Fevral 15
Oxu atan: oXchu | Baxılıb: 94 | Bölmə: bAzNet

Bu gün marketing saytlarımızdan biri olan ( mən bilən elə düz əməlli bir dənə budur )
mak.az`da maraqlı bir xəbər gördüm. Artıq son vaxtların dəb saytı olan
facebook bir yenilik daha edib. Buyurun bu da xəbər:
14 fevraldan etibarən Facebookdakı dostunuza yalnız virtual hədiyyə deyil, həmçinin real hədiyyə də alıb göndərə biləcəksiniz. Hələ ki, yalnız MARS məhsullarını göndərmək mümkün olacaq.
Bunun mümkün ola bilməsi üçün, Facebook yeni Celebrate ( bayram qeyd etmək) xidmətini istifadəyə verib. Celebrate vasitəsi ilə xoşunuza gələn şokoladı dostunuza hədiyyə edə bilirsiniz. Siz hədiyyəni göndərəndən sonra, hədiyyəni alan şəxs SMS vasitəsi ilə xüsusi şifrə alır. Hədiyyə ünvanlanan şəxs, şifrəsini partnyor mağazalardan birinə təqdim edib, öz hədiyyəsini əldə edə bilər.
Bill Gates özünün Facebookdakı istifadəçi səhifəsini ləğv etməsə idi, Allah bilir indi nə qədər şokolad hədiyyə alardı. Facebook adlanan virtual sosial topluluqdan imtina etməzdən əvvəl, Bill Gates öz poçt qutusunda hər gün təqribən 8000 dostluğa dəvət mesajı alırdı.
Bill Gatesin Facebook istifadəçisi olmaqdan imtina etməsinə baxmayaraq, hal hazırda Microsoft və Facebook uğurlu əməkdaşlıqlarını davam etdirirlər.
Tags: facebook mars gifts hediyye hədiyyə
Ətraflı
Fevral 14
Oxu atan: oXchu | Baxılıb: 170 | Bölmə: bAzNet

İndi istənilən sayt açan şəxs öz saytını dərhal bu statistika
sistemlərinə üzv edir. Həm bu saytın tanınmasını bir qədər
asanlaşdırır. Həm saytının digərləri ilə necə rəqabətini aydın görmək
olur. Bu yolla asan olaraq sayta keçidləri, hansı səhifələrin çox
istifadəsini və s. bilmək olur. Aznetdə ən çox istifadə olunan isə
papulyar rus aytı olan
Mail.ru`nun
statistika ölçənidir. Demək olarki ən ideal ölçənlərdəndə biridir. Bir
çox xüsusiyyət ilə çox əlverişli imkanlar təqdim edir. Belə sistemlər
Bizim internet dünyamızda da var. Bunlar haqqında fikirlərim, və
müşahidələrim:
Tags: ilk10 iNet azerinter.net bakililar.az a-z.az statistika statistic counter
Ətraflı
Fevral 14
Oxu atan: oXchu | Baxılıb: 75 | Bölmə: bAzNet

Əksər istifadəçilərə internet deyəndə gözünün önündə
Explorer`in simvolu canlanır. Əksəriyyət gözünü açıb onda hansısa bir sayta daxil olubdur. Ümumi statistikaya görədə elə bu browser istifadəyə görə dünaya lider səviyyədədir. Ən böyük səbəb isə Windows əməliyyat sistemində bunun ilk dəfədən quraşdırılmasıdır. Ancaq son dövrlərdə
Firefox ciddi olaraq rəqib sayıla bilər Explorer üçün. Getdikcə bütün dünyada sürətlə istifadə səviyyəsi yüksələn Firefox getdikcədə özünü təkmilləşdirir. Artıq növbəti versiyası çıxıb.
Firefox
Setup 3.0 Beta 3 adlanır. Saytına
buradan daxil ola bilərsiniz. Əgər Türk dilində versiyası istəsəz
buradan yükləyin. Ətraflı məlumatı
buradan əldə edin. Xüsusiyyətləri üçün isə
buranı oxuyun.
Tags: internet explorer firefox
Ətraflı
Fevral 14
Oxu atan: oXchu | Baxılıb: 191 | Bölmə: CızmaQara

Bu gün ilin ilk sevgililər gününü yaşayırıq. Hə, heç bir xalqda olmayan iki sevgililər günündən birini. Hər nə qədər bu gün milli olmasada hər kəs öz sevgilisinə hədiyyə alır. Hünəri də nədir almasın. Yoxsa barışmaq üçün ondan çox xərci çıxacaq. Qabaqdan axı 8 martda gəlir. Gərək özünü bağışlatmaq üçün həmin günü olduqca bahalı hədiyyə ala. Üstəlik barışmaq üçün edəcəyi jestlərdə pul tələb edir. Böyüklərimizin həmişə "zəmanə korlanıb" demələri acığıma gəlirdi. Kim belə deyirsə onunla mübahisə edirdimki əvvəldəndə belə olmuşuqda. Elə dastanlarımızda filan hamsında yazılıbdı. Həmişədə inanmırdımki indiki gənclər arasında belə fikirli başqasıda olsun. Bu gün gördümki sən demə varmış. Gün səhər qəzetinin yazarlarından biri olan
Şəbnəm Bəkirzadə`nin yazısını oxuyanda elə bilki çoxdandır demək istədiklərimi o yazırdı. Tamamilə üst - üstə düşür yazıdakı fikirlərlə mənim fikirlərim. Ona görədə özüm birdə bu mövzu haqqında yazmaq istəmədim.
Ətraflı oxuyaraq sizdə bu yazı ilə tanış ola bilərsiniz. Elə müəllif demişkən
14 fevral bayramınız mübarək, ey sev(iş)ənlər!
Tags: 14 fevral february Valentine day sevgililər günü
Ətraflı
Fevral 13
Oxu atan: oXchu | Baxılıb: 144 | Bölmə: bAzNet

İnterneti bir az gəzəndə yenə bir neçə yeni saytın olduğunu gördüm. Yenə
klassik ənənəyə sahib olan ənənəvi saytlarda çıxdı qarşıma. Hətta zövqsüz və
ancaq HTML
dən ibarət, heç bir style`i olmayan jurnal saytı ilə də rastlaşdım.
Belə nümunələrin onsuzda çoxluğunu nəzər alıb bir az fərqli formatda
olan saytlar barədə məlumat vermək istədim. Bu dəfə seçdiyim saytlar
iqtisadi yönümlü saytlardır. Bu sahənin Azərbaycanın internet məkanında
heç inkişaf etmədiyi deyilməsədə açıq aydın üzdə olan gerçəklikdi.
Bizdə nə webmoney nə də paypal kimi şərti ineternet pul vahidləri yoxdur. Uzun müddətdə belə yenilik gözləməyənlərdənəm düzü. Onsuzda bizdə eBay
kimi bir saytın yaranmasını ümid etmək sadəlövhlük olardı. Ancaq
internet üzərindən alış - veriş etməkdə hamımızın ürəyindən keçir. Eşitdiyimə görə
Azərbaycanda yaxın vaxtlarda bunun lisenziyasını alan bank olub. Görək
gələcəkdə nələr olacaq. İndi isə yazının əvvəlində dediyim saytlar:
Ətraflı oxuyaraq görə bilərsiz
Tags: sayt marketing ticarət iqtisadiyyat
Ətraflı
Fevral 12
Oxu atan: oXchu | Baxılıb: 92 | Bölmə: TaxNo

Bu dəfəki xəbərimiz isə mobil dünyadandı. Yox nə telefon üçün temalar,
nə ekran şəkilləri təqdim etmirik. Sadəcə xəbər veririk. Daha konkret
isə xəbərimiz nokiadandır.
Nokia CEO´su Olli-Pekka Kallasvuo yeni
nokia toxunaraq işlədilən ekrana malikı telefonu
S60
modelində
windows
mobile əməliyyat sistemindən istifadə etməyi fikirləşmədiklərini bildirdi.
Buradaki məqaləyə görə Sonny-Ericsson ´un böyük
hərəkətindən sonra hər kəs nokianında
windows
mobile
sisteminə keçməsini gözləyirdi. Ancaq nokia ceo´su nun bu bəyanatı bir
sıra nokia sevərləri kədərləndirib deyəsən. Demək olarkı bütün
smart-phone`da
windows
mobile əməliyyat sistemidir. Ancaq Linuxun də mobile əməliyyat sisteminin çıxmasından sonra buna da maraq çoxalıbdır.
Tags: telefon windows mobile nokia Sonny-Ericsson
Ətraflı
Fevral 11
Oxu atan: oXchu | Baxılıb: 78 | Bölmə: bAzNet

Bir
Az da Xarici inter
net bazarından xəbər vermək istədim. Bildiyimiz kimi fevralın əvvəlində
Microsoft'
Yahooya
44.6 milyar dollarlıq satın alma təklif etmişdi. Birjadakı hissələrini
31 dollardan hesablayaraq 44.6 milyarlıq təklif bütün dünyada maraqla
qarşılanmışdı. Hətta İnternet aləmin digər bir dev adı olan
Google rəsmi blogu üzərindən etdiyi mətbuat
açıqlamasında
bu xəbərə açıq aydın öz mənfi münasibətini də bildirmişdi. Hər kəsin
gözü- qulağı isə təklifə nə cavabı veriləcəyində idi. Nəhayət cavab
bilindi. Buyurun cavabla tanış olun.
Tags: yahoo google microsoft milyard
Ətraflı
Fevral 11
Oxu atan: oXchu | Baxılıb: 64 | Bölmə: bAzNet
Tags: ilk100 blog technorati hi-tech art
Ətraflı
Fevral 10
Oxu atan: oxatan | Baxılıb: 85 | Bölmə: Mənə nə?

Özünüz də bilirsiz ki, alimlərin boş oturmaqla arası yoxdur.
BBC`nin məlumatına görə Newcastle universitetinin alimləri üç valideyini olan hüceyrə yaratmağa müvəffəq olublar. Əsas məqsəd isə genetik xəstəliklərin qarşısını almaq olub. Hələki təcrübə uğurla keçir və deyilənə görə bu üsulla 50 adda xəstəliyin qarşısını almaq olar. Hüceyrənin yaranmasında 1 kişi və 2 qadının genindən istifadə olunub.
Tags: genetik, sağlamlıq, xəstəlik, valideyn, alim, hüceyrə, gen
Ətraflı
Fevral 10
Oxu atan: oXchu | Baxılıb: 95 | Bölmə: TaxNo
Google'dan Chris Uhlik, həyat yoldaşı və üç uşağı ilə yaşadıqları evdə kağızdan istifadəni tamamilə aradan qaldırıblar.
Evdə heç bir şey kağızdan deyil. Hətta kitablar belə. Google`dan olan
birindəndə fərqli nəsə gözləmək olmazdı. Onlar kitablarıda xüsusi
cihazdan keçirərək dijital olaraq eyd edib saxlayırlarl.
Texnalogiyanın yüksək inkişafı ilə əlaqədar olaraq, daha çox inkişaf
etmiş ölkələrdə kağızdan istifadə faizi getdikcə aşağı düşür. Bu
şəkildə statistika ilə tanış ola bilərsiniz:
Tags: google, ev, kagiz, kağız, kaghiz, texno, hi-tech, Chris Uhlik
Ətraflı