Oxatan.com » » iNet.az 2.0 oldu.

İyun 07

: iNet.az 2.0 oldu.

Ustune dinqildat.

Bu gün qogal`a baxanda gördümki bu dəfə də inet`in sayğacı digərlərindən geri qalır. Fikirləşdimki yəqin bu dəfədə nəsə server filan problemidir. Onsuzda belə baxanda Azərbaycandakı reytinq sistemləri azı həftədə bir dəfə nəsə problemlə üzləşir. Nəsə, uzun sözün qısası məndə sayta daxil oldumki görüm nə var nə yox. Sən demə sayğac sistemi yenilənibmiş. Düzdü bunlarda yenilənmədə kataloq.net kimi görünüşü tamamilə dəyişdirməyiblər. Görünüş üzərində bir az dəyişikliklər edərək yenidən işlənibdi. Mənə daha çox rusların web 2 dəsti xəttini xatırlatdı. Ola bilsin bəlkədə elə rusların əl əməyi var.
Səhifə isə yeni stildə, yəni .css ağırlıqlı yığılıbdı. Bu çox yaxşı haldır. Azərbaycan internetində belə saytlar çox deyil. Amma I.E 6 üçün saytı uyğunlaşdırmayıblar. Ola bilsinki bunu lazımsız biliblər. Amma internet istifadəçilərinin heç də az qismi bu səyyahdan istifadə etmir. Məsələn Xazar`ın ziyarətçilərinin təqribi 75%-i saytı I.E ilə ziyarət edir və həmin 75% I.E `dən təqribi 45%-i 6-cı versiyasını istifadə edir. Buna görə də hələ də I.E 6`nı nəzərə almaq lazımdır...
Əlavə: Sonradan baxdımki daxili səhifələrdə FireFoxdan baxanda da ora-bura qaçmalar nəzərə çarpır.


Subscribe      Qaynaq - Oxatan.

Tags: inet .az aznet web 2.0

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Təhsil Nazirliyinin saytı yeniləşdirilib`miş.
  • Statistika sistemlərimiz
  • TV proqramlar
  • ilk10.az sayğac sistemi yeniləndi
  • Sayt adında bir blog daha oldu.
  • #1 yazdı: Anar Agayarov




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Azərbaycanın internet resurslarının kataloq və reytinq saytı niyə ruscadir orasını hələ də qana bilmirəm.

    Biri bunu mənə izah eləsin.
       

    #2 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Anar Agayarov,
    izahı mumkun olmayan bir haldır. əmma, artıq bu tip saytlar normal hal alıbdı
       

    #3 yazdı: Emin Huseynov




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Anar Agayarov,

    Hele indi yaxşıdır, evveller Azerbaycan saytlarının 99% rusca idi
       

    #4 yazdı: KoLGe




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Yavaş-yavaş düzələcək :)
    Sualın cavabı məncə, "Rusiya bazarına Azərbaycan saytlarını çıxarmaq üçün sayt ruscadır" :D

    Təbii ki, yuxarıda yazdığımı ciddi yazmamışam.

    Script ruslar tərəfindən yazılıb hər halda, inet.az sahibi də görünür rus dilli veb ustalardandır hansı ki, tərcümə etməyə ərinib...

    http://azerinter.net/ ilə inet.az eyni scripti istifadə edir. Sadəcə azerinternet tərcümə edib :)

    Yoxlamaq üçün səhifələrin source-larını müqayisə edin. Nədənsə bütün struktur linklər eynidir :)
       

    #5 yazdı: AzeriGencleri




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Dizayn bir az yaxshi olub...


    KoLGe
    http://azerinter.net/ ilə inet.az eyni scripti istifadə edir. Sadəcə azerinternet tərcümə edib :)
    ,

    top.bakililar.az-da eyni scriptdi... o problem deyilki:)))))
       

    #6 yazdı: KoLGe




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Salam bir de.

    AzeriGencleri - hec fikir vermemisdim.

    Shaig M - burada sherhler Azerbeycan herflerini desteklemir deyesen ?!

       

    #7 yazdı: wbst




    Qrup: İstifadəçi
    Qeydiyyat: 18.06.2009
    amma qəşənqdir, əvvəlki versiyadan qat-qat. məncə azərbaycanda lider reytinq sistemidir ki daimi öz üzərilərində işləyirlər.

    başa düşmürəm, onların texniki xidmətinə sual verəndə niyə hər dəfə ayrı ayrı adamlar cavab verir. hardasa 4 nəfərdir və birdə əsas administrator - deyəsən ümumi proektin yiyəsi odur onların bu qədər işçisi var? hər halda vaxtlı vaxtında cavab verirlər və çox professional olaraq, halaldır uşaqlara

    səhifənin bəzi brozerlərdə qaçmasını artıq minus gətirmişəm onlara. texniki dəstəkdəncavab verdiər ki hal hazırda sayt tam yenilənməyib, indiki sayt yenilənmə prosesinin 30% guya. və yaxın zamanda artıq yeni funksiyalar və daha veb 2.0 olacaq, onda artıq problemlər olmayacaq. görək də
       

    #8 yazdı: Royal




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    vaxt tapanda bura xeber yerleshdirin. ne vaxtdir yenilenmir
       

    #9 yazdı: asif eminov




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Anar Agayarov,

    Yəqin düşünürlər ki, belə olduqda saytları daha çox reyting qazanacaq. daha çox adam girəcək. dahaş başa düşmürlər ki, bu rusların girməyə saytları çoxdur. Sayt qıtlığı yoxdur onlar üçün. Ondansa təmiz azəri latın grafikasından istifadə olunan bir sayt yaradıb, AzNeti öz başına yığa bilsə, bax, bu əsl uğurdur.

    AzNET-in qarayarası 1. azəri saytların rusca olması, 2. daha çox əyləncə saytlarına üstünlük. AzNetin 90 fazi saytları oxşar mövzulu saytlardır. Hansı saytı açırsan. mp3, shoubiznez, sevgi şəkilləri və s. eyni cür xəbərlər. Bİlirsən niyə? Çünki belə onlara daha az əziyyət düşür. Hər hansı yerdən kopiyalıyıb saytlarında dərc edirlər. Belə olduqda bir günə 10 ayzı da dərc etmək olar. Bununla da dünya dərəbyəlik dünyasıdır deyib, başlayır bir iki dənə öz kimiləri başına yığıb fironluq eləməyə.
       

    Məlumat


    "Ãîñòè" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!