Oxatan.com » » GoldenPay

Dekabr 05

, : GoldenPay

Ustune dinqildat.

Nəhayət çoxdan gözlənilən GoldenPay rəsmi olaraq fəaliyyətə başladı. Dekabr ayının 2-i, Hyatt Meeting and Conference Center`də, SilverKey Technologies tərəfindən təqdimat oldu. Bu ilk online payment provider olaraq rəsmi qeydlərə keçir. Təqdimat vaxtı servisin hər hansı bir mənfi xüsusiyyətini görmədim. Əgər varsada bu önümüzdəki işləmə günlərində bilinəcək. Daha servis yenidir, heç bir çatışmamazlığı göz önündə deyil. bu tanınmağa başladıqca hər şey daha aydın olacaq. Sistemin işləmə prinsipi belədir:
Veb sayta daxil olmuş müştəri həmin saytda lazımi xitmədi və ya məhsulu seçir. Sonra bu xidmət və məhsulun haqqını ödəməyə qərar verir. Ödəmə etdikdə müştəri GoldenPay şirkətinin serverlərinə yönləndirilir ki, orada kart informasiyaları daxil etmək üçün xüsusi səhifə var. Buraya müştəri istənilən plastik kart informasiyalarını daxil edir. Bundan sonra GoldenPay sistemi bu informasiyanı yoxlayıb prosesinq mərkəzinə göndərir ki, burada göstərilmiş məbləğ ödəyicinin kartından silinib, şirkətin bank hesabına yatır. İstifadə edilən prosesinq mərkəzi Millikart`ın mərkəzidir. Dünyanın istənilən bankının Visa, Visa Electron, Mastercard və Maestro kartlarından istifadə etmək olar.

Bunlar istifadəçiləri maraqlandıran məlumatlardır. Sistemi tətbiq etmək istəyənlərin isə Hesabları Unibank və Azərdəmiryolbankda hesabları olmalıdır. Onu deyim ki, bu sistemə qoşulmaq üçün mütləq hüquqi şəxs olmaq lazımdır. Bu çox müsbət haldır. Sadəcə vergi ödəyicisi olmaq kifayət etmir. Əgər sizin rəsmi hesabınız Unibank və ya Azərdəmiryolbankda da deyilsə tranzit hesab da açdırmaq mümkündür. Ancaq bir mənfi cəhət varki bu banklardan gərək hər ikisində hesabınız olsun. Çünki banklardan biri Visanın, biri isə Mastercardın lisenziyasını ala bilibdi. Əgər bir bankda hesabınız olsa yalnız seçdiyiniz kartlarda servisə ödəmə etmək mümkün olacaq.
Artıq Nar Mobile sistemə qoşulubdu: http://nar.goldenpay.az/

Ümumən isə servisin nəzərdə tutulmuş işləmə planı mükəmməldir. Qalır sistemin yayılmağı.


Subscribe      Qaynaq - Oxatan.

Tags: goldenpay online payment

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Azərbaycanda ilk virtual ticarət mərkəzi yaradıld& ...
  • Statistika sistemlərimiz
  • Bu gələn Kim`dir ?!
  • Orta statistik internet istifadəçisinin sevimli saytların ...
  • Google`dan yeni xəbərlər.
  • #1 yazdı: Ramin




    Qrup: İstifadəçi
    Qeydiyyat: 23.04.2008
    Maraqlı məlumatdır, çox sağ olun, Şaiq! Ümid edək ki, bu online-ödənişlər sistemi Azərbaycanda yeni layihələrin və xidmətlərin açılışına təkan vuracaq.


    --------------------
       

    #2 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    Hər kəsin umidi bu yöndədirki, xeyirli olacaq. Ən azından başlanğıc üçün çox vacib addım idi. Bunun xeyrini 1-2 il sonra görmək nəsib olacaq.
       

    Məlumat


    "Ãîñòè" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!