Mart 10
Sevimli oyunum şahmatı heç inanmırdımki belə görüm. 3 ölçülü formasını eşitmişdim, bu dəfədə 3 nəfərlik formasını gördüm. Deyəsən bir az mühafizəkaram deyə mən yenə də iki nəfərliyini xoşlayıram. Bəlkə oynamaq qismət olsa buna da öyrəşərəm. Bir az da oyun haqqında. Normal Şahmat qayda qanunları bunda da var. Digər qaydalar isə oyuna ilk əvvəl ağların başladığını onsuzda bilirik. Bundan sonra saat əqrəbi istiqamətində davam edir növbələr. Kimki hər iki rəqibdən hansınısa mat eləsə o qalib olur. Şahmat taxtasında piyadaların yarısı sağ digərləri isə sol tərəf taxtaya hərəkət edir. Ətraflı isə burada.
Mart 09
8 Mart bayramı
Düzdü bir az gec oldu yazı. Ancaq həftə sonu şəhərdən kənarda olmağım və bayram günüdə bir az başımın qarışıq olmasını səbəb gətirib üzr istəyək bu gün təbrik mesajını yazıram. Mən belə dilli-ağızlı təbrik bacarmıram heyifki. Ona görə sadəcə "Qadınların Bayramı Mübarək!" deyirəm (
niyəsə inanmıram heç oxucularımız arasında xanım istifadəçilərdə olsun ).
Əslində bu gün haqqında mənfi və müsbət xeyli yazmaq olar. Ancaq BBC`də oxuduğum bir araşdırma xəbərini yazmaq istədim. Maraqlı olsa ətraflı oxuyarsınız.
Əslində bu gün haqqında mənfi və müsbət xeyli yazmaq olar. Ancaq BBC`də oxuduğum bir araşdırma xəbərini yazmaq istədim. Maraqlı olsa ətraflı oxuyarsınız.
Mart 08
Artıq Google-də qibləni də axtarmaq mümkündür
Bu gün ANS Press`də belə bir xəbər oxudum:
Bu sistemdə xəritə və peyklə qiblənin yeri müəyyənləşdirilə bilər
Dünyanın ən böyük axtarış sistemlərindən biri olan Google artıq harada olursa olsun qibləni tapmaqda müsəlmanlara köməklik edəcək. Bundan sonra müsəlmanlar Google axtarış sistemində olan xəritə və peyk xidmətindən istifadə edərək qiblənin yerini asanlıqla təyin edə biləcəklər. Bunun üçün axtarış sistemində “QiblaLocator”u və buradan da olduğun ölkə ilə şəhərin koordinatlarını tapmaq lazımdır. Bundan sonra isə istər xəritə ilə, istərsə də peyk görüntüləri ilə qiblənin dəqiq yerini müəyyənləşdirmək mümkündür.

Mart 07
3,5 min funt birbaşa yataqda
Deyirəm gərək adamın bəxti gətirə. Bəzən heç nədən pul qazanmaqda olurmuş. Bu gün belə bir xəbər oxumuşam.
21 gün yataqda uzanan hollandiyalı tələbə 3,5 min funt-sterlinq qazanıb. 22 yaşlı İde van Dyutekom veb-kamera vasitəsilə onun yataqda uzandığını translyasiya edilən saytda reklam yeri satmaqla pul qazanır. Belə bir vəziyyət 3 həftədir davam edir. İde yalnız qısa müddətə duş qəbul etmək və özünə yemək hazırlamaq üçün yatağını tərk edir. İndiyə qədər sayta 450 min nəfər baş çəkib. Tələbə bildirib ki, yuxu - onun hobbisidir. Həm də ki bu onun öhdəsindən layiqincə gələ bildiyi yeganə işdir.

Mart 06
Bir azda yazaq...
Yəqinki çoxumuz belə edirik. Məndə etmişəm. Mənim üçün əhəmiyyəti
olmayan bir yerlərə üzv olmaq üçün bir e-mail ünvanı açmışam. Beləcə
spamdan az əziyyət çəkirəm. Həmin mailə gələn mesajlarda mənim üçün
əhəmiyyətsiz olduğu üçün ayda bir dəfə filan daxil olub yoxlayıramki
bağlanmasın. Bu gün həmin mailə gələn bir mesaj diqqətimi çəkdi. Bizim
tanınmış "
əyləncə saytı" bloglarımızdan birindən gələn mesajdır. İstədim e-mailin məzmunu ilə sizi də tanış eliyəm. Həmdə bir iki cümlə ilə şərh verəm.
Haqqında bir az da yazmaq istədiyim başqa bir şey isə bu gün gördüyüm başqa bir saytdır. Ətraflı oxuyaq.
Haqqında bir az da yazmaq istədiyim başqa bir şey isə bu gün gördüyüm başqa bir saytdır. Ətraflı oxuyaq.
Mart 05
Netty 2008 başladı ( müsabiqə təşkilatçılarının nəzərinə: Əsla bu yazını oxumayın! )
Guya 2008`in ən yaxşı saytını seçmək üçün təşkil olunmuş yarışma
başladı. Əksərən nəticələri ilə razılaşmadığım müsabiqə. Bu barədə
narazıçılığımı yazmaqla bəlkədə bitməz. Ya da ən yaxşısı sona çatana
kimi ara-ara yazım. Ürəyim boşalmış olar. Müsabiqə barədə qısaca deyə
bilərəmki 2005`dən başlayıbdı. Guya Azərbaycan internetinin ən yaxşı
saytlarını seçir. Adına baxmayına Azərbaycan dediklərinə saytınız rusca
olsada olar. Vallah keçən illərdə dilimizə qoyduqları hörmət belə idi.
Ötən illərin qalibləri barədə məlumatları alın: 2005 , 2006, 2007 qalibləri. Əgər Netty`nin
əyriliklərini bir az da görmək istəsəniz
ətraflı oxuyun.
Mart 04
Opera yenə Google ilə
İnternet aləmində rəqabət getdikcə güclənir (
bizdən fərqli olaraq
). Google barədə isə deyərdimki hər gün yeni bir məlumat oxuyuram.
Artıq google`un deyərdimki fanatları bizim bu şou-biznesdəki
müğənnilərin fanatlarından daha çoxdur. Hətta bloqdaşlarımızdan olan Blogran`da belə görürəmki google`a çox isti münasibət bəsləyir.
Bundan əvvəl Google barədə çeşidli məlumatlar vermişdik. Bu dəfə də o Yahoo`nu sıxışdırıb. İnternet browserlərdən biri olan Opera ilə əməkdaşlığa başlayıbdı. Bildiyimiz kimi Operanın mobil telefonlar üçün xüsusi dəstəkləyici modelləri var idi. Bunlarda axtarış edən zaman Yahoo üzərindən axtarış edirdi. News.com'daki xəbərə görə artıq operanın mobil məhsulları Opera Mobile ile Opera Mini də axtarışı google üzərindən edəcək. Nə deyim xeyirli olsun.

Mart 03
Növbəti Anket
Mart 03
Parçadan klavyatura
Parçadan klavyatura - səhv yazmıram. Həqiqətəndə belə imiş. Görən daha başqa nələrlə qarşılaşacağıq. Qoyduğunuz yerin hamar olmasını da tələb eləmir. Kabelsizdir həmdə Bluetooth ilə işləyir. Azərbaycana nə vaxt gəlib çıxar bilmirəm. Ancaq fantastik TV filmlərində nə görürdüm uşaqlıqda hamsını icad eləməyə başlayıblar. Bu yeni cihazı canlı olaraq araşdırmağa hələ çox vaxt olduğun fikirləşirsinizsə onda buradan
baxıb incələyə bilərsiniz.
Mart 01