Oxatan.com

Fevral 23

Ustune dinqildat.

Bir müddət olarki Xazar.com`da yeniləşdirilmə işləri gedirdi. Nəhayət işin böyük hissəsi başa çatdı. Göz önünə çıxarılası nəsə var. Bundan sonrada təkmilləşdirmə işləri davam edəcək. Amma hələki neçə vaxtdır istifadəsi dayanan xəbərlər bölməsi (Xazar.info) açıldı. İndi Xəbərlər bölməsində əsasən günün əsas xəbər başlıqları, press-relizlər yer alacaq. Yəni xəbərlər bölməsi heç də Lent.az ya apa.az`a rəqib olmaq üçün deyil. Əsasən informasiya yaymaq səlahiyyətini saxlamaq üçündür. Daimi yenilənən və çox operativ xəbər yaymaq üçün Media İzləmə Mərkəzi ( news.xazar.com) adlı bölmə əlavə olundu. Burada əsas aparıcı online internet xəbər saytlarındakı xəbər başlıqları toplanılır. Məqsəd bütün xəbərləri eyni platformada toplamaqdır. Bu bölmə üçün gələcəkdə edilməsi nəzərdə tutulan xüsusi planlar varki tərkibi daha da genişləndirilsin. Hələki ancaq RSS xidməti olan online xəbər saytlarının xəbər başlıqları burada toplanır.
Bunlardan başqa Xazar`da giriş səhifəsinə əl gəzdirildi. Sayta hava proqnozu bölməsi əlavə edildi. Hava haqqında məlumatlar isə gün ərzində bir neçə dəfə yenilənərək Azərbaycanın bir neçə regionundakı (30`dan artıq) hava haqqında olan məlumatları verir. Azərbaycanda rəsmi olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu tərəfindən internetdə hava haqqında məlumatlar yerləşdirilmədiyindən, hava proqnozlarını beynəlxalq Customweather datalarından istifadə edərək yayımlanır.
Bundan başqa Xazar.Name internet jurnalında artıq 2 ay əvvəldən yeniləşdirmə işləri aparılmışdı, yeni idman bölməsi əlavə olundu. Hansıki burada günün əsas idman xəbərlərilə tanış olmaqdan əlavə aparıcı futbol liqalarından canlı hesablarla və turnir cədvəlləri ilə tanış olmaq imkanı var. Əıavə olaraq Mobil telefonlar üçün contentlər əlavə olunmuşdur.
Yeniliklər yenə də davam edəcək...

Tags:

Fevral 20

Ustune dinqildat.

Ölkənin və hətta demək olarki Qafqazın ən reytinqli saytı fəaliyyətini dayandırıbdı. Dünən günortadan səs - sədası yayılmışdı xəbərin. Məndə o dəqiqə fikrimi yazmadımki bir gözləyim görüm bu nə məsələdir. Bəzi KİV`lərdə belə xəbər yayıldıki bəs saytın domainini əllərindən alıblar, çünki whois etikdə sayt haqqında məlumatlar görsənmirdi. Bəzi KİV`lərdə deyildiki day.az rəhbərliyi başısoyuqluq edib bəs domainin vaxtı bitdiyi halda onun haqqını ödəməyiblər. Hətta iş o yerə çatdıki dövlət məmurlarıda bu haqda açıqlama verdiki bəs saytın bağlanmasında dövlət təzyiqi olmayıbdı. Bu kimi teryaların artma səbəbi isə day.az rəhbərliyinin heç bir açıqlama verməməsi olmuşdu. Bir müddət sayta heç daxil olmaq mümkün olmurdu, axşam 17.00 radələrində artıq sayta daxil olmaq mümkün idi. Saytda isə yalnızca yazılmışdıki "Proyekt öz fəaliyyətini dayandırıb". Bundan sonrada KİV`lərdə bu haqda bir xeyli məlumat dərc olundur. Sonra saytın təsisçilərindən olan Anar Məmmədxanlı açıqlama verdiki bəs texniki səbəblərə görədir 1 həftə sonra yenidən bərpa olunacaq fəaliyyət. Çox keçmədiki day.az`ın girişindəki yazı dəyişdi və yazıldıki 25 fevralda yenidən fəaliyyətə başlayaca. Texniki problemlərə görə fəaliyyəti dayanıbdı. Bəs görən elə əsl səbəb budur? Bu texniki problem hansıdır. Onu deyə bilərəmki saytın serveri işlək vəziyyətdədir. Day.az`a məxsus Boss.az domaininə rahat daxil olmaq mümkündür. Digər tərəfdən day.az`da elə texniki yöndən çox mürəkkəb bir sayt deyilki deyək nəsə problem yaranıbdı. Bundan sonrada başqa ssenarilər yaranmağa başlayır. Bu day.az`ın növbəti PR kompaniyası ola bilər. Bununla özlərinə diqqət çəkmək istəyirlər. Buna da kifayət qədər nail oldular. Artıq internetdə hər kəs day.az`dan danışır. Üstəlik day.az`ın uzun müddətdir gerçəkləşdirməyə çalışdığı Azərbaycan dilində xəbər saytı proyektidə var idi. Uzun müddətdir həmin saytın adını eşidib üzünü görmürdük. Bəlkə də bu elə məhz həmin saytın təqdimat mərasimi idi. Çünki day.az rəhbərliyi açıqlamasında qeyd etdiki ola bilsin Azərbaycan dilində də xəbər versinlər. Həm bu saytı bağıamaq onlara imkan verərki reklam qiymətlərinidə qaytarsınlar. Saytı bağlayıb bütün müştərilərdən üzr istəyib pullarını qaytararlar, fəaliyyətə başlayandan sonra yenidən qiyməti qaldırıb reklamları qəbul etməyə başlayacaqlar. Səbəbdə açıqdıki xeyli texniki xərcimiz çıxdı, bundan başqa ictimaiyyətin diqqətinidə xeyli çəkdik və qiymətimiz qalxdı..... Bunun kimi bir çox fərziyyələr irəli sürmək olar. Əsas 25 fevralı gözləmək lazımdır. Görək nə kimi dəyişikliklər olacaq. Bəlkədə gözümüzü mazol edən day.az`ın klassik dizaynını da dəyişdilər...

Tags:

Fevral 17

Barcamp
Barcamp Caspian 2009`a hazırlıq işləri davam edir. Artıq bu məqsədlə maarifləndirici MiniBarlar təşkil olunmağa başlayır. İlk MiniBar Sumqayıt şəhərində təşkil  olunacaq. Seminarın iştirakçılarına Barcamp Caspian haqqında ətraflı məlumat veriləcək. Tədbir Fevral ayının 21`də keçirilir. Başlanma vaxtı 12.00`dır.  MiniBar Sumqayıt Mütəxxəsislər Birliyinin konfrans zalında keçiriləcək. Sumqayıt tərəfdən koordinator Eyvaz Qocayev dir. MiniBarda Rəşad Əliyev çıxış edəcək.

Tags:

Fevral 12

Oxatan Barcamp

Artıq Barcamp Caspiana doğru işlər görülməyə başlayır... Əvvəla Barcamp Caspian üçün nəzərdə tutulmuş sayt, logo və tədbirin keçirilmə yeri vaxtı müəyyənləşibdi. Sayt http://www.barcampcaspian.org/`dur. Qeydiyyatdan keçərək iştirakı təsdiqləyə bilərsiniz. Tədbir Qafqaz Universitetində, 2009-cu il Mart ayının 27-29  tarixlərində keçiriləcək. Barcamp`ın fəal üzvləri arasındakı ilk yığıncaq isə 15 ferval (2009)`da baş tutacaq. Həmin yığıncaq sonrada yeni xəbərlər olsa yenidən blogda paylaşacam. Bazar günki tədbirlə bağlı isə əlavə olaraq buradan oxuya bilərsiniz.

