Avqust 24
Oxu atan: Shaig M | Baxılıb: 172 | Bölmə: bAzNet
Facebook`un Türkiyədən olduqca yüksək istifadəçisi var və artıq 22 avqustdan etibarən türk dilini bilən hər kəs şəbəkədən sərbəst istifadə edə biləcək. Bundan sonra fikrimcə Azərbaycandan da bu şəbəkənin istifadəçiləri arta bilər. Türk dilində daxil olmaq üçün
tr.facebook.com adresini yazaraq şəbəkəyə qoşulun.
Ancaq bu tərcüməyə Türkiyəli istifadəçilər tərəfindən narazılıqlarla qarşılaşdım. Türk bloglarında oxuduğum şərhlərdə bir çox istifadəçisi ümumiyyətlə tərcüməni bəyənmədiklərini vurğulayıblar. Çox qəliz dildə olan tərcümədə xeyli səhvlər olduqlarını deyirlər. Bəziləri irad tutaraq deyirki "Facbook bir mütəxəsisə pul verməkdə niyə xəsislik edib belə natamam tərcümə eliyir?" Bəzi istifadəçilər isə facebook`un türkcə olduqdan sonra həddindən artıq çox və lazımsız üzvlə dolacağını düşünür. Görək Türk dili, Facebook`a nə kimi xeyir gətirəcək...
Tags: facebook türçe türkcə turkish
Ətraflı
Avqust 22
Oxu atan: Shaig M | Baxılıb: 169 | Bölmə: CızmaQara, bAzNet

Barcamp`ın keçirilməsinə 1 həftə vaxt qalır. Hərəkatın rəsmi saytında artıq iştirak üçün
150`dən çox qeydiyyatdan keçən olub.
Qeyri-Konfransda iştirakçılar bir-birləri ilə təcrübə və məlumat mübadiləsinə girəcək, yeni işlərini, layihələrini təqdim edəcək, öz əlaqələrini genişləndirəcəklər. Daha bir istiqamət İT ilə çox maraqlanan gəncləri bu sahə ilə daha yaxından tanış etmək və cəlb etməkdir.
29-31 avqust, 2008-ci il. Lənkəran şəhəri, Qala Oteli
Tədbirin bəzi hissələri şəhərin digər yerlərində keçiriləcəkdir.
Tədrbirin proqramı və başqa məlumatları
ətraflı oxuyaraq tanış olun.
Tags: barcamp barkamp lenkeran lənkəran
Ətraflı
Avqust 20
Oxu atan: Shaig M | Baxılıb: 127 | Bölmə: bAzNet

Facebook MySpace`idə keçib lider oldu.
Internet marketing araşdırma ve statistika saytı
ComScore'un
son araşdırmasına görə sosial şəbəkələr arasında
Facebook,
MySpace'i qabaqlayıbdı. Son vaxtlarda ümumiyyətlə sosial şəbəkələrin istifadəsi getdikcə artmaqda davam edir. Bi vaxtların ən papulyar sosial şəbəkəsi MySpace isə öz taxtını yeni trend Facebooka veribdi. May ayına kimi MySpace liderliyini qoruduğu halda , bundan sonra facebook önə keçibdi. Facebook`u Mayda 123.9 milyon istifadəçi ziyarət etdiyi halda, MySpace`i 114.6 milyon ziyarət edib. Facebook'un səhifələrin cəmi ziyarət sayı 50.6 milyard olarkən, MySpace 45.4 milyardda qalıb.
Son zamanlarda sosial şəbəkələr arasında papulyarlığının artım sıralamasında MySpace'dən sonrakı saytlar isə bunlardır.
Sosial şəbəkələr arasında
digər bir araşdırmanı isə RapLeaf edibdi. Təqribi 50 milyon nəfər arasında aparılan araşdırmaya görə sosial şəbəkə saytlarını dünya üzərində
ən çox qadınlar istifadə edirlər. Araşdırmada ən papulyar 14 sosial şəbəkə saytları da iştirak edib. Bu isə müxtəlif yaş qarupları arasındakı araşdırma nəticələri:
Social
Network |
Gender |
Age Groups |
|
14-17 |
18-24 |
25-34 |
35-44 |
45-54 |
55-64 |
65+ |
|
Bebo |
Women |
1,207,833 |
1,373,653 |
735,666 |
197,297 |
84,106 |
33,693 |
12,950 |
|
Men |
569,510 |
802,474 |
488,944 |
162,689 |
63,119 |
27,058 |
10,775 |
|
Unspecified |
15,532 |
15,865 |
3,977 |
1,197 |
406 |
101 |
22 |
|
Blackplanet |
Women |
120,981 |
346,629 |
164,383 |
47,500 |
13,660 |
3,361 |
1,814 |
|
Men |
55,856 |
212,479 |
140,077 |
52,483 |
16,099 |
4,309 |
1,781 |
|
Unspecified |
3,114 |
9,027 |
4,870 |
2,152 |
843 |
240 |
29 |
|
Classmates |
Women |
142,757 |
599,895 |
724,253 |
240,863 |
117,584 |
41,578 |
10,152 |
|
Men |
62,885 |
278,908 |
435,742 |
211,079 |
100,527 |
41,874 |
12,527 |
|
Unspecified |
2,532 |
9,355 |
9,363 |
5,346 |
2,811 |
1,323 |
407 |
|
Facebook |
Women |
784,214 |
1,685,029 |
767,619 |
184,057 |
72,743 |
21,441 |
10,270 |
|
Men |
357,017 |
977,753 |
609,655 |
177,662 |
62,033 |
22,024 |
8,545 |
|
Unspecified |
29,495 |
82,958 |
47,769 |
13,403 |
4,595 |
1,549 |
405 |
|
Flickr |
Women |
87,720 |
303,941 |
363,220 |
139,090 |
60,707 |
19,871 |
5,113 |
|
Men |
44,170 |
235,015 |
398,061 |
205,631 |
89,587 |
33,994 |
8,998 |
|
Unspecified |
5,163 |
23,806 |
25,753 |
10,982 |
4,825 |
1,926 |
524 |
|
Flixster |
Women |
2,221,835 |
3,258,823 |
1,841,543 |
658,189 |
297,477 |
93,020 |
27,204 |
|
Men |
1,146,532 |
2,583,675 |
1,840,241 |
671,368 |
271,350 |
90,236 |
26,387 |
|
Unspecified |
439,005 |
936,040 |
728,514 |
309,983 |
132,917 |
56,386 |
16,674 |
|
Friendster |
Women |
341,386 |
1,165,896 |
890,380 |
210,887 |
61,603 |
18,889 |
8,364 |
|
Men |
225,834 |
975,965 |
904,600 |
279,728 |
85,178 |
27,573 |
11,975 |
|
Unspecified |
5,856 |
21,879 |
19,569 |
3,998 |
597 |
141 |
82 |
|
Hi5 |
Women |
1,382,273 |
3,078,898 |
1,475,824 |
412,150 |
175,018 |
52,250 |
16,800 |
|
Men |
724,153 |
2,610,316 |
1,927,297 |
612,917 |
231,727 |
76,374 |
22,358 |
|
Unspecified |
374,960 |
833,937 |
453,346 |
143,102 |
55,487 |
16,872 |
3,556 |
|
LinkedIn |
Women |
3,697 |
39,594 |
178,550 |
69,197 |
24,368 |
7,726 |
1,355 |
|
Men |
4,618 |
42,642 |
222,431 |
124,759 |
45,310 |
16,083 |
3,379 |
|
Unspecified |
610 |
7,905 |
27,858 |
13,456 |
5,264 |
2,005 |
402 |
|
Multiply |
Women |
115,117 |
352,590 |
194,957 |
51,304 |
19,488 |
5,829 |
2,270 |
|
Men |
55,054 |
261,803 |
194,818 |
63,000 |
25,247 |
8,846 |
3,042 |
|
Unspecified |
184 |
536 |
389 |
112 |
44 |
17 |
0 |
|
Myspace |
Women |
5,158,453 |
7,091,214 |
3,800,542 |
1,252,287 |
542,694 |
167,087 |
71,531 |
|
Men |
3,365,442 |
5,226,788 |
3,238,471 |
1,209,510 |
475,566 |
167,101 |
66,852 |
|
Unspecified |
3,147 |
4,726 |
2,540 |
1,137 |
548 |
251 |
67 |
|
MyYearbook |
Women |
637,510 |
578,018 |
239,646 |
91,832 |
37,531 |
10,871 |
5,345 |
|
Men |
280,131 |
292,263 |
127,999 |
55,766 |
23,582 |
7,503 |
3,145 |
|
Unspecified |
20,524 |
20,980 |
9,300 |
4,507 |
1,837 |
729 |
232 |
|
Perfspot |
Women |
84,840 |
158,003 |
91,200 |
31,375 |
14,192 |
4,033 |
1,077 |
|
Men |
66,643 |
317,958 |
260,641 |
86,707 |
29,974 |
9,494 |
2,790 |
|
Unspecified |
30 |
181 |
264 |
95 |
36 |
6 |
0 |
|
Tickle |
Women |
743,111 |
1,491,975 |
887,369 |
318,578 |
151,490 |
44,742 |
12,876 |
|
Men |
309,858 |
939,737 |
739,932 |
268,239 |
118,031 |
41,130 |
12,042 |
|
Unspecified |
70,562 |
177,297 |
100,108 |
34,037 |
14,204 |
5,048 |
1,235 |
|
ALL SOCIAL
NETWORKS |
Women |
6,322,060 |
9,651,584 |
5,683,422 |
1,929,328 |
857,965 |
279,684 |
97,858 |
|
Men |
4,050,429 |
7,546,654 |
5,543,729 |
2,113,597 |
873,135 |
323,251 |
108,731 |
|
Unspecified |
682,756 |
1,456,780 |
1,045,381 |
428,357 |
181,913 |
72,196 |
20,240 |
Bütün sosial şəbəkə saytları haqqında məlumatı isə buradan oxuyun.
Tags: social network sosyal ağ sosial şəbəkə
Ətraflı
Avqust 19
Oxu atan: Shaig M | Baxılıb: 177 | Bölmə: CızmaQara, bAzNet

Bu gün
webxana`da
gördümki
Google axtarış motorunun nəticələrini istifadəçilərə də açıbdı.
Buradan daxil olub axtarışda olan sözlərin top`luğuna baxmaq olar. Bunun yaxşı cəhətlərindən biri də son vaxtlarda istifadəçilərin internetdə daha çox nəyi axtardıqlarını araşdırıb buna görə contentlər tərtib etməyin mümkünlüyüdür. Məsələn son 30 gündə axtarılarn sözlərin top 10`luğuna baxaq.
1. mp3
2. nokia
3. msn
4. roya
5. chat
6. beijing 2008
7. tqdk
8. sevgi
9. oyunlar
10. google
Gördüyümüz kimi ilk yeri təbii olaraq mp3 tutur. Ancaq imtahanların nəticələrinin son 30 gündə açıqlandığını düşünəndə, eyni zamanda Pekin olimpiadasının başladığını düşünəndə görə bilərik ki elə məhz bunlarada görə tqdk və beiking 2008 sözləri ilk 10`luqdadı. İndi isə Son 30 gündə axtarışı artan sözlərin ilk 10 `luğuna baxaq.
1. sexs
2. odnoklassniki.ru
3. day.az
4. birja
5. beijing 2008
6. bbc
7. azal
8. ans
9. yaprak dokumu
10. msn
Bura da beijing 2008 sözünün axtarışı artan sözlər arasında görürük. İndi əgər hansısa blogda və ya saytda bu tərkibdən sölər olsa, sayta xeyli google keçidi ola bilər. Beləcə bu sistemi izləyərək trendə uyğun contentlər tərtib etmək olar. Ancaq google`dan keçid almaq xatirinə hər yola əl atmaqda düzgün olmaz. Misal üçün lazım deyilki axtarışı artan sözlər siyahısındakı birinci yerdə duran sözə uyğun saytda content tərtib edəsiniz.
Tags: google seo search
Ətraflı
Avqust 18
Oxu atan: Shaig M | Baxılıb: 128 | Bölmə: bAzNet

Artıq internetdə ən papulyar trend videolardır. Xüsusəndə
youtube`dan sonra video paylaşımın papulyarlığı daha çox artdı. Dünyada da internet sürəti ilə problemi olmayan istifadəçilər rahatca videolara baxırlar, paylaşırlar... Artan bu video trendi sayəsində TV`lərə belə maraqlar azalmağa başlayır. Hərçənd bizim ölkədə hər kəsin yüksək internet sürəti yoxdur. Olsa belə inanmıramki heçdə hamı bu videolardan baxıb nəsə yararlı bir şey öyrənsinlər. Böyük ehtimalla (
ən mədəni halla desək ) ən çox klip və ya film izləyərlər. Ancaq bu video paylaşımlardan baxıb öyrənə biləcəyimiz çox şeylər var. Yaxın zamanda Türkiyədə təhsil alıb qayıdan bir dostumla söhbət zamanı dediki, orada bir tanışı video paylaşım saytlarında tanınmış üzgüçülərin məşq zamanı etdikləri hərəkətlərə baxaraq üzməyi öyrənibdi. Üstəlikdə üzməyi heç bacarmadığı halda, üzməyi öyrənən bu tələbə nəhayət Asiyadan Avropaya (
İstanbulda ) üzməyə nail olubdu.
İnternetdə video izləməyin yararları əlbəttə çoxdur. Xüsusəndə öyənmək üçün. Bu yazını da yazmağıma əsas səsbəb keçənlərdə qarşıma çıxan və çox xoşuma gələn bir türk video saytı oldu. Saytın adı
Uzman.Tv `dir. Haqqında yazı yazmağıma səbəb isə saytda olan videoların sırf dərs vəsaiti və ancaq nəsə öyrənmək üçün istifadə edilə bilinməsidir. Burada müxtəlif kateqoriyalarda olan videolar bir növ proqram xarakteri ilə çəkilibdi. Bundan əlavə saytda 100`lərlə işinin peşəkarı suallara cavab verir. Məsələn sayta daxil olub, diş sağlamlığı ilə əlaqəli nəsə öyrənmək istəsəniz,
müvafiq bölməni seçərək videolarla bu haqda bir çox yararlı məlumat əldə etmək olar. Üstəlik sizi maraqlandıran sualları da soruşa bilərsiniz. Suallara da isə
5 peşəkar həkim cavab verəcək. Türk dilini bilənlər üçün çox yararlı ola biləcək bir saytdır. İnşa Allah elə bizim internet saytları arasında da bu tip faydalı saytlar
ço
xalar...
Tags: video
Ətraflı
Avqust 15
Oxu atan: Shaig M | Baxılıb: 128 | Bölmə: bAzNet

Proqrama dilləri arasında papulyarlığı araşdıran
tiobe avqust 2008`ə olan son vəziyyəti əks etdirən cədvəli açıqlayıbdı. Cədvələ görə Java, C, (Visual) Basic, C++, PHP əvvəlki illərdə olduğu kimi yenə cədvəldə öz yerlərini qoruyublar. Ancaq irəliləyənlər də olubdu. Pyhton, Delphi, Powershell, ActionScript, pascal kimi dillər isə papulyarlığını artıranlar sırasındadı. Ələxsusda microsoft'un
PowerShell'i ən çox maraq görərək papulyarlaşan dildir.Cədvəl ilə bütünlüklə
buradan tanış ola bilərsinz
Tags: Java, C, (Visual) Basic, C++, PHP Pyhton, Delphi, Powershell, ActionScript, pascal
Ətraflı
Avqust 11
Oxu atan: Shaig M | Baxılıb: 336 | Bölmə: bAzNet

Bildiyimiz kimi, Gürcüstanda gedən müharibə internetə də təsirsiz ötüşməyibdi. Gürcüstanın bəzi güc strukturlarının internet saytlarına o cümlədən aparıcı xəbər saytlarına daxil olmaq olmur. Buna səbəb Rusların Gürcüstana hərbi müharibəsi ilə yanaşı elektron müharibə də aparmasıdır. Hətta Azərbaycanın ən böyük xəbər saytı olan
day.az`a da
hücumlar olur.
Səbəb isə day.az`da
Gürcüstandan olan xüsusi xəbərlər kateqoriyasında mütəmadi olaraq Rusların hücumu barədə xəbərlər verilməsidir. Buna görə də day.az`a Rusiya hacker`ləri tərəfindən DDOS hücumları olur. Bu isə saytın fəaliyyətini yavaşladır. Elə mən bu sətirləri yazanda da day.az`a daxil olduqda, keçidlərə sıxanda gah səhifəyə daxil olmaq mümkün olurdu, gah olmurdu.
Bundan başqa oxuduğum blogda başqa bir məlumatlada qarşılaşdımki hücumlara məruz qalan sayt təkcə day.az deyilmiş.
Novosti.az
Newsazerbaijan.ru
Bu iki rus dilli xəbər saytlarında da daxil olmaqda problemlər yaşanır. Adı çəkilən ilk sayta tamamilə daxil olmaq mümkün deyil. İkinciyə daxil olduqda isə "Welcome to nginx!" yazısı ilə qarşılaşdım.
P.S.
Hesab edirəmki bütün bu baş verənlərdən belə nəticə çıxarmaq olarki, Azrəbaycanla Ermənistan arasında ola biləcək müharibə zamanıda bütün bunlar təkrarlana bilər. Həm siyasi həm də elektron müharibə. Elə məhz bu halda Rusiya da yenə müharibəyə qarışar.
Tags: day .az hacker ddos
Ətraflı
Avqust 11
Oxu atan: Shaig M | Baxılıb: 131 | Bölmə: bAzNet

Avqust ayının 10`u (
yəni dünən ) Azərbaycan internetinin ən tanınmış mail servisi olan (
eyni zamanda mənimdə Aznedə çox hörmət etdiyim saytlardan biri )
box.az`ın 8 yaşı tamam oldu. 2000-ci ildən fəaliyyətə başlan servis təbii ki indi başlanğıcdan daha yüksək səviyyədə xidmət göstərir.
Box.az`ı yaş günləri münasibəti ilə təbrik edirəm. İnşa Allah uzun ömürlü sayt olar.
Saytın yaş gününü qeyd eləmək məqsədi ilə dünən aralarında AİF`in rəhbəri Osman Gündüzündə olduğu yığıncaq təşkil olunmuşdu. Yığıncaqda əsasən
Azərbaycan internetində fəal iştirak edən gənclər dəvət almışdılar. Yığıncaqda əlbəttə söhbətin əsas mövzusu box.az barədə idi: saytın yaranması və statistik məlumatları, gələcək planları. Öyrəndiyimə görə saytın sosial yönümü istiqamətində inkişaf elətdiriləcək. Əslində eşitmişdimki Azərbaycanda olan bütün məktəblərin siyahısı saytda var. Ancaq mən profayl`dakı təhsil bölməsinə daxil olanda siyahı ilə deyildi. Hər halda gələcək planlara daxildir. İnşa Allah inkişafa birlikdə şahid olarıq
Bundan başqa ümumi internet haqqında söhbətlər də oldu. Gürcüstandakı saytların bir çoxuna daxil olmaqda çətinliklərlə üzləşildiyi və belə bir təhlükənin Azərbaycanda da olduğu barədə. Toplantıda başqa bir İKT haqqında xəbərlər dərc olunan saytın yenicə fəaliyyətə başladığı xəbərini aldım. Hətta belə bir təşəbbüs də irəli sürüldü ki, yeni internet mükafatı təsis edilsin. Fikrimcə Netty`dən cana gələnlərin ürəyincə olar bu xəbər. Əgər bütün işlər qaydasında getsə 2008`in sonuna kimi yeni internet mükafatları təsis edilə bilər.
Ancaq bütün bu intellektual söhbətlərdən, intellektual biznes haqqında mülahizələrdən sonra söhbət döndü - dolaşdı və belə bir nəticə meydana çıxdı ki, bir kamaz alıb onu inşaat sektorunda işləyən bir şirkətə kirayə vermək daha gəlirli sahədir =). Əlbəttə bu Azərbaycan reallığı üçün səciyyəvi olan bir cəhətdir. Ümidvaramki bu gülünc vəziyyət tezliklə düzələr.
Sonda isə bir daha
box.az`ı təbrik edirəm. Bol - bol uğurlar arzu edirəm. Təşəkkür edirəmki məni də toplantıya dəvət etmişdilər.
Ad günün mübarək Box.az!!
Tags: box .az yaş ad günü happy birthday
Ətraflı
Avqust 10
Oxu atan: Shaig M | Baxılıb: 231 | Bölmə: bAzNet

Bu dəfə haqqında yazacağım sayt
ilk10-dur. Bu
ilk10.az sayğac sistemi deyil,
ilk10.com saytıdır. Düzdür əvvəllər elə ilk10.az`ın ilkin ünvanı ilk10.com olmuşdu. Uzun müddət bu adda fəaliyyət göstərmişdi. Ancaq sonradan sayt milli - .Az domainə keçdi. Bir müddət ilk10.com saytı fəaliyyətsiz qalsada artıq yenidən fəaliyyətdədir. Bu dəfə domain
Elimizonline`ın tərkibində fəaliyyətdədir. Sayt isə kataloq olaraq fəaliyyətinə davam etdirir. Yalnış xatırlamıramsa bu kataloq əvvəl elimiz.com saytının tərkibində idi. İndi artıq müstəqil saytdır. Beta olaraq işə başlayan saytın güman ki, yenilikləri qabaqdadır. Mən bu məlumatı yazdığım zaman saytın 22 bölməsində 32 sayt qeydiyyatdan keçmişdi. Hər bölmənin adı kataloqda 3 dildə qeyd olunub.
Bu kataloqda saytı qeydiyyatdan keçirtdikdən sonra

belə bir düyməciyi saytda yerləşdirmək lazımdır. Bundan sonra qeydiyyat olunmuş sayt kataloqa düşə bilər. Ancaq bu məsələyə bir balaca iradım olacaq. Bu tip kodu əksər sayt sahibləri öz saytlarında yerləşdirmək istəməyəcəklər. Çünki demək olarki bir funksiyası yoxdur. Məsələn əgər bu düyməciyə klikləyərək ilk10.com`a keçid olanda , keçid vermiş saytın papulyarlığı artsa idi və o əsas səhifəyə düşsə idi yada bu statistika ölçsə idi hər kəs etiraz etmədən yerləşdirərdi. Ancaq indi bunu bir çoxları yerləşdirmək istəməyəcəklər. Səbəb isə sadədir. Onlar fikirləşəcək ki, bu havayı reklamdır. Fikrimcə bu düyməciyin bir fəaliyyəti olsa daha yaxşı olardı. Hesab edirəmki buda daha saytın beta versiyada olması ilə əlaqədardır və yaxın zamanda bir yenilik olacaq.
Kataloqda qeydiyyat zamanı saytın RSS URL`unu istəməsi isə məndə belə fikir formalaşdırırki gələcəkdə kataloqda saytlardan contentdə oxuna bilər. Bəlkə də Hər saytın xüsusi səhifəsi ola bilər. Burada sayt haqqında məlumatlar eyni zamanda saytın RSS ilə oxudulmuş contentləri. Hətta
blograzzi kimi də formalaşdırmaq olar. Ümid edirəmki təsisçilər tərəfindən gələcək planlar barədə sirr olmayan məlumatlar verilər.
Tags: ilk10.com ilk10 Web Directory
Ətraflı
Avqust 09
Oxu atan: Shaig M | Baxılıb: 157 | Bölmə: bAzNet

Bildiyimiz kimi Gürcüstanda hərbi əməliyyatlar başlayıbdı. Hətta yayılan məlumatlara görə
Gürcüstan Silahlı Qüvvələri Tsxinvaliyə bütün perimetrlər üzrə nəzarət edir. Hər halda KİV`də müharibə haqqında xeyli məlumat əldə etmisiniz. Gürcüstanda başlayan müharibə bu internetə də təsirsiz ötüşməyibdi. Bu haqda olan məlumatlar barədə yazmaq istədim. Əvvəla günorta saatlarında yayılan məlumata görə
Ermənistan internetsiz qalmışdı. Səbəb isə Gürcüstan ərazisindən keçən fibrooptik xəttin zədələnməsi idi. Ola bilsinki hərbi müdaxilələr nəticəsində olmuşdu.
Bayaq isə Anspress`də oxuduğum başqa xəbərdə isə gördümki "
Google.Map internet saytından Gürcüstan, Ermənistan və Azərbaycanın xəritəsi çıxarılıb".
Saytda bu üç ölkənin xəritəsi əvəzinə ağ sahə əks olunub.
Google.Map internet saytından Gürcüstan, Ermənistan və Azərbaycanın xəritəsi çıxarılıb. Məlumatı «Komsomolskaya pravda-Ukraina» qəzeti yayıb. Məlumatda deyilir ki, bu, Rusiya qoşunlarının kəşfiyyat aparmasını əngəlləmək üçün edilib. Saytda bu üç ölkənin xəritəsi əvəzinə ağ sahə əks olunub.
Rusiya təyyarələri Ermənistan ərazisindən havaya qalxaraq,
Gürcüstanın hərbi strateji obyektlərini bombalayırlar. Google Map`dan həqiqətəndə rahatlıqla bir sıra obyektləri rahat görmək olur. Ancaq başa düşdük ki, Gürcüstan ərazisini ağ rəngə boyayıblar. Burada olan bombalanmağa namizəd yerlər görsənməsin. Digər tərəfdən nəzərə alsaqki Rusiya təyyarələri Ermənistan ərazisindən havaya qalxır, buna görə də Ermənistanın ərazisini ağa boyayıblarki Gürcüstanda öz növbəsində xəritədən yararlana bilməsin. Ancaq Azərbaycan`ın məsələyə nə dəxli var o mənə qaranlıq qaldı. Məntiqi ardıcıllığa görə Rusiya əraziləri ağ rəngə boyanmalı idi. Çünki Ermənistandan qalxan təyyarələr onlara məxsusdur. Gürcülər bəlkədə (
buna ehtimal etmirəmki cürət etsinlər ) Rusiyada olan hansısa hərbi obyekti bombalamaq istəyə bilərlər. Ancaq Azərbaycan nə canlı qüvvə ilə, nə silahla, nə də ərazisini hüsum üçün açmaqla müharibədə iştirak etmir. Bəs niyə bizim ölkədə ağarıb Google Map`də bu mənə aydın olmadı...
Tags: internet war muharibe müharibə
Ətraflı