Fevral 22
Oxu atan: Shaig M | Baxılıb: 191 | Bölmə: CızmaQara

Bir az da digər bloglarda yazılanlardan xəbər vermək istədim. Bəyəndiyim yazıları paylaşım.
Necə deyərlər əvvəla xanımlar. İnternetdə bizim xanımlarımızın blog yazmaq adətləri elədə yayğın deyil. Ancaq bəziləri mövcuddur. İqtisadçı xanımın blogundan
şillə səsini əvvəla təqdim edim. Bu səs mənədə xoş gəlib düzü. Hətta Röyanın yerində olsa idi yəqinki Oradakı
Bülənt Ersoy
bəyə bir iki dənədə söz
atardım. Bu şillənin səsini eşitdikdən sonra qayıdıb bizi yaxşıca şillələyən əsl düşmənimiz barədə oxuyaq. Hadisələrə elə-belə baxmayan, həmişə özünə məxsus tərzdə
Belə baxan blogdaşımızın
Qarabağa baxışına birgə baxaq. Bu barədə də onu deyimki yazıda qırmızı həriflərlə vurğuladıqlarının məndə həmçinin
altından xətt çəkərdim.
İndi isə barəsində ən çox xəbər verdiyimiz texnalogiya haqqında bir yazıya sizdə baxın. Yahoo`nun gözü ilə
İnternet tarxinin 101 faktı. Əgər bütün yazıları oxuyub bir qədər zehninizi dincəltmək istəsəniz isə bir az
bura baxın.
Tags: yazi blog
Ətraflı
Fevral 21
Oxu atan: Shaig M | Baxılıb: 254 | Bölmə: bAzNet

Deyəsən Aznetdə yeni dəb başlayır. Növbəti sosial şəbəkə haqqında xəbər. Düzü bu dəfə ətraflıca yazmaq nəsib olmayacaq. Səbəbi isə saytın çox sadə olmasıdı. Foto albom, blog və qrup yarada biləcəyiniz bir sosial sistemidir. Servisi isə
a-z.az saytına məxsus
emi.az şəbəkəsi verir. Sistem bir qədər sadəliyi ilə seçilir. Axtarış sistemi də həmçinin sadədir. Ətraflı axtarışı olmadığından parametrlərə görə axtarış etmək olmur. Ən böyük irad isə əlbəttə Azərbaycanın sosial şəbəkəsi devizi altında fəaliyyətə başlayan saytın rus dilində fəaliyyət göstərməsidir. Belə olan halda, mən rus dilində sosial şəbəkədə qeydiyyat olmaq istəsəm daha geniş Azərbaycanlı auditoriyasına malik
my.mail.ru saytını seçərdim.
Emi.az`a qayıtsaq isə son olaraq deyə bilərəmki, sayt paylaşım saytı olaraq deyil, ünsiyyət saytı olaraq nəzərdə tutulub. Hər halda uğurlar.
Tags: sosial şəbəkə community sistem Azeri emi .az
Ətraflı
Fevral 21
Oxu atan: Shaig M | Baxılıb: 198 | Bölmə: bAzNet

Qulaq gündə bir şey eşitməsə kar olar deyiblər. Bu dəfə isə xəbər dünyaya .com domain sonluğunu satan
ICANN`dan olacaq. Deyilənə görə şirkət bundan sonra yeni domain adları
təklif
edəcək. Yaxın zamanlarda ".pdf" və ya ".mp3" kimi domain adlarını internet aləmində görmək mümkün olacaq. Bunun yanında artıq nömrəli domainlərdə görə biləcəyik. Məsələn: www.oxatan.123. Subyektiv olaraq isə demək yerinə düşərki bunların heç biri .com domainin yerini verməz. İnternet deyəndə ağıla gələn ilk domaindir .com. Bir haldakı browserdə domainin sonluğunu yazmadanda daxil olmaq mümkündür demək bu ən yaxşıdır. Məsələn adress bar da sadəcə oxatan yazıb
CTRL+ ENTER düyməsini sıxanda birbaşa http://www.oxatan.com/ a daxil olur. Yəni hər nə qədər yeni domainlər təklif olunsada sadəcə rəngarənglik üçündür...
Tags: icann .com .pdf .mp3 .123 domain
Ətraflı
Fevral 21
Oxu atan: Shaig M | Baxılıb: 237 | Bölmə: Mənə nə?, TaxNo

Mobil telefonlarda müxtəlif oyunların mövcudluğu ilə indi heç kimi təəccübləndirmək olmaz. Amma Yaponiyanın FİT şirkətinin yaratdığı "Ippon Zuri" oyunu kimi istəsən gülümsəməyə məcbur edir. Mobil telefonunda virtual balıqçılıqla məşğul olan şəxs oyun bitdikdən sonra heç də virtual olmayan balıqlara sahib çıxır. Bəli. "NTT DoCoMo" mobil operatoru Fukuoka prefekturasında yaşayan abonentlərinə belə bir xidmət təklfi edir. Telefonuna bu oyunu yükləyən yaponiyalı virtual dənizə virtual qarmaq ataraq bəxtini sınamağa başlayır. Amma artıq qeyd edildiyi kimi, uğur qazananları əsl balıqlar gözləyir. İştirakçıya çevrilmək üçün oyunun internet saytında qeydiyyatdan keçmək lazımdır. 3 seansda bəxtini sınamaq istəyənlər 9,3 dollar ödəməlidirlər.
Tags: balıq baliq mobil
Ətraflı
Fevral 20
Oxu atan: Shaig M | Baxılıb: 300 | Bölmə: bAzNet

Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, Aznetdə olan yeniliklər
haqqında bacardıqca məlumat verəcəkdik. Yenilik deyəndə sözün həqiqi
mənasında yenilik, xəbər deməyə dəyər məlumatlar haqqında. Bu dəfədə
belə xəbərlərdən biri. Türklər demiş saytların "
görücü"yə çıxmaq yerləri
statistika sistemləridir.
Bu dəfədə buraya nəzər yetirəndə həmişəki kimi yeni saytlar gördüm, bir
baxım dedim. Təəccüblü olsada bu heçdə DLE üzərində qurulmuş "əyləncə
portalı" deyildi, heç burada reklam yerləri də düzəltməmişdilər.
Nəhayət Azərbaycanda ilk sosial şəbəkə ( community) saytı yaranıbmış. Görmək üçün
ətraflı oxuyun...
Tags: community sosial şəbəkə portal azcomonline .net
Ətraflı
Fevral 20
Oxu atan: Shaig M | Baxılıb: 238 | Bölmə: bAzNet, TaxNo

Nokia və
google böyük iş birliyinə artıq hazırdılar. Proyektə görə google axtarış motoru ilə nokia search engine sistemi təkmilləşdiriləcək.İlk olaraq Nokia N96, Nokia N78, Nokia 6210 Navigator və Nokia 6220 classic modelləri ilə başlayacaq əməliyyat zamanla digər cihazlarla da
genişləyəcək.
Bu sistemin tətbiqi kompyuterdə aparılan mükəmməl axtarışın mobil telefonlara tədbiq edilməsi, bu sayədə isə həm nokinanın müştərilərinə mükəmməl xidməti, eyni zamanda google`ın da axtarış bazarında öz yerini möhkəmlətməsi deməkdir. Bildiyimiz kimi bu google ilə nokianın ilk birgə işi deyil. Keçən il nokia, google məhsulu olan , online video paylaşım saytı
YouTube’u tamamilə dəstəkləyən ilk mobil cihazıda hazırlamışdı.
Tags: nokia google search engine
Ətraflı
Fevral 19
Oxu atan: Shaig M | Baxılıb: 425 | Bölmə: OXay, bAzNet

Hə bu ata-at zəmanədə deyəsən bu dəfədə şou əhli bizə atır. Daha doğrusu şou həli bizəmi atır, yoxsa fanatları bu müğənnilərəmi atır, ya da ikisi birləşib bizəmi atır naməlumdur. Bizdə qərar verdik ki bu dəfə oxumuzu yönəldək bunlara sarı. Bizdə şou əhlini öz sahəmizdə tənqid edək. Axı onlar dəblə ayaqlaşıb ( bizdə həmişə dəblə bir neçə il gec ayaqlaşma moddur axı ) fan saytları açdırıllar. Yada öz dilləri ilə desək fanatları onlar üçün sayt
atır. Oyy bağışlayın sayt açır... Hə bax bu dəfə sizə bu saytlar haqqında danışacağıq. Yaxın oturun,
ətraflı oxuyun...
Tags: röya roya aygün aygun irade iradə fan club site
Ətraflı
Fevral 19
Oxu atan: Shaig M | Baxılıb: 179 | Bölmə: bAzNet

Dünyaca papulyar ensiklopediya saytı
wikipedia `da Məhəmməd peyğəmbər haqqında məlumat verilərkən guya ona məxsus rəsimdə yerləşdirilib. Bütün islam dünyasının buna etirazına baxmayaraq rəsim saytdan götürülmür. Son məlumata görə 180.000 dən artıq şikayət maili daxil olub ancaq buna baxmayaraq sayt peyğəmbərin
rəsmini hələdə saxlayır. Buna səbəb olaraqda onlar bitərəf bir ensiklopediya saytı olduqlarını bildirirlər. Ətraflı məlumatı
buradan oxuya bilərsiniz.
Tags: wikipedia ensiklopediya islam
Ətraflı
Fevral 18
Oxu atan: Shaig M | Baxılıb: 165 | Bölmə: bAzNet

Bildiyimiz kimi günümüz internet aləmini məlumatlar bazası olmadan təsəvvür
etmək olmaz. Bu baza sistemlərindən ən çox yayılmışı, Aznetdə də ən çox
istifadə olunan MySQL sistemidir. Sistemi idarə etmək üçün müxtəlif
platformalardan istifadə edilir. Bunlardan biri də
TurboDbAdmin sistemidir. Ən yüksək keyfiyyəti, Ajax ilə dəstəklənməsidir. Yaxın zamanda
MySQL ilə birgə
PostgreSQL dəstəyidə veriləcəyi vurğulanır.
TurboDbAdmin
ilə qısa şəkildə desək, aşağıdakı əməliyyatları həyata keçirmək olar.
1. Məlumatlara baxa bilərsiniz.
2. Məlumatları səhmanlaya bilərsiniz.
3. Məlumat bazasını, cədvəlləri import və ya export edə bilərsini.
4. SQL əmrləri yaza bilər və işlədə bilərsiniz.
5. Sorğu nəticələrini dərhal görə bilərsiniz.
Bu məhsulu tes etmək üçün
demo səhifəsinə baxa bilərsiniz. Yükləmək üçün isə
buraya klikləyə bilərsiniz.
Tags: TurboDbAdmin MySQL PostgreSQL demo ajax
Ətraflı
Fevral 16
Oxu atan: Sadig | Baxılıb: 383 | Bölmə: Mənə nə?
Bakıda gələcəkdə tikilməsi planlaşdırılan yeni göydələnlərin maketləri.
Baxdıqca göz oxşayan proyektlərdir və qərb ölkələrindəki analoqlarından
heç bir xüsusiyyyətlərində geri qalmırlar. Əlbəttə plana uyğun dəqiq
tikilib həyata keçirilsə. Rəsimləri bizimlə paylaşan
897344 ləqəbli istifadəçiyə xüsusi təşəkkürümüzü bildiririk. Göydələnləri isə görmək istəsəz xəbəri
ətraflı oxumaq kifayətdir.
Tags: baku, bakı, baki, park, plaza, oil, avenue, küçə, yeni, socar, ardnş,
Ətraflı