Oxatan.com

Aprel 14

Bu gün Rəşad`dan yeni domain adının istifadəyə verildiyini eşitdim. Bu yeni domain .TEL olaraq fəaliyyət göstərəcək. Eşitdikdən sonra Oxatan`da yazmaq üçün bir az araşdırma etdim. Domain mart ayının sonlarına doğru fəaliyyətə başlayıbdı ( Barcamp`a başımız qarışdığından, fərqinə varmamışam) . Deyilənə görə, mart ayının 24`ündən artıq domaini almaq mümkün olubdur. Domainin adını əvvəl eşidəndə fikirləşdimki .mobi kimi mənasız bir domainə alternativ olaraq çıxarıblar. Düşündüm yəqin bunu da alıb mobil sayt qurmaq olar. Ancaq araşdırmadan sonra məlum olduki bu domainin işləmə prinsipi bir qədər fərqlidir. Bu sadəcə virtual vizitkar kimi istifadə etmək üçün domain adıdır. Elə tanıtım reklamında da bunu görmək olar.
Domain necə işləyir?
Bir .tel domain adının digər domain adalarından fərqləndirən, insanın (ya da şirkətin) əlaqə məlumatlarını, hər yerdən istifadə edilə bilən bir dns üzərindən birbaşa olaraq saxlamasıdır. Bu vəziyyət, digər TLD`lər üçün tipik DNS istifadəsinin tam əksinədir. .Tel domainlerde, DNS yalnız, domain adları və IP ünvanları arasında bir xəritələməni təmin edər.

.Tel domain adı ilə bir veb saytı meydana gətirmək mümkündurmü?
Bu mümkün deyil. .Tel domain adı işləyişinə görə, qeydiyyat edənləri veb saytlarını fərdiləşdirərək .tel sahəsinə girməsinə icazə vermir. Bütün .tel domainleri əlaqə məlumatlarını göstərən bir səhifədə saxlanılır. Bu bir növ vizit kart funksiyasını yerinə yetirən bir sayt olur. Yəni virtual vizit kart.

Qeydiyyat etdirən bir adam bir TEL sahəsinin DNS`ində olan əlaqə məlumatlarını necə idarə edə bilər?
Domain adını müvəffəqiyyətlə qeydiyyat etdirildikdən sonra, qeydiyyat etdirən adama Tel mühafizə platforması üçün istifadəçi adı və şifrəsi göndəriləcək (avtomatik olaraq adamın e-poçt ünvanına). Tel mühafizə platforması, domain sahibinin, əlaqə məlumatlarına, əlavələr etməsində, məlumatları silməsi və ya tənzimləmə etməsinə və bunları birbaşa olaraq DNSə qeyd etməsinə icazə verir. Bu xidmət, domain qeydiyyat ödənişinə daxildir.

.Tel domain adını qeydiyyat əməliyyatı üçün xüsusi texniki şərtlər varmı?
.Tel domain adı minimum 3, maksimum 63 simvoldan ibarət ola bilər. .Tel domaini yalnız İngiliscə həriflərdən meydana gələ bilər. Digər domainlərdən fərqli olaraq .tel domainində rəqəmlərdən istifadə etmək olmaz.

.Tel domainlərini http://telnic.org `dan qeydiyyat etmək mümkündür.


Tags:

Aprel 07

Ötən ay təşkil olunmuş dünya mobil konqresində Yahoo yeni mobil versiyasını hazırladıqlarını bildirmişdi. Artıq yeni versiya hazırdır. Əvəvlki versiyaya görə çox istifadəyə yararlı və keyfiyyətli görsənir. Həm də səliqəlidir. Bu yeniləşmədə təbii ki əsas məqsədr iPhone telefonlarına saytı uyğunlaşdırmaqdır. Budur Yahoo`nun yeni mobile versiyası:
Əvvəl:
Yahoo

İndiki:

Yahoo

Digər bir yeniləşmə isə dünyada ən böyük iki sosial media saytından biri FriendFeed`dəndir. Düzdür bizim internet istifadəçiləri hələ heç sosial media saytlarını düz əməlli kəşf etməyiblər, amma dünyada kifayət qədər özünə yer eləyibdi. Hətta bizim istifadəçilər oyanıb kəşfeliyənə kimi artıq dizaynında dəyişikliklər etməyə başlayıbdı. Yeni versiyanı FriendFeed istifadəçiləri beta.friendfeed.com adresindən sınaqdan keçirməyə başlaya bilərlər.
Yeni Görünüş:
FriendFeed

Yeni görünüş bir qədər twitter`i xatırladır mənə. FriendFeeddə diqqət çəkən ən əhəmiyyətli xüsusiyyət, səhifənin çox-çox daha sürətli şəkildə yeniləşməsidir. FriendFeeddə feedler, şərhlər  və hətta "like"lər belə heç dayanmadan yeniləşir. Xüsusilə şərhlərin bu sürətlə yeniləşməyi, feedler altındakı müzakirələrə çox daha interaktiv və cazibədar edəcəyə oxşayır. Ancaq sizi bu sürət narahat etsə "pause" ilə bunu dayandıra bilərsiniz. Eyni zamanda twitter`də olan bir-iki xüsusiyyətdə əlavə olunubdu. Amma yeni versiya mənim ürəyimcə olmadı. Əvvəla gərəksiz dərəcədə rəngarəngdir. Buna ehtiyyac yox idi. Xüsusiyyətləri yeniləşdirib dizaynı olduğu kimi saxlamaq daha yaxşı olardı. Birdə indiki versiyada "Comments + Likes" və "istifadəçi + Friends" kimi labelləri götürüblər. Mənim ən çox istifadə etdiyim funksiyalardandı bunlar. Heç olmasa bunları yenidən bərpa etsələr pis olmaz. Düzdür URL`a əl ilə yazanda alınır amma bu rahat deyil. İndi isə gözləyək görək yeni versiya nə vaxt tam hazır olub efirə veriləcək.

Tags:

Mart 22

Oxatan.comBu günlərdə qarşıma çıxan saytlardan biri haqqında qısa məlumat vermək istədim. iNetqogal`ı üzv elərkən rastıma çıxdı sayt. TV proqramların olduğu Azərbaycan dilində tvinfo.az adlı saytdır. Çox istifadəyə yararlı saytdır. Təkcə yerli kanallar deyil Azərbaycanda yayımlanan bir çox kanalları əhatə edir. Kabel televiziyalarında yayımlanan türk, rus və s kanalların həftəlik proqramını kanalın yayım dilinə uyğun olaraq əldə etmək mümkündür.
Saytda mənə çatışmayan cəhət kimi görsənən logo`suz olmağı idi. Blog yazısını yazanda istədim logo`sunu yerləşdirim xəbərdə. Ancaq logosu olmadığından saytın screenshotunu yerləşdirməli oldum. Başqa hələki mənfi cəhəti gözümə dəymədi. Onsuzda sırf kontentin aparıcı mövqeyə malik olduğu saytdır. Əgər mütəmadi olaraq yenilənsə və bir az daha çox informasiya əlavə olunsa irəli gedər. Məsələn verlişlər haqqında qısa məlumatlar və ya  filmlər haqqında yazılar, filmin sujet xətti və s.
Əgər TV`ə baxmağa vaxtınız olursa, istifadə etməyiniz məsləhətdir...

Tags:

Mart 20

Oxatan.comDoğurdanda Azərbaycanda internet ucuzlaşsa, və keyfiyyəti yüksəlsə Azərbaycanın interneti də daha çox inkişaf edər. Son ucuzlaşmadan sonra ADSL ilə yaxından tanışlıq etməyə başladıq. Artıq bir vaxtlar yuxu olan Youtube kimi video saytlarından istifadə eidirk, mp3-az.com və s. kimi mp3 yükləmə saytlarına arada baş çəkirik. Getdikcə adam musiqi dinləmək və ya hər hansısa klip`ə baxmaq istəyi, həvəsi yaranır. Elə məhz bundan sonra adamın ağlına öz işini sadələşdirmək üçün ideyalar gəlir. Məsələn musiqi yükləmək üçün girilən saytlarda olan əcaib - qərayib reklamlar can sıxıntısı verməyə başlayır. Hətta qıraqdan baxanı and-amanla inandırmağa çalışırsanki az qalsın mən sadəcə musiqi dinləmək üçün istifadə edirəm buradan ( Köhnə kişilərin sözü olmasın "milli mentalitetimizə zidd olan reklamlar çıxır saytın dörd bir yanından"). Xülasə oturub söhbət zamanı bu fikir ağlımıza gəldiki bəlkə özümüzün işini asanlaşdıraq. Olduqca sadə musiqi və klip axtarıb, tapıb, dinləyə bilək. Beləcə "Qogal" (www.qogal.com) yarandı. Bəs niyə Qogal? - O qədərdə fəlsəfi düşünməyə ehtiyac yoxdur əslində. Musiqi arxivini özümüz yeniləmədiyimiz üçün bu bir növ olurki -"nə yoğurdum nə yaptım hazırca kökə tapdım". Bizdə misaldakı kökəni Qoğal ilə əvəzlədik. Həmdə novruz ərəfəsində daha uyğun olar deyə düşündük. Birdə axı Yahoo`ya oxşar Yumroo`muz var, Google`da oxşar Qogal`ımız olsun.
Sayt da bəsit işləyir. Çoooxlu mp3 və video arxivi olan saytlar üzərindən axtarış edib sizə nəticəyə çatmaq üçün ən qısa yolu verir. Buna görə də sırf axtarış üstündədir sayt. Nə kateqoriya nədə başqa bir bölmə var. Ancaq musiqi axtarış sistemi kimi bir saytdır. Axtarın, tapın və dinləyin. Amma sayt hələki "beta" versiyadadır. Soradan fikrimizə gəldiki mahnı sözləri də axtarmaq imkanı əlavə etsək pis olmaz. Amma hələki bu fikrimizə gəlib elə orada da qalıb, bir müddət sonra ümid edirik ki reallaşar. Burada bizi sadəcə bir şey məyus ediriki bu ən "qeyri-qanuni" axtarış sistemidir. Ona görədə düşünürük ki, musiqiləri yükləmək sadəcə bunun qeyri-qanuni olmadığı bəzi ölkələrdə aktiv olsun. Digər yerlərdən isə sadəcə dinləmək və izləmək...
Hə, biz bunu etmiş olmaqla yeni bir şey ixtira etməmişik. Hətta fikir ağlımıza gəldikdən sonra araşdırdıqda gördük ki bənzər servislər var. Sadəcə özümüz üçün ən rahat olduğunu düşündüyümüzü etdik. Ümid edirəmki kim isədə istifadə etsə onun işinə yarayacaq. Onu da qeyd edimki, sayt FireFox internet səyyahında daha mükəmməl işləyir. Opera və Chrome`da da istənilən nəticəni almaq olar. Ancaq bu Explorerdə mümkündürki bəzi problemlərə qarşılaşmaq ehtimalı yaşansın. Budakı yeni texnologiyanı izləməyən Microsoft`un günahıdır. Görülən xətaları bildirsəniz sevinərik.


Tags:

Mart 20

Oxatan.comBu gün "Novruz Bayramı"dır. Bütün Azərbaycanlıları və bu bayramı qeyd edən bütün türk dünyasını təbrik edirəm. Azərbaycan xalqına nə xoş diləklər, arzular varsa hamsını arzu edirəm.
Mənə bu bayramda ən çox surpriz olan və ya belə deyimki ən çox bayram hədiyyəsi olan, friendfeed`in logosunda Novruz Bayramının atributlarının əks olunduğunu görmək oldu. Əksərən bu tip bayram logolarını Google`da görməyə alışmışdım. İlk dəfə Novruz Bayramını belə mötəbər xarici saytın qeyd elədiyinin şahidi oldum. Ümid edirəmki gələn ildə Google`da görərik.

P.S. Əgər mövzu ilə əlaqəli ətraflı məlumat əldə etsəm yazıya əlavə edəcəm...

Tags:

Mart 16

Ustune dinqildat.

Son günlərdə "BarCamp Caspian"a hazırlıq və digər işlərə görə təəssüfki çox vaxt edib blogda yaza bilmirəm. Barcamp demişkən, artıq sona yaxınlaşılır. Barcampla bağlı bir çox işlər görülüb, mətbuat konfransı, universitetlərdə MiniBarlar keçirilir. Bir çox mötəbər xarici qonağın gəlməyini də gözləyirik.
Barcampa görə bu il Netty ikinci plana düşübdü nəzərimdə. Onsuzda Netty`ni əsasən yeni servisin tanıtılması məqsədilə istifadə edib hər hansı yeni bölməni üzv edirik. Bu dəfədə ənənəyə sadiq qaldıq demək olar. Keçən il Oxatan`ı üzv eləmişdik. Bu ildə sadəcə news.xazar.com`u tanıtmaq məqsədi ilə üzv etmişik. Nəsə mənə elə gəlirki bu il Netty`ə bir qədər maraq azalıbdı. Bəlkə də bu il Barcamp`a daha çox baş qoşmuşam ona görədir dəqiq bilmirəm. Adətən Netty mükafatı ərəfəsində reytinq sistemlərinə ( ilk10 , inet və s. ) üzv olmayan saytları burada görmək mümkün olurdu. Bir qayda olaraq bu tip yeni maraqlı saytlarla qarşılaşırdım. Ancaq bu il hələki yeni gördüm deyə biləcəyim bir sayta rast gəlmədim Netty`də.
Netty demişkən, artıq bu Oxatanla gördüyümüz ikinci Netty mükafatıdır. Keçən il blog`da yazmağa başladıqdan qısa zaman sonra Netty barədə yazılar yazmağa başlamışdıq. Yəni Oxatan`ın açılmasından da 1 il ötür artıq. Keçən il fevralda başlayan bloqçuluq macərası 1 ili ötüb keçdi. İlk əvvəl yazmağa başlayanda daha aktiv idik. Hesab edirəmki bu da təbiidir. İlk başda adamın ürəyində yığılıb qalmış bir xeyli sözü olur və bu yığılmış fikirləri daha tez-tez işıqlandırır. Vaxt keçdikcə isə düşündüklərimizi təkrarlamamaq və yeni düşüncələri bölüşmək istəyinə görə artıq ilk vaxtdakı kimi tez-tez yaza bilmirik. Hətta blogu ilk yazmağa başlayanda fikirləşməmişdik ki, ancaq xüsusi maraq sahəsinə aid yazılar yazarıq. Elə gündəli düşüncələr və müxtəlif hadisələrə olan reaksiyalarımızı yazırdıq. Ancaq getdikcə həm oxucu kütləsi, həm də şəxsi maraq dairəsi blogun internet və texnologiya sahəsində olmasına gətirib çıxardı. Bundan sonra çalışacağıqki daha tez-tez fikirləri bölüşək. Daha çox istərdimki internet sahəsində daha çox məlumatlı və bu sahənin içindən olan bir neçə nəfər daha yazsın blogda. Ümid edirəm ki, bu da olar...

Tags:

Mart 04

Ustune dinqildat.

Mart ayında Azərbaycanda ilk dəfə keçiriləcək Barcamp`ı dəstəkləyənlər artır.
Xəbər verdiyimiz kimi, 27-29 Mart tarixlərində Bakıda, Qafqaz Universitetində "Barcam Caspian 2009" adlı İnformasiya texnalogiyalarına aid qeyri-konfransı keçiriləcək. Tədbirdə yerli İT mütəxəsisləri ilə birgə bir çox xarici qonağın iştirakı da gözlənilir. Artıq tədbirin keçirilmə vaxtı yaxınlaşdıqca ona maraq daha da artır. İndi tədbirin sponsorlarından biri dünyanın tanınmış markası olan "HP"nin Azərbaycan nümayəndəliyidir. Bundan başqa dünyada tanınmış internet səyyahı olan, Azərbaycanda da kifayət qədər istifadə edilən "Opera"nın məxsus olduğu "Opera Software" şirkətidir. Eyni zamanda tədbiri dünyanın və Azərbaycanın aparıcı saytlarıda dəstəkləyir və tədbirin keçirilməsinə köməklik edirlər.
Barcamp konfransı proqramçılar, koderlər, kontent menecerləri və İnternet layihələrində çalışan digər mütəxəssislər, sayt sahibləri və saytları idarə edən admistratorlar, bloggerlər, netvorkçular, müasir media jurnalistləri, internet layihələri hazırlayanlar, eləcə də uğurlu və ya uğursuz İnternet layihəsi tarixinə malik olanlar, layihələrinin reallaşdırılması üçün resurslara ehtiyacı olanlar, eləcə də kadr və tərəfdaş axtarışına çıxanlar, bu sahələrdəki təcrübələrini bölüşməklə yanaşı həm də təcrübə öyrənmək istəyənlər, konfransın əhatəsində olan mövzular üzrə təhsil alanlar, tədris edənlər, eləcə də onlarla dərindən maraqlananlar və  bu sahələrə aid hamı üçün açıqdır.

Tags:

Mart 03

Ustune dinqildat.

Day.az`dan bir məlumat oxudum, .az domain zonasında olan statistika ilə bağlı idi. Yazıldığına görə bu günə kimi .az sonluqlu 8042 domain qeydiyyatdan keçibmiş. Düzdü ortalıqda çox az düz-əməlli sayt olsa da qeydiyyatın sayı çox kimi görsənir. Böyük ehtimallada kim xoşuna gələn domain olanda alırki nə vaxtsa lazımı olar. .Az zonasındakı statitika isə belədir:
.name.az - 1
.pro.az - 1
.biz.az - 6
.co.az - 14
.info.az - 14
.edu.az - 52
.gov.az - 62
.pp.az - 97
.int.az - 101
.net.az - 109
.org.az - 130
.com.az - 502
.az - 6953

Tags:

Mart 03

Ustune dinqildat.

Bu yaxınlarda qarşıma maraqlı bir sayt çıxdı. Həm adresi ilə, həmdə də ideyası ilə, həmdə görünüşü ilə. Mövzunun başlığı isə belə demək olarsa saytın sloqanıdır. Deməli əvvəl başdıyım saytın adresindən. Adresi URL.AZ`dır. Elə funksiyasıda adına uyğundur. Məqsədi odurki, uzun uzadı olan URL`ları sadələşdirib kiçiltsin. Məsələn uzun bir URL:  http://news.xazar.com/az/28582/teymur_r%C9%99c%C9%99bov_erm%C9%99niy%C9%99_qalib_g%C9%99lib.html . Əgər bunun qısalması bizə lazımdırsa onda URL həmin bu saytda qısaltmaq mümkündür. Qısaltdım və oldu http://url.az/3l asan və yadda qalan. Bir də bu tip saytlarda ən sevdiyim xüsusiyyətlərdən biri də daimi nəzarət gərəkdirmir. Sadəcə servisdir və yorucu olmur. Saytın görünüşüdə maraqlıdır. Məşhur lətifənin bir az dəşilmiş formasını sanki canlandırıblar. Elə sloqanıda həmin lətifənin final sözünü xatırladır. Bu saytın ideyasının nə qədər uğurlu olacağını, nə qədər lazımlı servisdir demək çətin olsada, hər halda maraqlı ideyadır və çox sərmayə tələb etmədiyindən hər bir halda uğurlu olacaq. Ümid edirəmki çox uğurl( ar)u olar.

Tags:

Mart 02

Ustune dinqildat.

Milli fayl depozit saytı olan Boxca.com artıq iki ildir ki, istifadəçilərinə xidmət edir. Bu iki il ərzində sürətlə inkişaf edən Boxca.com, İlk10.az reytinq cədvəlinə görə, artıq ən çox istifadə olunan saytlar arasında ilk yerlərdən birini tutur.

Artıq hər gün yüzə yaxın istifadəçinin qeydiyyatdan keçdiyi sayta gündə təxminən 300 – 350 fayl yüklənir. Azərbaycan Internetinin ən böyük fayl hostinq saytı olan Boxca.com artıq 100 minə yaxın fayla ev sahibliyi edir. Saytın istifadəçilərinin ümumi sayı isə 20 mini keçir.

Boxca haqqında daha da çox məlumat əldə etmək üçün ətraflı oxuyun.

Tags: