Oxatan.com » İstifadəçilər » Sadig

Sadig

Adı:
Qeydiyyat tarixi: 2 Fevral 2008 18:41
Sayta axırıncı viziti: 26 May 2009 23:44
Qrupu: Admin

Reytinqi:
  • 0


Ünvan:
ICQ:
Özü haqda yazdıqları:


Xəbərlərinin sayı: 38
Şərhlərinin sayı: 17 [ Son göndərilən rəylər ]

[ E-məktub yaz ] [ Şəxsi ismarıc ]

May 20

Ustune dinqildat.

Bu yazını yazaraq klaviaturaya ona görə əziyyət verirəm ki, yeni bir " atıcılıq faktı" üzə çıxarmışam. Düzü əgər sizdə mənim ki " əhli-aznet"sinizsə bu xəbər o qədər də təəcüblü olmamalıdır. Amma bu dəfə məni təəcübləndirən "milli atıcılıq" ənənələrinə xilaf çıxılmasıdır. Yəni mentalitetimiz hər sahədə olduğu kimi burda da əldən gedir. Artıq atıcılığıma əcnəbiləri də alət edirik. Konkret ad çəkmək istəməsəm də mən oxu atıb yayı gizlədən Oxatan`lardan deyiləm. Söhbət Artemiy`dən su-istifadə olunmasından gedir. Bizim bu kiv.az kiməsə atmaq istəyir. İndi bilmirəm bu atılmaq istənilən mənim kimi " qara istifadəçidir" yoxsa başqa birisi.. Bir dəfə açılıb bağlanandan sonra yenidən sayt fəaliyyət göstərmək qərarına gəlib deyəsən. Amma bizdə hər şey getdikcə inkişaf eləmək əvəzinə keyfiyyətsizləşdiyi kimi kiv.az da ənənəyə sadiq qalıb. Qurulub bir Wordpress. Həmin bu sözpərəstin də əyninə bir Deluxe Themes`in istehsalı olunan Comfy Magazine şablonu geyindirilib. Bura kimi hər şey aznet ənənələrinə uyğundur. Sözüm onda deyil amma əgər belə bir saytın məşhur dizayn studyası Art Lebedev Studio`ya aid olduğunu iddia eləsən bax olur bu gözünün içinə kimi yalan demək. Çünki hətta mənim belə ağlım kəsir ki, girim həmin studiyanın porotfilo səhifəsinə və yoxlayım görüm orda kiv.az deyilən bir zatdan əsər əlamət varmı? Siz əziyyət çəkib girmədən deyim ki boşuna axtarmayın, yoxdu. Çünki bu adamlar hələ Wordpress`ə şablon geyindirib altından da öz adlarını yazacaq qədər düşməyiblər.
Afərin aznetə.. məndə atanşikəm deyə orda burda öyünürəm.. Adam atanda belə atar..

Tags:

Aprel 20


Çoxdandır oxatanda yazmırdım. Mütəmadi yazarlıq üçün hələki vaxt eliyə bilmirəm. Bəs bu yazını yazmağıma səbəb nə oldu? Bu yazıda onsuzda mənə vaxt itkisinə başa gəlmiş bir hadisə haqqında yazıb ürəyimi boşaltmaq istədim. Onsuzda vaxtımı kifayət qədər aldığına görə yazının bacardığım qədər qısa olmasına çalışacam ki, dəyərli vaxtımı yenə boşuna xərcləməyim...
Yazım tam şəxsi müşahidələrimdən ibarət olacağı üçün tədbiri mənim gözümdən görəcəksiniz. Oxların ucunun şiş və va kor olması yenə də mənim emosionallığımdan asılı olacağı üçün yazımın nə qədər obyektiv olduğunu şübhəli qarşılaya bilərsiniz. Amma bu yazını yazıram ki, mənim kimi o festivalda iştirak edənlər oldusa bəlkə yazıya verəcəkləri şərhlərində mənim pessimest olduğumu və hər şeyin o qədər də pis olmadığını deyələr..
Başlayaq ən başından.. Mən necə olduki bu “CRYSTAL BATIRDILAR” reklam festivalından xəbər tutdum. Günlərin bir günü mənə zəng gəldi ki, bəs biz festival edəcəyik belə filan.. partnyorlarımız arasında belə “ zırpı” təşkilatlar var. Tədbirin tanıtım konfransı “ blatnoy” yerdə olub.. nəsə .. uzun sözün qısası bəlkə sizdə bu tanıtım işinin bir qulpundan tutasınız.. Görünür adamların işi reklam sahəsilə əlaqədar olduğu üçün və mənim də bu sahədə naşılığımdan deyilənlər mənə təsir elədi və mən razılıq verdim.. Aylar keçdi il dolandı.. hərdən izlədiyim qədəriylə tədbir elan elədilər .. Amma həmin vaxtda olmadı.. Sonra həvəsdən düşmədilər və yenə elan elədilər.. Yenə alınmadı.. Sonra yenə elan elədilər.. və sairə və ilaxır.. Bu proseslərin fonunda arabir bizə də zəng edirdilər. Zəng elədilər ki, “bəs festivalda stendlər olmalıdır və stendlərdə partnyorların logosun çap etdirmək istəyirik, bəs bunun üçün 60 AZN lazımdır. Elə həmin məbləği götürəndə sizin tədbirə dəvətnamələrinizi də verərik”. Əslində mən də bu işlərdə naşıyam amma onu bilirəmki nəsə pul istəyəndə telefondan istəməzlər. Hansısa görüş olar və pulu istəmənin səbəbləri əyani şəkildə izzah olunar... Tədbirin vaxtı dəyişildi və yenidən zəng - eyni ssenari. Bu dəfə qiymətdə “endirim” oldu ( bəlkədə qayimə tələb etdiyimiz üçün), 50 AZN. Bu dəfə isə vədd olunan 200-dən çox şirkətin iştirakçı və tədbirin sonunda kokteyl idi..Hətta “bizə göstərdiyiniz dəstəyə görə sizi də təltif etmək istəyirik”dedi.. qulağa xoş gəlirdi.. Hələ mən bilmirəm ki, bu sözlər qulağa xoş gəldiyi kimi təşkilatçılar da mənə “gəlir”mişlər. Festivaldan çıxandan sonra öyrənəckdim ki, sən demə münsiflər heyyətinə dəvət etdikləri bəzi adamlara dəvətnamə belə göndərməyiblər. Nəinki dəvətnamə hətta zəng belə olunmayıb ki, festivalda iştirak etsinlər. Yəqin ki, bizim dəvətnamə alma səbəbimiz 50AZN olubdur...
Beləliklə, 16 aprel.. saat 17:00... Flarmoniya... İçəriyə girirəm.. Qonaqlar üçün ayrılmış qeydiyyat bölməsində özümü qeydiyyata salandan sonra tədbirin başlaması üçün gözləyirəm. Ətrafda reklam sahəsindən olduğunu ehtimal etdiyim insanlar söhbətləşir və tədbirin başlaması üçün gözləyirəm. Hətta bir-iki tanış sima da gördüm, BarcampCaspian`dan tanıdığım. Gözləyirik tədbir başlasın.... gözləyirik.. gözləyirik.. Artıq media da gəlib və hamı gözləyir.. Salonda yerimizi tapıb gözləyirik.. Səhnədə tək bir mikrafon və reklamları nümayiş etdirməli olduğuna ehtimal verdiyimiz proyektorun işıqlandırdığı bir pərdə səhnənin yanında asılıb.. gözləyirik.. gözləyirik.. və gözləyə gözləyə də fikirləşirəm ki, niyə mən söz verilən stendi və bannerləri görə bilmirəm.. sonra yenə gözləyirəm.. yenə gözləyirəm.. gözləyirəm.. Dostumla söhbətləşirik.. gözləyirik.. gözləyirik.. sonra birdən səhnədə əlində mikrafon bir qız peyda olur. Bir-iki saniyə fonoqramanı qovandan sonra axırki ona çatır və oxumağa başlayır.. Deyəsən əvvəl bizi salamlamaq istədi amma mikrafon işləmirdi, fondan fonoqrama da “ağzından vuranda” isə artıq bu fikrindən daşındı. Bir iki mahnı oxudu və tədbirin aparıcısı ortaya gəldi və baş verən gecikməyə görə üzr istəməyə başladı. Sonra bir iki şablon sözdən sonra təşkilatçıları çağırmağa başladı. Bir cavan oğlan gəlib məhlə uşaqları ilə söhbət elədi.. Yəni əgər ümumi bir çıxış eləsəydi yəqin ki, daha səlist və düzgün danışardı. Amma öz-özümə dedim ki yəqin səmimi atmosfer yaratmaq istəyib. Ard-arda insanlar çıxış eləməyə başladı.. Dəstək verənlərin nitqi əsnasında öyrəndik ki, gözümüzün bannerləri axtarması əbəsdir və iqtisadi böhran bu festivala da təsirsiz ötüşməyib. Hətta kimliyi yadımda qalmayıb amma çıxış edənlərdən biri dedi ki, bu qədər diqqəti özləri də gözləmirmiş. Artıq anlayıram ki, gözləntilərim boşdur. Tamaşaçılardan kimsə zala girir bəziləri çıxır.. Tam “səmimi” atmosferdir və hamı istədiyi kimi hərəkət edir. Aparıcı yenə sözü alır və elan edir ki, 8 nominasiyadan 2-də iştirak olmayıb.. bunlardan biri də internet reklamıdır. Bax bu isə məni təəccübləndirmir. Nə başınızı ağrıdım. Növbə nominant reklamlara gələndə isə ard-arda bir neçə nəfəri çağırdılar. Yer tutan reklamlar gecikə-gecikə bayaq qeyd elədiyim pərdədə göründülər..
Gələk mənim üçün ən vacib ana. Elan olundu ki partnyorlar səhnəyə buyursunlar. Məndə keçdim səhnə arxasına. Burda partnyorların çox az qismi var idi. Səhnəyə çıxdıq və təşkilatçı bizi “diplomla təltif elədi”. Diplomun keyfiyyətindən filan danışmayacam, dəyməz... Maraqlı olan isə o idi ki, diplomları verərkən elə səhnədəcə səhnəyə çağrılmışların hansı qurumu təmsil etdiyini soruşub əlindəki diplomlar toplusundan axtarmağa başladı.. Günahı isə gəlməyən partnyorların üzərinə atdı.. ( belə olacağını bilsəydim məndə getməzdim) Görəsən başqa cür etmək olmazdımı.. Əgər yazımın əvvəlində yazdığım yadınızdadırsa kimlərin hansı qurumu təmsil etdiyini öyrənmək üçün qeydiyyatdan keçmişdik. Onsuzda səhnə arxasında o qədər də qızğın iş getmirdi.. həmin siyahı ilə kimlərin gəldiyini müəyyən edib gələnlərin diplomların ayırd etmək olmazdımı? İndi isə bu yazının yazılmasına səbəb olan həmin andan danışım. Diplomların təltiifi zamanı deyəsən hər partnyora bir tanıtım uydurulmağa çalışılmışdı ki, bizə söylənilən də o oldu ki, “guya biz bu festival barədə eşidəndə özümüz axtarıb tapıb əməkdaşlıq təklif eləmişik”.. Yazımın əvvəlində isə mənim bu festival barədə necə eşitdiyimi ətraflı nəzərinizə çatdırdım.. Məşədi İbad demişkən “mənə meymun dediyin bəs deyil hələ bir diplom da verirsən?”..
Bu təltif bitər-bitməz səhnədən enən kimi tədbiri tərk etdim.. Sonra nə olub olmaması kokteylin baş tutub-tutmamasını bilmədim.. Yol boyu isə fikirləşdiyim o oldu ki, bu festivalda öz reklamını “yarışdırmaq” istəyənlər “giriş haqqı” ödəməli idi. Parnyorlardan da olmayan banner üçün pul istənilib. Yəqin ki, festivala dəstək olan qurumlardan da ( orada adı çəkilənlərdən yadımda qalanlardan biri “İrəli”) maddi dəstək alınıb bəs bu festival hanı? Hətta festivaldan sonra media nümayəndələridə məlumatlandırılmadı nəticələr barədə - heç bir press–reliz yayımlanmadı.
Yəni ki, reklam festivalını batırdılar.. Batırdılar reklam festivalını.....
Qeyd edimki, tədbirin partnyorları arasında Mak.az`da var idi ( çox uğurlu və hörmətə layiq proyektlərdən biri ). Mak.az`dan Məmməd Kərimov Tədbir zamanı təşkilatçılara kömək etmək üçün də xeyli əziyyət çəkdi. Ancaq bir nəfər nə qədər zəhmət çəksədə bu böyük tədbir üçün kifayət etmir. Fikrimcə bu tip bir tədbiri təkcə Mak.az etsə idi bundan qat-qat daha yaxşı və maraqlı alınardı. Sonda isə tədbirdə tək maraqlı məqamın video yazısını yerləşdirirəm.

Tags:

Yanvar 12

alt
Uzun zamandır blog yazmamağıma baxmayaraq oxuduğum bu məlumat məni blog yazmağa həvəsləndirdi. Sən demə dünyanın ən yaxşı işi də bizim sevimli kompüterlərlə bağlıdır. Daha dəqiq desək blog yazmaqdır. Təsəvvür edin ki, sizə iş təklif edirlər ki, 2 həftədə bir blog yazısı yazmalısınız. İşin müddəti isə 6 ay çəkəcək. Üstəlik maaşda az məbləğ deyil: 150 min dollar. Ancaq hər işin tələbləri olduğu kimi bu işin də tələb etdiyi bəzi keyfiyyətlər var. Birincisi siz gərək İngilis dilində biləsiniz ikincisi isə gərək üzməyi bacarasınız..

Cənnətə işçi axtarılır...
Söhbəti uzatmadan əsas məsələyə keçirəm. Bu işi bu qədər qeyri-adi və dünyanın ən yaxşı işi edən nədir?
Cənnət bir adada yaşayıb iki həftədə bir blog yazacaq işçi axtarılır. "Dünyanın ən yaxşı işi" olaraq təyin olunan işə müraciət etmək üçün sizdən tələb olunansa ingilis dilini bilmək və üzməyi bacarmaqdır. İşə başlama tarixi isə 1 İyul 2009-dur.
Təsəvvür edin iş saatlarınızı özünüzün təyin edə biləcəyiniz iş müqabilində altı ay üçün ödənəcək ödəniş isə 150 min dollardır. İşçinin məsuliyyətlərinə gəldikdə isə, həmin adam 6 ay boyunca yaşamalı olduğu adanın zibilini yığmalı, yarpaqları təmizləməli və hovuzu təmiz saxlamalıdır. Bundan başqa işə götürüləcək işçi adanın ətrafındakı 600-ə qədər mərcan adasının həm su üstü həm də sualtındakı gizli yerlərini kəşf edib, tapdıqlarını fotoşəkil və video çəkilişləri ilə iki həftədə bir internetdə yerləşdirməlidir.
İş elanını verən Tourism Queensland tərəfindən "Dünyanın ən yaxşı işi" deyə təyin olunan işə götürülən adam eyni zamanda kirayə haqqı vermədən 80 m yüksəkliyindəki bir yamaca tikilmiş və sentyabr aylarında donqar balinaların köç etdikləri mavi okeana baxan 5 milyon dollarlıq bir villada qalacaq. Həmin xoşbəxt işçi iki ədəd qonaq otağı və möhtəşəm mənzərəli hovuzu da olan villada istər dənizin o biri sahilindən gələn yaxınlarını istərsə də adanın marina barında kokteyl içərkən tanış olduğu turist qonaqlarını yola verə biləcək.
Namizədlər 22 Fevrala qədər www.islandreefjob.com internet saytına bu işin niyə məhz ona verilməli olduğunu izah etdikləri 60 saniyəlik bir video ilə müraciət edə biləcəklər.
"Ada baxıcısı" Hamilton Adasında yaşayacaq. İşə götürüləcək işçinin üzmə bilməsi və 1 İyuldan etibarən də Avstraliyanın tropik Whitsundays bölgəsində olan Hamilton Adasında yaşamağı qəbul etməsi lazımdı.

Tags:

Sentyabr 07

Ustune dinqildat.

Çoxdandır yazmağa tənbəllik edirdim. Görünür “köhnə Oxçu”nun yazılarından sonra qonşudan qalma dala prinsipi ilə məndə də yazmaq istəyi oyandı. Yazımın mövzusu isə yeni açılması nəzərdə tutulan bir saytla bağlıdır. Saytın açılacağı barədə xəbəri oxuyandan sonra sizinlə də paylaşmaq istədim. Həm də bir növ araşdırma aparmaq istədim ki, bəlkə sizlərdən kimdəsə sayt barədə, ideya müəllifləri barədə məlumat ola. Hələki saytda olacaq bölmələr barədə, strukturu və xidmətləri barədə heç bir məlumatım və təsəvvürüm yoxdur. Bildiyim yeganə saytın nəzərdə tutulan URL`dur. Saytın adının YUMROO – www.yumroo.az olması planlaşdırılır. Baxmayaraq ki, saytın ideya müəllifləri kifayət qədər iddialı fikirlər bildiriblər, mənim sayt barədə fikirlərim “sual” işarələrindən ibarətdir. Düzünə qalsa bu yazını yazmağıma da səbəb müəlliflərin iddialı fikirləri oldu. Bildiklərimi sizinlə də bölüşmək üçün oxuduğum xəbəri olduğu kimi Oxatan`da da yerləşdirirəm:

В Азербайджане создается новая глобальная Интернет система.
Уже продолжительное время в стране распространяются слухи о продвижении крупного Интернет проекта. Многие эксперты в области Интернета неоднократно высказывали мысли о возможности создания неких подобий глобальных проектов в Азербайджане, упоминая при этом всемирно известные системы электронных почт, поисковиков и даже популярный youtube (передача изображения посредством Интернета). По полученной первичной информации, в настоящее время идет подготовка к презентации национального Интернет портала.

Как известно, самым сложным моментом в начале деятельности любого ресурса является выбор имени адреса. По предварительным данным, национальный портал будет носить название YUMROO – www.yumroo.az, что напоминает всемирно известную поисковую систему Yahoo!. Кроме понятия окружности, авторы проекта заложили свое понимание в название портала, которым они обещают поделиться во время презентации. Как стало известно, в распоряжение пользователей нового портала будут предоставлены многочисленные услуги, среди которых будет много новшеств. Для отечественного Инернета проект обещает быть весьма значимым и амбициозным, так как планируется полное использование азербайджанского языка, наряду с английскими и русскими и другими версиями сайта.

Конечно же, продвигать национальный портал в рамках одной страны в современных реалиях очень сложно, или же вовсе невозможно. Мы были свидетелями появления таких российских порталов, как mail.ru, rambler.ru, yandex.ru, но следует помнить, что популярность данных порталов проходила по мере распространения Интернета в России. Что касается Азербайджана, национальный портал должен быть настолько интересным, чтобы им начали пользоваться и за пределами страны, стать брендом для всех азербайджанцев. Следующим аспектом увеличения пользователей портала может выступить целевой регион, которым может выступить Южный Кавказ, Восточная Европа или же Центральная Азия.

По мнению авторов, ответы на эти вопросы будут даны в ближайшие дни, и каждый азербайджанец в скором времени сможет гордиться своим национальным порталом. Нам же остается только ждать и надеется на это.


Tags:

İyul 01

Ustune dinqildat.

Yenidən kompüter arxasında oturub yazmaq imkanına sahib olmaq təsəvvür etdiyimdən daha yaxşı bir hiss imiş. Bütün oxucuların bura mənim şəxsi həyatımdakı problemləri oxumağa gəlmədiyini çox yaxşı bilirəm, odur ki, əgər yazmağa başlamışamsa gərək nəsə yeni bir xəbər verim. Düzü budəfəki xəbərim elədə təəcübləndirici bir yenilik barəsində deyil. Sadəcə yeni açılmış bir sosail şəbəkə barəsində məlumat verəcəm. Bu sosial şəbəkənin "aznet"lə də o qədər əlaqəsi yoxdur, sadəcə bu yaxınlarda əlimə keçən birr press relizdir. Daha konkret desəm "Cisco"nun Azərbaycandakı flialının yaydığı bir məlumat. Birinci əldən məlumatı daha aydın anlamaq mümkündür fikrimcə. Maraqlıdırsa ətrafııdan oxuyun...

Tags:

May 16

Ustune dinqildat.

Direct Marketing Association agentliyinin araşdırmasında deyilir ki, reklam kampaniyasında Web 2.0 alətlərindən istifadə olunması, brendi daha da məhşurlaşdırır və onun satışını artırır.
DMA təhlilçilərinin sözlərinə görə, Web 2.0 aləti, özlərinin nisbi yeniliklərinə baxmayaraq çox vaxt reklamçılar tərəfindən istifadə olunur.
Sorğuda iştirak etmiş marketoloqların 84%-i Web 2.0 alətindən brendin tanınması üçün, 83%-i isə satışı yaxşılaşdırmaq üçün istifadə etdiklərini bildiriblər. Təhqiqat zamanı DMA mütəxəssisləri, birbaşa marketinqlə məşğul olan 160 marketoloqun fikrini örgəniblər.

Tags:

May 16

Ustune dinqildat.

Bu haqda bu "gün səhər" qəzetdə oxudum:  34 yaşlı ingilis Pol Osborn həyat yoldaşı Şeronu xəyanətdə ittiham edərək onu evdən qovub. O, Şeronun elektron poçtunu yoxlayarkən onun öz iş yoldaşına yazdığı məktubları tapıb. Bu xanım məktublarında həmkarını sevdiyini iddia edirmiş. Ona görə də Pol 14 ildir birlikdə yaşadığı və iki uşağının anası olan qadını qovmaq qərarına gəlib. Amma Bakinhemşir qraflığında yaşayan qısqanc ərin ürəyi bununla soyumayıb. O, öz arvadını İnternetdə hərraca qoyub. “Yalançı və ərinə xəyanət edən qadına kim daha çox pul təklif edə bilər” sualını İnternetə yerləşdirən Pol az qala milyonçu olubmuş. Çünki onun arvadına 500 min funt (milyon dollara yaxın) məbləğ təklif edən varmış. Lakin Şeron işləri korlayıb. O, ərinə xəyanət etmədiyini bildirib və həyat yoldaşını bu hərəkətinə görə məhkəməyə verib.

Tags:

May 11

OxatanAparılmış tədqiqat kompyuter kibordlarında milyonlarla bakteriyanın olduğunu müəyyən edib. ( red. kibord - keyboard - klaviatura )
Bunlar mədə ağrıları və soyuqdəymənin mümkünlüyünü xeyli artırır.
Britaniya İstehlak Təşkilatı tərəfindən aparılan tədqiqat bəzi kibordlarda bakteriyaların sayının, tualet oturacağından çox olduğunu göstərib.
Londonlu mikrobioloqlar deyirlər ki, ofis işçiləri kompyuterdən şərikli istifadə edərək, bir-birini yoluxdura bilərlər.
Kibordların mütəmadi şəkildə spirtli salfetkalarla silinməsi bakteriyanın sayını xeyli azalda bilər.
2004-cü ildə Arizona Universitetinin apardığı tədqiqat ofis avadanlığında, ələxüsus telefon, kibord və siçanlarda mikrobların tualetlərdən 400 dəfə çox olduğunu aşkar etmişdi.

Tags:

May 09

Ustune dinqildat.

Sizə kimdən deyim, nədən danışım, biri var imiş biri yox imiş internet reklam var imiş.
Bu internet reklam deyilən zad Aznetdə elə gah varmış, gah yoxmuş kimi bir təəssürat yaradır. Hazırda internet reklamın “barını” əsasən AzRunet yeyir. Bu yaxınlarda bu AzNet termini üzərində baş sındırdıqlarını eşitdim. Sən demə forumların birində əməlli başlı bu barədə baş sındırıblar. Amma AzNetin yalnız Azərbaycandilli resurslardan ibarət saytlar icması olduğunu hesab etsək (əslində bu AzNet məsələsi qurdaladıqca uzanan bir məsələ olduğundan mən mətləbdən uzaqlaşmamaq üçün çox qurdalamadım) onda bu reklam məsələsi AzNet üçün əsl problemdir. (biraz uzun-uzadı oldu, ətraflıdan oxuyun)

Tags:

Aprel 27

Ustune dinqildat.

İşlərə görə o qədər də aktiv yazarlıq nümayiş etdirə bilmirəm. Bəlkə də çoxlarınız artıq bu yazını (məlumatı) oxuyub və ya görüblər ancaq mən bu yazını yeni əldə edə bildim. Netty`nin yeni press relizidir. Yenə inkişafdan və uğurlardan bəhs olunur. Bir az uzundur ona görə ətraflı`da yerləşdirdim.

Tags: