Oxatan.com » Xəbərlərin siyahısı Aprel 2009 İldə

Aprel 30

Ustune dinqildat.

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) dəhşətli hadisə baş verdi. Əvvəla bütün həlak olanlara Allah rəhmət eləsin deyirəm. Yaralı olanlara Allah şəfa versin, hadisəni törədən(lər)ə də Allah lənət eləsin deyirəm.
İndi isə keçim mövzuya: Bu gün baş verən hadisə ilə bağlı istifadəçilər müxtəlif xəbər mənbələrindən məlumat almaq istəyir. Bundan əlavədə xarici xəbər agentlikləri filan məsələni dəqiq öyrənmək üçün internet  resurslara müraciət edirlər.  Buna görə də deyərdimki son günlərdə, hətta nəyinki son günlərdə tarixləri ərzində ən çox istifdəçi eyni anda bu gün xəbər saytlarına daxil olurdular. Buna görə də demək olarki bütün xəbər saytlarının serverlərində problem yaranmışdı, hamsı yüklənirdi. Bu da təbii haldır.Buna hazırlıqlı deyildi heç bir xəbər saytı. Heç terror aktına hazırlıqlı deyildik, qalsınki xəbər saytları belə bir anda onları gözləyən istifadəçi çoxluğuna hazırlıqlı olsunlar. APA, ANS, LENT.AZ, SİA, DAY,AZ və s. olmaqla bütün saytlarda yaşandı bu problem. Bu da o deməkdirki İstifadəçi sıxlığına da saytlarımız hazır deyil. Sora hətta Day.az vəziyyətdən çıxış yolu üçün ən sonuncu yola əl atıbdı, deyirki bəs hacker hücumu olubdu ( DDOS ). Buda lap gülünc səslənir. Gürcüstandakı müharibə vaxtı bəhanə eləmişdilərki bəs guya rus kəşfiyyatı edibdi hücumu indi də bir bəhanədə yoxdurki onun arxasında gizlənələr. Ya bilməməzlikdən belə deyirlər, ya da bundan PR kimi öz lehlərinə istifadə edirlər. Amma server yüklənməyində belə utanılacaq bir şeydə yoxdur heç insafən götürəndə. Hərdən Google addsense`in serveri də , Twitter`in serveri də yüklənir amma onlar elə olduğu kimi deyirlər...

P.S. Təki saytlarda problem istifadəçinin çoxluğu olsun elə ...

Tags:

Aprel 25

Ustune dinqildat.

Bu günün Aznet üçün maraqlı və sensasiyalı xəbərini sabah qalxdıqda twitter`dən öyrəndim. Elə oxuduqdan sonra da dərhal nə baş verdiyini öyrənmək üçün saytı ziyarət etdim. Sayta baxdıqda artıq burada Azərbaycanın mobil internet bazarında lider mövqe tutan Wap.Xana.az saytının "satılır" elanının yerləşdirildiyini gördüm. Xatırladımki ötən il saytın 30%`nin satıldığı ilə əlaqədar xəbər vermişdik. İndi isə elanda saytın tam satışı olacağı deyilir. Yəni belə deyimki ötən ilki satış gəlir məqsədli satış idi. Layihənin daha da böyüməsi üçün atılan addım idi. Ancaq bu dəfəki daha çox layinənin əldən çıxarılmağı üçün edilən satışdır. Layihə rəhbərinin də dediyi kimi bu proyektləri sataraq yeni bir startup üçün maliyyə əldə etməkdir məqsəd. Həmdə elandakı sətirlərdən belə ehtimal etmək olarki satışa səbə bir növ yerli bazara küskünlükdür də. Elandan sitat:

Digər tərəfdən də, ölkənin bəzi mobil operatorları belə bir layihəyə nədənsə biganə yanaşır, nəticədə saytın rəhbərliyi Azərbaycanın Wap bazarında qalıb işlemək və saytı daha da inkişaf etdirmək istəyinden vaz keçmək məcburiyyətinde qalır. Bu səbəbdən, rəhbərlik bu layihəni satmaq fikrindədir.


Tags:

Aprel 20


Çoxdandır oxatanda yazmırdım. Mütəmadi yazarlıq üçün hələki vaxt eliyə bilmirəm. Bəs bu yazını yazmağıma səbəb nə oldu? Bu yazıda onsuzda mənə vaxt itkisinə başa gəlmiş bir hadisə haqqında yazıb ürəyimi boşaltmaq istədim. Onsuzda vaxtımı kifayət qədər aldığına görə yazının bacardığım qədər qısa olmasına çalışacam ki, dəyərli vaxtımı yenə boşuna xərcləməyim...
Yazım tam şəxsi müşahidələrimdən ibarət olacağı üçün tədbiri mənim gözümdən görəcəksiniz. Oxların ucunun şiş və va kor olması yenə də mənim emosionallığımdan asılı olacağı üçün yazımın nə qədər obyektiv olduğunu şübhəli qarşılaya bilərsiniz. Amma bu yazını yazıram ki, mənim kimi o festivalda iştirak edənlər oldusa bəlkə yazıya verəcəkləri şərhlərində mənim pessimest olduğumu və hər şeyin o qədər də pis olmadığını deyələr..
Başlayaq ən başından.. Mən necə olduki bu “CRYSTAL BATIRDILAR” reklam festivalından xəbər tutdum. Günlərin bir günü mənə zəng gəldi ki, bəs biz festival edəcəyik belə filan.. partnyorlarımız arasında belə “ zırpı” təşkilatlar var. Tədbirin tanıtım konfransı “ blatnoy” yerdə olub.. nəsə .. uzun sözün qısası bəlkə sizdə bu tanıtım işinin bir qulpundan tutasınız.. Görünür adamların işi reklam sahəsilə əlaqədar olduğu üçün və mənim də bu sahədə naşılığımdan deyilənlər mənə təsir elədi və mən razılıq verdim.. Aylar keçdi il dolandı.. hərdən izlədiyim qədəriylə tədbir elan elədilər .. Amma həmin vaxtda olmadı.. Sonra həvəsdən düşmədilər və yenə elan elədilər.. Yenə alınmadı.. Sonra yenə elan elədilər.. və sairə və ilaxır.. Bu proseslərin fonunda arabir bizə də zəng edirdilər. Zəng elədilər ki, “bəs festivalda stendlər olmalıdır və stendlərdə partnyorların logosun çap etdirmək istəyirik, bəs bunun üçün 60 AZN lazımdır. Elə həmin məbləği götürəndə sizin tədbirə dəvətnamələrinizi də verərik”. Əslində mən də bu işlərdə naşıyam amma onu bilirəmki nəsə pul istəyəndə telefondan istəməzlər. Hansısa görüş olar və pulu istəmənin səbəbləri əyani şəkildə izzah olunar... Tədbirin vaxtı dəyişildi və yenidən zəng - eyni ssenari. Bu dəfə qiymətdə “endirim” oldu ( bəlkədə qayimə tələb etdiyimiz üçün), 50 AZN. Bu dəfə isə vədd olunan 200-dən çox şirkətin iştirakçı və tədbirin sonunda kokteyl idi..Hətta “bizə göstərdiyiniz dəstəyə görə sizi də təltif etmək istəyirik”dedi.. qulağa xoş gəlirdi.. Hələ mən bilmirəm ki, bu sözlər qulağa xoş gəldiyi kimi təşkilatçılar da mənə “gəlir”mişlər. Festivaldan çıxandan sonra öyrənəckdim ki, sən demə münsiflər heyyətinə dəvət etdikləri bəzi adamlara dəvətnamə belə göndərməyiblər. Nəinki dəvətnamə hətta zəng belə olunmayıb ki, festivalda iştirak etsinlər. Yəqin ki, bizim dəvətnamə alma səbəbimiz 50AZN olubdur...
Beləliklə, 16 aprel.. saat 17:00... Flarmoniya... İçəriyə girirəm.. Qonaqlar üçün ayrılmış qeydiyyat bölməsində özümü qeydiyyata salandan sonra tədbirin başlaması üçün gözləyirəm. Ətrafda reklam sahəsindən olduğunu ehtimal etdiyim insanlar söhbətləşir və tədbirin başlaması üçün gözləyirəm. Hətta bir-iki tanış sima da gördüm, BarcampCaspian`dan tanıdığım. Gözləyirik tədbir başlasın.... gözləyirik.. gözləyirik.. Artıq media da gəlib və hamı gözləyir.. Salonda yerimizi tapıb gözləyirik.. Səhnədə tək bir mikrafon və reklamları nümayiş etdirməli olduğuna ehtimal verdiyimiz proyektorun işıqlandırdığı bir pərdə səhnənin yanında asılıb.. gözləyirik.. gözləyirik.. və gözləyə gözləyə də fikirləşirəm ki, niyə mən söz verilən stendi və bannerləri görə bilmirəm.. sonra yenə gözləyirəm.. yenə gözləyirəm.. gözləyirəm.. Dostumla söhbətləşirik.. gözləyirik.. gözləyirik.. sonra birdən səhnədə əlində mikrafon bir qız peyda olur. Bir-iki saniyə fonoqramanı qovandan sonra axırki ona çatır və oxumağa başlayır.. Deyəsən əvvəl bizi salamlamaq istədi amma mikrafon işləmirdi, fondan fonoqrama da “ağzından vuranda” isə artıq bu fikrindən daşındı. Bir iki mahnı oxudu və tədbirin aparıcısı ortaya gəldi və baş verən gecikməyə görə üzr istəməyə başladı. Sonra bir iki şablon sözdən sonra təşkilatçıları çağırmağa başladı. Bir cavan oğlan gəlib məhlə uşaqları ilə söhbət elədi.. Yəni əgər ümumi bir çıxış eləsəydi yəqin ki, daha səlist və düzgün danışardı. Amma öz-özümə dedim ki yəqin səmimi atmosfer yaratmaq istəyib. Ard-arda insanlar çıxış eləməyə başladı.. Dəstək verənlərin nitqi əsnasında öyrəndik ki, gözümüzün bannerləri axtarması əbəsdir və iqtisadi böhran bu festivala da təsirsiz ötüşməyib. Hətta kimliyi yadımda qalmayıb amma çıxış edənlərdən biri dedi ki, bu qədər diqqəti özləri də gözləmirmiş. Artıq anlayıram ki, gözləntilərim boşdur. Tamaşaçılardan kimsə zala girir bəziləri çıxır.. Tam “səmimi” atmosferdir və hamı istədiyi kimi hərəkət edir. Aparıcı yenə sözü alır və elan edir ki, 8 nominasiyadan 2-də iştirak olmayıb.. bunlardan biri də internet reklamıdır. Bax bu isə məni təəccübləndirmir. Nə başınızı ağrıdım. Növbə nominant reklamlara gələndə isə ard-arda bir neçə nəfəri çağırdılar. Yer tutan reklamlar gecikə-gecikə bayaq qeyd elədiyim pərdədə göründülər..
Gələk mənim üçün ən vacib ana. Elan olundu ki partnyorlar səhnəyə buyursunlar. Məndə keçdim səhnə arxasına. Burda partnyorların çox az qismi var idi. Səhnəyə çıxdıq və təşkilatçı bizi “diplomla təltif elədi”. Diplomun keyfiyyətindən filan danışmayacam, dəyməz... Maraqlı olan isə o idi ki, diplomları verərkən elə səhnədəcə səhnəyə çağrılmışların hansı qurumu təmsil etdiyini soruşub əlindəki diplomlar toplusundan axtarmağa başladı.. Günahı isə gəlməyən partnyorların üzərinə atdı.. ( belə olacağını bilsəydim məndə getməzdim) Görəsən başqa cür etmək olmazdımı.. Əgər yazımın əvvəlində yazdığım yadınızdadırsa kimlərin hansı qurumu təmsil etdiyini öyrənmək üçün qeydiyyatdan keçmişdik. Onsuzda səhnə arxasında o qədər də qızğın iş getmirdi.. həmin siyahı ilə kimlərin gəldiyini müəyyən edib gələnlərin diplomların ayırd etmək olmazdımı? İndi isə bu yazının yazılmasına səbəb olan həmin andan danışım. Diplomların təltiifi zamanı deyəsən hər partnyora bir tanıtım uydurulmağa çalışılmışdı ki, bizə söylənilən də o oldu ki, “guya biz bu festival barədə eşidəndə özümüz axtarıb tapıb əməkdaşlıq təklif eləmişik”.. Yazımın əvvəlində isə mənim bu festival barədə necə eşitdiyimi ətraflı nəzərinizə çatdırdım.. Məşədi İbad demişkən “mənə meymun dediyin bəs deyil hələ bir diplom da verirsən?”..
Bu təltif bitər-bitməz səhnədən enən kimi tədbiri tərk etdim.. Sonra nə olub olmaması kokteylin baş tutub-tutmamasını bilmədim.. Yol boyu isə fikirləşdiyim o oldu ki, bu festivalda öz reklamını “yarışdırmaq” istəyənlər “giriş haqqı” ödəməli idi. Parnyorlardan da olmayan banner üçün pul istənilib. Yəqin ki, festivala dəstək olan qurumlardan da ( orada adı çəkilənlərdən yadımda qalanlardan biri “İrəli”) maddi dəstək alınıb bəs bu festival hanı? Hətta festivaldan sonra media nümayəndələridə məlumatlandırılmadı nəticələr barədə - heç bir press–reliz yayımlanmadı.
Yəni ki, reklam festivalını batırdılar.. Batırdılar reklam festivalını.....
Qeyd edimki, tədbirin partnyorları arasında Mak.az`da var idi ( çox uğurlu və hörmətə layiq proyektlərdən biri ). Mak.az`dan Məmməd Kərimov Tədbir zamanı təşkilatçılara kömək etmək üçün də xeyli əziyyət çəkdi. Ancaq bir nəfər nə qədər zəhmət çəksədə bu böyük tədbir üçün kifayət etmir. Fikrimcə bu tip bir tədbiri təkcə Mak.az etsə idi bundan qat-qat daha yaxşı və maraqlı alınardı. Sonda isə tədbirdə tək maraqlı məqamın video yazısını yerləşdirirəm.

Tags:

Aprel 14

Bu gün Rəşad`dan yeni domain adının istifadəyə verildiyini eşitdim. Bu yeni domain .TEL olaraq fəaliyyət göstərəcək. Eşitdikdən sonra Oxatan`da yazmaq üçün bir az araşdırma etdim. Domain mart ayının sonlarına doğru fəaliyyətə başlayıbdı ( Barcamp`a başımız qarışdığından, fərqinə varmamışam) . Deyilənə görə, mart ayının 24`ündən artıq domaini almaq mümkün olubdur. Domainin adını əvvəl eşidəndə fikirləşdimki .mobi kimi mənasız bir domainə alternativ olaraq çıxarıblar. Düşündüm yəqin bunu da alıb mobil sayt qurmaq olar. Ancaq araşdırmadan sonra məlum olduki bu domainin işləmə prinsipi bir qədər fərqlidir. Bu sadəcə virtual vizitkar kimi istifadə etmək üçün domain adıdır. Elə tanıtım reklamında da bunu görmək olar.
Domain necə işləyir?
Bir .tel domain adının digər domain adalarından fərqləndirən, insanın (ya da şirkətin) əlaqə məlumatlarını, hər yerdən istifadə edilə bilən bir dns üzərindən birbaşa olaraq saxlamasıdır. Bu vəziyyət, digər TLD`lər üçün tipik DNS istifadəsinin tam əksinədir. .Tel domainlerde, DNS yalnız, domain adları və IP ünvanları arasında bir xəritələməni təmin edər.

.Tel domain adı ilə bir veb saytı meydana gətirmək mümkündurmü?
Bu mümkün deyil. .Tel domain adı işləyişinə görə, qeydiyyat edənləri veb saytlarını fərdiləşdirərək .tel sahəsinə girməsinə icazə vermir. Bütün .tel domainleri əlaqə məlumatlarını göstərən bir səhifədə saxlanılır. Bu bir növ vizit kart funksiyasını yerinə yetirən bir sayt olur. Yəni virtual vizit kart.

Qeydiyyat etdirən bir adam bir TEL sahəsinin DNS`ində olan əlaqə məlumatlarını necə idarə edə bilər?
Domain adını müvəffəqiyyətlə qeydiyyat etdirildikdən sonra, qeydiyyat etdirən adama Tel mühafizə platforması üçün istifadəçi adı və şifrəsi göndəriləcək (avtomatik olaraq adamın e-poçt ünvanına). Tel mühafizə platforması, domain sahibinin, əlaqə məlumatlarına, əlavələr etməsində, məlumatları silməsi və ya tənzimləmə etməsinə və bunları birbaşa olaraq DNSə qeyd etməsinə icazə verir. Bu xidmət, domain qeydiyyat ödənişinə daxildir.

.Tel domain adını qeydiyyat əməliyyatı üçün xüsusi texniki şərtlər varmı?
.Tel domain adı minimum 3, maksimum 63 simvoldan ibarət ola bilər. .Tel domaini yalnız İngiliscə həriflərdən meydana gələ bilər. Digər domainlərdən fərqli olaraq .tel domainində rəqəmlərdən istifadə etmək olmaz.

.Tel domainlərini http://telnic.org `dan qeydiyyat etmək mümkündür.


Tags:

Aprel 07

Ötən ay təşkil olunmuş dünya mobil konqresində Yahoo yeni mobil versiyasını hazırladıqlarını bildirmişdi. Artıq yeni versiya hazırdır. Əvəvlki versiyaya görə çox istifadəyə yararlı və keyfiyyətli görsənir. Həm də səliqəlidir. Bu yeniləşmədə təbii ki əsas məqsədr iPhone telefonlarına saytı uyğunlaşdırmaqdır. Budur Yahoo`nun yeni mobile versiyası:
Əvvəl:
Yahoo

İndiki:

Yahoo

Digər bir yeniləşmə isə dünyada ən böyük iki sosial media saytından biri FriendFeed`dəndir. Düzdür bizim internet istifadəçiləri hələ heç sosial media saytlarını düz əməlli kəşf etməyiblər, amma dünyada kifayət qədər özünə yer eləyibdi. Hətta bizim istifadəçilər oyanıb kəşfeliyənə kimi artıq dizaynında dəyişikliklər etməyə başlayıbdı. Yeni versiyanı FriendFeed istifadəçiləri beta.friendfeed.com adresindən sınaqdan keçirməyə başlaya bilərlər.
Yeni Görünüş:
FriendFeed

Yeni görünüş bir qədər twitter`i xatırladır mənə. FriendFeeddə diqqət çəkən ən əhəmiyyətli xüsusiyyət, səhifənin çox-çox daha sürətli şəkildə yeniləşməsidir. FriendFeeddə feedler, şərhlər  və hətta "like"lər belə heç dayanmadan yeniləşir. Xüsusilə şərhlərin bu sürətlə yeniləşməyi, feedler altındakı müzakirələrə çox daha interaktiv və cazibədar edəcəyə oxşayır. Ancaq sizi bu sürət narahat etsə "pause" ilə bunu dayandıra bilərsiniz. Eyni zamanda twitter`də olan bir-iki xüsusiyyətdə əlavə olunubdu. Amma yeni versiya mənim ürəyimcə olmadı. Əvvəla gərəksiz dərəcədə rəngarəngdir. Buna ehtiyyac yox idi. Xüsusiyyətləri yeniləşdirib dizaynı olduğu kimi saxlamaq daha yaxşı olardı. Birdə indiki versiyada "Comments + Likes" və "istifadəçi + Friends" kimi labelləri götürüblər. Mənim ən çox istifadə etdiyim funksiyalardandı bunlar. Heç olmasa bunları yenidən bərpa etsələr pis olmaz. Düzdür URL`a əl ilə yazanda alınır amma bu rahat deyil. İndi isə gözləyək görək yeni versiya nə vaxt tam hazır olub efirə veriləcək.

Tags: