Oxatan.com » Xəbərlərin siyahısı 14.11.2008

Noyabr 14

Oxatan.comBiznes cəhətdən durğun zamanını keçirir indi Azərbaycanın internet ( Aznet ) bazarı. Böyük kapital qoyuluşları, saytların tam və ya müəyyən hissələrinin alış - satışları hələki səss səda salmır bazara. Ümid edirəmki yaxınlarda bu kimi xəbərləri tez - tez eşidərik, haqqında yazıb müzakirə edərik. Bəs bunların olması realdırmı, Aznet`də bu kimi kapital qoyuluşları üçün istifadəçi potensialı varmı? Demək olarki bu sahə ilə məşğul əksəriyyət insana yad olmayan sualdır. Bunun isə cavabı çox vaxt birmənalı olmur. Kimiləri üçün Aznet kiçik bazardır və burada nəsə etmək gəlirli olmaz, kimi üçün isə kifayət qədər gəlir götürmək mümkün olan bazardır. Düşüncələr müxtəlif olsada, yerli sahibkarların fikirləri birdir - "Kapital qoyuluşu üçün sərfəsiz olan biznes sahəsi".
Düzü məndə sırf yerli bazarın nə dərəcədə potensiallı olub-olmaması haqqında müxtəlif zaman kəsiklərində müxtəlif fikirlərdə olmuşam. Ancaq bir balaca ora - bura nəzər yetirib, statistikalara baxdıqda kifayət qədər istifadəçi potensialı olan internet bazarı olduğunu görərik. Hələki bunu lazımınca dəyərləndirənlər təbii ki yoxdur. Aznet`in yaxşı potensiala malik olduğunu isə ürəyimdən keçdiyi üçün demirəm, rəqəmlər belə deyir. Bir sıra investisiya alan saytlarla, yerli bazardakı saytları müqayisə edərək bu qərara gəlmişəm. Müqayisələri isə Alexa reytinqlərinə görə aparacam. Mən qəbul edirəmki Alexa statistikaları tam düzgün deyil. Amma nəzərə almaq lazımdırki xaricdəki istifadəçilər daha çox Alexa tolbar sahibi olmaq şansına malikdir və beləlikə statistikalardakı Azərbaycan saytları üçün olan rəqəmlər bizim saytların əleyhinədir. Buna baxmayaraq yenədə rəqəmlər bazara nikbin baxmağımıza şərait yaradır.
Aşağıda verilmiş şəkilləri daha yaxından görmək üçün üzərinə klikləyin.
Əvvəl dünyca məşhur olan FriendFeed`lə yerli sayt olan Day.az`ı müqayisə edək.
Oxatan.com

Buradakı mavi xəttlər Day.az`ı, qəhvəyi rəng isə FriendFeed`i göstərir. Elə statistikadan da görsənirki Day.az FriendFeed`dən daha çox ziyarətçiyə malikdir. Düzdür sonlara doğru FF hər nə qədər artan xətlə inkişaf etəsə də Day.az`ın ən yüksək reytinq yığdığı statistik göstəriciyə çatmayıbdır. Üstəlik bir-iki digər faktoru da nəzərə almaq lazımdır. Day.az yaranandan bu yana heç bir yüksək texniki inkişaf dövrü keçməyibdir, FF isə daima inkişafda və özünü dünyada tanıtmağa çalışmaqdadır. Day.az content baxımından daha məhdud istifadəçiyə malik olan əraziyə xitab edir ( əsasən Qafqaz regionu, nisbətən isə MDB ).  FF`in istifadə dili ingilis dilidir və bu daha çox istifadəçiyə çatmağa şans verir, Day.az isə rus dilindədir. Əlbəttə content bənzərlikləri baxımından bunları müqayisə etmək düzgün olmaz. Onsuzda mənim məqsədim istifadəçi müqayisəsidir  content yox. Buna görə də gəlinən nəticə açıq - aşkar Day.az`ın xeyrinədir. Ancaq maddiyyat baxımdan FF daha qabaqdadır. Ən azından başlanğıc olaraq FriendFeed`ə  qoyulan investisiya 5 milyon dollardır. Aznetdə belə istifadəçi potensialı var ikən, inanmıramki hansısa sayt, hansısa yeni bir proyekt bu qədər investisiya ala bilsin.
Digər bir müqayisəni daha Day.az`ın üstündə aparacam. Bu dəfə isə onu axtarış motoru olan Cuil.com `la müqayisə edəcəm.
Oxatan.com

Burada isə mavi xəttlər Cuil`in statistikasını göstərir, qəhvəyi rənglər isə Day.az`ın. Göründüyü kimi Cuil açıldığı ilk vaxtlar bütün dünya mediasında geniş yer aldığına görə çox yüksək istifadəyə malik olmuşdur. Ancaq sonralar stabil vəziyyət alaraq orta hesabla gündəlik Day.az qədər insan tərəfindən istifadə edilməyə başlanıbdı. Yenə də yuxarıda qeyd etdiyimiz faktlar buradakı müqayisə üçün də keçərlidir. Cuil Day.az`dan fərqli olaraq məhdud kütləyə deyil bütün dünyaya xitab edir. Ancaq buna baxmayaraq yenə də, onların gündəlik istifadəsi təqribi eyni rəqəmlərlə ölçülür. Cuil`in isə cəlb etdiyi investisiya 33 milyon dollar olmuşdur. İnanmıram ki, heç Day.az açıldığından bu yana cəmi bu qədər pul qazansın.
Növbəti və son müqayisəni də edək. Bu dəfə isə rəqəmlər bir az daha aşağıdır. Oxuduğuma görə Türkiyədəki biznes sosial şəbəkələrindən biri olan Pronected.com 1.5 milyon dollarlıq investisiya alıbdır. Sayt beta olaraq 3 dildə fəaliyyət göstərirdi ( Türk, İngilis, Alman ). Yeni investisiya ilə onlar Rusiya və Ukraniya bazarına da daxil olmaq istəyirlər. Saytı isə statistik cəhətdən ilk10.az`dakı demək olar Azərbaycan dilli ilk15`ə daxil olan istənilən saytla müqayisə etdikdə daha az istifadəçiyə malik olduğu görsənir. Yəni bu saytlardan istəniləni bundan daha çox reytinqlidir. Amma əlbəttə oradakı heç bir sayta inkişafını artırmaq üçün heç bir investor bu qədər pul verməz. Bu dəfə isə saytı Azeriblog.com ilə müqayisə edəcəm. Ona görə Azeriblog ki, həm bu sayt da beta versiya olaraq fəaliyyətdədir, həm də inkişafa daha çox açıqdır. Çünki, müxtəlif dillərə tərcümə etmək daha asan başa gələr.
Oxatan.com
Burada mavi xəttlər Pronected, qəhvəyi xəttlər isə Azeriblog`un statistikalarını göstərir. Yenə də inanmıramki, Azeriblog bu qədər ( 1.5 milyon ) investisiya ala bilsin.
Hər halda sonda belə bir nəticəyə gəlmək olarki bizim lazımi qədər istifadəçi potensialımız var. Sadəcə istifadə etməyi bacarmayan investorlar, şirkətlər,  marketingçilər sayəsində normal inkişaf etmir.



Tags:

Noyabr 14

Ustune dinqildat.

Sayt barədə blodaşımız olan R.Həsənəlizadədən əvvəlki yazıdakı şərhindən sonra xəbərdar oldum.
Şəbəkə barədə bir qədər məlumat versəm, deyə bilərəmki ( özlərinin dediyinə istinadən ) finlər tərəfindən 2007 -ci ildə yaradılmışdır. Əksər hissələri açıq tipli sosial şəbəkədir. İlk baxışda oyunlar üstündə qurulmuş şəbəkəni xatırlatdı. Yəni digərlərindən fərqləndirən tərkibindəki oyunlardır.
Sayt haqqında isə ona görə yazıram ki, müxtəlif dünya dillərində olan bu saytın Azərbaycan dilli versiyasıda var. Azərbaycan dili saytda qüsurlarla da olsa tərcümə olunubdur. Mənə daha çox maraqlı olan azərbaycanca`ya kimin tərcümə etdiyidir.  Orası dəqiq məlumdur dili tam bilməyən biri tərəfindən tərcümə olunubdu. Əslində bu qədər tərcümə olunması belə saytdakı dillər arasında görəndə adama xoş təsir edir. Amma mənə saytda gəzişəndə sanki rus dilli azərbaycanlı ilə söhbət edirmişəm təsirini bağışlayır. Kiçik nümunə:

Yeni dostlar əldə edin,
sizin öz bloğunuzu Başlayın,
Pulsuz oyunlar oynayın,
Öz fotoşəkillərinizi əlavə edin,
... və çox daha çox!
Pulsuz qeydə alının!


Bu sözlər saytın sol tərəfindəki qutuda yerləşir və qeydiyyatdan keçməyi təbliiğ edən sözlərdir.
Azərbaycan dilinidə sayta əlavə etmə səbəblərini bilmirəm,  bəlkədə istifadəçi potensialını yüksək gördüklərindəndir. Əslində haqsızda sayılmazlar. Azərbaycandan ziyarətçi sayına görə bu saytdan kifayət qədər yüksək istifadəçisi olan saytlar da var.
Saytda Azərbaycan dilinin olması, azərbaycanlı istifadəçilər tərəfindən daha çox istifadəsinə səbəb olarmı dəqiq demək olmaz. Şəxsi düşüncəmə görə olmaz. Mən ilk axtarış etdiyimdə Azərbaycandan 70 üzvün olduğunu gördüm. Zamanla isə bizim istifadəçilər tərəfindən nə dərəcədə rəğbət görüb görməyəcəyini müşahidə edərik.

Tags: