə baxmayaraq çox vaxt reklamçılar tərəfindən istifadə olunur.
Sorğuda iştirak etmiş marketoloqların 84%-i Web 2.0 alətindən brendin tanınması üçün, 83%-i isə satışı yaxşılaşdırmaq üçün istifadə etdiklərini bildiriblər. Təhqiqat zamanı
DMA mütəxəssisləri, birbaşa marketinqlə məşğul olan 160 marketoloqun fikrini örgəniblər.
Tags: internet marketing
Ətraflı
May 16
Oxu atan: Sadig | Baxılıb: 219 | Bölmə: Mənə nə?

Bu haqda bu "
gün səhər" qəzetdə oxudum: 34 yaşlı ingilis Pol Osborn həyat yoldaşı Şeronu xəyanətdə ittiham edərək onu evdən qovub. O, Şeronun elektron poçtunu yoxlayarkən onun öz iş yoldaşına yazdığı məktubları tapıb. Bu xanım məktublarında həmkarını sevdiyini iddia edirmiş. Ona görə də Pol 14 ildir birlikdə yaşadığı və iki uşağının anası olan qadını qovmaq qərarına gəlib. Amma Bakinhemşir qraflığında yaşayan qısqanc ərin ürəyi bununla soyumayıb. O, öz arvadını İnternetdə hərraca qoyub. “Yalançı və ərinə xəyanət edən qadına kim daha çox pul təklif edə bilər” sualını İnternetə yerləşdirən Pol az qala milyonçu olubmuş. Çünki onun arvadına 500 min funt (milyon dollara yaxın) məbləğ təklif edən varmış. Lakin Şeron işləri korlayıb. O, ərinə xəyanət etmədiyini bildirib və həyat yoldaşını bu hərəkətinə görə məhkəməyə verib.
Tags: er arvad xeyanet satqın satış internet
Ətraflı
May 11
Oxu atan: Sadig | Baxılıb: 194 | Bölmə: Mənə nə?

Aparılmış tədqiqat kompyuter kibordlarında milyonlarla bakteriyanın olduğunu
müəyyən edib.
(
red. kibord - keyboard - klaviatura
)
Bunlar mədə ağrıları və soyuqdəymənin mümkünlüyünü xeyli artırır.
Britaniya İstehlak Təşkilatı tərəfindən aparılan tədqiqat bəzi kibordlarda bakteriyaların sayının, tualet oturacağından çox olduğunu göstərib.
Londonlu mikrobioloqlar deyirlər ki, ofis işçiləri kompyuterdən şərikli istifadə edərək, bir-birini yoluxdura bilərlər.
Kibordların mütəmadi şəkildə spirtli salfetkalarla silinməsi bakteriyanın sayını xeyli azalda bilər.
2004-cü ildə Arizona Universitetinin apardığı tədqiqat ofis avadanlığında, ələxüsus telefon, kibord və siçanlarda mikrobların tualetlərdən 400 dəfə çox olduğunu aşkar etmişdi.
Tags: computer kompüter kibord keyboard
Ətraflı
May 09
Oxu atan: Sadig | Baxılıb: 267 | Bölmə: bAzNet

Sizə kimdən deyim, nədən danışım, biri var imiş biri yox imiş internet reklam var imiş.
Bu internet reklam deyilən zad Aznetdə elə gah varmış, gah yoxmuş kimi
bir təəssürat yaradır. Hazırda internet reklamın “barını” əsasən
AzRunet yeyir. Bu yaxınlarda bu AzNet termini üzərində baş
sındırdıqlarını
eşitdim. Sən demə
forumların birində
əməlli başlı bu barədə baş sındırıblar. Amma AzNetin yalnız
Azərbaycandilli resurslardan ibarət saytlar icması olduğunu hesab etsək
(əslində bu AzNet məsələsi qurdaladıqca uzanan bir məsələ olduğundan
mən mətləbdən uzaqlaşmamaq üçün çox qurdalamadım) onda bu reklam
məsələsi AzNet üçün əsl problemdir. (biraz uzun-uzadı oldu,
ətraflıdan oxuyun)
Tags: reklam, internet, google, adsense, statistika, statictic
Ətraflı
Aprel 27
Oxu atan: Sadig | Baxılıb: 255 | Bölmə: bAzNet

İşlərə görə o qədər də aktiv yazarlıq nümayiş etdirə bilmirəm. Bəlkə də çoxlarınız artıq bu yazını (məlumatı) oxuyub və ya görüblər ancaq mən bu yazını yeni əldə edə bildim. Netty`nin yeni press relizidir. Yenə inkişafdan və uğurlardan bəhs olunur. Bir az uzundur ona görə
ətraflı`da yerləşdirdim.
Tags: netty site activivity
Ətraflı
Aprel 21
Oxu atan: Sadig | Baxılıb: 220 | Bölmə: bAzNet

Son günlərdə tənbəllikdən ancaq yerli mətbuatı izləyirəm. Elə bu dəfəki xəbəri də yenə
ANS`dən atmışam. Görək nə deyirlər:
Bu ilin birinci rübündə Amerikanın Google şirkəti 823 milyon avro gəlir
əldə edib ki, bunun da 51 faizi məhz xaricdən əldə olunub.
Dünyanın ən böyük axtarış sistemlərindən biri olan
Google gəlirlərini
artırıb. Bu vəziyyət, şirkət səhmdarlarının narahtlığına son qoyub. Bu
ilin birinci rübü ərzində ABŞ-ın sözügedən internet şirkəti 832 milyon
avro gəlir əldə edib. Bu isə şirkətin ötən ilin üç rübündə əldə etdiyi
gəlirdən də çoxdur. Google-un satışı 42 faiz artıb. Bu xəbərin
yayılmasından sonra birjalarda şirkətin səhmlərində 17 faizlik artım
qeydə alınıb.
Məsləhətçi Nielsen qurupunun məlumatına görə, ötən il quqlun dünya
bazarında hissəsi 56.3 faiz təşkit edib. Onun ən yaxın rəqibi
Yahoo-nun
payı isə cəmi 21. 5 faiz olub. Buna qədər isə, ekspertlər ABŞ-ın
iqtisadiyyatındakı probelələrin Google`un əsas gəlirlərindən olan
reklam bizensinə mənfi təsir edəcəyindən ehtiyatlanırdılar. Amma,
Google ABŞ-ın iqtisadi itkilərini uğurla kompensasiya edə bildi. Bu
dövrdə Google-un 51 faizlik gəliri məhz xaricdən gəlib. Buna görə də,
indi sözügedən şirkət xarici bazarlarda xüsusilə də Asiyadakı mövqeyini
daha da gücləndirməyə çalışır.
Bundan başqa:
СЕО Google: Yahoo ilə əməkdaşlıq etmək xoşumuza gəldi.
Google şirkətinin icraçı direktoru Erik Şmidt aprelin 17-də bildirib ki, Yahoo şirkəti ilə reklam axtarışı sahəsində əməkdaşlığın sınaq müddəti uğurlu keçib. Lakin Google rəhbəri, Yahoo şirkəti ilə işgüzar-əmakdaşlığa dair dəyərli razılaşma haqda danışıqların hansı səviyyədə olması və şirkətlər arasında yeni sazişin nə zaman olacağı barədə danışmaqdan imtina edib. Şmidt – “Yahoo ilə işbirliyindən məmnunuq və bundan xoşumuz gəlir” deyə qeyd edib. Həmçinin СЕО Google, Yahoo şirkətinin fəaliyyətini şərh etməkdən imtina edib. Buna səbəb isə Yahoo şirkətini əldə etməyə çalışan Microsofta mane olmaqdır.
Tags: google reklam adverstising money pul
Ətraflı
Aprel 18
Oxu atan: Sadig | Baxılıb: 256 | Bölmə: CızmaQara

Əvvəla sonra səhv anlaşılmalar olmasın deyə bu "işə salmaq" məsələsinə toxunum. Bunu 2 cür başa düşmək olar. Birincidə "özünü işə salmaq", yəni özünü cəncələ salmaq (
el arasında buna - özünü zibilə salmaq da deyirlər), ikincisi "özünü işə salmaq", yəni loru dildə desək özünü "xoddamaq", motivə etmək mənasında başa düşmək olar.
Adama motivə hər sahədə lazım olur. Hərdən həvəsdən düşürsən və işini axıra çatdırmağa stimul filan qalmır. Belə anda motivasiya lazım olur.
Motivasiya - insanı fəaliyyətə həvəsləndirən, onun fəaliyyətinin sərhəd və formalarını müəyyən edən, müəyyən məqsədlərin nail olmasına yönələn bu fəaliyyətə istiqamət verən daxili və xarici hərəkətverici qüvvələrin məcmusudur. (söhbət uzanası oldu,
ətraflı oxuyun)
Tags: motivasiya, motivə, iş, həvəs, güc
Ətraflı
Aprel 17
Oxu atan: Sadig | Baxılıb: 257 | Bölmə: Mənə nə?

Hər gün internet öz imkanlarını daha da genişləndirir. Belə ki, ümumdünya şəbəkəsi vasitəsilə Asiyada yaşayan gənc braziliyalı, Avropadan olan bir qızla evlənib.
Virtual nigaha daxil olan gəncləri, San-Paulu şəhərindən olan müvəkkilləri təmsil ediblər. Bu nigahın baş tutması üçün, pulsuz proqramlardan birinin vasitəsilə dünyanın müxtəlif hissələrində olan üç kompüterlə videokonfrans təşkil etməyə imkan verən bağlantı olub.
Tags: wedding toy internet video
Ətraflı