Oxatan.com » Xəbərlərin siyahısı 23.01.2009

Yanvar 23

Oxatan.com - Barack Oabama Web 2.0
Dünyanın super gücü ABŞ`ın yeni prezidenti Barack Obama and içərək yeni vəzifəsinə başladı. Yox bu dəfə siyasətdən yazmayacam. Obama`nın texnalogiya ilə əlaqəsindən yazacağam. Ümumiyyətlə bilirik ki, ABŞ və bu kimi yüksək inkişaf etmiş ölkələrdə seçkilərdə namizədləri xüsusi böyük şirkətlər dəstəkləyir, onların təbliğat təşviqat kompaniyaları ilə məşğul olurlar. Bu namizədləri isə bir böyük şirkətin deyil, müəyyən sektorlar dəstəkləyir. Hətta, bu xalq arasında, ara danışıqda onları "filan mafiya" dəstəkləyirdə deyirlər. Mən ağlım kəsəndən ABŞ prezidentləri olaraq Bill Clinton, George-W-Bush və bir də sonuncu Barack Obama`nı görmüşəm. Birinciyə deyirdilərki arxasında "Şou-biznes mafiyası" durur ( hətta özü də saksafon ifa edirdi), ikinciyə "Silah( neft) mafiyası" və nəhayət Obama`ya deyirlərki arxasında "Texnalogiya mafiyası" durur. Hərəsinin isə dövründə təmsil etdiyi sektor öz tərəqqisini yaşadı. Deyəsən indi dünyada növbə texnalogiyanın daha sürətlə tərəqqisi dövrü olacaq. B. Obama seçki kompaniyası zamanıda texnalogiyadan müntəzəm istifadə etmişdi. Onun çıxışlarını mütamadi olaraq YouTube`dan izləmək olardı, etdiyi hər fəaliyyəti Twitter`dən xəbər edilirdi. Nəhayət yeni prezident öz vəzifəsinə də Web 2.0 bir başlanğınc etdi.
Amerikanın  44-cü ilk Afro-Amerikan prezidentinin andiçmə mərasimi internet üzərindən CNN.com`la birgə Joost, Hulu, Ustream.tv və Current.tv`nin açdıqları kanallardan izləndi. Current.tv, Twitter ilə ortaq bir iş görərək and mərasimini "Tweetler" ilə birgə təqdim etdi. Bu sayədə tamaşaçılar canlı verilişi izlərkən Twitterdəki şərhlərdən uzaq qalmamış olacaqlar.  Ayrıca Ustream.tv da mərasimi canlı verilişlə iPhone`larından izləmək istəyənlər üçün bir tətbiq yayımladı.

Seçki dövründə istifadə etməyə başladığı Web 2.0 vasitələri və yeni texnologiyalar ilə, böyük media quruluşları arasında önə çıxan CNN, and mərasimi üçün yenə maraqlı iki tətbiqi həyata keçirdi. Bunlardan ilki Facebook ilə reallaşdırdıqları ortaq iş. Bu sayədə CNN. com üzərindən yayımı izləyənlər yoldaşları ilə və digər Facebook istifadəçiləri ilə şərhlərini və düşüncələrini paylaşmaq imkanı əldə etdilər.

CNN seçki gecəsi istifadə etdiyi hologram texnologiyası ilə könülləri qazanmışdı. Bu səfər də Microsoft ilə ortaq olaraq yenə maraqlı bir texnologiyanı həyata keçirdilər. Microsoftun təmin etdiyi Silverlight əsaslı Photosynth texnologiyası sayəsində, izləyənlərin and mərasimi əsnasında çəkib CNNə göndərəcəkləri fotoşəkillər birləşdirilərək 3D panoramik vizuallara çevrilir. Photosynth, eyni sahənin dəyişik bucaqlardan və məsafələrindən çəkilən fotoşəkilləri bir-birlərinə bağlayaraq, fotoşəkli çəkilən sahənin 3D modelləşdirməsini yarada bilən bir texnologiyadır. Photosynth texnologiyası istifadə edilərək birləşdiriləcək olan fotolar sayəsində Obamanın danışma anı üç ölçülü olaraq CNN.comda yayımlandı.

Görək bundan sonra deyildiyi kimi texnalogiya sahəsində yüksək tərəqqi olacaq ya yox... Ən azından hər kəs kimi ümid eləmək yaxşıdır...

Tags: