Oxatan.com » Xəbərlərin siyahısı 30.10.2008

Oktyabr 30

Oxatan.com
Y! OS 1.0 yəni Yahoo! Open Strategy 1.0, yəni Yahoo! Açıq Strategiya 1.0.
Y! OS hələlik dörd vasitələ qapılarını developer`lərə açdı. Bu vasitələr sizlərə asanlıqla Yahoo! xidmətlərinə çatmanızı və güclü platformalar inkişaf etdirmənizi təmin edir.

Yahoo! İctimai Platforması (YSP)
YSP sayəsində Profiles, Connections, Updates, ContactsStatus xidmətlərinə asanlıqla çata bilir, məlumat ala bilirsiniz. Bu sayədə öz sosial platformalarınız Yahoo! məlumatlarıyla daha sosial ola biləcək.

Yahoo! Sorğu Dili (YQL)
YQL digər veb xidmətlərinə SQL sorğuları kimi sorğular etmənizi təmin edir. Yahoo! Pipes xidmətinin daha inkişaf etmişi olaraq düşünə bilərsiniz.

Yahoo! Tətbiq Platforması (YAP)
YAP, inkişaf etdirdiyiniz bütün Yahoo! dəstəkli tətbiqləri kütlələrə çatdırmanız üçün tək platforma olmağı qarşısına məqsəd qoyur. YAP sayəsində istifadəçilər tətbiqlərinizi götürüb asanlıqla öz səhilərinə də əlavə edə biləcəklər.

QAuth
Yuxarıdakı bütün xidmətlərə əlaqə yaratmaqt QAuth sistemi sayəsində olacaq.
Bütün bu açılamlar, Yahoo!ın olmadığı qədər paylaşımcı olmasının yalnız ilk siqnallarıdır kimi düşünmək olar. Yəni daha bir çox vasitə yoldadadır. Məsələn OpenSocial dəstəyi ilk addımlardan biri olacaq.

Tags:

Oktyabr 30

Ustune dinqildat.

Microsoft həmişə çalışır ki, axtarış sahəsində Google`a rəqib olsun. Elə həmişə də buna nail ola bilmir. Deyəsən artıq haqqın yolunu tapır. Bilmədiyi bir sahədə rəqabət aparmaq yerinə, ixtisaslaşdığı sahədə lider olmağa çalışacaq. Belə ki, artıq Microsoft Office proqramları web`ə gəlir. Web əsaslı olaraq təqdim ediləcək olan Office proqramları arasında Word, Excel, PowerPointOneNote iştirak edir. Web versiyaları, masa üstü proqramları qədər əhatəli olmasa da, web distributivində istifadəçilər internet üzərindən Word, Excel, PowerPoint və ya OneNote faylları yarada biləcək, yaratdıqları faylları editleyebilecek və onları web üzərindən istədikləri istifadəçilərlə paylaşa biləcəklər.
Microsoft ofis proqramları tamamilə HTMLJavaScript ilə qurulubdu, ancaq bir də Silverlight distributivi olacaq. Əslində elə gözlənilən o idiki, Silverlight üzərindən işləyəcək ilk zamanlarda. Ancaq bu sonrakı mərhələyə qalır. Hələki bu məhsulları yalnız İnternet Explorerdə tam performans işləyir. Firefox və Safari də dəstəkyir, ən qısa zamanda isə bu səyyahlar da IE səviyyəsinə gətiriləcək.
Microsoft Office məhsulları bazar lideri mövqeyində belə olsa, Zoho və Googlenin Office bənzəri web tətbiqləri bazar paylarını sürətlə artırmaqdadır. Zənnimcə məhz bunu görən Microsoft liderliyi əldən verməmək üçün internet üzərindən də öz məhsullarını istifadəçilərə təqdim edir. Yəqinki bu sahədə o, öz liderliyi qoruyub saxlayacaq və internetdə də lazımi papulyarlıq qazanacaq.
Servisin isə hələ təyin olunmamış bir qiymət siyasəti var.  Gözlənilir ki, servislər pulsuz təqdim olunacaq, ancaq reklam gəlirləri hesabına mənfəət əldə olunacaq. Ancaq dəqiq bir məlumat eşitməmişəm. Ola bilsinki, bu servisi pulla da təqdim eləsin.  Fikrimcə pulsuz etsə daha uğurlu olar.

Tags:

Oktyabr 30

Oxatan.com2 gündür Oxatan`da köçürtmə işləri getdiyinə görə fəaliyyətində axsaqlıqlar baş verirdi. Artıq işlərin böyük qismi arxada qaldı və tamamlama işləri gedir. Blogumuz pulsuz hosting servisində yerləşirdi. Buna görə tez - tez server`in çökməsi nəticəsində Oxatan`a giriş mümkün olmurdu. Bu kimi narahatçılıqları nəzərə alaraq artıq daha yaxşı imkanlara malik olan yerə köçürtdük blogu.
Xeyirli olsun!

Tags: