Dekabr 06
Microsoftun adı yenə Yahoo ilə birgə anılır
Deyərdim ki 2008`də internetdə ən çox haqqında danışılan məsələ Yahoo`nun aqibəti barədə oldu. İlin əvvəlində Microsoftun Yahoo`ya fantastik rəqəm -
46 milyard dollar təklif etməsiylə bu söz-söhbətlər başladı. Google`la rəqabət edə bilmək üçün, Yahoo kimi yüksək dəyəri almaq Microsoft`un işini çox asanlaşdırardı. Ancaq ilk təklifi
Yahoo qəbul etmədi. Elə bundan sonra da söz söhbətlər daha da dərinləşdi.
Yahoo`nun hissələrinə sahib çox kəs buna narazılığını bildirdi. Yahoo kəskin tənqid olundu.
Microsoftun təklifi rədd etməkdə onlar Google ilə aralarında imzalanacaq reklam müqaviləsinə güvənirdilər. Amma qeyri etik rəqabət olacağı üçün bu razılaşmaya icazə verilmədi. Bir tərəfdən də, maliyyə böhranı Yahoo`nun vəziyyətini lap ağırlaşdırdı. Şirkətin
CEO`su Jerry Yang öz vəzifəsindən istefa etdi və indi yerinə keçəcək adamı gözləyir. Mənim şəxsi fikrimə görə isə Yahoo`nu bu qədər ağır şəraitə düşməsinə səbəb qara PR oldu. Elə o qədər Yahoo`da problem var deyirlərki hər kəsdə onlara qarşı inamsızlıq yaranamağa başladı. İndi rəsmi statistikalara görə internet reklamları gəlirlərinin və axtarışdan əldə olunan gəlirlərin çoxluğuna görə
77%`lə Google birincidir,
18%`lə Yahoo ikinci,
5%`lə Microsoft üçüncüdür. Yəni təqribi olaraq
7.2 milyard dollar Yahoo`nun illik gəliridir. Bu isə heçdə pis nəticə deyil. Üstəlik son vaxtlarda Yahoo`da texniki tərəfdəndə böyük irəliləyişlər var. İnternet sahəsində gəlirinə görə 2-ci saytdır. Amma necə deyərlər ağacı qurd içindən yeyərmiş. Yahoo`da da vəziyyət belədir. Beləki uzun müddətdir
Carl Icahn, Jerry Yang`ı vəzifəsindən uzaqlaşdırmağa çalışırdı. Buna nail olduqdan sonra da birjadan Yahoo`nun xeyli hissəsini alaraq şirkətin
5.5%-nə sahib oldu. Düşünürəmki şəxsi mənfəət mübarizəsi, Yahoo`nun imicinə zərbə vurdu və belə vəziyyət alındı. Məhz J.Yang`ın istefasından sonra yenidən Microsoftla Yahoo`nun adı birgə çəkilməyə başlayıbdı. Blogosferada gəzən söhbətlərə görə onlar arasında razılıq əldə olunubdu. Deyilənə görə, razılaşma ilk mərhələdə bir rəhbərlik razılaşması olacaq. Microsoft, Frazier Miller və Ross Levinsohn rəhbərliyə xarici bir qaynaqdan
$5 milyard təmin edəcək. Bu pulla Yahoonun %30 hissəsini satın alacaq olan qrup, buna qarşılıq Microsofta Yahoo axtarış mühərrikinin
10 illik işlətmək haqqını verəcək. Ayrıca razılaşmadan sonrakı 2 il içində Microsoft Yahoonun axtarış işini $20 milyarda satın alma haqqına sahib olacaq. Razılaşmayla birgə Yahoonun gəlirinin
illik $2 milyard artması gözlənilir. Bu 10 il deməkdə bir növü elə ömürlük kimi bir şeydir. Yahoo əlində olan iki ən dəyərli servisindən birini itirir. Axtarışı Microsoft alır, maili də Google alsa olar lap tarazlıq.


Oxu atan: 
Deyilənə bu ilk ticarət mərkəzidir. Press - Relizi mailimdə gördüm və bölüşmək istədim. Əvvəl Press - Reliz: