Mart 03
Fevral 26
Aznet`dən qan iyi gəlir!!!
16 il əvvəl 26 fevral günü Xocalıda ölənlərə Allah rəhmət eləsin. Allah xalqımıza səbr
verməsin.
Bu gün bütün Azərbaycan saytlarında Xocalı faciəsinin izləri var. İstər yüksək reytinqli istər aşağı, istər xəbər saytları istər əyləncə hətta "əyləncə" saytlarında da - bir sözlə gündəlik content yayımlanan hər bir saytda faciənin epizodlarını görmək olurdu. Çox - çox sevindiricidirki hamımız hər zaman olmasada zaman-zaman ortaq məxrəcə gələ bilirik. Üstəlik bu elə-belə mövzu deyil, tariximizin ən dəhşətli səhifəsidir. Buna görə də hər bir saytın öz oxucusunu bu barədə məlumatlandırması çox yüksək haldır. Bir - iki saytı çıxmaq şərti ilə digər hamısı məsələyə ciddi yanaşmışlar. Xüsusəndə indexi daimi sabit olan və content yayımlamayan box.az bu gün münasibətilə ilə http://www.khojaly.org/ saytına keçid vermişdir. Bir də azeroo.com saytı girişdən əvvəl intro yerləşdirərək öz ənənəvi yayımlarında məxsusi dəyişikliklər etmişlər. Son olaraq isə sözü heç nəyə elə-belə baxmayan bir blogdaşımıza verirəm... Burada bizim nəyə görə dünya müstəvisində Xocalının soyqırım kimi tanıda bilməməmizə aydınlıq gətiribdi.

Fevral 23
Ədəb-i yat, yəni yatmaq ədəbi...
Belə bir mövzuda yazmaq ehtiyacını bu yaxınlarda mənzil başına
çatmaq üçün hamının “Bulvar” kimi tanıdığı dənizkənarı milli parkdan
keçəndən sonra duydum. Düzü yazıb-yazmamaqda tərəddüd etsəm də dedim
hərdalda artıq köhnəlmiş mövzu olsa da, belə populistik temalar
reytinqi qaldırmağa kömək edir...
Yatmaq ədəbi sözünü bir qədər konkretləşdirsəm və daha aydın ifadə etməyə çalışsam, nəzərdə tutduğumun əslində yataq mədəniyyəti yəni sexual mədəniyyət olduğunu görürəm.... (yazın uzun-uzadı olduğundan davamını ətraflıda yazmalı oldum)

Fevral 22
İnternetdə olanlar
Bir az da digər bloglarda yazılanlardan xəbər vermək istədim. Bəyəndiyim yazıları paylaşım.
Necə deyərlər əvvəla xanımlar. İnternetdə bizim xanımlarımızın blog yazmaq adətləri elədə yayğın deyil. Ancaq bəziləri mövcuddur. İqtisadçı xanımın blogundan şillə səsini əvvəla təqdim edim. Bu səs mənədə xoş gəlib düzü. Hətta Röyanın yerində olsa idi yəqinki Oradakı Bülənt Ersoy bəyə bir iki dənədə söz atardım. Bu şillənin səsini eşitdikdən sonra qayıdıb bizi yaxşıca şillələyən əsl düşmənimiz barədə oxuyaq. Hadisələrə elə-belə baxmayan, həmişə özünə məxsus tərzdə Belə baxan blogdaşımızın Qarabağa baxışına birgə baxaq. Bu barədə də onu deyimki yazıda qırmızı həriflərlə vurğuladıqlarının məndə həmçinin altından xətt çəkərdim.
İndi isə barəsində ən çox xəbər verdiyimiz texnalogiya haqqında bir yazıya sizdə baxın. Yahoo`nun gözü ilə İnternet tarxinin 101 faktı. Əgər bütün yazıları oxuyub bir qədər zehninizi dincəltmək istəsəniz isə bir az bura baxın.

Fevral 14
14 fevral sevgililər günü
Bu gün ilin ilk sevgililər gününü yaşayırıq. Hə, heç bir xalqda olmayan iki sevgililər günündən birini. Hər nə qədər bu gün milli olmasada hər kəs öz sevgilisinə hədiyyə alır. Hünəri də nədir almasın. Yoxsa barışmaq üçün ondan çox xərci çıxacaq. Qabaqdan axı 8 martda gəlir. Gərək özünü bağışlatmaq üçün həmin günü olduqca bahalı hədiyyə ala. Üstəlik barışmaq üçün edəcəyi jestlərdə pul tələb edir. Böyüklərimizin həmişə "zəmanə korlanıb" demələri acığıma gəlirdi. Kim belə deyirsə onunla mübahisə edirdimki əvvəldəndə belə olmuşuqda. Elə dastanlarımızda filan hamsında yazılıbdı. Həmişədə inanmırdımki indiki gənclər arasında belə fikirli başqasıda olsun. Bu gün gördümki sən demə varmış. Gün səhər qəzetinin yazarlarından biri olan
Şəbnəm Bəkirzadə`nin yazısını oxuyanda elə bilki çoxdandır demək istədiklərimi o yazırdı. Tamamilə üst - üstə düşür yazıdakı fikirlərlə mənim fikirlərim. Ona görədə özüm birdə bu mövzu haqqında yazmaq istəmədim.
Ətraflı oxuyaraq sizdə bu yazı ilə tanış ola bilərsiniz. Elə müəllif demişkən
14 fevral bayramınız mübarək, ey sev(iş)ənlər!
Fevral 09
Putinin həyatı film olur
Cüdo
ustası, bacarıqlı ovçu, savaş pilotu, köhnə KQB əməkdaşı və Rusiya
prezidenti Vladimir Putinin şəxsi həyatı film olur. Film "Kiss
me off the record"
adı ilə çəkiləcək. Filmdə Putinin romantik tərəfi qabarıq əks
olunacaq. Onun stuardessaya olan məhəbbətindən Kreml sarayına qədər
olan yolu filmdə göstəriləcək. Qeyd edək ki film sadəcə DVD üçün
nəzərdə tutulub və kinoteatrlarda göstərilməyəcək.Fevral 07
Kurtlar Vadisi haqqında
İlk silsiləsi verilən zaman çöldə pişikdə tapılmırdı az qalsınki seriala baxmasın. Belə çox rəğbətini qazanmışdı insanların bu serial. Xüsusəndə Türkiyədə daha çox diqqətlə və maraqla izlənirdi. Bundan sonra filmin yaradıcıları qərara aldılarki növbəti silsilənidə çəksinlər. Elədə etdilər. "Kurtlar Vadisi Pusu" adı altında növbəti silsiləni çəkməyə başladılar. Buda az marağa səbəb olmadı. Ancaq son seriyalarda bir az şişirtmələri çoxaltmağa başladılar. Loru dildə desək ağı astarı çıxmağa başladı filmin...