Tags:

Fevral 06

Ustune dinqildat.

Barcamp`ın rəsmi saytından bildiriş:

Artıq Beynəlxalq səviyyədə keçiriləcək BarCamp Caspian-a hazırlıq gedir.

Tez bir zamanda BarCamp Caspian-ın saytını işlək vəziyyətə salmaq, reklam və s. hazırlıq işləri üçün Könüllülər tələb olunur.

Könüllülərdə aşağıdakı qabiliyyətlərdən heç olmasa biri olmalıdır.

01) Tərcümçəi (İngilis-Rus, Rus-İngilis, Azərbaycan-İngilis, Azərbaycan-Rus)

02) Web Dizayner - Logo, və s saytın dizaynı üçün

03) Super Dizayner - Broşur və s dizaynları etmək üçün

04) Fotoqraf - Şəkilləri çəkib sayta və stendə (Seminar vaxtı) qoymaq üçün

05) Blogger - Maraqlı məlumatlar yazmaq üçün saytda (Seminar vaxtı gündə ən azı 1 dənə, indi isə həftəde 1 Blog post, məlumat çox olacaq  

06) Proqramist - Elə belə  

07) Məzmun Meneceri - Saytdakı məzmunlara baxmağa

08) Usibility tester - Saytın Usibility-sini (Rahat istifadəsini) test etmək üçün

Bunlar olmasa yadından çıxartma könüllülərə həmişə ehtiyac var, ürək dirək verə bilərsən bizə:)

Tags:

Fevral 03

Ustune dinqildat.

Nəhayət ki çoxdan gözlədiyimiz gerçəkləşdi və ADSL qiymətləri ucuzlaşdı. Düzdü rəsmi göstəricilərə görə 2.5 dəfə ucuzlaşıbdı. Ancaq mən Bakinternet`in qiymətlərinə istinadən deyə bilərəmki bu 2.5 dəfə deyil. Təqribi 45% (50%) qiymətlər aşağı enibdir. Əvvəl Bakinternetin saytında ADSL   modem  qoşulmaqla genişzolaqlı internet xidmətinin limitsiz  tarif paketində 256/256 k bit/s 70 (80) manata idi. İndi isə bu 39 manata olubdur. Əvvəl 39 manata 128/128 kbit/s sürətdə paketdən istifadə mümkün idi. Bəlkədə çoxları gözləyirdiki bu tarif planı 2 dəfə ucuşlanda ayda 20 manat olar. Ancaq Bakinternet artıq həmin tarif paketini siyahıdan xaric edibdi. Yəni yenədə ən ucuz ADSL çəkdirmək istəyən aylıq 39 manat ödəməli olacaq. Sadəcə əvvəlkindən daha sürətli paketdən istifadə edəcək. Amma əlbəttə biz buna da şükür edirik. İndiyənə kimi bu da yox idi. Ümid edirik ki, daha da ucuzlaşacaq.
Buda yeni qiymətlər...

Tags:

Fevral 02

Oxatan.com
Bu günlərdə Mak Jurnalında bir yazı oxudum. Avis tibbi market deyilən bir firmanın reklam kompaniyası imiş. Sadəcə maraqlı gələn tərəfi reklam kompaniyası üçün xüsusi domain tərtib edilməsi oldu. Bu xarici təcrübədə tez-tez rastlaşılan bir haldır. Ancaq mən Azərbaycanda ilk dəfə idi rastlaşıram. Deyəsən elə birinci dəfədir. Saytın adı kompaniyaya müvafiq olaraq www.saglamliqxosbextlikdir.com `dur. Burada reklam aksiyasl barədə ətraflı öyrənmək olar. Bilmirəm bu gördüyüm ilk, sonuncu olacaq ya yox. Təbii ki, bu tip reklam aksiyalarından daha çox görməyi ümid edirəm...

Yanvar 23

Oxatan.com - Barack Oabama Web 2.0
Dünyanın super gücü ABŞ`ın yeni prezidenti Barack Obama and içərək yeni vəzifəsinə başladı. Yox bu dəfə siyasətdən yazmayacam. Obama`nın texnalogiya ilə əlaqəsindən yazacağam. Ümumiyyətlə bilirik ki, ABŞ və bu kimi yüksək inkişaf etmiş ölkələrdə seçkilərdə namizədləri xüsusi böyük şirkətlər dəstəkləyir, onların təbliğat təşviqat kompaniyaları ilə məşğul olurlar. Bu namizədləri isə bir böyük şirkətin deyil, müəyyən sektorlar dəstəkləyir. Hətta, bu xalq arasında, ara danışıqda onları "filan mafiya" dəstəkləyirdə deyirlər. Mən ağlım kəsəndən ABŞ prezidentləri olaraq Bill Clinton, George-W-Bush və bir də sonuncu Barack Obama`nı görmüşəm. Birinciyə deyirdilərki arxasında "Şou-biznes mafiyası" durur ( hətta özü də saksafon ifa edirdi), ikinciyə "Silah( neft) mafiyası" və nəhayət Obama`ya deyirlərki arxasında "Texnalogiya mafiyası" durur. Hərəsinin isə dövründə təmsil etdiyi sektor öz tərəqqisini yaşadı. Deyəsən indi dünyada növbə texnalogiyanın daha sürətlə tərəqqisi dövrü olacaq. B. Obama seçki kompaniyası zamanıda texnalogiyadan müntəzəm istifadə etmişdi. Onun çıxışlarını mütamadi olaraq YouTube`dan izləmək olardı, etdiyi hər fəaliyyəti Twitter`dən xəbər edilirdi. Nəhayət yeni prezident öz vəzifəsinə də Web 2.0 bir başlanğınc etdi.
Amerikanın  44-cü ilk Afro-Amerikan prezidentinin andiçmə mərasimi internet üzərindən CNN.com`la birgə Joost, Hulu, Ustream.tv və Current.tv`nin açdıqları kanallardan izləndi. Current.tv, Twitter ilə ortaq bir iş görərək and mərasimini "Tweetler" ilə birgə təqdim etdi. Bu sayədə tamaşaçılar canlı verilişi izlərkən Twitterdəki şərhlərdən uzaq qalmamış olacaqlar.  Ayrıca Ustream.tv da mərasimi canlı verilişlə iPhone`larından izləmək istəyənlər üçün bir tətbiq yayımladı.

Seçki dövründə istifadə etməyə başladığı Web 2.0 vasitələri və yeni texnologiyalar ilə, böyük media quruluşları arasında önə çıxan CNN, and mərasimi üçün yenə maraqlı iki tətbiqi həyata keçirdi. Bunlardan ilki Facebook ilə reallaşdırdıqları ortaq iş. Bu sayədə CNN. com üzərindən yayımı izləyənlər yoldaşları ilə və digər Facebook istifadəçiləri ilə şərhlərini və düşüncələrini paylaşmaq imkanı əldə etdilər.

CNN seçki gecəsi istifadə etdiyi hologram texnologiyası ilə könülləri qazanmışdı. Bu səfər də Microsoft ilə ortaq olaraq yenə maraqlı bir texnologiyanı həyata keçirdilər. Microsoftun təmin etdiyi Silverlight əsaslı Photosynth texnologiyası sayəsində, izləyənlərin and mərasimi əsnasında çəkib CNNə göndərəcəkləri fotoşəkillər birləşdirilərək 3D panoramik vizuallara çevrilir. Photosynth, eyni sahənin dəyişik bucaqlardan və məsafələrindən çəkilən fotoşəkilləri bir-birlərinə bağlayaraq, fotoşəkli çəkilən sahənin 3D modelləşdirməsini yarada bilən bir texnologiyadır. Photosynth texnologiyası istifadə edilərək birləşdiriləcək olan fotolar sayəsində Obamanın danışma anı üç ölçülü olaraq CNN.comda yayımlandı.

Görək bundan sonra deyildiyi kimi texnalogiya sahəsində yüksək tərəqqi olacaq ya yox... Ən azından hər kəs kimi ümid eləmək yaxşıdır...

Tags:

Yanvar 15

Ustune dinqildat.

Bu gün mailimi yoxlayanda İKT İnfirmasiya Mərkəzi tərəfindən həmişəki kimi press - reliz maili gördüm. Deyilirdiki guya ilin ən yaxşı saytları seçilibdir:

İKT İnformasiya Mərkəzi 2008-ci ilin ən yaxşı yeni layihələrini elan etdi. İKT İnformasiya Mərkəzinin mövqeyinə əsasən 2008-ci ilin ən yaxşı Internet-layihələri aşağıdakılardır:

Azərbaycan Respublikası Prezidentinin məktəblilər üçün İnternet-saytı - http://mektebli.president.az;
Milli axtariş portalı - www.yumroo.az;
Milli İnformasiya-Məlumat Sistemi - www.navigator.az;
Rekrutinq üzrə İnternet-resurs - www.boss.az.


Ancaq seçim nə vaxt olub, bu barədə əvvəldən mətbuatda niyə xəbər çıxmayıb bunu məndə bilmirəm. Elə buna görə də çox qeyri - ciddi hesab edirəm bu seçimləri. Saytlardan elə ikisi natamam saytlar olubdu 2008`də. Üstəlik Azərbaycan internetinin mükafatçısı da qeyri Azərbaycan dilində olmasıda elə bir qədər düzgün deyil. Seçim zamanı olan kriteryalar nədir soruşsanız, özlərinin dediyinə görə


Seçim İKT İnformasiya Mərkəzinin ekspertlər qrupu tərəfindən 2008-ci ildə İnternetin Azərbaycanın zonasında yaradılan onlarla İnternet-layihələri arasında aparılmışdır. Mərkəzin direktoru Fərid Kazımovun sözlərinə görə, ən yaxşı yeni İnternet-layihələrinin seçimi zamanı başlıca meyar resursların səmərəliliyi, onların .AZ zonasındakı əhəmiyyəti, həmçinin azərbaycanlı istifadəçilər üçün vacibliyidir. “Ümid edirik ki, 2009-ci ildə İnternetin Azərbaycan zonasında keyfiyyəli resursların sayı artacaq. Məhz elə keyfiyyətli İnternet-resurslar, onların çoxsaylı qeyri-peşəkar bənzərlərindən fərqli olaraq, qlobal virtual məkanda ölkənin cizgilərini daha aydın şəkildə nümayiş etdirməyə imkan verir”, deyə İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov qeyd etdi.
    Qiymətləndirmədə əsas məqsəd ən yaxşı İnternet-resurslarını müəyyənləşdirmək idi. Əslində, saytların hər biri istifadəçinin real və effektiv İnternet-yardımçısı hesab edilə bilər.  Məktəblilər üçün Azərbaycan Respublikası Prezidentinin İnternet-səhifəsi - http://mektebli.president.az/ uşaqlara ölkə, dövlət quruluşu, dövlətin rəhbəri və s. haqqında rəsmi məlumatları onların anlaya biləcəyi bir tərzdə almağa imkan verir; www.yumroo.az – Azərbaycan dilində axtarış aparmağa imkan verən  ilk milli axtarış sistemidir; www.navigator.az – tamamilə yeni bir texniki səviyyədə müxtəlif məlumatları əldə etməyə imkan verir; www.boss.az – işçilərin toplanılması və iş axtarışı üçün ən effektiv resursdur.



Nəsə bu mənə 2008`in ən yaxşı saytlarından daha çox, ən varlı saytları təsirini bağışayır. Aralarından mən Navigatoru fərqləndirərdim. Oda ki, natamam saytdır. Yəni bu informasiyanı yaymağın səbəbi məhz yuxarıdakı saytların adını meidiada hallandırmaq və onlara diqqəti artırmaqdır. Yoxsa elə bir mənası olan seçim hesab etmirəm. Saytlar gah Azərbaycanca deyil, gah da natamam idilər. Bir tək  http://mektebli.president.az saytı həm Azərbaycancadır həm də tam fəaliyyət göstərir. Odaki subdomaindir. President.az domaini 2008`dən çox-çox əvvəl fəaliyyətdədir. Yumroo`ya deyilən "milli axtarış sistemi! ifadəsi də elə həqiqətən dırnaqarası deyilməli söz olduğu halda bu seçimə daxil edilibdisə....

Tags:

Yanvar 12

alt
Uzun zamandır blog yazmamağıma baxmayaraq oxuduğum bu məlumat məni blog yazmağa həvəsləndirdi. Sən demə dünyanın ən yaxşı işi də bizim sevimli kompüterlərlə bağlıdır. Daha dəqiq desək blog yazmaqdır. Təsəvvür edin ki, sizə iş təklif edirlər ki, 2 həftədə bir blog yazısı yazmalısınız. İşin müddəti isə 6 ay çəkəcək. Üstəlik maaşda az məbləğ deyil: 150 min dollar. Ancaq hər işin tələbləri olduğu kimi bu işin də tələb etdiyi bəzi keyfiyyətlər var. Birincisi siz gərək İngilis dilində biləsiniz ikincisi isə gərək üzməyi bacarasınız..

Cənnətə işçi axtarılır...
Söhbəti uzatmadan əsas məsələyə keçirəm. Bu işi bu qədər qeyri-adi və dünyanın ən yaxşı işi edən nədir?
Cənnət bir adada yaşayıb iki həftədə bir blog yazacaq işçi axtarılır. "Dünyanın ən yaxşı işi" olaraq təyin olunan işə müraciət etmək üçün sizdən tələb olunansa ingilis dilini bilmək və üzməyi bacarmaqdır. İşə başlama tarixi isə 1 İyul 2009-dur.
Təsəvvür edin iş saatlarınızı özünüzün təyin edə biləcəyiniz iş müqabilində altı ay üçün ödənəcək ödəniş isə 150 min dollardır. İşçinin məsuliyyətlərinə gəldikdə isə, həmin adam 6 ay boyunca yaşamalı olduğu adanın zibilini yığmalı, yarpaqları təmizləməli və hovuzu təmiz saxlamalıdır. Bundan başqa işə götürüləcək işçi adanın ətrafındakı 600-ə qədər mərcan adasının həm su üstü həm də sualtındakı gizli yerlərini kəşf edib, tapdıqlarını fotoşəkil və video çəkilişləri ilə iki həftədə bir internetdə yerləşdirməlidir.
İş elanını verən Tourism Queensland tərəfindən "Dünyanın ən yaxşı işi" deyə təyin olunan işə götürülən adam eyni zamanda kirayə haqqı vermədən 80 m yüksəkliyindəki bir yamaca tikilmiş və sentyabr aylarında donqar balinaların köç etdikləri mavi okeana baxan 5 milyon dollarlıq bir villada qalacaq. Həmin xoşbəxt işçi iki ədəd qonaq otağı və möhtəşəm mənzərəli hovuzu da olan villada istər dənizin o biri sahilindən gələn yaxınlarını istərsə də adanın marina barında kokteyl içərkən tanış olduğu turist qonaqlarını yola verə biləcək.
Namizədlər 22 Fevrala qədər www.islandreefjob.com internet saytına bu işin niyə məhz ona verilməli olduğunu izah etdikləri 60 saniyəlik bir video ilə müraciət edə biləcəklər.
"Ada baxıcısı" Hamilton Adasında yaşayacaq. İşə götürüləcək işçinin üzmə bilməsi və 1 İyuldan etibarən də Avstraliyanın tropik Whitsundays bölgəsində olan Hamilton Adasında yaşamağı qəbul etməsi lazımdı.

Tags: