Oxatan.com » » "Odnoklassniki" qeydiyyatı pullu etdi

Noyabr 05

: "Odnoklassniki" qeydiyyatı pullu etdi

Oxatan.comAzərbaycandakı demək olar ən məşhur sosial şəbəkələrdən biri Odnoklassnikidir. Hətta Facebook`uda geridə qoyub məşhurluqda. Artıq saytdan qeyri məhdud istifadə etmək pulludur. Bu nə vaxtdan belədir dəqiq bilmirəm. Ancaq deyə bilərəmki bu yaxınlarda olubdu. Əvvəl məlumatı eşidəndə fikirləşdimki artıq pullu olduqdan sonra yeni qeydiyyatlar olmayacaq, saytdan istifadə zəifləyəcək və reytinqi geriləyəcək. Ancaq sonra baxdımki pullu dedikdə heçdə ilkin ağıla gəldiyi kimi kredit kartı ilə və ya buna bənzər ödəmə sistemi ilə deyil. Azərbaycan istifadəçilərinə heç də yad olmayan SMS`lədir ödəmə. Azərbaycan üçün Azercell və ya Nar mobile operatorlarından birini seçib, kodu SMS`lə yollamaq lazımdır. Saytın özündə yazıldığına görə, xidmətin dəyəri 1.22 USD təşkil edir. Dəqiq nə qədər kontur getdiyini deyə bilmərəm, amma bu təqribi 1 manat edir, 1 manatlıq kontur isə 200 ilə 300 ə bərabərdir ( 270 kontur olmaq ehtimalı daha çoxdur, ancaq xidmətdən istifadə etməmişəm, dəqiq bir söz deyə bilmərəm ). Odnoklassnikdən əvvəllərdə istifadə etmədiyimə görə dəqiq bilmirəmki bu xidmət haqqını köhnə istifadəçilərdindən də istəyirlər ya yox, yaxında onu da dəqiqləşdirərəm.
Maraqlıdır bəs pullu servis, saytın yüksələn istifadəçi tempinə ziyan gətirəcək ya yox. Çoxlu alternativi olduğu bir zamanda fikrimcə mənfi təsir edər sayta. Bəs niyə pullu etdi görəsən? Yoxsa maliyyə böhranı saytın gəlirlərinə də təsir etdi? Onların reklamları azaldığındanmı qeydiyyatı pullu etdilər bilmirəm. Onu deyə bilərəmki, reklam verənlərin azaldığı dünya internet bazarında pullu servislər artıq daha ön plana çıxıblar...


Subscribe      Qaynaq - Oxatan.

Tags: odnoklassniki Îäíîêëàññíèêè .ru

 
Hörmətli istifadəçi, siz sayta qeydiyyatsız daxil olmusunuz. Məsləhət görərdik ki qeydiyyatdan keçəsiniz.

Bənzər mövzular:

  • Facebookda pullu olur?
  • Navi-qotur , Xaker hücumları - PR yoxsa... ?
  • Bakcell`in rebrendinqi
  • Fan - at saytlarımız.
  • Yahoo irəliləyir
  • #1 yazdı: Kirpi




    Qrup: İstifadəçi
    Qeydiyyat: 8.02.2008
    Fikrimcə müəyyən kontentlə bağlı olan sosial şəbəkələr qeydiyyatı pullu etməsi daha alışdığımız haldır.
       

    #2 yazdı: fool




    Qrup: İstifadəçi
    Qeydiyyat: 16.10.2008
    Fikrimcə muəyyən kontentlə bağlı olan sosial şəbəkələr qeydiyyatı pullu etməsi daha alışdığımız haldır.

    Hə, əks halda kim pul verər? smile
       

    #3 yazdı: Shaig M




    Qrup: Admin
    Qeydiyyat: 7.02.2008
    məsələn Xing`də müəyyən pullu üzvlükdə var və çox aktiv olaraq işləyirdə. ancaq qeyd etdiyiniz kimi xing biznes şəbəkədir, burada əsasən elanlar filan pulludur....
       

    #4 yazdı: Emin




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Mence daha yaxshisi ozumuzun shebekelerimize kecmeyimizdir. Misal ucun, son vaxtlar cox aktiv olan www.sirr.az - a. Yenilikler edir ve demek olar her hefte yeni mehsul cixarir son zamanlar. Adamlar artsa yeqin daha keyfiyyetli ve muxtelif olar. Men www.sirr.az -a ses verirem.
       

    #5 yazdı: Elmar İsmayılov




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Xidmətin pullu olması mənim müşahidələrimə görə qeydiyyatın azalmasına mənfi təsir göstərəcək. Amma digər tərəfdən pullu `5+` xidmətindən istifadəyə baxanda görürəm ki, pullu xidmət vəfalı istifadəçiləri heç də qorxutmur.
    Mənim şəxsi fikrimcə alternativlərinin bu qədər çox olduğu vaxtda qeydiyyatı pullu etməməli idi.
       

    #6 yazdı: Ruzigarim




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    Hmm, orda bir dəfə qeydiyyatdan keçdim, xoşuma gəlmədi və silindim.
    Eşitdiyimə görə reqistrasiya olanların sayı həddən artıq çox olduğu üçün sayt belə bir addım atıb.
       

    #7 yazdı: leyla




    Qrup: Ãîñòè
    Qeydiyyat: --
    xct53hyhtw3hthg

    geri xeyale
       

    Məlumat


    "Ãîñòè" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!