Oxatan.com » » Çoxdan gözlədiyimiz an - ADSL ucuzlaşdı

Fevral 03

, , : Çoxdan gözlədiyimiz an - ADSL ucuzlaşdı

Ustune dinqildat.

Nəhayət ki çoxdan gözlədiyimiz gerçəkləşdi və ADSL qiymətləri ucuzlaşdı. Düzdü rəsmi göstəricilərə görə 2.5 dəfə ucuzlaşıbdı. Ancaq mən Bakinternet`in qiymətlərinə istinadən deyə bilərəmki bu 2.5 dəfə deyil. Təqribi 45% (50%) qiymətlər aşağı enibdir. Əvvəl Bakinternetin saytında ADSL   modem  qoşulmaqla genişzolaqlı internet xidmətinin limitsiz  tarif paketində 256/256 k bit/s 70 (80) manata idi. İndi isə bu 39 manata olubdur. Əvvəl 39 manata 128/128 kbit/s sürətdə paketdən istifadə mümkün idi. Bəlkədə çoxları gözləyirdiki bu tarif planı 2 dəfə ucuşlanda ayda 20 manat olar. Ancaq Bakinternet artıq həmin tarif paketini siyahıdan xaric edibdi. Yəni yenədə ən ucuz ADSL çəkdirmək istəyən aylıq 39 manat ödəməli olacaq. Sadəcə əvvəlkindən daha sürətli paketdən istifadə edəcək. Amma əlbəttə biz buna da şükür edirik. İndiyənə kimi bu da yox idi. Ümid edirik ki, daha da ucuzlaşacaq.
Buda yeni qiymətlər...


Subscribe      Qaynaq - Oxatan.

Tags: ADSL internet

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Novruz Bayramı üçün "Qogal"ımız var
  • Sorğunun nəticələri.
  • Hesabat - tətil - Mövsüm sonu
  • Xəbəriniz var?!
  • ilk10.az `dan "Sayt qiymətləndirmə" servisi
  • #1 yazdı: Reshad




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Biabırçılıqdır. Qiymət salmaqları (sürəti qaldırmaları) özlərinə qalsın, eyni zamanda özlərinin dediyi kimi, "dünya standartına" keçərək, upload sürətini download sürətindən 4 dəfə az ediblər. Yəni, mənim əvvəlki 256/256 sürətimi indi 512/128 ediblər. Dünən çox yerə zəng edib hay-həşir saldım, dedim istəmirəm 512 download sürətini, bir halda ki, upload-u 128-ə endirəcək. Dedilər nazirliyin göstərişi belə olub, şikayətinizi nazirə ünvanlayın. Bu yerdə, məşhur filmdən bir epizod yadıma düşdü:
    - De görüm Mustafa hanı?!
    - Öz kefindəə...
    İndi də, nazir elə bu dəqiqə mənim upload sürətimin hayında idi. Sabah yenə nazirliyə zəng etməyə çalışacağam. Razıyam, mənim əvvəlki 256/256 sürətimi qaytarsınlar, ayda 70 manatlarını verim. Ya da tarif paketlərində çox seçim qoysunlar. ATS-imizdə başqa provayder fəaliyyət göstərmədiyindən, hələ ki, onların çaldığı havanı oynamağa məcburam. Başqa provayder gələn kimi ona keçəcəyəm.
    Görəsən bu ölkə nə vaxtsa düzələcəkmi?
       

    #2 yazdı: Ajka




    Qrup: İstifadəçi
    Qeydiyyat: 26.11.2008
    Men bilen stream.az da qiymetler ele evvelde bele idi... Bu yaxina onlarda sureti artirdilar hetda. En yaxsisi onlarin xidmetinden istifade etmekde daha serfeli olur
       

    #3 yazdı: asif eminov




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Bu bakinternet lap agini cixardibe!!! bilseydim ki, bizim ATSe bashqa provayderler baxsaydi yaxhsi olardi! Bashqa provayderler Bakinternetin yediyi qleeti yemir hec! bunlar ozunden niye Amerika kesh etmek isteyir?! am
       

    #4 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Sitat: Reshad
    Biabırçılıqdır. Qiymət salmaqları (sürəti qaldırmaları) özlərinə qalsın, eyni zamanda özlərinin dediyi kimi, "dünya standartına" keçərək, upload sürətini download sürətindən 4 dəfə az ediblər.

    həqiqətəndə qiymətləri salmaq deməkdən daha cox surəti qaldırmaq demək daha uyğun olar . yəqin novbəti endirimdədə 256`lıq surət paketi sıradan çıxar...
    Osman muəllimdə deyirki bu qiymətlər belə regiondakı dovlətlərdən 10 dəfə yuksəkdi.
    Bir də 2.5 dəfə əsas internet paylayıcısı ucuzlaşıbmış. Bu qədərdə provayderlərə təsir edirmiş...

    Ancaq buna da sevinməliyik. Ən azından endirimə cəhd var. bu gun mən xətai qovşağına getmişdim xeyli yeni abunəcilər var...

    Sitat: Ajka
    En yaxsisi onlarin xidmetinden istifade etmekde daha serfeli olur


    əksər ATS`lər ancaq dövlər provayderlərini dəstəkləyirlər... ona gorə məhkumuq...

    Sitat: asif eminov
    bizim ATSe bashqa provayderler baxsaydi yaxhsi olardi!

    başqa provayderlərdən də hamsı qiymətləri salana oxşamır. çünki artıq istifadəci loru dildə desək "çox yuk salır" provayderə. ona gorə indiki qiymətlər onları qane edir.
       

    #5 yazdı: Ajka




    Qrup: İstifadəçi
    Qeydiyyat: 26.11.2008
    Shaiq ne oldu xetai telefon qovsaginda qiymetler ne veziyyetdedi? goze carpacaq deyishiklikler ediblermi ? Birdeki bes modemlerin qiymeti nece onlarda ucuzlashibmi ?
       

    #6 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Ajka,
    modemin qiyməti elədə dəlalət eləmir...
    ancaq elə bakinternet dövlət provayderidir... tarifdəki qiymətlərlə eynidir...
       

    #7 yazdı: GEEKbeser




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Buna da şükür. Çox sağol deyin ki, giymetleri artırmayıblar.
       

    #8 yazdı: Rauf




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Salam! ha duzdi qiymatlari artirmasalarda, amma qiymatlar adami asablawdirir, har pravaydir curbacur qiymatlarnan internet cixishi payliyir, demayim odur ki, connekt va ya super online, na isa coxsu qiymatlari sizin bez limitlardan 2 dafa ucuz satir. masalcun connekt 512, satir 30 manata, geca saat 12 dan sora internet qalxmir, super online satir 27 manata 256, gecada intetnet olur 4096 surat olur, an vacibi isa bizim ats 92/37/97 ila bashlyan nomralara coxsunu pravaydirlari icaza vermir.
       

    Məlumat


    "Ãîñòè" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!