Noyabr 07
İnternetdən pul qazanmağın yolları
İnternet həyatımıza daxil olandan onu hər vasitə üçün istifadə etməyə başladıq. İlk başda sadəcə əyləncə və informasiya mənbəyi kimi baxdıq. Tədricən bir çox işə yaradığını və "yaramadığını" gördük. Hətta daşdan pul çıxardanlar bu dəfə "
mən internetdən də pul qazanaram" - deyib girişdiyi ancaq Azərbaycanda daşdan pul çıxarmanın daha asan olduğu çox keçmədən sübut olunur.
Bir zamanlar "
İnternetdən pul qazan" yada "
Internetdən pul qazanmağın yolları" şüarları interneti bürümüşdü (2002-2004 illərində səhv etmirəmsə). Bir çoxu qeyri-leqal yadaki sadəcə özlərinə pul qazandıracaq vasitələr idi. Bu gün etibariylə baxdığımızda internetdən pul qazanmağın həm daha çox imkanı, həmdə fərqli təbəqələrə xitab edən yolları var. Burada normal internet istifadəçisindən başlayaraq, orta səviyyəli bir webmaster nəzərə alınaraq 100 servis yazılıb. Kateqoriya olaraq nəzər salaq...


Oxu atan: