Oxatan.com

Fevral 21

Ustune dinqildat.

Qulaq gündə bir şey eşitməsə kar olar deyiblər. Bu dəfə isə xəbər dünyaya .com domain sonluğunu satan ICANN`dan olacaq. Deyilənə görə şirkət bundan sonra yeni domain adları təklif edəcək. Yaxın zamanlarda ".pdf" və ya ".mp3" kimi domain adlarını internet aləmində görmək mümkün olacaq. Bunun yanında artıq nömrəli domainlərdə görə biləcəyik. Məsələn: www.oxatan.123. Subyektiv olaraq isə demək yerinə düşərki bunların heç biri .com domainin yerini verməz. İnternet deyəndə ağıla gələn ilk domaindir .com. Bir haldakı browserdə domainin sonluğunu yazmadanda daxil olmaq mümkündür demək bu ən yaxşıdır. Məsələn adress bar da sadəcə oxatan yazıb CTRL+ ENTER düyməsini sıxanda birbaşa http://www.oxatan.com/ a daxil olur. Yəni hər nə qədər yeni domainlər təklif olunsada sadəcə rəngarənglik üçündür...

Tags:

Fevral 21

Ustune dinqildat.

Mobil telefonlarda müxtəlif oyunların mövcudluğu ilə indi heç kimi təəccübləndirmək olmaz. Amma Yaponiyanın FİT şirkətinin yaratdığı "Ippon Zuri" oyunu kimi istəsən gülümsəməyə məcbur edir. Mobil telefonunda virtual balıqçılıqla məşğul olan şəxs oyun bitdikdən sonra heç də virtual olmayan balıqlara sahib çıxır. Bəli. "NTT DoCoMo" mobil operatoru Fukuoka prefekturasında yaşayan abonentlərinə belə bir xidmət təklfi edir. Telefonuna bu oyunu yükləyən yaponiyalı virtual dənizə virtual qarmaq ataraq bəxtini sınamağa başlayır. Amma artıq qeyd edildiyi kimi, uğur qazananları əsl balıqlar gözləyir. İştirakçıya çevrilmək üçün oyunun internet saytında qeydiyyatdan keçmək lazımdır. 3 seansda bəxtini sınamaq istəyənlər 9,3 dollar ödəməlidirlər.

Tags:

Fevral 20

Ustune dinqildat.

Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, Aznetdə olan yeniliklər haqqında bacardıqca məlumat verəcəkdik. Yenilik deyəndə sözün həqiqi mənasında yenilik, xəbər deməyə dəyər məlumatlar haqqında. Bu dəfədə belə xəbərlərdən biri. Türklər demiş saytların " görücü"yə çıxmaq yerləri statistika sistemləridir. Bu dəfədə buraya nəzər yetirəndə həmişəki kimi yeni saytlar gördüm, bir baxım dedim. Təəccüblü olsada bu heçdə DLE üzərində qurulmuş "əyləncə portalı" deyildi, heç burada reklam yerləri də düzəltməmişdilər. Nəhayət Azərbaycanda ilk sosial şəbəkə ( community) saytı yaranıbmış. Görmək üçün ətraflı oxuyun...

Tags:

Fevral 20

Ustune dinqildat.

Nokiagoogle böyük iş birliyinə artıq hazırdılar. Proyektə görə google axtarış motoru ilə nokia search engine sistemi təkmilləşdiriləcək.İlk olaraq Nokia N96, Nokia N78, Nokia 6210 Navigator və Nokia 6220 classic modelləri ilə başlayacaq əməliyyat zamanla digər cihazlarla da genişləyəcək.
Bu sistemin tətbiqi kompyuterdə aparılan mükəmməl axtarışın mobil telefonlara tədbiq edilməsi, bu sayədə isə həm nokinanın müştərilərinə mükəmməl xidməti, eyni zamanda google`ın da axtarış bazarında öz yerini möhkəmlətməsi deməkdir. Bildiyimiz kimi bu google ilə nokianın ilk birgə işi deyil. Keçən il nokia, google məhsulu olan , online video paylaşım saytı YouTube’u tamamilə dəstəkləyən ilk mobil cihazıda hazırlamışdı.

Tags:

Fevral 19

Ustune dinqildat.

Hə bu ata-at zəmanədə deyəsən bu dəfədə şou əhli bizə atır. Daha doğrusu şou həli bizəmi atır, yoxsa fanatları bu müğənnilərəmi atır, ya da ikisi birləşib bizəmi atır naməlumdur. Bizdə qərar verdik ki bu dəfə oxumuzu yönəldək bunlara sarı. Bizdə şou əhlini öz sahəmizdə tənqid edək. Axı onlar dəblə ayaqlaşıb ( bizdə həmişə dəblə bir neçə il gec ayaqlaşma moddur axı ) fan saytları açdırıllar. Yada öz dilləri ilə desək fanatları onlar üçün sayt atır. Oyy bağışlayın sayt açır... Hə bax bu dəfə sizə bu saytlar haqqında danışacağıq. Yaxın oturun, ətraflı oxuyun...

Tags:

Fevral 19

Ustune dinqildat.

Dünyaca papulyar ensiklopediya saytı wikipedia `da Məhəmməd peyğəmbər haqqında məlumat verilərkən guya ona məxsus rəsimdə yerləşdirilib. Bütün islam dünyasının buna etirazına baxmayaraq rəsim saytdan götürülmür. Son məlumata görə 180.000 dən artıq şikayət maili daxil olub ancaq buna baxmayaraq sayt peyğəmbərin rəsmini  hələdə saxlayır. Buna səbəb olaraqda onlar bitərəf bir ensiklopediya saytı olduqlarını bildirirlər. Ətraflı məlumatı buradan oxuya bilərsiniz.

Tags:

Fevral 18

Ustune dinqildat.

Bildiyimiz kimi günümüz internet aləmini məlumatlar bazası olmadan təsəvvür etmək olmaz. Bu baza sistemlərindən ən çox yayılmışı, Aznetdə də ən çox istifadə olunan MySQL sistemidir. Sistemi idarə etmək üçün müxtəlif platformalardan istifadə edilir. Bunlardan biri də TurboDbAdmin sistemidir. Ən yüksək keyfiyyəti, Ajax ilə dəstəklənməsidir. Yaxın zamanda MySQL ilə birgə PostgreSQL dəstəyidə veriləcəyi vurğulanır.
TurboDbAdmin ilə qısa şəkildə desək, aşağıdakı əməliyyatları həyata keçirmək olar.
1. Məlumatlara baxa bilərsiniz.
2. Məlumatları səhmanlaya bilərsiniz.
3. Məlumat bazasını, cədvəlləri import və ya export edə bilərsini.
4. SQL əmrləri yaza bilər və işlədə bilərsiniz.
5. Sorğu nəticələrini dərhal görə bilərsiniz.

Bu məhsulu tes etmək üçün demo səhifəsinə baxa bilərsiniz. Yükləmək üçün isə buraya klikləyə bilərsiniz.

Tags:

Fevral 16

oxatan.com


Bakıda gələcəkdə tikilməsi planlaşdırılan yeni göydələnlərin maketləri. Baxdıqca göz oxşayan proyektlərdir və qərb ölkələrindəki analoqlarından heç bir xüsusiyyyətlərində geri qalmırlar. Əlbəttə plana uyğun dəqiq tikilib həyata keçirilsə. Rəsimləri bizimlə paylaşan  897344 ləqəbli istifadəçiyə xüsusi təşəkkürümüzü bildiririk. Göydələnləri isə görmək istəsəz xəbəri ətraflı oxumaq kifayətdir.

Tags:

Fevral 16

Ustune dinqildat.

Bizim ölkədi internet sahəsinə nə qədər fikir verilir deyilsədə buna inanmaq üçün gərək ölkə hüdudlarından kənarda yaşayasanki görmüyüb inanasan. Elə buna görə də internet bazarından olan xəbərlərimiz əksərən xarici xəbərlər olur. Son yenilik olaraq ancaq Turizm portalı fəaliyyətə başlayıb deyə bilərdimki, bunu da yəqinki dünən axşam ANS TV də baxmış olarsız yəqin. Mənim əlavə edəcəyim isə odurki sayt düz əməlli tam bitməmiş təqdim ediblər yəqinki. Çox var gəl etmədən sayta bir iki bölməyə kliklədim. Xəritələr bölməsinə daxil olanda isə bir şey tapa bilmədim. Bu boyda dövlət nəzarətində yaranan sayta bir xəritə düz qoş edə bilməyiblər niyə? Yenə də fərdi saytlar - bu işdə onda kataloq.neti alqışlamaq lazım olur sadəcə. Bakının xəritəsini yerləşdiriliblər. Həmdə kifayət qədər ətraflı. Bəs belə yarımçıq edəcəkdilərsə nəyə görə işə başlayıblar, qrand üçün ya niyə... Bizdə bu qeyri inkişaf getdiyi vaxtda dünya internet bazarında yeni bir satılma xəbəri yayılıb. Ətraflı oxuyun:

Tags:

Fevral 16

Ustune dinqildat.

Google'dan Niels Provos'un raportuna görə internetdə gəzişmək, axtarış sistemlərindən istifadə artıq gedərək təhlükəli bir iş halına gəlir. Uzun vaxt bu barədə araşdırmalar aparılımışdır. Bütün zəhmətlərin nəticəsi olaraq, il yarım davam edən araşdırmadan sonra 180 min internet saytındakı 3 milyon URL`un ziyarətçilərinə zərər verici yükləmələr etdiyi aydınlaşıb.Bu isə çox böyük göstəricidir. Gündə minlərlə kompyuterin bu zərərvericilərə yoluxması deməkdir. Bu tipli saytların isə böyük əksəriyyətini Çin saytları olduğu bildirirlir. Bundan sonra axtarış sistemində Çinə məxsus saytla qarşılaşanda daxil olmazdan əvvəl iki dəfə fikirləşmək lazım gələcək. Mövzu ilə əlaqəli ətraflı olaraq buradakı xəbərdə, raportda, və google blogunda tanış ola bilərsiniz.

Tags: