Oxatan.com » İstifadəçilər » Shaig M

Shaig M

Adı: Shaig Muradov
Qeydiyyat tarixi: 7 Fevral 2008 01:50
Sayta axırıncı viziti: 4 Noyabr 2009 12:27
Qrupu: Admin

Reytinqi:
  • 0


Ünvan:
ICQ:
Özü haqda yazdıqları:


Xəbərlərinin sayı: 194
Şərhlərinin sayı: 196 [ Son göndərilən rəylər ]

[ E-məktub yaz ] [ Şəxsi ismarıc ]

Fevral 09

Ustune dinqildat.

Fikirləşdimki Aznetdə olan yeniliklərdən qarşıma çıxdıqca yazam. Ancaq bu yeniliklər heçdə hərə bir əyləncə saytı yada blog açanda olmayacaq. Əlbəttə onlardanda yazacam yeri gələndə. Təbii ki buna layiq olanları. Qeyri adi tərzi ilə seçilən xidmətlər, ilklər və ya heç yerdə olmayanlar. Özünə məxsus kreativ dizaynı, gözəl proqramlaşdırılması vəya yenilik gətirməsi ilə fərqlənən saytları. Yəqinki bunlarda mənim subyektiv fikirlərim olacaq. Bəyənməsəz şərhdə bildirərsiz. Elə bəyənsəzdə. Yada sizin daha yaxşı müşahidələriniz varsa buyurub sizdə yazın mən oxuyum. İlk olaraq isə inbox.az dan xəbər verim. Ətraflı oxuyun

Tags:

Fevral 08

Ustune dinqildat.

Aznetdə olan bloglardan bəzilərinə ürəyimdən keçəni ( amma hamsını yox ) yazmaq istədim. Maraqlıdı görən bizdə heç oxucular blogun nə olduğunu bilirlərmi? Bir neçə vaxt bundan əvvəl Aznetdə fəaliyyətə başlayan Azeriblog.com saytının səhv etmirəmsə yaradıcısının şəxsi blogundan çıxardığım nəticəyə görə, Aznetdə blogun nə olduğunu bilmirlər fikrinin tək mənə aid olmadığını gördüm. Böyük ümidlərlə açdığı bu sistem belə görsənirki istənilən rəğbəti görməyibdiki qəmli notlarla yazıb. Başa düşülən reaksiyanı verib düzü. Bizim netdə axı blog anlayışı hələ tam aydınlaşmayıbdı. Əslində kifayət qədər yüksək reytinqə malik bloglarda var. Amma niyəsə adlarına blog demirlər. Bu mıx.az dı baku.vs di joy.az dı hamsı bloglardı ( hərçənd heç birinin oxucu səviyyəsi qane edici deyil, ola bilsin kontentə görədi ) sadəcə adlarını əyləncə portalı qoyub camaatın canına vəba kimi xəstəlik salıblar. Hər yerindən duranda onlara baxıb oxşarını götürüb düzüb qoşurki mənimdə "portal"ım var. ( əlbəttə hər DLEnin bəzəyi olan burada sizin reklam ola bilər divar yazısı, ekskluziv xəbərləri və zengimcell kodları ilə ). Hətta mənə maraqlı gələn isə bir vaxtlar onları tənqid edən fox.az belə artıq ümumi ənənəyə qoşulub oda özünə eyni ilə bu bloglardan birin təşkil edibdi. Reytinqin yolu birdir də . İndi bizim ölkədə bir azdan hər bir internet istifadəçisinə bir sayt düşəcək. Necə deyərlər sayı çox sambalı yox.Hələki bizdə Azeriblog kimi saytların mahiyyətini az adam başa düşür. Yaxın gələcəkdə də başa düşən çətin tapılsın. Hələ bizim netə Web 2.0 texnalogiyası güclə gəlib çıxır. Google`ə birdən birə qurulmayıba , əvvəllər olarında çətinliyi olub yavaş yavaş böyüyüblərdə. Birdəki Azeriblogun indi ən böyük rəqibi ucoz.ru dur. Xarici mal keyfiyyətli olar prinsipi iləmi camaat ona belə doğma münasibət göstərir bilmirəm. Yoxsa ucoz ru öz adına blog yox portal deyirmi camaat başa düşür o da müəmmalıdır. Nəhayət isə deyə bilərəmki bAzNet də düz əməlli bloglar çox azdır. Çox məhəbbətlə izlədiyim isə heç yoxdur. Yoxsa elə yazar yox oxucu olardım.

Amma onu deyimki yaxşılarıda yaddan çıxarmasaq yaxşıdır. Hərçənd onları saymaq çox asan olsa belə. Arada bir blogda yazmaq üçün informasiyalarında da yararlandığım bir iki blogu qeyd edim. baz.az gurbanov.net azerbaycan.lı birincidir.azeriblog.com . Hər bir blogun yazarı və ya yazarlarına uğurlar....

Tags:

Fevral 07

Ustune dinqildat.

Bilindiyi kimi Windows vistanı çıxardıqdan qısa vaxt sonra Microsoft XP`nin satışlarını dayandırmaq qərarına gəlib. Plana görə XP`nin satışları və istifadəsi 2007nin sonunda dayanacaqdı. Bu vaxtın çox qısa olduğunu deyən infoworld bu qərara qarşı imza toplamaq kompaniyasına başladı. Microsoft isə orginal plandan bir az vaz keçərək satışları 30 iyun 2008 tarixinə qədər uzatdı. İnforworldun imzaları 75.000 -ə çatıb.Satışda XP ilə olan kompyuterlər demək olarki bitdiyindən bir çox istifadəçilər artıq XP işlətmək şansını itirsədə, infoworld imzaların 100.000 ə çatdığı anda Microsofta verəcəyini bildirir. İmza kompanyasına www.savexp.com  adresindən qoşula bilərsiniz.

Tags:

Fevral 07

Ustune dinqildat.

İlk silsiləsi verilən zaman çöldə pişikdə tapılmırdı az qalsınki seriala baxmasın. Belə çox rəğbətini qazanmışdı insanların bu serial. Xüsusəndə Türkiyədə daha çox diqqətlə və maraqla izlənirdi. Bundan sonra filmin yaradıcıları qərara aldılarki növbəti silsilənidə çəksinlər. Elədə etdilər. "Kurtlar Vadisi Pusu" adı altında növbəti silsiləni çəkməyə başladılar. Buda az marağa səbəb olmadı. Ancaq son seriyalarda bir az şişirtmələri çoxaltmağa başladılar. Loru dildə desək ağı astarı çıxmağa başladı filmin...

Tags: