Oxatan.com » CızmaQara

Noyabr 20

Ustune dinqildat.

Bu gün e-maili yoxlayanda Dilmanc`ın press relizi ilə qarşılaşdım. Hər nə qədər çatışmayan cəhətləri olsa da köməyə gələn tərcümə proqramıdır. Press relizində yazıblarki "Dilmanc"ın yeni versiyası çıxıbdı. Yazının mətni isə belədir:

Azərbaycanda "Dilmanc" maşın tərcüməsi sisteminin yeni təkmilləşdirilmiş variantı istifadəyə verilib.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində "Dilmanc" maşın tərcüməsi sisteminin təkmilləşdirilmiş yeni variantı istifadəyə verilib.
Bu sistem mətnləri Azərbaycan-İngilis, İngilis-Azərbaycan, Türk-Azərbaycan istiqamətləri üzrə avtomatik tərcümə edir. Sistemin söz bazalarında 250 000-dən çox söz və söz birləşməsi vardır. Sistemin yeni təkmilləşdirilmiş versiyasında mürəkkəb cümlələrin tərcümə keyfiyyəti artırılmış, proqramın söz bazası zənginləşdirilmiş, proqramın iş sürəti artırılmış, proqramın interfeysini Azərbaycan, İngilis və Türk dillərinə dəyişmək imkanı əlavə edilmiş, proqramla işləməyi asanlaşdırmaq üçün digər yeni imkanlar əlavə edilmişdir.
"Dilmanc" Maşın Tərcümə Sisteminin yeni 2.5 versiyası artıq www.dilmanc.az saytında yerləşdirilib. Saytdan "Dilmanc" tərcümə sisteminin beta-versiyasını kompüterə ödənişsiz yükləmək mümkündür. Proqram təkmilləşdirilmə mərhələsində olduğundan vaxtaşırı istifadəçilərin təklifləri nəzərə alınmaqla yenilənir.

Tags:

Noyabr 14

Oxatan.comBiznes cəhətdən durğun zamanını keçirir indi Azərbaycanın internet ( Aznet ) bazarı. Böyük kapital qoyuluşları, saytların tam və ya müəyyən hissələrinin alış - satışları hələki səss səda salmır bazara. Ümid edirəmki yaxınlarda bu kimi xəbərləri tez - tez eşidərik, haqqında yazıb müzakirə edərik. Bəs bunların olması realdırmı, Aznet`də bu kimi kapital qoyuluşları üçün istifadəçi potensialı varmı? Demək olarki bu sahə ilə məşğul əksəriyyət insana yad olmayan sualdır. Bunun isə cavabı çox vaxt birmənalı olmur. Kimiləri üçün Aznet kiçik bazardır və burada nəsə etmək gəlirli olmaz, kimi üçün isə kifayət qədər gəlir götürmək mümkün olan bazardır. Düşüncələr müxtəlif olsada, yerli sahibkarların fikirləri birdir - "Kapital qoyuluşu üçün sərfəsiz olan biznes sahəsi".
Düzü məndə sırf yerli bazarın nə dərəcədə potensiallı olub-olmaması haqqında müxtəlif zaman kəsiklərində müxtəlif fikirlərdə olmuşam. Ancaq bir balaca ora - bura nəzər yetirib, statistikalara baxdıqda kifayət qədər istifadəçi potensialı olan internet bazarı olduğunu görərik. Hələki bunu lazımınca dəyərləndirənlər təbii ki yoxdur. Aznet`in yaxşı potensiala malik olduğunu isə ürəyimdən keçdiyi üçün demirəm, rəqəmlər belə deyir. Bir sıra investisiya alan saytlarla, yerli bazardakı saytları müqayisə edərək bu qərara gəlmişəm. Müqayisələri isə Alexa reytinqlərinə görə aparacam. Mən qəbul edirəmki Alexa statistikaları tam düzgün deyil. Amma nəzərə almaq lazımdırki xaricdəki istifadəçilər daha çox Alexa tolbar sahibi olmaq şansına malikdir və beləlikə statistikalardakı Azərbaycan saytları üçün olan rəqəmlər bizim saytların əleyhinədir. Buna baxmayaraq yenədə rəqəmlər bazara nikbin baxmağımıza şərait yaradır.
Aşağıda verilmiş şəkilləri daha yaxından görmək üçün üzərinə klikləyin.
Əvvəl dünyca məşhur olan FriendFeed`lə yerli sayt olan Day.az`ı müqayisə edək.
Oxatan.com

Buradakı mavi xəttlər Day.az`ı, qəhvəyi rəng isə FriendFeed`i göstərir. Elə statistikadan da görsənirki Day.az FriendFeed`dən daha çox ziyarətçiyə malikdir. Düzdür sonlara doğru FF hər nə qədər artan xətlə inkişaf etəsə də Day.az`ın ən yüksək reytinq yığdığı statistik göstəriciyə çatmayıbdır. Üstəlik bir-iki digər faktoru da nəzərə almaq lazımdır. Day.az yaranandan bu yana heç bir yüksək texniki inkişaf dövrü keçməyibdir, FF isə daima inkişafda və özünü dünyada tanıtmağa çalışmaqdadır. Day.az content baxımından daha məhdud istifadəçiyə malik olan əraziyə xitab edir ( əsasən Qafqaz regionu, nisbətən isə MDB ).  FF`in istifadə dili ingilis dilidir və bu daha çox istifadəçiyə çatmağa şans verir, Day.az isə rus dilindədir. Əlbəttə content bənzərlikləri baxımından bunları müqayisə etmək düzgün olmaz. Onsuzda mənim məqsədim istifadəçi müqayisəsidir  content yox. Buna görə də gəlinən nəticə açıq - aşkar Day.az`ın xeyrinədir. Ancaq maddiyyat baxımdan FF daha qabaqdadır. Ən azından başlanğıc olaraq FriendFeed`ə  qoyulan investisiya 5 milyon dollardır. Aznetdə belə istifadəçi potensialı var ikən, inanmıramki hansısa sayt, hansısa yeni bir proyekt bu qədər investisiya ala bilsin.
Digər bir müqayisəni daha Day.az`ın üstündə aparacam. Bu dəfə isə onu axtarış motoru olan Cuil.com `la müqayisə edəcəm.
Oxatan.com

Burada isə mavi xəttlər Cuil`in statistikasını göstərir, qəhvəyi rənglər isə Day.az`ın. Göründüyü kimi Cuil açıldığı ilk vaxtlar bütün dünya mediasında geniş yer aldığına görə çox yüksək istifadəyə malik olmuşdur. Ancaq sonralar stabil vəziyyət alaraq orta hesabla gündəlik Day.az qədər insan tərəfindən istifadə edilməyə başlanıbdı. Yenə də yuxarıda qeyd etdiyimiz faktlar buradakı müqayisə üçün də keçərlidir. Cuil Day.az`dan fərqli olaraq məhdud kütləyə deyil bütün dünyaya xitab edir. Ancaq buna baxmayaraq yenə də, onların gündəlik istifadəsi təqribi eyni rəqəmlərlə ölçülür. Cuil`in isə cəlb etdiyi investisiya 33 milyon dollar olmuşdur. İnanmıram ki, heç Day.az açıldığından bu yana cəmi bu qədər pul qazansın.
Növbəti və son müqayisəni də edək. Bu dəfə isə rəqəmlər bir az daha aşağıdır. Oxuduğuma görə Türkiyədəki biznes sosial şəbəkələrindən biri olan Pronected.com 1.5 milyon dollarlıq investisiya alıbdır. Sayt beta olaraq 3 dildə fəaliyyət göstərirdi ( Türk, İngilis, Alman ). Yeni investisiya ilə onlar Rusiya və Ukraniya bazarına da daxil olmaq istəyirlər. Saytı isə statistik cəhətdən ilk10.az`dakı demək olar Azərbaycan dilli ilk15`ə daxil olan istənilən saytla müqayisə etdikdə daha az istifadəçiyə malik olduğu görsənir. Yəni bu saytlardan istəniləni bundan daha çox reytinqlidir. Amma əlbəttə oradakı heç bir sayta inkişafını artırmaq üçün heç bir investor bu qədər pul verməz. Bu dəfə isə saytı Azeriblog.com ilə müqayisə edəcəm. Ona görə Azeriblog ki, həm bu sayt da beta versiya olaraq fəaliyyətdədir, həm də inkişafa daha çox açıqdır. Çünki, müxtəlif dillərə tərcümə etmək daha asan başa gələr.
Oxatan.com
Burada mavi xəttlər Pronected, qəhvəyi xəttlər isə Azeriblog`un statistikalarını göstərir. Yenə də inanmıramki, Azeriblog bu qədər ( 1.5 milyon ) investisiya ala bilsin.
Hər halda sonda belə bir nəticəyə gəlmək olarki bizim lazımi qədər istifadəçi potensialımız var. Sadəcə istifadə etməyi bacarmayan investorlar, şirkətlər,  marketingçilər sayəsində normal inkişaf etmir.



Tags:

Noyabr 07

alt

  İnternet həyatımıza daxil olandan onu hər vasitə üçün istifadə etməyə başladıq. İlk başda sadəcə əyləncə və informasiya mənbəyi kimi baxdıq. Tədricən bir çox işə yaradığını və  "yaramadığını"  gördük. Hətta daşdan pul çıxardanlar bu dəfə " mən internetdən də pul qazanaram"   - deyib girişdiyi ancaq Azərbaycanda daşdan pul çıxarmanın daha asan olduğu  çox keçmədən sübut olunur.
            Bir zamanlar " İnternetdən pul qazan"  yada " Internetdən pul qazanmağın yolları"   şüarları interneti bürümüşdü (2002-2004 illərində səhv etmirəmsə). Bir çoxu qeyri-leqal yadaki sadəcə özlərinə pul qazandıracaq vasitələr idi. Bu gün etibariylə baxdığımızda internetdən pul qazanmağın həm daha çox imkanı, həmdə fərqli təbəqələrə xitab edən yolları var. Burada normal internet istifadəçisindən başlayaraq, orta səviyyəli bir webmaster nəzərə alınaraq 100 servis yazılıb. Kateqoriya olaraq nəzər salaq...

Tags:

Noyabr 02

Sentyabr ayı üçün aparılmış bir soruğu anketinə görə ən çox istifadə olunmuş e-mail servisləri bəlli olubdu. Sorğu Fingerprintapp tərəfindən aparılıb. Deməli, araşdırma aparıblarki, yazışmalar zamanı hansı e-mail servisindən daha çox istifadə edilibdi. Buna həm internet üzərindən, həm mobile, həm də destkop üzərindən istifadə edilən servislər daxildir. İki istiqamətdə aparılıbdı soruğu. Belə ki, həm işgüzar yazışmalarda istifadə olunmuş e-mail servisləri, həm də adi insanlar tərəfindən olan yazışmalardakə e-mail servisləri.
Düzdü həmişə öyrəşmişdimki bu cür statistik rəqəmlərdə Google`un üstünlüyü ilə qarşılaşım. Ancaq bu dəfə fərqli oldu. Nəticələr isə aşağıdakı kimidir.

İşgüzar yazışmalarda olan 10 ən populyar e-mail servisi:
Sorğuda 982,873 nəfər iştirak edibdi.


Oxatan.comOutlook                                      36%
Outlook 2003 and earlier        29%
Outlook 2007                          7%

Hotmail                                         33%
Yahoo! Mail                                 14%
Gmail                                            6%
Apple Mail                                    4%
Windows Live Mail (Desktop)       3%
Thunderbird                                 2.4%
iPhone                                          1.3%
Lotus Notes                                 0.2%
AOL Mail                                       0.1%





İstehlakçı yazışmalarında istifadə olunan 10 ən populyar e-mail servisi:
Sorğuda 1,963,046  nəfər iştirak edibdi.


Oxatan.comYahoo! Mail                               29%
Outlook                                      7%
Outlook 2003 and earlier          14%
Outlook 2007                            13%
Hotmail                                      25%
Apple Mail                                  4%
Gmail                                          4%
Comcast                                     3%
AOL Mail                                     3%
Thunderbird                               2%
Windows Live Mail (Desktop)     2%
iPhone                                        1%



Azərbaycandakı istifadəçilərin isə hansı mail servislərdən daha çox istifadə etidklərini statistik olaraq deyə bilmərəm. Ancaq təxmin edə bilərəmki;
1. Mail.ru
2. Yahoo
3. Rambler
4. Box.az
5. Gmail
6. Hotmail
5-ci yerlə 6-cı yeri əvəzləmək də olar...

Tags:

Oktyabr 30

Oxatan.com2 gündür Oxatan`da köçürtmə işləri getdiyinə görə fəaliyyətində axsaqlıqlar baş verirdi. Artıq işlərin böyük qismi arxada qaldı və tamamlama işləri gedir. Blogumuz pulsuz hosting servisində yerləşirdi. Buna görə tez - tez server`in çökməsi nəticəsində Oxatan`a giriş mümkün olmurdu. Bu kimi narahatçılıqları nəzərə alaraq artıq daha yaxşı imkanlara malik olan yerə köçürtdük blogu.
Xeyirli olsun!

Tags:

Oktyabr 26

Oxatan.comYazıya əlavə: Blogcamo CEE 2008`də iştirak edən Rəşad Əliyev öz blogunda təəssüratlarını yazıbdır:
Statistik məlumata görə 800-dən çox iştirakçı, 100-ə yaxın təqdimat olmuşdur. Bu çox gözəl göstəricidir.
Capm`da olan mənfi və müsbət cəhətləri ilə keçən maraqlı günlərdən qısa xülasə üçün keçid edib oxuyun:



Oxatan İlk10 IP informer xidməti:
Şəkil formatında olan bu informerlər, ziyarətçilərinizə, onların İP ünvanını, ölkələrini və Azərbaycan İP ünvanları üçün istifadə etdiyi provayderləri göstərir. İnformer şəkilciyi 3 müxtəlif formatda istifadə oluna bilər.Kodları bu ünvandan əldə edə bilərsiniz :
http://www.ilk10.az/ipinformer.php


Google Analytics`də yeniliklər:
Google Analyticsin normalda yalnız ödənişli performans analizi proqramlarında olan yeni xüsusiyyətləri açıqlandı.
Elanlan yeniliklər; xüsusi hesabatlar, inkişaf etmiş istifadəçi segmentasyonu, proqramlaşdırma interfeysi (API), aktuallaşmış interfeys, daha zəngin hesabatlar və Google AdSense inteqrasiyasını tərkibinə daxil edir. Bunlar performans analizi vasitələrinin bütün əhatəsini və elastikliyini Google Analyticsin asan istifadə  ilə birləşdirərək dünya səviyyəsindəki kiçik və böyük işyerlərinin ziyarətçilərinə daha yaxşı xidmət verə bilmələrini təmin edir.
oxatan.com
Analyticsin yenilənən xüsusiyyətlərinin xülasəsi.
* Xüsusi hesabatlar, müştərilərin öz hesabatlarını müqayisə etməyi istədikləri ölçümlər ilə yaratmalarını və görməyi istədikləri şəkildə təşkil etmələrini təmin edir.
* İnkişaf etmiş istifadəçi segmentasyonu, ziyarətçi trafiklərinin alt qruplara ayrıştırmasına və analiz etmələrinə icazə verir. "Pul ödənmiş trafik" və "satış təmin etmiş ziyarətlər" kimi əvvəldən hazırlanmış və ya özlərinin elastik, istifadəsi asan seqment yaradıcısı ilə yaratdıqları seqmentlər seçilə bilir.
* İndi bağlı olan önizleme(beta) vəziyyətindəki tətbiq proqramlaşdırma interfeysi (API) inkişaf etdiricilərin bütün Google Analytics məlumatlarına çatmalarına və hər cür istifadə üçün bunları istifadə etmələrinə icazə verir. Məlumatları digər məlumat qaynaqları ilə birləşdirmək, xüsusi interfeyslər yaratmaq və offline analiz üçün istifadə etmək ehtimallar arasında var.
* Yenilənmiş interfeys ilə rəhbərlik interfeysinə bir çox yeni xüsusiyyət və daha rahat bir hesabatlaşdırma ekranı gətirilərək, hesabatların məlumatları nümayiş şəkillərini dəyişdirən vasitələr önə çıxarılır. Yeni navigasyon idarəçilərin hesabları və profilləri yenidən adlandırmalarını təmin edərkən, hesab və profil axtaran müştərilərin məhsuldarlıqlarını və hesab idarəçisi istifadələrinə köməkçi olur.
* Hərəkətli Hesabatlar inkişaf etmiş amma istifadəsi üçün asan çox ölçülü analizlər təqdim edir. Müştərilər öz ölçümlərini seçə bilər və məlumatların zaman içersindeki dəyişməsini ölçümləyə bilərlər. Hərəkətli Hesabatlar məlumatı anlamağı asanlaşdıraraq ölçümlərin nə mənaya gəldiklərini köhnə ənənəvi məlumat araşdırma üsullarının qrafikləri və sütunlarına görə daha diqqətə çarpan və asan bir şəklə salır.
* Google AdSense ilə inteqrasiya AdSense istifadəçilərinin həm səhifələrin həm də istiqamətləndirən saytların AdSense performanslarını detallı hesabatlar vasitəçiliyi ilə araşdırmalarını təmin edir. Webmasterlar istifadəçi fəaliyyətləri ilə əlaqədar bu yeni məlumatlar işığında istifadəçi təcrübəsini necə daha yaxşı hala gətirə biləcəklərini və adsansasa ilə daha çox necə gəlir əldə edə biləcəklərini şərhlərkən artıq daha şüurlu bir şəkildə hərəkət edə biləcəklər.
* Yeni xüsusiyyətlər müştərilərə məlumatların necə təqdim edildiyini seçmə azadlığı tanıyır və Google Analytics məlumatlarını başqa məlumat qaynaqları ilə birləşdirə bilməyi təmin edir.
Bu yeni xüsusiyyətlər ziyarətçiləriylə qarlılıqlı təsirlərində və satışa çıxarma investisiyalarının dəyərini artırma işlərində həm kiçik həm də böyük veb saytı sahiblərinə köməkçi olur.

Deyilən Oxatan.comlərə görə Facebook`da musiqi platforması işə salmaq istəyir:
MySpace edər də Facebook əskik qalarmı?
Söz-söhbət gəzirki, bir nömrəli sosial şəbəkə saytı olan Facebook, modanı izləyərək bir digital musiqi mağazası açmanın planlarını edir. Mark Zuckerbergin təpədən dırnağa bir xidmət inkişaf etdirib, lisans alışlarıyla məşğul olmaq yerinə, hal-hazırda bu işi edən üçüncü partiya bir platforma ilə əməkdaşlıq etməyin daha ağıllıca olduğunu fikirləşdiyi iddia edilir. Xidmətə məzmun təmin etmələri üçünRhapsody, iLike.com, Lala.com ve iMeem.com ilə maraqlandığı ifadə olunan Facebook, ödənişsiz olan xidməti reklamlarla işlədəcək. MySpacenin Sony BMG, EMI, Warner Music və Universal Music kimi məzmun ortaqlarına qarşı baxaq Facebook kimlərlə razılaşma əldə edəcək, bu isə sualdır.

Tags:

Oktyabr 21

Maliyyə böhranı dünyadakı bir çox iri qitisadiyyatlara zərbə endirdi. Müxtəlif ölkələrdə, krizdən xilas üçün bir sıra təklif paketləri irəli sürülməyə davam edilir. Bu hələki müəyyən qədər lap dibə çöküşün qabağını alır. Bir çox banklar, müxtəlif şirkətlər müflisləşib iflasa uğrayırlar. Bəs internet bazarında vəziyyət nə yerdədir? Təbii ki, krizdən internet sektoruda öz payını müəyyən mənada alıbdı. Ancaq hələki çox ciddi ziyan çəkməyibdi. Gəlirinin böyük əksəriyyəti reklamçılıqdan olan internet saytlarında reklam verənlərin azalması, onları bir qədər çətin vəziyyətə salır. Reklam müqavilələrinin əksərən uzun müddətli bağlanmasına görə, internet saytlarına hazırki vəziyyətdə krizin təsiri yüksək dərəcəli deyil. Azərbaycan internet bazarında isə fikrimcə belə təhlükə heç mövcud deyil. Onsuzda çox cılız şəkildə olan internet reklamçılığı heç inkişaf etməyibdirki, nə də bu vəziyyətin ona təsiri olsun.

Oxatan.comAncaq kriz isə bəzi iri şirkətlərə fürsətlər yaradır. Onlar əvvəl baha qiymətə ala biləcəkləri, nisbətən özlərindən kiçik proyektləri daha ucuz qiymətlərə alırlar. Misal olaraq, Wordpressin yaradıcısı Automattic məşhur anket və səs vermə xidməti PollDaddy`yi satın aldı. PollDaddy, istifadəçilərin bloglarına, websaytlarına və ictimai şəbəkə profil səhifələrinə anket və səs vermə widgetları qoymalarını təmin edən İrlandiyalı bir şirkətdir. Bu bazardakı rəqiblərinə görə, daha inkişaf etmiş statistik və analiz variantları təmin edirlər. PollDaddy aylıq olaraq 70 milyonun üzərində anket və səs vermə nümayişi edir.

Oxatan.comDigər əhəmiyyətli alış da Technoratidən gəldi. Şirkət, İyun ayında eşitdirdiyi reklam platforması Technorati Medianı inkişaf etdirmək üçün AdEngage `i öz şirkətinə daxil etdi. Technorati yeni meydana gətirdiyi xidmət ilə önümüzdəki aydan etibarən hər cür blog və ictimai media saytına reklam paylamağı hədəfləyir. AdEngage isə 2004 dən bu yana bazarda olan bir şirkət və 4000 `dən çox sayta reklam təmin edir. Ancaq AdBrite kimi rəqibləri düşünüldüyündə bazarda ki yeri olduqca kiçik bir şirkət. Lakin Technorati aldıqdan sonra böyümə yaşayacaqdır.

Oxatan.comKriz zamanı bəzi iri internet saytları, bu vəziyyətdən yara almadan çıxmaq və öz gəlirlərini daha da çoxaltmaq üçün müəyyən tədbirlərdə görürlər. Bu yaxınlarda MySpace yeni servisini istifadəyə verdi. Uzun zamandır gözlənilən, reklam verənlərə MySpacedə öz reklam kampaniyalarını yaratmalarına imkan yaradan MyAds tətbiqini həyata keçirdi. Tətbiq, reklam verənlərə MyAds üzərində hazırladıqları kampaniyaları hədəflədikləri MySpace istifadəçilərinə asanca çatdırmağı hədəfləyir. Servis hələki ancaq Amerika üçün nəzərdə tutulubdu. Önümüzdəki günlərdə ( ya aylarda ) global bazar üçündə nəzərdə tutulacaq. 728*90 ve 300*250 piksel boylarında olan reklam seçimləri təqdim olunur. MySpace`in bu reklam uyğulaması Facebook`un analoji reklam tətbiqi ilə oxşarlıq təşkil etsədə daha effektlidir. Belə ki, Facebookda istifadəçinin profil bilgiləri əsasında reklam tətbiq olunurdu. Onların maraq dairələri profilllərindən müəyyənləşdirilir. Belə olduqda isə profilini tam doldurmayan hədəf kütləsinə çatmaq mümkün olmurdu. MyAds`də isə vəziyyət belə deyil. Burada istifadəçilərin sayt üzərind etdiyi hərəkətlərə görə onların maraq dairəsi müəyyənləşir və birbaşa hədəf kütləyə reklam təqdim eləmək imkanı olur.

Oxatan.comBir başqa yeni reklam tətbiqi edən internet nəhəgni isə Google`dur. Əksərən Google`u sahib olduğu YouTube`dan lazımi istifadə edə bilməyərək az pul qazanmaqda ittiham edirlər. Nəhayət o Youtube`dan da pul qazanmağa başlamaq qərarına gəlibdir. Əvvəlki yazılarımızda da xəbər vermişdik ki, Youtube, Google`dan sonra ən çox axtarış edilən sayt ünvanına sahib olubdur. Nəzərə alsaq ki, Google`un gəlirlərinin əksər hissəsi adwords`dən gəlir, məhz Youtube üçün də bu tipli reklam uyğulaması tətbiq etməyə qərar veriblər. Youtube`da isə olduqca yüksək ( ComScore `nin məlumatına görə 2.6 milyard sorğu ) axtarış edirlər və bu Google `un doğru addım atdığına işarədir. Qeyd edim ki, hələ test mərhələsində olan və kiçik bir qrup tərəfindən sınanan xidmət, Googlenin AdWords tətbiqinin YouTube`a uyğunlaşdırılmış şəkli kimi düşünülebir. Ancaq yeni tətbiqdə reklam linklərinin üzərinə basıldığında, istifadəçilər başqa bir sayta yönledirilmek yerinə, reklam verənin YouTube hesabına istiqamətləndirilir və reklam videyosunun nümayişi edilir.

Beləliklə görmək mümkündür ki, internet reklamçılığı bizim bazarda başa düşüldüyü kimi sadəcə bir aylıq hansısa sayta, bir flash rolik yerləşdirməkdən ibarət deyil. Onlardan fərqli olaraq bizdə nə reklamın effektivliyi ölçülür, nə saytın PR`ına diqqət yetirilir. Əksər hallarda heç reytinqdə nəzərə alınmır...

Tags:

Oktyabr 18

Ustune dinqildat.

Eşitdiyimə görə "Caps Lock" düyməsinin gərəkli olub olmaması haqqında bir sorğu anketi keçirilibdi Rusiyada. Əslində elə bu sorğunun özünün nə dərəcədə gərəkli olub olmamağını müzakirə etmək olar. Sorğuda iştirak edənlərdən isə 16%`i bu düymənin gərəksiz olduğunu düşünüblər. Sorğunu "SuperJob" iş araşdırma təşkilatı keçirdibdi. Caps Lock`un faydalı olduğunu düşünən vətəndaşların nisbəti isə 58% olubdu. Əksəriyyət işlərində düyməni istifadə etdiyini deyən anket iştirakçıları  "Caps Lock çox əhəmiyyətlidir. Bəzən böyük hərflərlə uzun bir cümlə yazmaq lazım olur. Bunun üçün davamlı Shift düyməsinə basaraq yazmaq çox da rahat deyil. Caps Lock istifadə etmək həm vaxt itkisini azaldır həm də yormur." deyiblər.
Anketdə iştirak edənlərin bəzisi isə deyibdiki düymənin çıxarılmasını istəmirlər ancaq yerinə daha yararlı nəsə qoyulsada şad olarlar.
Qadınlar və yaşlılar arasında edilən araşdırmada isə qadınların 9%-i Caps Locka qarşı ikən yaşlılardan da 13%i bu düyməyə qarşı olduğunu açıqladı.
Ümumiyyətlə anktedə Caps Lock`un gərəksiz olduğunu deyən iştirakçılar kompüterdən yeni istifadə etməyə başlayanlardır.
Əslində bu cür anketləri niyə keçirirlər bu da ayrı bir mövzudur. Tapmağa iş olmayanda, belə gərəksiz sorğular edirlər. Ümumiyyətlə nəzərə almaq lazımdırki düymələrin yerini seçərkən keflərinə görə hara gəldi yerləşdirməyiblər. Nədə ki, qoymağa başqa düymə olmadığndan, CTRL, Shift kimi düymələrdən iki dənə qoymayıblar. Hamsı rahat istifadə üçündür. Nəzərə almaq lazımdırki kompüterdən yalnız bir əli ilə istifadə etməyə məcbur insanlarda varki, bunlar üçün həmin düymələrin çox böyük əhəmiyyəti olur.

Tags:

Oktyabr 13

Ustune dinqildat.

Əslində Azərbaycan üçün elə də illegal sayılmaz. Bizdə müəllif hüququ anlayışı onsuzda yoxdur. Xüsusəndə internetdə olan .mp3`lərdə. Buna görə də rahatlıqla belə layihələr qurulur. Hətta müğənnilər özləri internet saytlarında mahnılarının yayılmağında maraqlı olurlar. Ancaq xaricdə bu tipli bir sayt yaratmaq yüz milyonlarla dollar kapital tələb edir. Nəsə, işin çox dərininə getməyim. Yazıdakı əsas məsələ Azərbaycandakı ən tanınmış musiqi saytı olan mp3-az.com`un yeni interfeysi barədədir. Dəqiq yenilənmə vaxtını bilmirəm ancaq son zamanlarda baş veribdi. Sayta web 2.0 görünüşü qazandırıblar. Saytın ancaq görünüşü bu standarlara uyğundur və kifayət qədər cəlbedici interfeys alınıbdı.

Tags:

Oktyabr 10

Ustune dinqildat.

Bu günədək bütün layihələr və iştirakçıar qeydiyyatdan keçib məlumatlarını və layihələrini öz bloqlarında yerləşdirməlidirlər.
Layihənin nə olduğunu bilməyənlərə məlumatI Biz bloq/yeni media sahəsi üçün qrant ayırırıq. Hammı iştirak edə bilər.
Transition Online (TOL), www.tol.org , Praqada mənzillənən beynəlxalq yeni media təşkilatı bloqlar/yeni media üçün tender elan edir. Layihə TOL tərəfindən maliyyələşdiriləcək və müəllif(lər) tərəfindən idarə olunacaq.
Layihənin başlıca məqsədi:
Layihə ilə tanış olmaq üçün ətraflı oxuyun.

Tags: