Oxatan.com » İstifadəçilər » Shaig M

Shaig M

Adı: Shaig Muradov
Qeydiyyat tarixi: 7 Fevral 2008 01:50
Sayta axırıncı viziti: 4 Noyabr 2009 12:27
Qrupu: Admin

Reytinqi:
  • 0


Ünvan:
ICQ:
Özü haqda yazdıqları:


Xəbərlərinin sayı: 194
Şərhlərinin sayı: 196 [ Son göndərilən rəylər ]

[ E-məktub yaz ] [ Şəxsi ismarıc ]

Fevral 06

Ustune dinqildat.

Barcamp`ın rəsmi saytından bildiriş:

Artıq Beynəlxalq səviyyədə keçiriləcək BarCamp Caspian-a hazırlıq gedir.

Tez bir zamanda BarCamp Caspian-ın saytını işlək vəziyyətə salmaq, reklam və s. hazırlıq işləri üçün Könüllülər tələb olunur.

Könüllülərdə aşağıdakı qabiliyyətlərdən heç olmasa biri olmalıdır.

01) Tərcümçəi (İngilis-Rus, Rus-İngilis, Azərbaycan-İngilis, Azərbaycan-Rus)

02) Web Dizayner - Logo, və s saytın dizaynı üçün

03) Super Dizayner - Broşur və s dizaynları etmək üçün

04) Fotoqraf - Şəkilləri çəkib sayta və stendə (Seminar vaxtı) qoymaq üçün

05) Blogger - Maraqlı məlumatlar yazmaq üçün saytda (Seminar vaxtı gündə ən azı 1 dənə, indi isə həftəde 1 Blog post, məlumat çox olacaq  

06) Proqramist - Elə belə  

07) Məzmun Meneceri - Saytdakı məzmunlara baxmağa

08) Usibility tester - Saytın Usibility-sini (Rahat istifadəsini) test etmək üçün

Bunlar olmasa yadından çıxartma könüllülərə həmişə ehtiyac var, ürək dirək verə bilərsən bizə:)

Tags:

Fevral 03

Ustune dinqildat.

Nəhayət ki çoxdan gözlədiyimiz gerçəkləşdi və ADSL qiymətləri ucuzlaşdı. Düzdü rəsmi göstəricilərə görə 2.5 dəfə ucuzlaşıbdı. Ancaq mən Bakinternet`in qiymətlərinə istinadən deyə bilərəmki bu 2.5 dəfə deyil. Təqribi 45% (50%) qiymətlər aşağı enibdir. Əvvəl Bakinternetin saytında ADSL   modem  qoşulmaqla genişzolaqlı internet xidmətinin limitsiz  tarif paketində 256/256 k bit/s 70 (80) manata idi. İndi isə bu 39 manata olubdur. Əvvəl 39 manata 128/128 kbit/s sürətdə paketdən istifadə mümkün idi. Bəlkədə çoxları gözləyirdiki bu tarif planı 2 dəfə ucuşlanda ayda 20 manat olar. Ancaq Bakinternet artıq həmin tarif paketini siyahıdan xaric edibdi. Yəni yenədə ən ucuz ADSL çəkdirmək istəyən aylıq 39 manat ödəməli olacaq. Sadəcə əvvəlkindən daha sürətli paketdən istifadə edəcək. Amma əlbəttə biz buna da şükür edirik. İndiyənə kimi bu da yox idi. Ümid edirik ki, daha da ucuzlaşacaq.
Buda yeni qiymətlər...

Tags:

Fevral 02

Oxatan.com
Bu günlərdə Mak Jurnalında bir yazı oxudum. Avis tibbi market deyilən bir firmanın reklam kompaniyası imiş. Sadəcə maraqlı gələn tərəfi reklam kompaniyası üçün xüsusi domain tərtib edilməsi oldu. Bu xarici təcrübədə tez-tez rastlaşılan bir haldır. Ancaq mən Azərbaycanda ilk dəfə idi rastlaşıram. Deyəsən elə birinci dəfədir. Saytın adı kompaniyaya müvafiq olaraq www.saglamliqxosbextlikdir.com `dur. Burada reklam aksiyasl barədə ətraflı öyrənmək olar. Bilmirəm bu gördüyüm ilk, sonuncu olacaq ya yox. Təbii ki, bu tip reklam aksiyalarından daha çox görməyi ümid edirəm...

Yanvar 23

Oxatan.com - Barack Oabama Web 2.0
Dünyanın super gücü ABŞ`ın yeni prezidenti Barack Obama and içərək yeni vəzifəsinə başladı. Yox bu dəfə siyasətdən yazmayacam. Obama`nın texnalogiya ilə əlaqəsindən yazacağam. Ümumiyyətlə bilirik ki, ABŞ və bu kimi yüksək inkişaf etmiş ölkələrdə seçkilərdə namizədləri xüsusi böyük şirkətlər dəstəkləyir, onların təbliğat təşviqat kompaniyaları ilə məşğul olurlar. Bu namizədləri isə bir böyük şirkətin deyil, müəyyən sektorlar dəstəkləyir. Hətta, bu xalq arasında, ara danışıqda onları "filan mafiya" dəstəkləyirdə deyirlər. Mən ağlım kəsəndən ABŞ prezidentləri olaraq Bill Clinton, George-W-Bush və bir də sonuncu Barack Obama`nı görmüşəm. Birinciyə deyirdilərki arxasında "Şou-biznes mafiyası" durur ( hətta özü də saksafon ifa edirdi), ikinciyə "Silah( neft) mafiyası" və nəhayət Obama`ya deyirlərki arxasında "Texnalogiya mafiyası" durur. Hərəsinin isə dövründə təmsil etdiyi sektor öz tərəqqisini yaşadı. Deyəsən indi dünyada növbə texnalogiyanın daha sürətlə tərəqqisi dövrü olacaq. B. Obama seçki kompaniyası zamanıda texnalogiyadan müntəzəm istifadə etmişdi. Onun çıxışlarını mütamadi olaraq YouTube`dan izləmək olardı, etdiyi hər fəaliyyəti Twitter`dən xəbər edilirdi. Nəhayət yeni prezident öz vəzifəsinə də Web 2.0 bir başlanğınc etdi.
Amerikanın  44-cü ilk Afro-Amerikan prezidentinin andiçmə mərasimi internet üzərindən CNN.com`la birgə Joost, Hulu, Ustream.tv və Current.tv`nin açdıqları kanallardan izləndi. Current.tv, Twitter ilə ortaq bir iş görərək and mərasimini "Tweetler" ilə birgə təqdim etdi. Bu sayədə tamaşaçılar canlı verilişi izlərkən Twitterdəki şərhlərdən uzaq qalmamış olacaqlar.  Ayrıca Ustream.tv da mərasimi canlı verilişlə iPhone`larından izləmək istəyənlər üçün bir tətbiq yayımladı.

Seçki dövründə istifadə etməyə başladığı Web 2.0 vasitələri və yeni texnologiyalar ilə, böyük media quruluşları arasında önə çıxan CNN, and mərasimi üçün yenə maraqlı iki tətbiqi həyata keçirdi. Bunlardan ilki Facebook ilə reallaşdırdıqları ortaq iş. Bu sayədə CNN. com üzərindən yayımı izləyənlər yoldaşları ilə və digər Facebook istifadəçiləri ilə şərhlərini və düşüncələrini paylaşmaq imkanı əldə etdilər.

CNN seçki gecəsi istifadə etdiyi hologram texnologiyası ilə könülləri qazanmışdı. Bu səfər də Microsoft ilə ortaq olaraq yenə maraqlı bir texnologiyanı həyata keçirdilər. Microsoftun təmin etdiyi Silverlight əsaslı Photosynth texnologiyası sayəsində, izləyənlərin and mərasimi əsnasında çəkib CNNə göndərəcəkləri fotoşəkillər birləşdirilərək 3D panoramik vizuallara çevrilir. Photosynth, eyni sahənin dəyişik bucaqlardan və məsafələrindən çəkilən fotoşəkilləri bir-birlərinə bağlayaraq, fotoşəkli çəkilən sahənin 3D modelləşdirməsini yarada bilən bir texnologiyadır. Photosynth texnologiyası istifadə edilərək birləşdiriləcək olan fotolar sayəsində Obamanın danışma anı üç ölçülü olaraq CNN.comda yayımlandı.

Görək bundan sonra deyildiyi kimi texnalogiya sahəsində yüksək tərəqqi olacaq ya yox... Ən azından hər kəs kimi ümid eləmək yaxşıdır...

Tags:

Yanvar 15

Ustune dinqildat.

Bu gün mailimi yoxlayanda İKT İnfirmasiya Mərkəzi tərəfindən həmişəki kimi press - reliz maili gördüm. Deyilirdiki guya ilin ən yaxşı saytları seçilibdir:

İKT İnformasiya Mərkəzi 2008-ci ilin ən yaxşı yeni layihələrini elan etdi. İKT İnformasiya Mərkəzinin mövqeyinə əsasən 2008-ci ilin ən yaxşı Internet-layihələri aşağıdakılardır:

Azərbaycan Respublikası Prezidentinin məktəblilər üçün İnternet-saytı - http://mektebli.president.az;
Milli axtariş portalı - www.yumroo.az;
Milli İnformasiya-Məlumat Sistemi - www.navigator.az;
Rekrutinq üzrə İnternet-resurs - www.boss.az.


Ancaq seçim nə vaxt olub, bu barədə əvvəldən mətbuatda niyə xəbər çıxmayıb bunu məndə bilmirəm. Elə buna görə də çox qeyri - ciddi hesab edirəm bu seçimləri. Saytlardan elə ikisi natamam saytlar olubdu 2008`də. Üstəlik Azərbaycan internetinin mükafatçısı da qeyri Azərbaycan dilində olmasıda elə bir qədər düzgün deyil. Seçim zamanı olan kriteryalar nədir soruşsanız, özlərinin dediyinə görə


Seçim İKT İnformasiya Mərkəzinin ekspertlər qrupu tərəfindən 2008-ci ildə İnternetin Azərbaycanın zonasında yaradılan onlarla İnternet-layihələri arasında aparılmışdır. Mərkəzin direktoru Fərid Kazımovun sözlərinə görə, ən yaxşı yeni İnternet-layihələrinin seçimi zamanı başlıca meyar resursların səmərəliliyi, onların .AZ zonasındakı əhəmiyyəti, həmçinin azərbaycanlı istifadəçilər üçün vacibliyidir. “Ümid edirik ki, 2009-ci ildə İnternetin Azərbaycan zonasında keyfiyyəli resursların sayı artacaq. Məhz elə keyfiyyətli İnternet-resurslar, onların çoxsaylı qeyri-peşəkar bənzərlərindən fərqli olaraq, qlobal virtual məkanda ölkənin cizgilərini daha aydın şəkildə nümayiş etdirməyə imkan verir”, deyə İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov qeyd etdi.
    Qiymətləndirmədə əsas məqsəd ən yaxşı İnternet-resurslarını müəyyənləşdirmək idi. Əslində, saytların hər biri istifadəçinin real və effektiv İnternet-yardımçısı hesab edilə bilər.  Məktəblilər üçün Azərbaycan Respublikası Prezidentinin İnternet-səhifəsi - http://mektebli.president.az/ uşaqlara ölkə, dövlət quruluşu, dövlətin rəhbəri və s. haqqında rəsmi məlumatları onların anlaya biləcəyi bir tərzdə almağa imkan verir; www.yumroo.az – Azərbaycan dilində axtarış aparmağa imkan verən  ilk milli axtarış sistemidir; www.navigator.az – tamamilə yeni bir texniki səviyyədə müxtəlif məlumatları əldə etməyə imkan verir; www.boss.az – işçilərin toplanılması və iş axtarışı üçün ən effektiv resursdur.



Nəsə bu mənə 2008`in ən yaxşı saytlarından daha çox, ən varlı saytları təsirini bağışayır. Aralarından mən Navigatoru fərqləndirərdim. Oda ki, natamam saytdır. Yəni bu informasiyanı yaymağın səbəbi məhz yuxarıdakı saytların adını meidiada hallandırmaq və onlara diqqəti artırmaqdır. Yoxsa elə bir mənası olan seçim hesab etmirəm. Saytlar gah Azərbaycanca deyil, gah da natamam idilər. Bir tək  http://mektebli.president.az saytı həm Azərbaycancadır həm də tam fəaliyyət göstərir. Odaki subdomaindir. President.az domaini 2008`dən çox-çox əvvəl fəaliyyətdədir. Yumroo`ya deyilən "milli axtarış sistemi! ifadəsi də elə həqiqətən dırnaqarası deyilməli söz olduğu halda bu seçimə daxil edilibdisə....

Tags:

Yanvar 12

Ustune dinqildat.

Bu gün Xəbərnamə`yə göz gəzdirəndə keçid saytları arasında Qaralama deyə bir sayt gördüm. Diqqətimi çəkdi və daxil olub saytda bir az gəzişdim. Zaman keçirməyə dəyəcək saytlardandı. Wordpress üzərində qurulmuş bu saytda Azərbaycan dilində müxtəlif yazılar və xarici məqalələrin tərcümələrini tapmaq mümkündür. Maraqlı informasiyalar əldə etmək mümkündür. Elə ilk xoşa gələn tərəfi orasıdırki mənasız "proqram yüklə" və ya "mahnı endir" kimi yazılarla qarşılaşmırsan. Sadəcə müəllif yazıları və maraqlı tərcümələr var. Baş çəkmək məsləhətdir.
Saytın özündən sayt barədə sitat:


Saytı yaratmaqda məqsədim alterantiv düşüncəli, kreativ insanları bir araya yığmaq və dünyagörüşümüzü birgə artırmaq, bəzi elm sahələrində olan məlumatları sizlərlə paylaşmaq, elmdə baş verən yenilikləri müzakirə etmək, onlardan yararlanmaqdır. Şüarımız: Kiçik insanlarin həvəsləri, böyük insanların ideyaları. Qaralamaya daxil olmusansa, deməli, sən də kamilləşmək istəyirsən. Əgər sən də qaralamada qeydlər aparmaq istəyirsənsə, yazarlar səhifəsinə daxil ol. Əgər sayt sahibinə və yaxud başqa yazarlara hər hansı bir sualın varsa, əlaqə bölməsi vasitəsilə əlaqə saxlaya bilərsən.

Tags:

Yanvar 09

Ustune dinqildat.

Asusun Eee ardıcıllığından yeni bir "hamısı bir yerdə" kompüter modeli, klaviaturanın içinə sığdırıldı.

CES 2009dan əl altından sızdırılan bəzi fotoqraflar, Asus Eee ardıcıllığına uzun bir zamandır edilən ən həyəcan verici əlavəni xəbər verir.

"Eee Keyboard" adını daşıyan cihazın bu adına aldanmamaq gərək. Çünki Asus, xeyli çalışaraq normal bir klaviaturadan çox da qalın olmayan sahəyə tam bir kompüter sığdırdığı iddiasında.

Təchizat xüsusiyyətləri, bazara çıxıb çıxmayacağı, qiyməti və s. hələlik bir müəmma, ancaq kabelsiz HDMI əlaqəsi olduğu bilinir.

Üzərindəki mini touch screen ekran da nəzərə alınsa, evlərdəki nəhəng televiziyaları monitora çevirərək çox az yer örtən media mərkəzləri meydana gətirmək üçün bir başlanğıc olaraq görünür.

Yanvar 06

Ustune dinqildat.

Ilk10`nun rəsmi blogundan sitat:

Azərbaycan internetinin rahat  axtarış sisteminə çevrilə biləcək daha bir xidmət təqdim edirik.
ilk10 sisteminə üzv olan bütün saytların məzmunu avtomatik olaraq vaxtaşırı indekslənir və bu indeks yeni axtarış xidmətində istifadə olunur.
Beta versiyanı bu ünvanda sınaqdan keçirə bilərsiniz: http://ilk10.az/search.php


İlk olaraq deyimki fikir yaman xoşdur. Ilk10`dan yazını oxuyanda da maraqlı gəldi. Ancaq beta versiyasında sınaq eliyəndə gözlədiyim effekti görmədim. Çünki axtarılan sözü əsasən ilk10da qeydiyyatdan keçmiş saytların açıqlamasında axtarırdı. bir tək metbuat.info və news.bakililar.az`dan nəticə tapa bildim. Tam deyildiyi kimi bütün saytların tərkibində axtarış olsa pis olmazdı. Ancaq Google custom search ilə bunu mükəmməl etmək mümkündür ya yox bunu dəqiq bilmirəm...

Tags:

Yanvar 03

Ustune dinqildat.

Bir müddət əvvəl Azərbaycanlıların ən çox istifadə etdiy sosial platforma olan Odnoklassniki pullu olmuşdur. İndi isə növbəti çox istifadə olunan portalın pullu olmaq ehtimalı var. Son vaxtlarda internet aləmini bu sual düşündürür. Facebook pullumu olur?
Maliyyə böhran yaşayan firma bu açığını ödənişli istifadəçi hesablarıyla bağlamaq istəyir.
İctimai network platforması yaxında ən böyük probleminiz halına gələ bilər. Lazımlı infrastrukturun meydana gətirdiyi xərclər getdikcə artmaqdaykən gəlirlər sabit qalır.

İsveçrə xəbər portalı 20Minutenin sektorla əlaqədar fərqli bloglardan əldə etdiyi məlumata görə Facebook, sahib olduğu şəbəkə üzərindən necə əlavə qazanc əldə edə biləcəyini planlayır.

Bu planlar arasında isə ümumiyyətlə istifadəçiyə iki fərqli hesab təqdim etmə variantı meydana çıxır: Məhdud daxilolmaya sahib ödənişsiz bir hesab və bütün Facebooka daxilolmanı təmin edən ödənişli (Premium) bir hesab. İstifadəçi məlumatlarının üçüncü kəslərə satılması da müzakirə edilən mövzular arasındadır.

Analitiklərə görə Facebookun hissə satışıyla əldə etdiyi 500 milyon dollarlıq sərmayənin böyük bir qisimi xərclənmiş vəziyyətdə. Əgər böyümə nisbətləri dayansa nağd pul anbarları 2009dakı bazar durğunluğunda tamamilə əriyə bilər.

Facebook 140 milyondan çox aktiv istifadəçisi ilə internetdəki ən sürətli böyüyən ictimai network şəbəkəsidir. Ortalama bir istifadəçinin 100 yoldaşı var, gündə təxminən 30 milyon şəkil göndərilir. Dünya səviyyəsində hər gün 200.000in üzərində yeni istifadəçi portala üzv olur.

Tags:

Dekabr 19

Ustune dinqildat.

Artıq 2008`i yola salmağa hazırlaşırıq. Həmin bu 2008`də bir çox əlamətdar hadisələr oldu. İstər Azərbaycanın öz üçün, istərsədə bütün dünya üçün. Bizim üçün ən əlamətdarı 2008 seçkiləri idi. Dünya üçün isə ABŞ`dakı seçkilər ən əlamətdar hadisələrdən idi. Bundan başqa Rusiya Gürcüstanla müharibə etdi, Olimpiadalar keçirildi, Avropa kuboku oynandı. Azərbaycan ilk dəfə Eurovisionda çıxış etdi. Təbii ki, bu tipli hadisələrin olduğu aylarda axtarış sistemlərində bu hadisə ilə bağlı çox axtarışlar edilir. Elə bu ildə həmçinin. Xüsusən olimpiada vaxtı bu mərasimlə bağlı axtarılan sözlər çoxluq təşkil edirdi. Amma yola saldığımız 2008`də bu əlamətdar hadisələrdən heç biri ən çox axtarılan sözlər arasında ilk onluğa düşə bilmədilər. Yenə istifadəçilərin şəxsi ehtiyyacları əlamətdar hadisələrin önünə keçdi. Azərbaycandan axtarılan sözlər arasında ilk onluğu "ñêà÷àòü" sözü açır, onun ardınca isə "mp3" sözü gəlir. Üstəlik ilk 2 yerin sahibi digərlərindən ən az 2 dəfə çox axtarılan sözlər olublar. Budur ilk onluğun siyahısı:
1.       ñêà÷àòü
2.     mp3  
3.     nokia
4.     video
5.     baku
6.     azerbaijan
7.     ôîòî
8.     indir
9.     azerbaycan
10.     az

Digər statistika isə ilk 10 yüksələn statistikalardır. Bunlarda ən çox TV kanallarda göstərilən serial adları ön plana çıxır. Siyahısı isə belədir.
1.       odnoklassniki.ru
2.     kaybolan yillar
3.     yaprak dokumu
4.     facebook
5.     eurovision
6.     pusu
7.     kurtlar vadisi pusu
8.     kurtlar vadisi
9.     sexs
10.     youtube

Tags: