Oxatan.com > , > Cızmaqara

Cızmaqara


Mart 16. Разместил: Shaig M
Son günlərdə "BarCamp Caspian"a hazırlıq və digər işlərə görə təəssüfki çox vaxt edib blogda yaza bilmirəm. Barcamp demişkən, artıq sona yaxınlaşılır. Barcampla bağlı bir çox işlər görülüb, mətbuat konfransı, universitetlərdə MiniBarlar keçirilir. Bir çox mötəbər xarici qonağın gəlməyini də gözləyirik.
Barcampa görə bu il Netty ikinci plana düşübdü nəzərimdə. Onsuzda Netty`ni əsasən yeni servisin tanıtılması məqsədilə istifadə edib hər hansı yeni bölməni üzv edirik. Bu dəfədə ənənəyə sadiq qaldıq demək olar. Keçən il Oxatan`ı üzv eləmişdik. Bu ildə sadəcə news.xazar.com`u tanıtmaq məqsədi ilə üzv etmişik. Nəsə mənə elə gəlirki bu il Netty`ə bir qədər maraq azalıbdı. Bəlkə də bu il Barcamp`a daha çox baş qoşmuşam ona görədir dəqiq bilmirəm. Adətən Netty mükafatı ərəfəsində reytinq sistemlərinə ( ilk10 , inet və s. ) üzv olmayan saytları burada görmək mümkün olurdu. Bir qayda olaraq bu tip yeni maraqlı saytlarla qarşılaşırdım. Ancaq bu il hələki yeni gördüm deyə biləcəyim bir sayta rast gəlmədim Netty`də.
Netty demişkən, artıq bu Oxatanla gördüyümüz ikinci Netty mükafatıdır. Keçən il blog`da yazmağa başladıqdan qısa zaman sonra Netty barədə yazılar yazmağa başlamışdıq. Yəni Oxatan`ın açılmasından da 1 il ötür artıq. Keçən il fevralda başlayan bloqçuluq macərası 1 ili ötüb keçdi. İlk əvvəl yazmağa başlayanda daha aktiv idik. Hesab edirəmki bu da təbiidir. İlk başda adamın ürəyində yığılıb qalmış bir xeyli sözü olur və bu yığılmış fikirləri daha tez-tez işıqlandırır. Vaxt keçdikcə isə düşündüklərimizi təkrarlamamaq və yeni düşüncələri bölüşmək istəyinə görə artıq ilk vaxtdakı kimi tez-tez yaza bilmirik. Hətta blogu ilk yazmağa başlayanda fikirləşməmişdik ki, ancaq xüsusi maraq sahəsinə aid yazılar yazarıq. Elə gündəli düşüncələr və müxtəlif hadisələrə olan reaksiyalarımızı yazırdıq. Ancaq getdikcə həm oxucu kütləsi, həm də şəxsi maraq dairəsi blogun internet və texnologiya sahəsində olmasına gətirib çıxardı. Bundan sonra çalışacağıqki daha tez-tez fikirləri bölüşək. Daha çox istərdimki internet sahəsində daha çox məlumatlı və bu sahənin içindən olan bir neçə nəfər daha yazsın blogda. Ümid edirəm ki, bu da olar...