Fevral 10
Oxu atan: oxatan | Baxılıb: 101 | Bölmə: ATmalı

Oxatan`da sizə OXclusive mahnılar təqdim edirik. Day heç yerdə tapa bilməzsiniz. Bircə bizdə var. (red: bu OXclusive sözü nədir deyə fikirləşirsinizsə deyim. gördüm hamı özündən söz uydurur. nə bilim xumar qədimova "şəpba", aygün kazımova "şamplena", murad dadaşov "şıntapış" məndə dedim ki, məqsəd Azərbaycan dilinin zənginləşməsidir sə birində mən çıxarım. OXclusive - yəni exclusive olaraq sizlər üçün atılıb). Mahnıları yükləyəndə əgər nəsə alınmasa onda "Download" linklərinin üzərində sağ düyməni dinqıldadıb "Save target as" sözünü seçin yüklənəcəklər. Yenə alınmasa bu dəfəlik bağışlamalı olacaqsız.
Red Hot Chili Peppers - don't forget me
FileSize: 6.42MB | Format: Mp3 File |
Download
Rihanna - Shut Up and Drive
FileSize: 5.19MB | Format: Mp3 File |
Download
Fergie - Here I Come
FileSize: 1.53MB | Format: Mp3 File |
Download
Britney Spears - Piece Of Me
FileSize: 4.91MB | Format: Mp3 File |
Download
Rihanna - Sean Paul & Rihanna - Break It off
FileSize: 6.62MB | Format: Mp3 File |
Download
MIKA - Lollipop
FileSize: 7.9MB | Format: Mp3 File |
Download
(Left Click! - If that doesn't work then: Right click, "Save Target As")
Tags: Fergie, Rihanna, Red Hot Chili Peppers, MIKA, mp3, free, Download
Ətraflı
Fevral 10
Oxu atan: oxatan | Baxılıb: 188 | Bölmə: OXay

Düzü Oxatan`da bu barədə yazmağı düşünmürdüm. Amma mətbuatda bu barədə
çox yazılmasından sonra dedim ki, məndə bir iki kəlmə bəlkə yazım. (belə populistik mövzular deyəsən saytın reytinqin qaldırır...)
Hə.. Hamımızı təbrik edirəm əvvəla. Axır ki, adını necə tələffüz
edəcəyimizi bilmədiyimiz, Eurovision`da bizdə varıq. Bəzilərimiz
“Avrovizya”, bəzilərimiz “Avrovijın”, bəzilərimiz “Yerovijın”,
bəzilərimiz isə “Yevrovidenia” deyirik. Amma yəqin ki, əsas odur ki,
hamımız bir-birimizi başa düşürük. Mən seçim turunu və seçim gecəsini
təhlil etməyəcəm. Düşünürəm ki,
azərbaycanlılar artıq bunu ediblər. Onlarla razıyammı, deyiləmmi bu başqa məsələ.
Deyilənə görə,
səhnə yaxşı səhnə olub. Amma onu demədən bu mövzudan ötə bilməyəcəm:
Milli seçim turunun final gecəsini Sertap Erener yola verməyə gəlmişdi.
(yazının davamı
ətraflıda..)
Tags: eurovision, ruslana, sertap erener, azerbaijan, elnur huseynov, baku, music, bakı
Ətraflı
Fevral 09
Oxu atan: oxatan | Baxılıb: 290 | Bölmə: bAzNet

Azəri saytlarında gəzinəndə görürsən ki, istifadəçilərin və sayt
sahiblərinin heç də hamısı nəyin nə olduğunu bilmirlər. Ona görə məndə
aznetin “püff”(yəni o qədərdə xoş olmayan, iy verən məqamlarını) öz
fikrimcə, öz anlayışımla açmağa, izah etməyə çalışdım. Razı olmayanlar
şərh verə bilərlər. (siyahı uzun olduğundan
ətraflı-da yazmalı oldum.)
Tags: aznet, host, web, wap, internet, klub, dizayner, webmaster, proqramist, xaker, hacker, user, istifadəçi
Ətraflı
Fevral 09
Oxu atan: oXchu | Baxılıb: 84 | Bölmə: CızmaQara

Cüdo
ustası, bacarıqlı ovçu, savaş pilotu, köhnə KQB əməkdaşı və Rusiya
prezidenti Vladimir Putinin şəxsi həyatı film olur. Film
"Kiss
me off the record"
adı ilə çəkiləcək. Filmdə Putinin romantik tərəfi qabarıq əks
olunacaq. Onun stuardessaya olan məhəbbətindən Kreml sarayına qədər
olan yolu filmdə göstəriləcək. Qeyd edək ki film sadəcə DVD üçün
nəzərdə tutulub və kinoteatrlarda göstərilməyəcək.
Tags: vladimir putin kreml kino film cinema
Ətraflı
Fevral 09
Oxu atan: oXchu | Baxılıb: 80 | Bölmə: TaxNo

Voltaic Systems şirkətdi ABŞda keçirilən
CES 2008
fuarı üçün yeni proyekt təqdim etdi. Bu notebooku günəş enerjisi ilə
şarj eliyən xüsusi çantadır.Artıq həm vaxta həm də elektrikə qənaət
etmək olacaq. Bu məhsul baharda bazara çıxacaq və 599 dollardan
satılacaq.Bu sistem notebookun ehtiyacı olan 12 və ya 20 voltu təmin
edə bilir. Çantanın xarici tamamilə solar panellərdən ibarətdir. Cəmi
çəkisi 1.8 kqdır. Bütün notebook sabilərinə beləsi qismət. Ətraflı
məlumatları
buradan və ya
buradan oxuyun.
Tags: note book kompyuter chatna çanta
Ətraflı
Fevral 09
Oxu atan: oXchu | Baxılıb: 194 | Bölmə: bAzNet

Fikirləşdimki Aznetdə olan yeniliklərdən qarşıma çıxdıqca yazam. Ancaq
bu yeniliklər heçdə hərə bir əyləncə saytı yada blog açanda olmayacaq.
Əlbəttə onlardanda yazacam yeri gələndə. Təbii ki buna layiq olanları.
Qeyri adi tərzi ilə seçilən xidmətlər, ilklər və ya heç yerdə
olmayanlar. Özünə məxsus kreativ dizaynı, gözəl proqramlaşdırılması
vəya yenilik gətirməsi ilə fərqlənən saytları. Yəqinki bunlarda mənim
subyektiv fikirlərim olacaq. Bəyənməsəz şərhdə bildirərsiz. Elə
bəyənsəzdə. Yada sizin daha yaxşı müşahidələriniz varsa buyurub sizdə
yazın mən oxuyum. İlk olaraq isə
inbox.az dan xəbər verim.
Ətraflı oxuyun
Tags: mail 1gb in box .az aznet internet
Ətraflı
Fevral 08
Oxu atan: oxatan | Baxılıb: 1000 | Bölmə: bAzNet

Həmişə qız-oğlan münasibətləri aktual və biraz da qəliz məsələ olub. Qabaqlar seçdiyin qızla görüşə bilmək problem idisə, indi onun səndən başqaları ilə görüşüb-görüşməməsi problemi yaranır. Düzü yəqin ki, hər dövrdə zəmanə adamları deyib ki, "əşi indi evlənmək çətin məsələdi". İndi də hamı deyir ki, evlənmək çətindir. Halal süd əmmişin birini tapmaq çətin işdir. "nə biləsən hansı yuvanın
quşudur?!". Amma artıq deyəsən bu problem də internetin köməkliyi ilə həll olunacaq. İndi sadalayacağım proseduralardan sonra bəlkə də oğlanlar daha rahat qız seçimi edə biləcəklər. (Qızlardan çox-çox üzr istəyirəm, hələki düzəməlli oğlanı necə tapmaq olar, onun resepti haqqında bir fikrim yoxdur. çünki mənə lazım olmayıb :) ) Prosedura biraz uzun olduğundan
Ətraflı-da yazmalı oldum.
Tags: qız, qiz, tərbiyə, tərbiyəsiz, sex, tehsil, xaric, azerbaycan, azerbaijan, girl, internet, kataloq, axtarış, gözəl, gozelim, foto, video
Ətraflı
Fevral 08
Oxu atan: oxatan | Baxılıb: 107 | Bölmə: TaxNo

Bu əcnəbilər heç dərd çəkməyə dözümlü deyillər. Bir problem olan kimi
texnologiyanı köməyə çağırırlar. İndi də görüblər ki, pərdələr işığın
qarşısını kəsir birşey fikirləşib bu problemi də həll eləməyə
çalışıblar. Bu çətin işin öhdəsindən
Floria Krätli
gəlib. O maqnetik pərdə fikirləşib. bu pərdəni necə əzsəniz, necə
qatlasanız o formada da qalır. Bundan sui istifadə edib dəbli interyer
yaratmaq da olar. (davamına 1-2 foto daha atılıb)
Tags: pərdə, perde, işıq, ishiq, Floria Krätli, dizayn, texnologiya, interyer, icad
Ətraflı
Fevral 08
Oxu atan: oxatan | Baxılıb: 146 | Bölmə: Mənə nə?
İllərdir kişilərimiz(oğlanlarımız) sevgililərini və ya xanımlarını kinoya apararkən güzəştə getməli olurlar, filmi əsasən xanımlar seçirlər. Bu indi də belədir. Kişilər üçün nəzərdə tutulmuş internet saytlarının
birində, "Hər kişinin ölmədən öncə, mütləq izləməli olduğu 100 film" adı altında bu yazını görəndə, maraqlı gəldi görəsən bunlardan neçəsinə baxmışam, neçəsinə yox. Beləliklə siyahını təqdim edirəm çalışıb baxın. Adları ingiliscədir gərək bağışlayasınız. Fikrimcə özünüz də siyahıya əlavə və dəyişiklər edə bilərsiniz. (Siyahını görmək üçün ətraflıca oxuyun..)
Tags: film, cinema, sinema, kino, kişi, kishi, ölmədən, ölüm, baxımlı, baxmalı
Ətraflı
Fevral 08
Oxu atan: oXchu | Baxılıb: 167 | Bölmə: bAzNet

Aznetdə olan bloglardan bəzilərinə ürəyimdən keçəni ( amma hamsını yox )
yazmaq istədim. Maraqlıdı görən bizdə heç oxucular blogun nə olduğunu
bilirlərmi? Bir neçə vaxt bundan əvvəl Aznetdə fəaliyyətə başlayan Azeriblog.com
saytının səhv etmirəmsə yaradıcısının şəxsi blogundan çıxardığım
nəticəyə görə, Aznetdə blogun nə olduğunu bilmirlər fikrinin tək mənə
aid olmadığını gördüm. Böyük ümidlərlə açdığı bu sistem belə görsənirki
istənilən rəğbəti görməyibdiki qəmli notlarla yazıb. Başa düşülən
reaksiyanı verib düzü. Bizim netdə axı blog anlayışı hələ tam
aydınlaşmayıbdı. Əslində kifayət qədər yüksək reytinqə malik bloglarda
var. Amma niyəsə adlarına blog demirlər. Bu mıx.az dı baku.vs di joy.az
dı hamsı bloglardı ( hərçənd heç birinin oxucu səviyyəsi qane edici
deyil, ola bilsin kontentə görədi ) sadəcə adlarını əyləncə portalı
qoyub camaatın canına vəba kimi xəstəlik salıblar. Hər yerindən duranda
onlara baxıb oxşarını götürüb düzüb qoşurki mənimdə "portal"ım var. (
əlbəttə hər DLEnin bəzəyi olan burada sizin reklam ola bilər divar
yazısı, ekskluziv xəbərləri və zengimcell kodları ilə ). Hətta mənə
maraqlı gələn isə bir vaxtlar onları tənqid edən fox.az belə artıq
ümumi ənənəyə qoşulub oda özünə eyni ilə bu bloglardan birin təşkil
edibdi. Reytinqin yolu birdir də . İndi bizim ölkədə bir azdan hər bir
internet istifadəçisinə bir sayt düşəcək. Necə deyərlər sayı çox
sambalı yox.Hələki bizdə Azeriblog kimi saytların mahiyyətini az adam
başa düşür. Yaxın gələcəkdə də başa düşən çətin tapılsın. Hələ bizim
netə Web 2.0 texnalogiyası güclə gəlib çıxır. Google`ə birdən birə
qurulmayıba , əvvəllər olarında çətinliyi olub yavaş yavaş
böyüyüblərdə. Birdəki Azeriblogun indi ən böyük rəqibi ucoz.ru
dur. Xarici mal keyfiyyətli olar prinsipi iləmi camaat ona belə doğma
münasibət göstərir bilmirəm. Yoxsa ucoz ru öz adına blog yox portal
deyirmi camaat başa düşür o da müəmmalıdır. Nəhayət isə deyə bilərəmki
bAzNet də düz əməlli bloglar çox azdır. Çox məhəbbətlə izlədiyim isə
heç yoxdur. Yoxsa elə yazar yox oxucu olardım.
Amma onu deyimki yaxşılarıda yaddan çıxarmasaq yaxşıdır. Hərçənd onları saymaq çox asan olsa belə.
Arada bir blogda yazmaq üçün informasiyalarında da yararlandığım bir
iki blogu qeyd edim. baz.az gurbanov.net azerbaycan.lı
birincidir.azeriblog.com . Hər bir blogun yazarı və ya yazarlarına
uğurlar....
Tags: aznet, blog, internet, yazı, azeriblog,
Ətraflı