Oxatan.com » TaxNo

Noyabr 20

Ustune dinqildat.

Bu gün e-maili yoxlayanda Dilmanc`ın press relizi ilə qarşılaşdım. Hər nə qədər çatışmayan cəhətləri olsa da köməyə gələn tərcümə proqramıdır. Press relizində yazıblarki "Dilmanc"ın yeni versiyası çıxıbdı. Yazının mətni isə belədir:

Azərbaycanda "Dilmanc" maşın tərcüməsi sisteminin yeni təkmilləşdirilmiş variantı istifadəyə verilib.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) ilə BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı nümayəndəliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində "Dilmanc" maşın tərcüməsi sisteminin təkmilləşdirilmiş yeni variantı istifadəyə verilib.
Bu sistem mətnləri Azərbaycan-İngilis, İngilis-Azərbaycan, Türk-Azərbaycan istiqamətləri üzrə avtomatik tərcümə edir. Sistemin söz bazalarında 250 000-dən çox söz və söz birləşməsi vardır. Sistemin yeni təkmilləşdirilmiş versiyasında mürəkkəb cümlələrin tərcümə keyfiyyəti artırılmış, proqramın söz bazası zənginləşdirilmiş, proqramın iş sürəti artırılmış, proqramın interfeysini Azərbaycan, İngilis və Türk dillərinə dəyişmək imkanı əlavə edilmiş, proqramla işləməyi asanlaşdırmaq üçün digər yeni imkanlar əlavə edilmişdir.
"Dilmanc" Maşın Tərcümə Sisteminin yeni 2.5 versiyası artıq www.dilmanc.az saytında yerləşdirilib. Saytdan "Dilmanc" tərcümə sisteminin beta-versiyasını kompüterə ödənişsiz yükləmək mümkündür. Proqram təkmilləşdirilmə mərhələsində olduğundan vaxtaşırı istifadəçilərin təklifləri nəzərə alınmaqla yenilənir.

Tags:

Sentyabr 18

Oxatan.comGəzən söz-söhbətlərə görə Google indi də Valve'yi satın almaq istəyir. Ola bilsinki Valve`nin nə olduğunu bilməyən olsun. Sizin üçün qısa bir məlumat verim ki, Valve " Half life" kimi əfsanə bir oyunun yaradıcısıdır. Qısa vaxt əvvəl isə Steam adında bir platforma yaradaraq oyunların online alqı-satqısını yaratmışlar.
Əgər həqiqətəndə Google Valve`ni almaq istəyirsə böyük ehtimalla bu Steam`ə görədir. Çünki Steam bu sahədə lider vəziyyətdədir. Platformada təqribi 440`a qədər oyun var. Aktiv istifadəçiləri isə 15 milyondur. Yəni əgər Google oyun sektoruna daxil olmaq istəyirsə bu ən uyğun seçimdir. Belə nəticəyə gəlmək olarki Google Valve`ni heçdə tanınmış oyunlarına görə yox, online istifadəçilərinin çoxluğuna görə almaq istəyir. Beləcə oyun sektoruna daxil olduqda birbaşa liderlikdən başlayacaq.

Tags:

Sentyabr 11

Oxatan.comBu gün blogdaşlarımızdan biri olan Rita Vəliyevanın blogunda ( http://only4u.azeriblog.com ) oxuduğum bir xəbəri məndə sizinlə bölüşmək istədim...


Azərbaycanın dörd şəhərində ilk fotoköşklər quraşdırılıb.
Yeni köşklərin vasitəsi ilə istənilən şəxs telefon və ya fotoaparatla çəkdiyi şəkilləri köşkdə çap edə biləcək. Bunun üçün həmin şəkli telefonun və ya fotoaparatın hər hansı simsiz modulu, disk və ya yaddaş kartı vasitəsilə fotoköşklərə köçürülməlidir. Köşkün menyusu Azərbaycan, rus və ingilis dilində olacaq. Orada hansı dili istəyirsənsə, seçəcəksən və həmin dildə də proqram açılacaq. Şəkli çıxarmaq istəyən şəxs ona istədiyi dizaynı da verə bilər. Pulu köşkə atandan sonra isə çəkil çıxacaq.

 Bu köşkdən şəklin çıxarılması 16 qəpiyə başa gəlir. Artıq köşkün biri Bakıda, biri Sumqayıtda, biri Gəncədə, biri Mingəçevirdə quraşdırılıb. Köşklərin birinin qiyməti təqribən 5 min ABŞ dollarıdır. Köşklərin kabinələri xarici ölkədə istehsal edilir, qalan hissələr isə yerli zavodda yığılır.



Onu da qeyd edimki yazını tam olaraq nəzərinizə çatdırmadım. Sondakı abzasın yazının başlığı ilə əlaqəli olub olmaması haqqında şübhəli olduğumdan tam yazmadım. Sondakı abzasda nə isə bilet almaqla bağlı məsələ haqqında məlumat verilmişdi deyəsən. Maraqlananlar xəbəri qaynağından oxuyarlar...

Fotoköşklərlə bağlı isə onu deyə bilərəmki fikrimcə lap çox ehtiyyac görülən bir şey deyildi. Fotolara kompüterdə baxmaq imkanı olduqdan sonra kimsə üçün elə də maraqlı deyilki onu kağız olaraq çıxarsın. Ancaq 3x4 ölçü kimi, sənədlər üçün şəkil çəkən belə köşklər olsa idi daha yaxşı olardı fikrimcə.

Tags:

İyul 20

Ustune dinqildat.

 London universitetinin xəstəxanasında çalışan alimlər kirləndiyi zaman xəbərdarlıq edən klaviaturaların hazırlanması ideyası ilə çıxış ediblər. Mikrobioloq doktor Peter Vilson klaviaturanın yaradılmasında müstəsna rola malikdir. Çünki onun apardığı araşdırma nəticəsində bəlli olub ki, bir klaviaturadakı mikrobların sayı unitazdakı mikrobların sayından 5 dəfə çoxdur. Bir ofisdə istifadə edilən bilgisayarın klaviaturasından alınan örnəklər götürən Vilson bildirib ki, ofis işçilərinin xəstələnməsinin və ya mədə iltihabı ilə qarşılaşmasının əsas səbəbi klaviaturalardır. Rəhbərliyi altında çalışan həkimlərin və tibb bacılarının müayinədən əvvəl əllərini yumaları üçün xəbərdar etdiyini söyləyən mikrobioloq tibbi personala infeksiyaların klaviaturalardan keçdiyini düşünür. Belə infeksiyalar əllərdən bədənin digər hissələrinə keçir. Buna görə də tibb işçilərindən klaviaturalara toxunduqdan sonra mütləq əllərini yumaq tələb edilir. Mikrobioloqların araşdırmaları 12 saatdan bir təmizlənməyən yeni model klaviaturalarda bakteriya səviyyəsinin "P" (3,14) olduğunu göstərib. İnfeksiyaların yayılmasında klaviaturanın düymələri daha çox rol oynayır. Yeni klaviaturada isə düymələrin altında gizlədilmiş sensorlar var. Amerika şirkəti "Advanced Power Components" tərəfindən istehsal edilən klaviaturada bir-birinə birləşdirilmiş və 3 - 12 saatdan bir xəbərdarlıq siqnalı verən işıqlı xəbərdaredici sistem mövcuddur. Klaviaturanın üstü bakteriyaların inkişafının qarşısını almaq üçün xüsusi hipoallergenik materiallar ilə örtülüb.

May 08

Ustune dinqildat.

2008-ci ilin aprel ayının sonlarında Microsoft Internet Explorer brauzerinin bazardakı payı 76 faizindən bir az çox təşkil edib. Safari və Firefox brauzerlərin payı isə, müvafiq olaraq 5.51 və 16.96 faiz olub. Bu məlumatlar Market Share şirkətinin araşdırmalarında qeyd olunub.

Bir ay bundan əvvəl Internet Explorer brauzerinin bazardakı payı 74.8 faiz olub. Apple və Mozilla şirkətlərinə məxsus brauzerlərin bazardakı payı isə müvafiq olaraq 5.82 və 17.83 faiz təşkil edib. Opera brauzerinin populyarlığı isə mart ayı ilə müqaisədə aprel ayında 0.69 faizdən 0.65 faizədək azalıb. 2007-ci ilin oktyabr ayından bu günədək, Microsoft-da məxsus brauzerin bazardakı payı ilk dəfə olaraq artıb. Həmin vaxt Internet Explorer brauzeri bazarın 78.36 faizini tutub. Ondan sonra sözügedən brauzerin populyarlığı azalmağa başlayıb və mart ayında 74.8 faiz təşkil edib. Bunula belə 2007-ci ilin iyun ayında Internet Explorer-in bazardakı payı 79.29 faiz olub.

Öncə brauzerlər bazarının təhlili Xiti şirkəti tərəfindən olunurdu. Təhlildə deyilirdi ki, Firefox brauzerinə Avropa internet-istifadəçilərinin 29 faizi, Internet Explorer brauzerinə isə 65 faizi üstünlük verib.

Tags:

Aprel 08

Ustune dinqildat.

Yadınızdadırsa bir müddət əvvəl XP`nin satışları və istifadəsinın 2007nin sonunda dayanacağını xəbər vermişdik, və buna qarşı bir çox istifadəçinin etirazını sizlərə çatdırmışdıq. Deyəsən etirazlar nəticəsini verib. Bu tənqid məsələsi deyəsən təkcə Azərbaycanda işə yaramır.
Microsoft korporasiyası Windows ÕÐ əməliyyat sisteminin ömrünü daha iki il artırılması barədə qərar qəbul edib. Alınan qərarı Microsoft şirkəti, Asus Eee PC, Intel Classmate PC və OLPC kimi qurğuların böyük şöhrətə malik olması ilə izah edir. Lakin adları çəkilən qurğuların hamısı sərt disk və ya kiçik həcmli və asta prosessorlu daşıyıcılarla təchiz olunub. Onların əməliyyat yaddaşının həcmidə də böyük deyil. Sözügedən səbəblər kompüterlərə Windows Vista əməliyyat sisteminin qurulmasına imkan vermir.
Buna görə Microsoft şirkəti, xeyli gəlir əldə edə biləcəyi bazarın böyük həcmini nəzərə alaraq onu itirməmək qərarına gəlir. Korporasiya bəyan edib ki, OEM versiyasında Windows XP-nin 2010-cu ilin ortalarınadək satılacaq, və ancaq ultrauçuz notebook-lara qurulacaq.
İlkin olaraq Microsoft şirkəti, Windows XP əməliyyat sistemi tədarükünün bu ilin yanvar ayından etibarən dayandıracağı niyyətində olub. Lakin XP əməliyyat sisteminə yüksək tələbatın olmasını nəzərə alınaraq, onun satış tarixinin 30 iyun 2008-ci ilə dək uzadılması qərarı alınıb.

Tags:

Aprel 01

Ustune dinqildat.

Yəqin hamınız uşaq və buz şerin xatırlayırsız, orda uşaq buza deyirdi ki, "yaz gələr artar qəmin....". İndi onun sözü olmasın bu yaz gələndən sonra biraz problemlərlə bağlı olaraq Oxatan blogun bütün ağırlığı bizim bu Oxchu qardaşın üzərinə düşmüşdü. Bir qədər olar ki, oxumaqla kifayətləndiyim internetdə vaxt tapan kimi məndə əlimə klaviyatura alıb 1-2 kəlmə yazmaq istədim. "Manıs"lar demişkən görüşünüzə əliboş gəlməmişəm ( şəkildəndə də görünür =) ). Təzə məlumatlarım var. İki xəbər və bir bildirişim olacaq. Başlayaq ən pisindən....
Gözünüz aydın hər şeyin bahalaşdığı bir vaxtda artıq domain qiymətləri də bahalaşacaq. 2008-ci ilin martın 27-də məlum olub ki, .com və .net, domen məkanlarının administratoru, tanınmış VeriSign şirkəti, sözügedən məkan daxilində domen qeydiyyatı qiymətlərinin qaldıracaq. Bu, ICANN ilə razılaşma əsasında baş verəcək. (yazı uzun alındı əziyyət deyilsə hamısını ətraflıdan oxuyun)

Tags:

Mart 13

Oxatan.comBu gün Mak.az`da oxuduğum xəbərə görə Microsoft`un bizdəki təmsilçiliyinə yeni rəhbər gəlibdi. Maraqlı orası olduki mənə yeni rəhbər Azərbaycanlıdır. Bundan əvvəlki rəhbər əcnəbi olubdur. Belə vəzifələrdə yerli kadrların işləyə bilməsi sevindiricidir. Yəni haqqı olaraq işləmələrini nəzərdə tuturam. Bacarığı olduğu, ona bu işdə etibar edilməyə layiq olduğu üçün. Microsoft kimi bir şirkətin də bu cür kriteriyalara əməl etdiyini fikirləşəndə sevindirici haldır. Xəbərin tam məzmunu isə belədir:
«Microsoft» Korporasiyası «Microsoft Azerbaijan» şirkətinin yeni baş direktoru vəzifəsinə Teymur Axundovun təyin olunmasını elan edib. O, bu vəzifədə Vladimir Çaykovskini əvəz edib. Çaykovski, müqavilə bitdikdən sonra, «Microsoft Ukraine» ofisinə dövlət idarələri ilə iş üzrə direktor işinə keçib.
Axundov Korporasiyada fəaliyyətinə 2005-ci ildə Azərbaycanda və Gürcüstanda dövlət təşkilatları və korporativ sifarişçilərlə iş üzrə departamentin direktoru kimi başlayıb.
«Biz burda işə iki il əvvəl başlamışıq və ötən müddət ərzində müsbət nəticələrə nail olmuşuq. Mən əminəm ki, biz tərəfdaşlarımızla, sifarişçilərimizlə sıx işləyərək və əlbəttə, dövlətin dəstəyi ilə, şirkətin Azərbaycanda gələcək inkişafını təmin edə biləcəyik», - yeni baş direktor deyib.
Axundov Azərbaycanın informasiya texnologiyaları bazarında on beş ildən artıq iş təcrübəsinə malikdir. İnformasiya texnologiyaları sahəsində ali təhsili var: 1991-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) «İnformasiya-hesablama texnikası» ixtisası üzrə bitirib.
«Microsoft Azerbaijan» şirkəti 2005-ci ildən işləyir. Onun vəzifələrinə Azərbaycan ərazisində proqram təminatı bazarının inkişafı və korporasiya məhsullarının irəliləməsi, tərəfdaş və sifarişçilərin dəstəklənməsi, həmçinin, korporasiyanın yeni texnologiyasının lokallaşdırılması və sosial layihələrin reallaşdırılması daxildir.

Tags:

Mart 03

Ustune dinqildat.

Parçadan klavyatura - səhv yazmıram. Həqiqətəndə belə imiş. Görən daha başqa nələrlə qarşılaşacağıq. Qoyduğunuz yerin hamar olmasını da tələb eləmir. Kabelsizdir həmdə Bluetooth ilə işləyir. Azərbaycana nə vaxt gəlib çıxar bilmirəm. Ancaq fantastik TV filmlərində nə görürdüm uşaqlıqda hamsını icad eləməyə başlayıblar. Bu yeni cihazı canlı olaraq araşdırmağa hələ çox vaxt olduğun fikirləşirsinizsə onda buradan baxıb incələyə bilərsiniz.

Tags:

Fevral 21

Ustune dinqildat.

Mobil telefonlarda müxtəlif oyunların mövcudluğu ilə indi heç kimi təəccübləndirmək olmaz. Amma Yaponiyanın FİT şirkətinin yaratdığı "Ippon Zuri" oyunu kimi istəsən gülümsəməyə məcbur edir. Mobil telefonunda virtual balıqçılıqla məşğul olan şəxs oyun bitdikdən sonra heç də virtual olmayan balıqlara sahib çıxır. Bəli. "NTT DoCoMo" mobil operatoru Fukuoka prefekturasında yaşayan abonentlərinə belə bir xidmət təklfi edir. Telefonuna bu oyunu yükləyən yaponiyalı virtual dənizə virtual qarmaq ataraq bəxtini sınamağa başlayır. Amma artıq qeyd edildiyi kimi, uğur qazananları əsl balıqlar gözləyir. İştirakçıya çevrilmək üçün oyunun internet saytında qeydiyyatdan keçmək lazımdır. 3 seansda bəxtini sınamaq istəyənlər 9,3 dollar ödəməlidirlər.

Tags: