Oxatan.com

Fevral 10

oxatan.comÖzünüz də bilirsiz ki, alimlərin boş oturmaqla arası yoxdur. BBC`nin məlumatına görə Newcastle universitetinin alimləri üç valideyini olan hüceyrə yaratmağa müvəffəq olublar. Əsas məqsəd isə genetik xəstəliklərin qarşısını almaq olub. Hələki təcrübə uğurla keçir və deyilənə görə bu üsulla 50 adda xəstəliyin qarşısını almaq olar. Hüceyrənin yaranmasında 1 kişi və 2 qadının genindən istifadə olunub.





Tags:

Fevral 10

Xazar.com Google'dan Chris Uhlik, həyat yoldaşı və üç uşağı ilə yaşadıqları evdə kağızdan istifadəni tamamilə aradan qaldırıblar.
Evdə heç bir şey kağızdan deyil. Hətta kitablar belə. Google`dan olan birindəndə fərqli nəsə gözləmək olmazdı. Onlar kitablarıda xüsusi cihazdan keçirərək dijital olaraq eyd edib saxlayırlarl.
Texnalogiyanın yüksək inkişafı ilə əlaqədar olaraq, daha çox inkişaf etmiş ölkələrdə kağızdan istifadə faizi getdikcə aşağı düşür. Bu şəkildə statistika ilə tanış ola bilərsiniz:



Tags:

Fevral 10

Ustune dinqildat.

Düzü Oxatan`da bu barədə yazmağı düşünmürdüm. Amma mətbuatda bu barədə çox yazılmasından sonra dedim ki, məndə bir iki kəlmə bəlkə yazım. (belə populistik mövzular deyəsən saytın reytinqin qaldırır...)
Hə.. Hamımızı təbrik edirəm əvvəla. Axır ki, adını necə tələffüz edəcəyimizi bilmədiyimiz, Eurovision`da bizdə varıq. Bəzilərimiz “Avrovizya”, bəzilərimiz “Avrovijın”, bəzilərimiz “Yerovijın”, bəzilərimiz isə “Yevrovidenia” deyirik. Amma yəqin ki, əsas odur ki, hamımız bir-birimizi başa düşürük. Mən seçim turunu və seçim gecəsini təhlil etməyəcəm. Düşünürəm ki, azərbaycanlılar artıq bunu ediblər. Onlarla razıyammı, deyiləmmi bu başqa məsələ. Deyilənə görə, səhnə yaxşı səhnə olub. Amma onu demədən bu mövzudan ötə bilməyəcəm: Milli seçim turunun final gecəsini Sertap Erener yola verməyə gəlmişdi. (yazının davamı ətraflıda..)

Tags:

Fevral 09

Ustune dinqildat.

Azəri saytlarında gəzinəndə görürsən ki, istifadəçilərin və sayt sahiblərinin heç də hamısı nəyin nə olduğunu bilmirlər. Ona görə məndə aznetin “püff”(yəni o qədərdə xoş olmayan, iy verən məqamlarını) öz fikrimcə, öz anlayışımla açmağa, izah etməyə çalışdım. Razı olmayanlar şərh verə bilərlər. (siyahı uzun olduğundan ətraflı-da yazmalı oldum.)

Tags:

Fevral 09

oxatanCüdo ustası, bacarıqlı ovçu, savaş pilotu, köhnə KQB əməkdaşı və Rusiya prezidenti Vladimir Putinin şəxsi həyatı film olur. Film "Kiss me off the record" adı ilə çəkiləcək. Filmdə Putinin romantik tərəfi qabarıq əks olunacaq. Onun stuardessaya olan məhəbbətindən Kreml sarayına qədər olan yolu filmdə göstəriləcək. Qeyd edək ki film sadəcə DVD üçün nəzərdə tutulub və kinoteatrlarda göstərilməyəcək.






Tags:

Fevral 09

OxatanVoltaic Systems şirkətdi ABŞda keçirilən CES 2008 fuarı üçün yeni proyekt təqdim etdi. Bu notebooku günəş enerjisi ilə şarj eliyən xüsusi çantadır.Artıq həm vaxta həm də elektrikə qənaət etmək olacaq. Bu məhsul baharda bazara çıxacaq və 599 dollardan satılacaq.Bu sistem notebookun ehtiyacı olan 12 və ya 20 voltu təmin edə bilir. Çantanın xarici tamamilə solar panellərdən ibarətdir. Cəmi çəkisi 1.8 kqdır. Bütün notebook sabilərinə beləsi qismət. Ətraflı məlumatları buradan və ya buradan oxuyun.

Tags:

Fevral 09

Ustune dinqildat.

Fikirləşdimki Aznetdə olan yeniliklərdən qarşıma çıxdıqca yazam. Ancaq bu yeniliklər heçdə hərə bir əyləncə saytı yada blog açanda olmayacaq. Əlbəttə onlardanda yazacam yeri gələndə. Təbii ki buna layiq olanları. Qeyri adi tərzi ilə seçilən xidmətlər, ilklər və ya heç yerdə olmayanlar. Özünə məxsus kreativ dizaynı, gözəl proqramlaşdırılması vəya yenilik gətirməsi ilə fərqlənən saytları. Yəqinki bunlarda mənim subyektiv fikirlərim olacaq. Bəyənməsəz şərhdə bildirərsiz. Elə bəyənsəzdə. Yada sizin daha yaxşı müşahidələriniz varsa buyurub sizdə yazın mən oxuyum. İlk olaraq isə inbox.az dan xəbər verim. Ətraflı oxuyun

Tags:

Fevral 08

Ustune dinqildat.

Həmişə qız-oğlan münasibətləri aktual və biraz da qəliz məsələ olub. Qabaqlar seçdiyin qızla görüşə bilmək problem idisə, indi onun səndən başqaları ilə görüşüb-görüşməməsi problemi yaranır. Düzü yəqin ki, hər dövrdə zəmanə adamları deyib ki, "əşi indi evlənmək çətin məsələdi". İndi də hamı deyir ki, evlənmək çətindir. Halal süd əmmişin birini tapmaq çətin işdir. "nə biləsən hansı yuvanın quşudur?!". Amma artıq deyəsən bu problem də internetin köməkliyi ilə həll olunacaq. İndi sadalayacağım proseduralardan sonra bəlkə də oğlanlar daha rahat qız seçimi edə biləcəklər. (Qızlardan çox-çox üzr istəyirəm, hələki düzəməlli oğlanı necə tapmaq olar, onun resepti haqqında bir fikrim yoxdur. çünki mənə lazım olmayıb :) ) Prosedura biraz uzun olduğundan Ətraflı-da yazmalı oldum.

Tags:

Fevral 08

Ustune dinqildat.

Bu əcnəbilər heç dərd çəkməyə dözümlü deyillər. Bir problem olan kimi texnologiyanı köməyə çağırırlar. İndi də görüblər ki, pərdələr işığın qarşısını kəsir birşey fikirləşib bu problemi də həll eləməyə çalışıblar. Bu çətin işin öhdəsindən Floria Krätli gəlib. O maqnetik pərdə fikirləşib. bu pərdəni necə əzsəniz, necə qatlasanız o formada da qalır. Bundan sui istifadə edib dəbli interyer yaratmaq da olar. (davamına 1-2 foto daha atılıb)




Tags:

Fevral 08

oxatan.com

İllərdir kişilərimiz(oğlanlarımız) sevgililərini və ya xanımlarını kinoya apararkən güzəştə getməli olurlar, filmi əsasən xanımlar seçirlər. Bu indi də belədir. Kişilər üçün nəzərdə tutulmuş internet saytlarının birində, "Hər kişinin ölmədən öncə, mütləq izləməli olduğu 100 film" adı altında bu yazını görəndə, maraqlı gəldi görəsən bunlardan neçəsinə baxmışam, neçəsinə yox. Beləliklə siyahını təqdim edirəm çalışıb baxın. Adları ingiliscədir gərək bağışlayasınız. Fikrimcə özünüz də siyahıya əlavə və dəyişiklər edə bilərsiniz. (Siyahını görmək üçün ətraflıca oxuyun..)

Tags: