Oxatan.com » Xəbərlərin siyahısı 14.10.2008

Oktyabr 14

Ustune dinqildat.

Ölkədəki mobil internetdə lider olan Wap.xana.az saytı yeni wap texnalogiyasına keçir. Xananın bu halına Opera ilə birgə İE, FF kimi səyyahlardan da daxil olmaq mümkün olacaq. Hələki sayt test mərhələsindədir.Telefondan daxil olduqda bir qədər kobud görsənir. Kiçik ekranlı telefonlar üçün əlverişsiz olur. Ekranda scroll əmələ gəlir. Logo da bir qədər böyük alınıbdı. Çox hissəsi ekrana yerləşmir. Əvvəlki qədər kiçildilməsədə, bir az daha kiçik etməyə dəyər. Şəkillərdən bir qədər çox istifadə olunduğu üçün isə saytın yüklənməsi əvvəlkindən uzun çəkir. Yəqinki dil seçimləri əvvəlki kimi olaraq qalsada olardı. Ölkələrin bayrağına görə seçilməsi o qədərdə vacib deyil. Ancaq müsbət cəhəti odurki sayta daxil olanda elə əvvəlki qədər kontur sərfiyyatl olur. Əsasən belə olduqda konturu çox aparmasına baxmayaraq, indi sayt yüngüldür. Kontur sərfiyyatı çox olmur.
P.S. Gözdən qaçan hərf səhvlikləri də var. Footer`dəki "test mərhələsi " yazısında "h" hərfini yazmaq yaddan çıxıbdı.

Tags:

Oktyabr 14

Ustune dinqildat.

Line.fm musiqi axtarış motorudur. Axtardığınız musiqi internetdə varsa onu rahatlıqla axtarıb tapır. Mən ağlıma gələn əksər yerli mahnılarıda axtardım və tapıldı. Müassir müğənnilərin mahnılarından tutmuş, "Yuxu", "Qaya" qrupu kimi classiclərə kimi. Təbii ki, mahnıları kompüterə pulsuz yükləmək olmur. Sadəcə olaraq mahnıya saytda qulaq asmaq mümkündür. Yükləmək istədiyiniz mahnını isə almalısınız. Bu zaman sizi Amazon.com`a yönləndirir sayt. İnternet sürəti yüksək olanlar üçün əlverişli servisdir. Saytda qeydiyyatdan keçib öz mahnı listinizi düzəldə bilərsiniz. Həmin listdi paylaşa bilərsiniz. Online olaraq musiqi arxivi yaratmaq olar.
P.S. Ancaq inanmıramki bu internetin sürət göstəriciləri aşağı olanların işinə yarasın.

Tags: