Oxatan.com » Xəbərlərin siyahısı 12.01.2009

Yanvar 12

alt
Uzun zamandır blog yazmamağıma baxmayaraq oxuduğum bu məlumat məni blog yazmağa həvəsləndirdi. Sən demə dünyanın ən yaxşı işi də bizim sevimli kompüterlərlə bağlıdır. Daha dəqiq desək blog yazmaqdır. Təsəvvür edin ki, sizə iş təklif edirlər ki, 2 həftədə bir blog yazısı yazmalısınız. İşin müddəti isə 6 ay çəkəcək. Üstəlik maaşda az məbləğ deyil: 150 min dollar. Ancaq hər işin tələbləri olduğu kimi bu işin də tələb etdiyi bəzi keyfiyyətlər var. Birincisi siz gərək İngilis dilində biləsiniz ikincisi isə gərək üzməyi bacarasınız..

Cənnətə işçi axtarılır...
Söhbəti uzatmadan əsas məsələyə keçirəm. Bu işi bu qədər qeyri-adi və dünyanın ən yaxşı işi edən nədir?
Cənnət bir adada yaşayıb iki həftədə bir blog yazacaq işçi axtarılır. "Dünyanın ən yaxşı işi" olaraq təyin olunan işə müraciət etmək üçün sizdən tələb olunansa ingilis dilini bilmək və üzməyi bacarmaqdır. İşə başlama tarixi isə 1 İyul 2009-dur.
Təsəvvür edin iş saatlarınızı özünüzün təyin edə biləcəyiniz iş müqabilində altı ay üçün ödənəcək ödəniş isə 150 min dollardır. İşçinin məsuliyyətlərinə gəldikdə isə, həmin adam 6 ay boyunca yaşamalı olduğu adanın zibilini yığmalı, yarpaqları təmizləməli və hovuzu təmiz saxlamalıdır. Bundan başqa işə götürüləcək işçi adanın ətrafındakı 600-ə qədər mərcan adasının həm su üstü həm də sualtındakı gizli yerlərini kəşf edib, tapdıqlarını fotoşəkil və video çəkilişləri ilə iki həftədə bir internetdə yerləşdirməlidir.
İş elanını verən Tourism Queensland tərəfindən "Dünyanın ən yaxşı işi" deyə təyin olunan işə götürülən adam eyni zamanda kirayə haqqı vermədən 80 m yüksəkliyindəki bir yamaca tikilmiş və sentyabr aylarında donqar balinaların köç etdikləri mavi okeana baxan 5 milyon dollarlıq bir villada qalacaq. Həmin xoşbəxt işçi iki ədəd qonaq otağı və möhtəşəm mənzərəli hovuzu da olan villada istər dənizin o biri sahilindən gələn yaxınlarını istərsə də adanın marina barında kokteyl içərkən tanış olduğu turist qonaqlarını yola verə biləcək.
Namizədlər 22 Fevrala qədər www.islandreefjob.com internet saytına bu işin niyə məhz ona verilməli olduğunu izah etdikləri 60 saniyəlik bir video ilə müraciət edə biləcəklər.
"Ada baxıcısı" Hamilton Adasında yaşayacaq. İşə götürüləcək işçinin üzmə bilməsi və 1 İyuldan etibarən də Avstraliyanın tropik Whitsundays bölgəsində olan Hamilton Adasında yaşamağı qəbul etməsi lazımdı.

Tags:

Yanvar 12

Ustune dinqildat.

Bu gün Xəbərnamə`yə göz gəzdirəndə keçid saytları arasında Qaralama deyə bir sayt gördüm. Diqqətimi çəkdi və daxil olub saytda bir az gəzişdim. Zaman keçirməyə dəyəcək saytlardandı. Wordpress üzərində qurulmuş bu saytda Azərbaycan dilində müxtəlif yazılar və xarici məqalələrin tərcümələrini tapmaq mümkündür. Maraqlı informasiyalar əldə etmək mümkündür. Elə ilk xoşa gələn tərəfi orasıdırki mənasız "proqram yüklə" və ya "mahnı endir" kimi yazılarla qarşılaşmırsan. Sadəcə müəllif yazıları və maraqlı tərcümələr var. Baş çəkmək məsləhətdir.
Saytın özündən sayt barədə sitat:


Saytı yaratmaqda məqsədim alterantiv düşüncəli, kreativ insanları bir araya yığmaq və dünyagörüşümüzü birgə artırmaq, bəzi elm sahələrində olan məlumatları sizlərlə paylaşmaq, elmdə baş verən yenilikləri müzakirə etmək, onlardan yararlanmaqdır. Şüarımız: Kiçik insanlarin həvəsləri, böyük insanların ideyaları. Qaralamaya daxil olmusansa, deməli, sən də kamilləşmək istəyirsən. Əgər sən də qaralamada qeydlər aparmaq istəyirsənsə, yazarlar səhifəsinə daxil ol. Əgər sayt sahibinə və yaxud başqa yazarlara hər hansı bir sualın varsa, əlaqə bölməsi vasitəsilə əlaqə saxlaya bilərsən.

Tags: