Oxatan.com » » Ən yaxşı saytlar yoxsa ən pullu?

Yanvar 15

: Ən yaxşı saytlar yoxsa ən pullu?

Ustune dinqildat.

Bu gün mailimi yoxlayanda İKT İnfirmasiya Mərkəzi tərəfindən həmişəki kimi press - reliz maili gördüm. Deyilirdiki guya ilin ən yaxşı saytları seçilibdir:

İKT İnformasiya Mərkəzi 2008-ci ilin ən yaxşı yeni layihələrini elan etdi. İKT İnformasiya Mərkəzinin mövqeyinə əsasən 2008-ci ilin ən yaxşı Internet-layihələri aşağıdakılardır:

Azərbaycan Respublikası Prezidentinin məktəblilər üçün İnternet-saytı - http://mektebli.president.az;
Milli axtariş portalı - www.yumroo.az;
Milli İnformasiya-Məlumat Sistemi - www.navigator.az;
Rekrutinq üzrə İnternet-resurs - www.boss.az.


Ancaq seçim nə vaxt olub, bu barədə əvvəldən mətbuatda niyə xəbər çıxmayıb bunu məndə bilmirəm. Elə buna görə də çox qeyri - ciddi hesab edirəm bu seçimləri. Saytlardan elə ikisi natamam saytlar olubdu 2008`də. Üstəlik Azərbaycan internetinin mükafatçısı da qeyri Azərbaycan dilində olmasıda elə bir qədər düzgün deyil. Seçim zamanı olan kriteryalar nədir soruşsanız, özlərinin dediyinə görə


Seçim İKT İnformasiya Mərkəzinin ekspertlər qrupu tərəfindən 2008-ci ildə İnternetin Azərbaycanın zonasında yaradılan onlarla İnternet-layihələri arasında aparılmışdır. Mərkəzin direktoru Fərid Kazımovun sözlərinə görə, ən yaxşı yeni İnternet-layihələrinin seçimi zamanı başlıca meyar resursların səmərəliliyi, onların .AZ zonasındakı əhəmiyyəti, həmçinin azərbaycanlı istifadəçilər üçün vacibliyidir. “Ümid edirik ki, 2009-ci ildə İnternetin Azərbaycan zonasında keyfiyyəli resursların sayı artacaq. Məhz elə keyfiyyətli İnternet-resurslar, onların çoxsaylı qeyri-peşəkar bənzərlərindən fərqli olaraq, qlobal virtual məkanda ölkənin cizgilərini daha aydın şəkildə nümayiş etdirməyə imkan verir”, deyə İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov qeyd etdi.
    Qiymətləndirmədə əsas məqsəd ən yaxşı İnternet-resurslarını müəyyənləşdirmək idi. Əslində, saytların hər biri istifadəçinin real və effektiv İnternet-yardımçısı hesab edilə bilər.  Məktəblilər üçün Azərbaycan Respublikası Prezidentinin İnternet-səhifəsi - http://mektebli.president.az/ uşaqlara ölkə, dövlət quruluşu, dövlətin rəhbəri və s. haqqında rəsmi məlumatları onların anlaya biləcəyi bir tərzdə almağa imkan verir; www.yumroo.az – Azərbaycan dilində axtarış aparmağa imkan verən  ilk milli axtarış sistemidir; www.navigator.az – tamamilə yeni bir texniki səviyyədə müxtəlif məlumatları əldə etməyə imkan verir; www.boss.az – işçilərin toplanılması və iş axtarışı üçün ən effektiv resursdur.



Nəsə bu mənə 2008`in ən yaxşı saytlarından daha çox, ən varlı saytları təsirini bağışayır. Aralarından mən Navigatoru fərqləndirərdim. Oda ki, natamam saytdır. Yəni bu informasiyanı yaymağın səbəbi məhz yuxarıdakı saytların adını meidiada hallandırmaq və onlara diqqəti artırmaqdır. Yoxsa elə bir mənası olan seçim hesab etmirəm. Saytlar gah Azərbaycanca deyil, gah da natamam idilər. Bir tək  http://mektebli.president.az saytı həm Azərbaycancadır həm də tam fəaliyyət göstərir. Odaki subdomaindir. President.az domaini 2008`dən çox-çox əvvəl fəaliyyətdədir. Yumroo`ya deyilən "milli axtarış sistemi! ifadəsi də elə həqiqətən dırnaqarası deyilməli söz olduğu halda bu seçimə daxil edilibdisə....


Subscribe      Qaynaq - Oxatan.

Tags: sayt site award

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Netty 2008 fəaliyyətdədir...
  • Azərbaycanda ilk virtual ticarət mərkəzi yaradıld& ...
  • Netty2008`in press relizi
  • "BarKamp Azərbaycan 2008"- qeyri-Konfransına qeydiyyat baş ...
  • Yumroo`nun fəaliyyətə başladığını b ...
  • #1 yazdı: Emin Huseynov




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Hər şey ilə razıyam, bir qeyd edim

    Yumroo başlayanda çox əcaib və qeyripeşəkar bir formada başladı, ona görə bütün mütəxəsislər onun "kitabını bağladı"
    Amma indiki sayta baxsan çox səviyyəli və az qüsuru olan bir resus təsüratı verir, bir girib özünüz də baxın.
       

    #2 yazdı: Blezx




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Dost-tanış xətrinə edilən seçimdi da :) Bunlar ən yaxşı internet layihəmizdisə, onda deməli bizdə internet adına heçbir fəaliyyət yoxdur :)

    --------------------

    Yumroo başlıyanda nə olduğunu, nə niyyətlə açıldığını göstərdi. Bundan sonra edəcəkləri , gözdən pərdə asmaq olacaq ancaq. "Üstü bəzək, altı təsək"

    Əgər yaxşıdırsa, onu camaat deməlidir, özünü tərifləməklə birşey qazanmaq olmaz.
       

    #3 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Sitat: Emin Huseynov
    "kitabını bağladı"

    saytın indiki halının əvvəlkinə nisbətən xeyli inkişaf etdiyini etiraf etməmək gunah olardı. ancaq bu saytdada mən milli axtarış portalı desəm bunu özümə gunah bilərəm =). sevindiricidirki bu qədər inkişaf edibdir. gündə bir neçəsi açılan saytlardan fərqlənir. ancaq yenədə milli axtarış sistemi kimi qəbul edilməsi məncə olmaz.
    digər tərəfdən isə yumroo`nun ilk vaxtlar lap qeyri peşakar formada başlaması və bu başlanğıcla bəzi KİV`lərdə özlərinə Google`a rəqib deyilməsi, fikrimcə elə yumroo`nun kitabını bağlayan əksər mutəxəsislərə hörmətsizlik olubdur =). yəni elə fikirləşiblərki bir başı çıxan kimsə yoxdur sayta qiymət verməyə ... yumroo haqqında şəxsi fikrim olaraq deyərəmki sayt yaxşılaşmağa doğru iri addımlarla irəli gedir. ancaq milli axtarış portalı kimi yox sadəcə portal kimi.
       

    #4 yazdı: wapxana




    Qrup: İstifadəçi
    Qeydiyyat: 9.09.2008
    Ən yaxşı daydayı olan sayt deyilsə di təmamilə razı olardım :)
       

    #5 yazdı: Emin Huseynov




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Oz aramizdi
    Hech yazinin yeri yoxdur vallah, mence bu kimi "mukafatlari" sadece ignore etmek lazimdir

    :)

       

    #6 yazdı: asif eminov




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Nese duzgun secime oxshamir. Mence Aznetde bunlardan da gozel ve seviyyeli saytlar var. Yeqin ki, yene de pul. Ve bu secimle ozlerine "boyuk" reklam qazanmish oldular Aznetde.

    Yumroonun axtarish sistemi qaralama sozunu birinci olan ve biten blogumda tapir. Google, Yahoo, Livesearch kimi axtarish sistemleri ise birinci.
       

    Məlumat


    "Ãîñòè" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!