Oxatan.com » Xəbərlərin siyahısı 18.10.2008

Oktyabr 18

Ustune dinqildat.

Facebook getdikcə öz papulyarlığını daha da artıraraq, əksəriyyət internet istifadəçilərinin çox sevimli saytına çevrilir. Bəziləri üçün hətta xəstəlik mərtəbəsinə gəlib çatır istifadəsi. bütün günü başından ayrılmırlar. Günün əksər hissəsini saytda keçirirlər. Real həyatda yaşadıqlarını Facebookda paylaşırlar. Xüsusəndə istifadəçilər öz şəkillərini burada paylaşmağı çox sevirlər. Oxuduğuma görə , istifadəçilərin yüklədiyi şəkillər artıq 10. 000. 000.000-ı (on milyard) keçib.
Ancaq bu Facebook kimilərinə əyləncə və xoş vaxt nəsib elədiyi kimi, bəzilərinə də çox bədbəxt hadisələr yaşadır. Oxuduğuma görə, qısqanc ər, Facebook saytında ailə vəziyyətini subay olaraq dəyişdirən arvadını öldürdü. Hadisə belə cərəyan edibdi:
34 yaşındakı yük maşını şoferi Wayne Forrester, arvadıyla 15 illik evlilik həyatlarını bitirməyə qərar verdikdən sonra evdən ayrıldı. Evdən ayrıldıqdan sonra 4 gün içində arvadı Emma`nın, Facebookdakı profilinə "yeni kişilərlə tanış olmaq istədiyini" ifadə edən mesaj yazması və ailə vəziyyətini "subay" olaraq dəyişdirməsi üzərinə özünü alçaldılmış hiss edən ər, arvadını bir gecə yatarkən bıçaq və dəhrə ilə öldürdü.

Tags:

Oktyabr 18

Ustune dinqildat.

Tez - tez eşitdiyimiz, oxuduğumuz kimi Google axtarış sahəsində öz liderliyini gün keçdikcə daha da möhkəmləndirir. Bu sahədə ən yaxın rəqibi isə Yahoo`dur. Ancaq bu dəfə o öz rəqibindən daha üstün vəziyyətə gəlibdir. Belə ki, Yahoo, "ən çox istifadə edilən axtarış mühərriki" sıralamasında Google `dan sonra Google malı YouTube `dan da geridə qaldı.
ComScore `un, avqust ayı axtarış statistikaları, standart "Google ən birincidir" kimi məlumatlardan daha da maraqlısını ictimaiyyətə çatdırdı: İnternetdə ən çox istifadə edilən ikinci axtarış mühərriki YouTube `a aiddir!
Təbii YouTube bir axtarış mühərriki deyil, ancaq özünə inteqrə olan axtarış mühərriki sayəsində "Genişlədilmiş Axtarış Sorğuları" kateqoriyasında araşdırmaya daxil olur. Bu sahədə də birincilik 7.6 milyard sorğuyla Google`a aiddir.İkinci yerdə isə, 2.6 milyard sorğuyla yenə Google `a aid olan YouTube var. Üçüncü yerdə isə Yahoo `dur. Bundan sonra Yahoo özünü daha çox inkişaf etdirməsə, Google`a daha çox uduzacaq.

Tags:

Oktyabr 18

Ustune dinqildat.

Eşitdiyimə görə "Caps Lock" düyməsinin gərəkli olub olmaması haqqında bir sorğu anketi keçirilibdi Rusiyada. Əslində elə bu sorğunun özünün nə dərəcədə gərəkli olub olmamağını müzakirə etmək olar. Sorğuda iştirak edənlərdən isə 16%`i bu düymənin gərəksiz olduğunu düşünüblər. Sorğunu "SuperJob" iş araşdırma təşkilatı keçirdibdi. Caps Lock`un faydalı olduğunu düşünən vətəndaşların nisbəti isə 58% olubdu. Əksəriyyət işlərində düyməni istifadə etdiyini deyən anket iştirakçıları  "Caps Lock çox əhəmiyyətlidir. Bəzən böyük hərflərlə uzun bir cümlə yazmaq lazım olur. Bunun üçün davamlı Shift düyməsinə basaraq yazmaq çox da rahat deyil. Caps Lock istifadə etmək həm vaxt itkisini azaldır həm də yormur." deyiblər.
Anketdə iştirak edənlərin bəzisi isə deyibdiki düymənin çıxarılmasını istəmirlər ancaq yerinə daha yararlı nəsə qoyulsada şad olarlar.
Qadınlar və yaşlılar arasında edilən araşdırmada isə qadınların 9%-i Caps Locka qarşı ikən yaşlılardan da 13%i bu düyməyə qarşı olduğunu açıqladı.
Ümumiyyətlə anktedə Caps Lock`un gərəksiz olduğunu deyən iştirakçılar kompüterdən yeni istifadə etməyə başlayanlardır.
Əslində bu cür anketləri niyə keçirirlər bu da ayrı bir mövzudur. Tapmağa iş olmayanda, belə gərəksiz sorğular edirlər. Ümumiyyətlə nəzərə almaq lazımdırki düymələrin yerini seçərkən keflərinə görə hara gəldi yerləşdirməyiblər. Nədə ki, qoymağa başqa düymə olmadığndan, CTRL, Shift kimi düymələrdən iki dənə qoymayıblar. Hamsı rahat istifadə üçündür. Nəzərə almaq lazımdırki kompüterdən yalnız bir əli ilə istifadə etməyə məcbur insanlarda varki, bunlar üçün həmin düymələrin çox böyük əhəmiyyəti olur.

Tags: