May 27
Oxu atan: Shaig M | Baxılıb: 186 | Bölmə: Mənə nə?, bAzNet

Almaniyanın Unteralqau şəhərindən olan gənc cütlük "eBay" hərracına 8 aylıq körpələrini satışa çıxarıblar. Start qiyməti isə 1 avro təyin edilib. Hərracın səhifəsini ziyarət edənlər hiddətlənərək dərhal polisə xəbər veriblər. Onları daha çox isə lotun təsviri şoka salıb: "Mənim üçün həddən artıq səs-küylü problemə çevrilən tamamilə yeni uşaq təklif edirəm. Kişi cinsindəndir. Boyu 70 santimetrdir. Müştəri nəqliyyat xərclərini öz üzərinə götürməlidir. Qeyri-ciddi təkliflərlə narahat etməyin". Elan "eBay"ın səhifəsindən 2,5 saatdan sonra silinib. Daha bir neçə saatdan sonra isə Almaniya polisi 23 yaşlı ana və həyat yoldaşını həbs edib. Onlar uşaq alveri ilə məşğul olmaqda ittiham edilirlər. İstintaq zamanı qadın hər şeyin bir zarafat olduğunu bildirib. Lakin asayiş keşikçiləri tam fərqli fikirdədirlər. Şənbə günü körpə gənclərlə iş üzrə yerli komitənin iki əməkdaşının müşayiəti ilə uşaq xəstəxanasına göndərilib. Tezliklə ata və ananın valideynlik hüquqlarından məhrum olunması haqqında məsələnin gündəmə gəlməsi istisna olunmur. Bu arada isə qadının "eBay"da kifayət qədər etibarlı müştərilərdən olduğu önə çəkilir. O, dəfələrlə hərracda iştirak edib və müxtəlif lotlara sahıb çıxıb.
Tags: ebay
Ətraflı
May 22
Oxu atan: Shaig M | Baxılıb: 333 | Bölmə: bAzNet

Bir müddət əvvəl istifadəçilərimizdən birinin şərhlərdə yazdığından belə bir xəbər tutduqki
day.az`ı
mail.ru statistika sistemindən qaydaları pozduğuna görə kənarlaşdırıblar. Bu xəbəri
webxanadan oxuduq Aznet olaraq. Bu day.az ın imici üçün çox mənfi hal idi. Həm reklamverənləri bu qədər çox olan saytın statistika ölçənin fırıldaqlıqla çoxaltması ilk əvvə ona maddi ziyan vura bilərdi. Elə buna görə də məsələyə dərhal rəsmi açıqlama gəldi. Sən demə bu day.az`ın fırıldağı deyilmi. Sitat: им объясняю. что на их счетчике на Дей.Аз-е не видно цифр и нет
никакой логики для нас накручивать счетчик… ведь он закрыт и цифр не
видно…
Они говорят, что у вас на главной странице идет рефреш через каждые
15 минут, и это нарушение пункта 11 их правил… я им говорю. что РБК
каждые две минуты делает это… почему ничего не делаете им? Они говорят
- отвечайте за себя..
Мстят за нашу кампанию против Агента.Мейл.ру где они написали Нагорный Карабах, как армянскую территорию…
Day.az rəhbərliyinin bütün rəsmi açıqlamalarını oxuya və sual verə bilməyiniz üçün isə
mak.az`ın forumunu ziyarət etməli olacaqsınız.
Mövzumuza qayıtsaq isə sən deməi "qara qızın dərdi varmış". Əsas səbəb qayda pozuntusu filan deyil. Məhz bundan sonra trend`də eyni halı müşahidə etmək olardı. Onların reytinqdən kənarlaşdırılma səbəbi isə Rus dilində olmaması idi. Bu da cəfəngiyyatdır. Trend Azərbaycan dilindən çox rus dilində xəbər verir. Məsələni daha aydın başa düşmək üşün, mail.ru nu whois etmək kifayət edir. Qeydiyyatçı e-maili gabrelyan@corp.mail.ru . Mənim bildiyimdə bu erməni familyasıdır. Artıq yazmağıma isə gərək yoxdur deyə düşünürəm.
Tags: day .az mail. ru trend
Ətraflı
May 21
Oxu atan: Shaig M | Baxılıb: 218 | Bölmə: bAzNet

Nəhayət Aznetin milli mənasız müsabiqəsi Netty başa çatdı. Qaliblər isə bunlardır.
1. Dövlət saytı: AR Vergilər Nazirliyi http://www.taxes.gov.az/
2. Korporativ sayt: Bank Respublika www.bankrespublika.az/
3. Təhsil və elm : КАТАРАКТЕ.НЕТ Layihəsi http://katarakte.net/
4. Mədəniyyət və incəsənət: Azərbaycanın Ədəbi portalı www.lit.az
5. İnformasiya və xəbərlər : “Novosti-Azərbaycan” İnformasiya Agentliyi http://novosti.az/
6. Servsi-sayt: JobSearch layihəsi www.jobsearch.az
7. Əyləncə: OPEN.AZ layihəsi http://open.az/
8. İdman: Bədii gimnastika Federasiyası www.agf.az
9. Azərbaycan: Üzeyir Hacıbəyovun virtual muzeyi http://museum.musigi-dunya.az/
10. Fərdi səhifə: Adalet Shukurov www.adaletshukurov.com
11. Cəmiyyət: Cənubi Qafqazda gənclərin reproduktiv sağlamlığı (RHIYC) www.4uth.az
12. Ana dili: Azərbaycanın kitabları www.azerikitab.az
13. Ən yaxşı dizayn: Azərbaycan xalçalarının salonu www.sheyxsefi.az
14. “Milli informasiya texnologiyalarının inkişafında olan əməyinə görə” fəxri nominasiya premiyasına Azərbaycan Respublikası Rabitə və informasiya texnologiyaları naziinin müavini Elmir Vəlizadə layiq görülmüşdür.
Bu nəticələr haqqında da nəsə demək istəmirəm. Eşitdiyimə görə Azərbaycanda internet deyəndə ağıla ilk gələn insanlardan biri Osman Gündüz mükafatlandırmada iştirak etməyibdi. Bunu demək elə yarışın səviyyəsi barədə düşüncə yaradır insanda.
Tags: netty
Ətraflı
May 16
Oxu atan: Sadig | Baxılıb: 172 | Bölmə: CızmaQara

Direct Marketing Association agentliyinin araşdırmasında deyilir ki, reklam kampaniyasında
Web 2.0 alətlərindən istifadə olunması, brendi daha da məhşurlaşdırır və onun satışını artırır.
DMA təhlilçilərinin sözlərinə görə, Web 2.0 aləti, özlərinin nisbi yeniliklərinə baxmayaraq çox vaxt reklamçılar tərəfindən istifadə olunur.
Sorğuda iştirak etmiş marketoloqların 84%-i Web 2.0 alətindən brendin tanınması üçün, 83%-i isə satışı yaxşılaşdırmaq üçün istifadə etdiklərini bildiriblər. Təhqiqat zamanı
DMA mütəxəssisləri, birbaşa marketinqlə məşğul olan 160 marketoloqun fikrini örgəniblər.
Tags: internet marketing
Ətraflı
May 16
Oxu atan: Sadig | Baxılıb: 219 | Bölmə: Mənə nə?

Bu haqda bu "
gün səhər" qəzetdə oxudum: 34 yaşlı ingilis Pol Osborn həyat yoldaşı Şeronu xəyanətdə ittiham edərək onu evdən qovub. O, Şeronun elektron poçtunu yoxlayarkən onun öz iş yoldaşına yazdığı məktubları tapıb. Bu xanım məktublarında həmkarını sevdiyini iddia edirmiş. Ona görə də Pol 14 ildir birlikdə yaşadığı və iki uşağının anası olan qadını qovmaq qərarına gəlib. Amma Bakinhemşir qraflığında yaşayan qısqanc ərin ürəyi bununla soyumayıb. O, öz arvadını İnternetdə hərraca qoyub. “Yalançı və ərinə xəyanət edən qadına kim daha çox pul təklif edə bilər” sualını İnternetə yerləşdirən Pol az qala milyonçu olubmuş. Çünki onun arvadına 500 min funt (milyon dollara yaxın) məbləğ təklif edən varmış. Lakin Şeron işləri korlayıb. O, ərinə xəyanət etmədiyini bildirib və həyat yoldaşını bu hərəkətinə görə məhkəməyə verib.
Tags: er arvad xeyanet satqın satış internet
Ətraflı
May 14
Oxu atan: Shaig M | Baxılıb: 175 | Bölmə: bAzNet

Facebook sosial şəbəkəsini, şirkətin baş texniki direktoru Adam Di Anjelo (Adam D’Angelo) tərk edəcək.
Bu barədə məlumatlı mənbəyə istinad edən VentureBeat nəşri xəbər verir. VentureBeat məlumatına əsasən, Di Anjelo şirkəti “onun vərdiş və maraqlarının, tutduğu vəzifədən irəli gələn səlahiyyətləri ilə uyğunlaşmaması” səbəbindən tərk etmək fikrinə düşüb.
Adam Di Anjelo Facebook-da 2004-cü ilin iyun ayından çalışır. Həmçinin o, sosial şəbəkənin yaradıcısı Mark Zakerberqin (Mark Zuckerberg) keçmiş sinif yoldaşıdır.
Tags: facebook direktor
Ətraflı
May 11
Oxu atan: Sadig | Baxılıb: 194 | Bölmə: Mənə nə?

Aparılmış tədqiqat kompyuter kibordlarında milyonlarla bakteriyanın olduğunu
müəyyən edib.
(
red. kibord - keyboard - klaviatura
)
Bunlar mədə ağrıları və soyuqdəymənin mümkünlüyünü xeyli artırır.
Britaniya İstehlak Təşkilatı tərəfindən aparılan tədqiqat bəzi kibordlarda bakteriyaların sayının, tualet oturacağından çox olduğunu göstərib.
Londonlu mikrobioloqlar deyirlər ki, ofis işçiləri kompyuterdən şərikli istifadə edərək, bir-birini yoluxdura bilərlər.
Kibordların mütəmadi şəkildə spirtli salfetkalarla silinməsi bakteriyanın sayını xeyli azalda bilər.
2004-cü ildə Arizona Universitetinin apardığı tədqiqat ofis avadanlığında, ələxüsus telefon, kibord və siçanlarda mikrobların tualetlərdən 400 dəfə çox olduğunu aşkar etmişdi.
Tags: computer kompüter kibord keyboard
Ətraflı
May 09
Oxu atan: Sadig | Baxılıb: 267 | Bölmə: bAzNet

Sizə kimdən deyim, nədən danışım, biri var imiş biri yox imiş internet reklam var imiş.
Bu internet reklam deyilən zad Aznetdə elə gah varmış, gah yoxmuş kimi
bir təəssürat yaradır. Hazırda internet reklamın “barını” əsasən
AzRunet yeyir. Bu yaxınlarda bu AzNet termini üzərində baş
sındırdıqlarını
eşitdim. Sən demə
forumların birində
əməlli başlı bu barədə baş sındırıblar. Amma AzNetin yalnız
Azərbaycandilli resurslardan ibarət saytlar icması olduğunu hesab etsək
(əslində bu AzNet məsələsi qurdaladıqca uzanan bir məsələ olduğundan
mən mətləbdən uzaqlaşmamaq üçün çox qurdalamadım) onda bu reklam
məsələsi AzNet üçün əsl problemdir. (biraz uzun-uzadı oldu,
ətraflıdan oxuyun)
Tags: reklam, internet, google, adsense, statistika, statictic
Ətraflı
May 08
Oxu atan: Shaig M | Baxılıb: 265 | Bölmə: bAzNet

Hər zaman alış - satış xəbərlərini xarici internet saytlarından çatdırırıq. Bu dəfəki xəbərimiz isə öz resurslarımız haqqında olacaq. Əvvəlcədən satışı təbrik edirəm.
Eşitdiyimə görə Azərbaycanın wap saytlar arasında ən qocamanı və ən papulyarı olan
wap.xana.az saytı öz hissələrindən satıbdı. Deyilirki bəs saytın 30 %-i satılıbdı. İlk vaxtlar xana fəaliyyətə başlayanda o zaman üçün rəqibi
tel.az saytı idi. Ancaq sonrada tel.az saytı Smsnet.az`a satılmışdı səhv etmirəmsə. Bu satış isə təqribi yadımda qaldığı qədərilə 25 min dollar idi. İndi isə xana 30% hissəsini vaxtı ilə tel.az`ın satıldığı ümumi məbləğdən daha baha satıldığı deyilir. Bu isə kifayət qədər uğurlu satışdır fikrimcə. Əslində mən tel.az`ın o vaxt üçün baha satıldığı qənaətində idim. O vaxtı bir o qədərdə çox ziyarətçisi yox idi. Yəni satıldığı məbləğə dəyər ziyarətçi cəhətdən deyirəm mən. Ancaq indi xana fikrimcə tam öz dəyərinə satılıbdı. Bundan sonrada uğurlar olsun sayta.
Tags: wap xana tel az
Ətraflı
May 08
Oxu atan: Shaig M | Baxılıb: 160 | Bölmə: bAzNet

İnternetdə gördüyüm növbəti yeni proyekt isə film həvəskarları üçün sevindirici olacaq. Analoqları xarici internet məkanlarında çox olmasına baxmayaraq bizim internet məkanında xüsusilə də Azərbaycan dilində yox idi. Söhbət filmlər haqqında olan saytdan gedir. Bu boşluğu müəyyən qədər doldura biləcək sayt isə
Kinozal.az saytıdır. Saytda həm son kino xəbərləri verilir, həm çəkilmiş son filmlərdən məlumatlar yer alır. Ölkədəki kino sənayemizin də elə internet sənayesi kimi zəif inkişafını nəzərə alsaq saytı qənaətbəxş hesab etmək olar. Bizdə axı həftə sonları hansı kinoteatrda hansı filmin olacağı, bunlara bilet almaq imkanları təşkil etmək müşkül məsələdir. Olan - qopan bir normal fəaliyyət göstərən kinoteatrımız varki sadaladıqlarımız saytda olsa belə çox az məlumat ala biləcəyik. Ancaq film həvəskarları üçün yenədə bir xeyli məlumatı çatdırmağa çalışıblar. Mənim xoşladığım əsas isə həmin gün TV`də veriləcək filmlər barədə yazmaqlarıdır. Qısaca olaraq saytdan kino ilə maraqlananlar xeyli məlumat əldə edəcəklər.
Tags: kino cinema kinozal .az
Ətraflı