Oxatan.com » » Novruz Bayramı üçün "Qogal"ımız var

Mart 20

: Novruz Bayramı üçün "Qogal"ımız var

Oxatan.comDoğurdanda Azərbaycanda internet ucuzlaşsa, və keyfiyyəti yüksəlsə Azərbaycanın interneti də daha çox inkişaf edər. Son ucuzlaşmadan sonra ADSL ilə yaxından tanışlıq etməyə başladıq. Artıq bir vaxtlar yuxu olan Youtube kimi video saytlarından istifadə eidirk, mp3-az.com və s. kimi mp3 yükləmə saytlarına arada baş çəkirik. Getdikcə adam musiqi dinləmək və ya hər hansısa klip`ə baxmaq istəyi, həvəsi yaranır. Elə məhz bundan sonra adamın ağlına öz işini sadələşdirmək üçün ideyalar gəlir. Məsələn musiqi yükləmək üçün girilən saytlarda olan əcaib - qərayib reklamlar can sıxıntısı verməyə başlayır. Hətta qıraqdan baxanı and-amanla inandırmağa çalışırsanki az qalsın mən sadəcə musiqi dinləmək üçün istifadə edirəm buradan ( Köhnə kişilərin sözü olmasın "milli mentalitetimizə zidd olan reklamlar çıxır saytın dörd bir yanından"). Xülasə oturub söhbət zamanı bu fikir ağlımıza gəldiki bəlkə özümüzün işini asanlaşdıraq. Olduqca sadə musiqi və klip axtarıb, tapıb, dinləyə bilək. Beləcə "Qogal" (www.qogal.com) yarandı. Bəs niyə Qogal? - O qədərdə fəlsəfi düşünməyə ehtiyac yoxdur əslində. Musiqi arxivini özümüz yeniləmədiyimiz üçün bu bir növ olurki -"nə yoğurdum nə yaptım hazırca kökə tapdım". Bizdə misaldakı kökəni Qoğal ilə əvəzlədik. Həmdə novruz ərəfəsində daha uyğun olar deyə düşündük. Birdə axı Yahoo`ya oxşar Yumroo`muz var, Google`da oxşar Qogal`ımız olsun.
Sayt da bəsit işləyir. Çoooxlu mp3 və video arxivi olan saytlar üzərindən axtarış edib sizə nəticəyə çatmaq üçün ən qısa yolu verir. Buna görə də sırf axtarış üstündədir sayt. Nə kateqoriya nədə başqa bir bölmə var. Ancaq musiqi axtarış sistemi kimi bir saytdır. Axtarın, tapın və dinləyin. Amma sayt hələki "beta" versiyadadır. Soradan fikrimizə gəldiki mahnı sözləri də axtarmaq imkanı əlavə etsək pis olmaz. Amma hələki bu fikrimizə gəlib elə orada da qalıb, bir müddət sonra ümid edirik ki reallaşar. Burada bizi sadəcə bir şey məyus ediriki bu ən "qeyri-qanuni" axtarış sistemidir. Ona görədə düşünürük ki, musiqiləri yükləmək sadəcə bunun qeyri-qanuni olmadığı bəzi ölkələrdə aktiv olsun. Digər yerlərdən isə sadəcə dinləmək və izləmək...
Hə, biz bunu etmiş olmaqla yeni bir şey ixtira etməmişik. Hətta fikir ağlımıza gəldikdən sonra araşdırdıqda gördük ki bənzər servislər var. Sadəcə özümüz üçün ən rahat olduğunu düşündüyümüzü etdik. Ümid edirəmki kim isədə istifadə etsə onun işinə yarayacaq. Onu da qeyd edimki, sayt FireFox internet səyyahında daha mükəmməl işləyir. Opera və Chrome`da da istənilən nəticəni almaq olar. Ancaq bu Explorerdə mümkündürki bəzi problemlərə qarşılaşmaq ehtimalı yaşansın. Budakı yeni texnologiyanı izləməyən Microsoft`un günahıdır. Görülən xətaları bildirsəniz sevinərik.



Subscribe      Qaynaq - Oxatan.

Tags: qogal novruz

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Line.fm - music search engine
  • Yumroo`nun fəaliyyətə başladığını b ...
  • TV proqramlar
  • Google Chrome
  • Ən yaxşı saytlar yoxsa ən pullu?
  • #1 yazdı: Perviz Haciyev




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Tebrikler. Uğurlar arzulayıram
       

    #2 yazdı: Reshid Seferov




    Qrup: Admin
    Qeydiyyat: 5.11.2008
    Perviz Haciyev,
    Cox sagol Yeqinki 2-3 gune mahni soz axtarishi da tam hazir olar
       

    #3 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Sitat: Perviz Haciyev
    Tebrikler. Uğurlar arzulayıram

    təşəkkurlər. inşa Allah gozlədiyimiz nəticəni verər.
       

    #4 yazdı: Perviz Haciyev




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Gün erzinde axtarılan mahni ve kliplerin sehifesini duzeltseniz googlebotlar ucun ela sitemap olar,
       

    #5 yazdı: Reshid Seferov




    Qrup: Admin
    Qeydiyyat: 5.11.2008
    Sitat: Perviz Haciyev
    Gün erzinde axtarılan mahni ve kliplerin sehifesini duzeltseniz googlebotlar ucun ela sitemap olar,

    Ele dunen bu haqda bir xeyli sohbet getdi. Yeqinki bir muddet sonra bunu ederik. Bezi mahnilarin url adressleri dinamik oldugundan bunu etmek bir qeder chetinlesir. Yene de sitemap vacibdi. Cunki daxili sehifeler yoxdur ve ancaq istifadeclerin axtarishlarini indeksletmek olar
       

    #6 yazdı: R,V.




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Tebrikler. mende coxdan (yeni ilk yarandigi gunlerden) tanis olmusam o saytla.Destekleyirem.Artiq bizim qogalimizda var! )) Ugur olsun
       

    #7 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    R,V.,
    dəstəyə gorə cox təşəkkurlər.
    əslində saytla bağlı daha boyuk planlarımız var. indiki versiyası ilkin və sınaq xarakterli versiyadır. işləyə işləyə oz səhvlərimizi və catışmamazlıqlarımızı goruruk.
       

    #8 yazdı: Reshid Seferov




    Qrup: Admin
    Qeydiyyat: 5.11.2008
    Həə artıq qogalın url-ları qısaldıldı. İndi google əmiyə indekslətmək olar =)
       

    Məlumat


    "Ãîñòè" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!