İyul 20
May 08
İnternet Explorerin populyarlığı 6 ay ərzində ilk dəfə artıb
Bir ay bundan əvvəl Internet Explorer brauzerinin bazardakı payı 74.8 faiz olub. Apple və Mozilla şirkətlərinə məxsus brauzerlərin bazardakı payı isə müvafiq olaraq 5.82 və 17.83 faiz təşkil edib. Opera brauzerinin populyarlığı isə mart ayı ilə müqaisədə aprel ayında 0.69 faizdən 0.65 faizədək azalıb. 2007-ci ilin oktyabr ayından bu günədək, Microsoft-da məxsus brauzerin bazardakı payı ilk dəfə olaraq artıb. Həmin vaxt Internet Explorer brauzeri bazarın 78.36 faizini tutub. Ondan sonra sözügedən brauzerin populyarlığı azalmağa başlayıb və mart ayında 74.8 faiz təşkil edib. Bunula belə 2007-ci ilin iyun ayında Internet Explorer-in bazardakı payı 79.29 faiz olub.
Öncə brauzerlər bazarının təhlili Xiti şirkəti tərəfindən olunurdu. Təhlildə deyilirdi ki, Firefox brauzerinə Avropa internet-istifadəçilərinin 29 faizi, Internet Explorer brauzerinə isə 65 faizi üstünlük verib.
Aprel 08
Windows XP-nin ömrü 2 il uzadıldı
Microsoft korporasiyası Windows ÕÐ əməliyyat sisteminin ömrünü daha iki il artırılması barədə qərar qəbul edib. Alınan qərarı Microsoft şirkəti, Asus Eee PC, Intel Classmate PC və OLPC kimi qurğuların böyük şöhrətə malik olması ilə izah edir. Lakin adları çəkilən qurğuların hamısı sərt disk və ya kiçik həcmli və asta prosessorlu daşıyıcılarla təchiz olunub. Onların əməliyyat yaddaşının həcmidə də böyük deyil. Sözügedən səbəblər kompüterlərə Windows Vista əməliyyat sisteminin qurulmasına imkan vermir.
Buna görə Microsoft şirkəti, xeyli gəlir əldə edə biləcəyi bazarın böyük həcmini nəzərə alaraq onu itirməmək qərarına gəlir. Korporasiya bəyan edib ki, OEM versiyasında Windows XP-nin 2010-cu ilin ortalarınadək satılacaq, və ancaq ultrauçuz notebook-lara qurulacaq.
İlkin olaraq Microsoft şirkəti, Windows XP əməliyyat sistemi tədarükünün bu ilin yanvar ayından etibarən dayandıracağı niyyətində olub. Lakin XP əməliyyat sisteminə yüksək tələbatın olmasını nəzərə alınaraq, onun satış tarixinin 30 iyun 2008-ci ilə dək uzadılması qərarı alınıb.
Aprel 01
Xəbəriniz var?!
Gözünüz aydın hər şeyin bahalaşdığı bir vaxtda artıq domain qiymətləri də bahalaşacaq. 2008-ci ilin martın 27-də məlum olub ki, .com və .net, domen məkanlarının administratoru, tanınmış VeriSign şirkəti, sözügedən məkan daxilində domen qeydiyyatı qiymətlərinin qaldıracaq. Bu, ICANN ilə razılaşma əsasında baş verəcək. (yazı uzun alındı əziyyət deyilsə hamısını ətraflıdan oxuyun)
Mart 13
“Microsoft”un Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin olunub
Bu gün Mak.az`da oxuduğum xəbərə görə Microsoft`un bizdəki təmsilçiliyinə yeni rəhbər gəlibdi. Maraqlı orası olduki mənə yeni rəhbər Azərbaycanlıdır. Bundan əvvəlki rəhbər əcnəbi olubdur. Belə vəzifələrdə yerli kadrların işləyə bilməsi sevindiricidir. Yəni haqqı olaraq işləmələrini nəzərdə tuturam. Bacarığı olduğu, ona bu işdə etibar edilməyə layiq olduğu üçün. Microsoft kimi bir şirkətin də bu cür kriteriyalara əməl etdiyini fikirləşəndə sevindirici haldır. Xəbərin tam məzmunu isə belədir:«Microsoft» Korporasiyası «Microsoft Azerbaijan» şirkətinin yeni baş direktoru vəzifəsinə Teymur Axundovun təyin olunmasını elan edib. O, bu vəzifədə Vladimir Çaykovskini əvəz edib. Çaykovski, müqavilə bitdikdən sonra, «Microsoft Ukraine» ofisinə dövlət idarələri ilə iş üzrə direktor işinə keçib.
Axundov Korporasiyada fəaliyyətinə 2005-ci ildə Azərbaycanda və Gürcüstanda dövlət təşkilatları və korporativ sifarişçilərlə iş üzrə departamentin direktoru kimi başlayıb.
«Biz burda işə iki il əvvəl başlamışıq və ötən müddət ərzində müsbət nəticələrə nail olmuşuq. Mən əminəm ki, biz tərəfdaşlarımızla, sifarişçilərimizlə sıx işləyərək və əlbəttə, dövlətin dəstəyi ilə, şirkətin Azərbaycanda gələcək inkişafını təmin edə biləcəyik», - yeni baş direktor deyib.
Axundov Azərbaycanın informasiya texnologiyaları bazarında on beş ildən artıq iş təcrübəsinə malikdir. İnformasiya texnologiyaları sahəsində ali təhsili var: 1991-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) «İnformasiya-hesablama texnikası» ixtisası üzrə bitirib.
«Microsoft Azerbaijan» şirkəti 2005-ci ildən işləyir. Onun vəzifələrinə Azərbaycan ərazisində proqram təminatı bazarının inkişafı və korporasiya məhsullarının irəliləməsi, tərəfdaş və sifarişçilərin dəstəklənməsi, həmçinin, korporasiyanın yeni texnologiyasının lokallaşdırılması və sosial layihələrin reallaşdırılması daxildir.
Mart 03
Parçadan klavyatura
Fevral 21
İnternetdə real balıqçılıq
Fevral 20
Nokia və google iş birliyi
Bu sistemin tətbiqi kompyuterdə aparılan mükəmməl axtarışın mobil telefonlara tədbiq edilməsi, bu sayədə isə həm nokinanın müştərilərinə mükəmməl xidməti, eyni zamanda google`ın da axtarış bazarında öz yerini möhkəmlətməsi deməkdir. Bildiyimiz kimi bu google ilə nokianın ilk birgə işi deyil. Keçən il nokia, google məhsulu olan , online video paylaşım saytı YouTube’u tamamilə dəstəkləyən ilk mobil cihazıda hazırlamışdı.
Fevral 12
Nokia Windows Mobile´dan istifadə etməyəcək
Bu dəfəki xəbərimiz isə mobil dünyadandı. Yox nə telefon üçün temalar,
nə ekran şəkilləri təqdim etmirik. Sadəcə xəbər veririk. Daha konkret
isə xəbərimiz nokiadandır.Nokia CEO´su Olli-Pekka Kallasvuo yeni nokia toxunaraq işlədilən ekrana malikı telefonu S60 modelində windows mobile əməliyyat sistemindən istifadə etməyi fikirləşmədiklərini bildirdi. Buradaki məqaləyə görə Sonny-Ericsson ´un böyük hərəkətindən sonra hər kəs nokianında windows mobile sisteminə keçməsini gözləyirdi. Ancaq nokia ceo´su nun bu bəyanatı bir sıra nokia sevərləri kədərləndirib deyəsən. Demək olarkı bütün smart-phone`da windows mobile əməliyyat sistemidir. Ancaq Linuxun də mobile əməliyyat sisteminin çıxmasından sonra buna da maraq çoxalıbdır.
Fevral 10
Kağızdan istifadə olunmayan ev
Google'dan Chris Uhlik, həyat yoldaşı və üç uşağı ilə yaşadıqları evdə kağızdan istifadəni tamamilə aradan qaldırıblar.Evdə heç bir şey kağızdan deyil. Hətta kitablar belə. Google`dan olan birindəndə fərqli nəsə gözləmək olmazdı. Onlar kitablarıda xüsusi cihazdan keçirərək dijital olaraq eyd edib saxlayırlarl.
Texnalogiyanın yüksək inkişafı ilə əlaqədar olaraq, daha çox inkişaf etmiş ölkələrdə kağızdan istifadə faizi getdikcə aşağı düşür. Bu şəkildə statistika ilə tanış ola bilərsiniz:









