Fevral 07
Oxu atan: Sadig | Baxılıb: 605 | Bölmə:

İnternetdə gəzinəndə şəxsi
blogların birində belə başlıqlı bir yazı gördüm. Gördüm ki, yazılıb:
Evdə və yaxud internet klubda internetə girəndə fikirləşməyin ki,
dünyanın istənilən yerinə bağlana bildiyiniz internet şəbəkəsi Allahın
göndərdiyi paydır :) Əslində internet dünyaya, okeanların altına
çəkilmiş fiberoptik kabellərin hesabına işləyir. Bu da o kabellərin
xəritəsi, baxın görün dünyada nələr var.
Tags: internet, oken, su, kabel, şəbəkə, shebeke, fiberoptik
Ətraflı
Fevral 07
Oxu atan: Sadig | Baxılıb: 2568 | Bölmə: ---
İnternetin atılmışları - Oxatan`da... ( Bütün hüquqları atılıb )
Fikrimcə bu dəqiqə Azəri mühitində atmaq və atılmaq çox aktual bir məsələdir. Kimisi pul
atır, kimisi söz
atır, kimisi göz
atır, kimisi uşağını
atır, kimisi ərini
atır (gedir Dubaya), kimisi ailəsin
atır (gedir Rusyetə), kimisi də "prosta"
atır.
Mən də bu ata-at`a laqeyid qala bilməzdim. Öz-özümə fikirləşirdim ki,
görəsən mən nə ata bilərəm? Bu fikirlə internetdə gəzişirdim ki, birdən
diqqətimi o cəlb etdi ki, eyni materialı 4-5 saytda Exclusive adıyla
görürəm. Deməli ya mən exclusive sözünün mənasını bilmirəm, yada bu
“atanşikliyin” yeni bir növü -
Content atışı
adlı, müğənnilər demişkən - yeni kateqoriyasıdır. Onda başımın üstündə
bir lampa yandı ki, bu əsl mən axtarandır. Dedim ki, "mən də
səni alaram blog açaram, məndə bir bəy olaram :) ".... (
ətraflı oxuyun)
Əgər blog sizin də ürəyinizcədirsə, sizin də göstərməli bir şeyiniz(materialınız), yazmağa sözünüz varsa qeydiyyatdan keçib “
XƏBƏR YAZ” bölməsindən yazın. Yada e-maillə oxatan_com@yahoo.com adresinə göndərin, məsləhət bilsək yayımlayaq.
Tags: oxatan, oxatan.com, maraqlı, maragli, saytlar, blog, məqsəd, qayə, həfəf, nedir, nədir, atan, atanshik, atanşik
Ətraflı
Fevral 06
Oxu atan: Sadig | Baxılıb: 566 | Bölmə:

University Of Washington’da düzəldilən bu lenslər indiyənə qədər sadəcə dovşanlar üzərində təcrübə edilib və heç bir pis zərər verməmişdir.
Üniversitetin
dediklərinə görə bu lenslər hələlik insan üstü
yaxınlaşdırma özəlliklərini qazandırmasa da istifadə yerləri olaraq
sürücülərin yolda digər avtomobillərlə əlaqəli sürət məlumatlarını ya
da hava şərtlərinin anında gözə yansıtmasında vəya oyun sektorunda
istifadə edilə bileceyini deyirlər. Bundan başqa..... (davamına 1 foto daha atılıb...)
Tags: üniversitet, contact lens, dovşan, kontakt lens, lens, terminator, TexnoBaz, washington, university
Ətraflı
Fevral 06
Oxu atan: Sadig | Baxılıb: 775 | Bölmə:

Sizcə yumurta ilə nə etmək olar.Çinlilər isə yumurtadan necə istifadə
edəcəyini çox yaxşı bilirlər.İnsan ağlı və yetənəyi nələri meydana
gətirir. (davamında 1-2 foto daha atılıb...)
Tags: ağıl, çin, çinli, düzəltmək, meydan, yaxşı, yetənək, yumurta, fərasət, bacarıq, agil, baz.az
Ətraflı
Fevral 06
Oxu atan: Sadig | Baxılıb: 586 | Bölmə:

Fransız dizayner
Jean-Marie Massaud tərəfindən dizayn edilən
Manned Cloud adlı
uçan otel,
40 nəfər sərnişinlə 5,000 km-lik yolu kəsintisiz uça bilir. Normal uçuş
sürəti 130km/saat, maksimum sürəti isə 170km/saat olan
otel, ayrıca restorana, kitabxanaya, idman salonuna ve
spa mərkəzinə sahibdir. (davamında daha 1 foto var...)
Tags: dizayn, fransız, hotel, idman, Jean-Marie Massaud, kitabxana, Manned Cloud, otel, restoran, spa, uçan, baz.az, baz
Ətraflı
Fevral 06
Oxu atan: Sadig | Baxılıb: 727 | Bölmə:
Danielle Sobik‘in dizayn etdiyi qəribə bir
divan. Üzərində oturan çütlərin aralarındakı məsafəyə görə yaxınsa bənövşə, uzaqsa mavi rəngdə olur.
Tags: Danielle Sobik, dəyişdirən, divan, dizayn, rəng
Ətraflı
Fevral 06
Oxu atan: Sadig | Baxılıb: 697 | Bölmə:

Evolta, Guinnes rekordlar kitabına girməyi bacardı. Yaponiya mənşəli
elektronika böyüyü Panasonic, dünyanın ən uzun vaxt ərzində dayanma
gücünə sahib alkalin batereyasını istehsal edərək Guinness rekordlar
kitabına girdi. Panasonic, rekordlar kitabına girməyi bacaran yeni
bateriya “evolution” və “voltage” sözlərini birləşdirərək “Evolta”
adını verdi. Rəqibləri Duracell ve Energizer’ın düzəltmiş olduğu
batereyalardan 20% daha çox dayana bilən Evolta, Panasonic’in bütün
dünyada 700 milyon ədəd satdığı Oxyride batereyalarından da daha çox
vaxt ərzində istifadə edilir.
Tags: alkalin, batereya, duracell, elektronika, energizer, evolta, evolution, guinnes, oxyride, panasonic, rekord, voltage
Ətraflı
Fevral 05
Oxu atan: Sadig | Baxılıb: 813 | Bölmə:

Tələbə bank əməkdaşına onun yerinə imtahan verməsi üçün 20 min funt rüşvət verməkdə təqsirli bilinib.
Britaniyada Azərbaycandan olan 23 yaşlı tələbə Elnar Əsgərov bank
əməkdaşı Jerom Drinə onun yerinə imtahan verməsi üçün 20 min funt
rüşvət verməkdə təqsirli bilinib. "
Turan"ın məlumatına görə, Britaniyanın York şəhər məhkəməsi bu iki şəxsə qarşı iddiaya baxıb.
Ətraflı