Oxatan.com > > Ən yaxşı saytlar yoxsa ən pullu?
Ən yaxşı saytlar yoxsa ən pullu?Yanvar 15. Ðàçìåñòèë: Shaig M |
|
Bu gün mailimi yoxlayanda İKT İnfirmasiya Mərkəzi tərəfindən həmişəki kimi press - reliz maili gördüm. Deyilirdiki guya ilin ən yaxşı saytları seçilibdir:
İKT İnformasiya Mərkəzi 2008-ci ilin ən yaxşı yeni layihələrini elan etdi. İKT İnformasiya Mərkəzinin mövqeyinə əsasən 2008-ci ilin ən yaxşı Internet-layihələri aşağıdakılardır: Azərbaycan Respublikası Prezidentinin məktəblilər üçün İnternet-saytı - http://mektebli.president.az; Milli axtariş portalı - www.yumroo.az; Milli İnformasiya-Məlumat Sistemi - www.navigator.az; Rekrutinq üzrə İnternet-resurs - www.boss.az. Ancaq seçim nə vaxt olub, bu barədə əvvəldən mətbuatda niyə xəbər çıxmayıb bunu məndə bilmirəm. Elə buna görə də çox qeyri - ciddi hesab edirəm bu seçimləri. Saytlardan elə ikisi natamam saytlar olubdu 2008`də. Üstəlik Azərbaycan internetinin mükafatçısı da qeyri Azərbaycan dilində olmasıda elə bir qədər düzgün deyil. Seçim zamanı olan kriteryalar nədir soruşsanız, özlərinin dediyinə görə Seçim İKT İnformasiya Mərkəzinin ekspertlər qrupu tərəfindən 2008-ci ildə İnternetin Azərbaycanın zonasında yaradılan onlarla İnternet-layihələri arasında aparılmışdır. Mərkəzin direktoru Fərid Kazımovun sözlərinə görə, ən yaxşı yeni İnternet-layihələrinin seçimi zamanı başlıca meyar resursların səmərəliliyi, onların .AZ zonasındakı əhəmiyyəti, həmçinin azərbaycanlı istifadəçilər üçün vacibliyidir. “Ümid edirik ki, 2009-ci ildə İnternetin Azərbaycan zonasında keyfiyyəli resursların sayı artacaq. Məhz elə keyfiyyətli İnternet-resurslar, onların çoxsaylı qeyri-peşəkar bənzərlərindən fərqli olaraq, qlobal virtual məkanda ölkənin cizgilərini daha aydın şəkildə nümayiş etdirməyə imkan verir”, deyə İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov qeyd etdi. Qiymətləndirmədə əsas məqsəd ən yaxşı İnternet-resurslarını müəyyənləşdirmək idi. Əslində, saytların hər biri istifadəçinin real və effektiv İnternet-yardımçısı hesab edilə bilər. Məktəblilər üçün Azərbaycan Respublikası Prezidentinin İnternet-səhifəsi - http://mektebli.president.az/ uşaqlara ölkə, dövlət quruluşu, dövlətin rəhbəri və s. haqqında rəsmi məlumatları onların anlaya biləcəyi bir tərzdə almağa imkan verir; www.yumroo.az – Azərbaycan dilində axtarış aparmağa imkan verən ilk milli axtarış sistemidir; www.navigator.az – tamamilə yeni bir texniki səviyyədə müxtəlif məlumatları əldə etməyə imkan verir; www.boss.az – işçilərin toplanılması və iş axtarışı üçün ən effektiv resursdur. Nəsə bu mənə 2008`in ən yaxşı saytlarından daha çox, ən varlı saytları təsirini bağışayır. Aralarından mən Navigatoru fərqləndirərdim. Oda ki, natamam saytdır. Yəni bu informasiyanı yaymağın səbəbi məhz yuxarıdakı saytların adını meidiada hallandırmaq və onlara diqqəti artırmaqdır. Yoxsa elə bir mənası olan seçim hesab etmirəm. Saytlar gah Azərbaycanca deyil, gah da natamam idilər. Bir tək http://mektebli.president.az saytı həm Azərbaycancadır həm də tam fəaliyyət göstərir. Odaki subdomaindir. President.az domaini 2008`dən çox-çox əvvəl fəaliyyətdədir. Yumroo`ya deyilən "milli axtarış sistemi! ifadəsi də elə həqiqətən dırnaqarası deyilməli söz olduğu halda bu seçimə daxil edilibdisə.... |