Oxatan.com » Xəbərlərin siyahısı 06.06.2009

İyun 06

Bir neçə müddət əvvəl başlamış Bahooo reklam kompaniyası ayın birində sonlanmış və hansı kompaniyaya məxsusluğu da bilinmişdi. Bu ölkənin aparıcı banklarından olan Unibanka məxsus tizer reklamı idi. Bəzi adamlar reklam davam edən vaxtlarda onun hansısa yahoo bənzəri bir portal filan kimi bir sayt olacağını hesab edirdilər, bəziləri hansısa yeni məhsulun reklamı olacağını düşünürdülər. Amma bu nida sözünün, bank reklamı üçün istifadə olunduğu meydana çıxdı. Hətta kompaniyaya maraqlı sonluq gəldi, vəd edilən mükafatların verilməsi internetdən canlı yayımlandı. Texniki dəstəyi hələ yaranmaqda olan video paylaşım saytı Div.az ( daha tam fəaliyyətə başlamayıbdı, gözləyirik belini dikəldib, fəaliyyətə başlasın onun haqqında da bir-iki kəlmə qaralayaq ) həyata keçiridi. Canlı yayımlanan qalib seçimi deyərdimki Azərbaycanda mənim bildiyim ilk təcrübə idi. Elə ilk olduğuna görədə həm çox uğurlu idi həmdə müəyyən qüsurları gözə dəyirdi... Bəlkədə bu qüsurlar subyektiv fikrin nəticəsidir, ancaq qeyd eləmədən keçmək istəmədim. Məsələn aparıcının danışıq tərzindən və vəziyyətə hakimliyindən naşı olmadığı görsənirdi. Amma elə danışıq tərzindən də nəsə bir qədər bu tip konseptdən daha çox hansısa əyləncəli verlişin aparıcısıymış kimi təsir bağışlayırdı. Belə rolu dildə desəm "ət tökən" aparırdı bir az. Başlanğıcdakı hərəkətləri və telefonda danışığı bunu yazmağıma səbəbdir. Ola bilsinki bu təkcə mənə belə təsir bağışlasın. Digər tərəfdən yayımdan qabaq efir makyajı olmamış kimi görsənirdi. Aparıcının istidən əziyyət çəkdiyi və və üzündə tər damcılarının olduğu hiss olunurdu. Hətta arada əli ilə alnını , üzünü də silirdi.
Digər tərəfdən adlarını oxunuşu zamanı telefon nömrəsini tamamilə səsləndirmək də fikrimcə etik cəhətdən düzgün olmaz. Son 4 rəqəmini və ya sadəcə e-mailini səsləndirmək daha düzgün olardı. Ya da adı çəkilən bütün istifadəçilərlə telefon bağlantısı eləmək olardı.
Gördüyüm bu çatışmamazlıqlar xaricində hesab edirəmki uğurlu kompaniya oldu. Ən azından sonunda qaliblərin bu tərzdə, canlı yayımla seçimi gələcək kompaniyalarda iştiraka da inam yaratdı, və daha çox auditoriya cəlb elədi. İndi isə canlı yayımın video yazısına baxın:

Tags: