Oxatan.com » » Asta atan namərddir..

May 20

: Asta atan namərddir..

Ustune dinqildat.

Bu yazını yazaraq klaviaturaya ona görə əziyyət verirəm ki, yeni bir " atıcılıq faktı" üzə çıxarmışam. Düzü əgər sizdə mənim ki " əhli-aznet"sinizsə bu xəbər o qədər də təəcüblü olmamalıdır. Amma bu dəfə məni təəcübləndirən "milli atıcılıq" ənənələrinə xilaf çıxılmasıdır. Yəni mentalitetimiz hər sahədə olduğu kimi burda da əldən gedir. Artıq atıcılığıma əcnəbiləri də alət edirik. Konkret ad çəkmək istəməsəm də mən oxu atıb yayı gizlədən Oxatan`lardan deyiləm. Söhbət Artemiy`dən su-istifadə olunmasından gedir. Bizim bu kiv.az kiməsə atmaq istəyir. İndi bilmirəm bu atılmaq istənilən mənim kimi " qara istifadəçidir" yoxsa başqa birisi.. Bir dəfə açılıb bağlanandan sonra yenidən sayt fəaliyyət göstərmək qərarına gəlib deyəsən. Amma bizdə hər şey getdikcə inkişaf eləmək əvəzinə keyfiyyətsizləşdiyi kimi kiv.az da ənənəyə sadiq qalıb. Qurulub bir Wordpress. Həmin bu sözpərəstin də əyninə bir Deluxe Themes`in istehsalı olunan Comfy Magazine şablonu geyindirilib. Bura kimi hər şey aznet ənənələrinə uyğundur. Sözüm onda deyil amma əgər belə bir saytın məşhur dizayn studyası Art Lebedev Studio`ya aid olduğunu iddia eləsən bax olur bu gözünün içinə kimi yalan demək. Çünki hətta mənim belə ağlım kəsir ki, girim həmin studiyanın porotfilo səhifəsinə və yoxlayım görüm orda kiv.az deyilən bir zatdan əsər əlamət varmı? Siz əziyyət çəkib girmədən deyim ki boşuna axtarmayın, yoxdu. Çünki bu adamlar hələ Wordpress`ə şablon geyindirib altından da öz adlarını yazacaq qədər düşməyiblər.
Afərin aznetə.. məndə atanşikəm deyə orda burda öyünürəm.. Adam atanda belə atar..


Subscribe      Qaynaq - Oxatan.

Tags: kiv .az

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Rek - lam - lar ....
  • Oxatan nədir? - Atılmışlar...
  • Aznetin “püfff” nöqtələri.
  • Tarkan demişkən “Yakalarsam..Maç-maç” (Eurovision)
  • İnternetdə "Qızlar axtarış kataloqları"
  • #1 yazdı: Ulvi




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Ne desek duzgun cixar bilmirem. Amma qisacasi dusukler desek yeridir mence. Yaxsi ki, hele tema bildiyim bir temadir ve icini colunu yaxsi bilirem. Hele yeqin ki, hec o temanin pulunu da odemeyibler ;) Utanmaz utanmaz da altina yaziblar.
       

    #2 yazdı: wapxana




    Qrup: İstifadəçi
    Qeydiyyat: 9.09.2008
    Yeni qaydadir da :)

       

    #3 yazdı: AzeriGencleri




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Themani veya Wordpress ishletmeleri normaldi ama altina powered yazmaqlari bir az gülünc cixir.
    Hec olmasa Themani götürüb deyishdirseydiler bashqa mesele. Nece var elede qoyublar...
       

    #4 yazdı: Blezx




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    :)
    heç təəccüblənəsi hal deyil :D

    Qarşıdakınımı qoyun yerinə qoyurlar, özlərinimi qoyun yerinə qoyurlar? :D Bir bunu başa düşə bilmirəm :D
       

    #5 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Sitat: AzeriGencleri
    Themani götürüb deyishdirseydiler bashqa mesele. Nece var elede qoyubla

    əslində lap temanı oldugu kimi qoymaları da normaldır. sadəcə altında o yazını yazmaları biyabırcılıqdı
       

    #6 yazdı: thewarrior




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Azərbaycanda hələ başqalarının haqqını qorumaq, müəllif hüquqları, nə bilim lisenziya, başqa başqa söhbətlərin yerləşməsinə çox var. Bu əslində böyük bir mədəniyyətdir. heyf ki, o virtual sivilizasiyaya çatmağımıza hələ çox var :(
       

    #7 yazdı: Emin Huseynov




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    BElke WordPressin dizaynini Artlebedev duzeldib?
       

    #8 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Sitat: Emin Huseynov
    BElke WordPressin dizaynini Artlebedev duzeldib


    yox əshi dizayn deluxethemes.com deyə bir yerindir.
       

    #9 yazdı: Ferhad




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Wordpressin dizaynı? :)))
       

    #10 yazdı: asif eminov




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Bu tema deluxenindir. winked Tanıyıram o kəsi. AzNetdə belə şeylərə çox rast gəlinir.

    Hələ Aznet adminbazları özlərinə sayt açmaqla bilirsən nələrlə fəxr edirlər? Misalçün: Hər hansı bir məqaləni 2-3 saat tər töküb tərcümə edirəm. Onu sayta qoyulası bir hala salıb saytıma yerləşdirirəm. Bəzi anlaşılmaz və müəmmalı sözlərə vikidən və s. yerdən keçid qoyuram. Yazının axırında isə mənbə kimi həmin məqaləni tərcümə etdiyim xarici saytın keçidini.

    Bİr həftə keçən kimi, gogoledə axtarış edəndə eynilə mənim yazımı kopyalıyıb Aznetin bəzi "sayt"ları böyük fəxrlə özlərində dərc edtməyə başlayır... Və ən maraqlı halda odur ki, mən qoyduğum bütün xarici keçidləri saxlayıb, hətta tərcümə etdiyim mənbəni də. Amma ki, tərcümə olunan mənbəyi, yəni ki, mənim saytımdan əsər əlamət belə olmur həmin məqalədə. belay Buna nə deyirlər idi?
    Hələ üstəlik saytın admininə yazanda ki, bu nədir etmisən? Hələ səni borclu çıxardırlar və gəl görüşək və s. kimi Azərbaycan "kişisi" sayağı hədə qorxular da gəlirlər.

    P.s: Mən təzə saytın temasını çoxdan yükləmişdim inetdən. (pulsuz temalardan idi) Səhv etmirəmsə deluxe-nindir bu da. Amma ki, idi deluxe-nin saytına girirsən cəmi 2 dizayn var. Onlar da satılır. Yəni bu temadan əsər əlamtə qalmıyıb. Həm də ki, bu temanın üstündə kalan dəyişiklik etmişəm. Qaralamda ev yiyəsinə keçid versəm də, bu temada ev yiyəsinə keçid verməmişəm. Səbəb də yuxarıdakı "p.s"im. Eləcə yazmışam ki, asif eminov tərəfindən dəyişikliyə uğradılıb. wink Bu nə dərəcədə uyğundur?
       

    Məlumat


    "Ãîñòè" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!