Oxatan.com » Xəbərlərin siyahısı 08.10.2008

Oktyabr 08

Oxatan.com
Krizis nəhənglərin daha elmi düşünməsini və tədbir görməsini təmin etdi.
Google flash əsaslı oyunlar üçün Adsense tətbiqini hərəkətə keçirdi. Bu xəbəri verərkən paylaşdığı məlumat bu idi, ComScore`ə görə internet istifadəçilərinin %25′i hər həftə online oyunlarda zaman keçirirlər, bu da dünya daxilində 200 milyon internet istifadəçi demək.  Oyun içlərinə yerləşdirilən bu ağıllı reklamlar sayəsində daha yüksək bir geri dönüşü hədəfləyən Google, başlanğıc olaraq Konami, Playfish, Zynga, Demand Media, Mochi Media, Əsərəncə, Sprint və Sony Pictures kimi böyük yayımçılar və oyun platformalarıyla razılaşmalar edibdi.

Youtube yenə bir Google şirkəti olmaqla birlikdə bu B planı ardıcıllığına qatılanlardan oldu. Youtubedəki musiqi(başlanğıc EMI Music videoları) və oyun təqdimatı videoları(başlanğıc Electronic Arts videoları) altına əlavə olunan Amazon və iTunes linkləri ilə istifadəçini satışa istiqamətləndirir.  Hələlik ABŞda sınanacaq olan bu üsula gedən yolda ən əhəmiyyətli səbəbkar istifadəçi şərhlərindəki suallar olmuş. (Haradan endirə bilərəm? Albomun adı nə? kimi suallar) Bu üsul sayəsində edilən analizlərə görə bu an 200 milyon dollar ətrafında olan illik reklam dəyərini 500 milyon dollara çıxarda biləcək.

Son olaraq Facebook `da edilən dəyişiklik isə tamamilə keçmişdəki gözəl microsoft-Facebook investisiya razılaşmasına söykənir. Facebook axtarış variantları arasına MS Live ilə axtarış variantını sonunda əlavə olundu. Dayağı isə əslində yenə elmi; yenə comScore məlumatlarına görə Avqust ayında MySpacedə 585 milyon ABŞ-mərkəzli axtarış edildi, Googledə bu ədəd 10 milyarddan çox ikən — Facebookdakı ədəd 186 milyon. Facebook yeni axtarışlar, yeni səhifə nümayişləri və yeni reklam satışları gözləyir...

Dünya daxilində online reklam gəliri 40 milyard dollar ətrafında və 2010′da bunun 80 milyard dollara çatacağı nəzərdə tutulur. Bu payın 40 %-i axtarış mühərriklərinə aiddir.  Yəni 16 milyard dollar və 2010 üçün də 33 milyard dollara çatacaq deməkdir.


Məqaləni daha geniş oxumaq üçün klikləyin.

Oktyabr 08

Ustune dinqildat.

Dünyanın ən böyük texnologiya firmalarından IBM sosial şəbəkə saytı qurur. bluehouse.
Facebook, xing və digər sosial şəbəkə saytlarının məşhurluğunu da nəzərə alan IBM, əlindəki ən güclü proqram platforması olan lotusun da dəstəyiylə yeni bir iş həyatı ictimai platforması qurmağa hazırlaşır.
Hal-hazırda beta mərhələsində olan sayta üzvlük qəbul edilir. saytın xüsusiyyətləri arasında şirkətlər arası ortaq yığıncaqlar tənzimləməyə yarayan əlavələri saxlaması, yeni iş əlaqələrinin edilə bilməsi üçün online olma qabiliyyətini inkişaf etdirməsi kimi xüsusiyyətləri saxlayır.
Bluehousenin beta saytına baxmaq üçün klikləyin.

Tags:

Oktyabr 08

Müəyyən səbəblərə görə blogda müəyyən qədər qeyri - aktivlik oldu.
Bir neçə keçid təqdim eləmək istəyirəm:
#1. Türklərin məhşur Webrazzi blogunda "Azərbaycan internet bazarı və sosial şəbəkələr" başlıqlı məqalə dərc olunubdu. Qeyd edimki blog əsasən internet aləmində olan yeniliklər və start-up proyektlər barədə xəbər verir. Yazıdakı şərhlərdə bizim internet bazarındakı reklam qiymətlərinin fikirləşdiyimizdən də ucuz olduğunu hiss eləmək olur.

#2. Növbəti keçid Digital life `dan "İstanbulda Cebit Bilişim Eurasia bu gün başlayır" başlıqlıdır. Sərgi haqqında ətraflı məlumat ala bilərsiniz. Həmdə sərgini canlı izləyə bilərsiniz.

#3. Elektron`da isə Hotmail haqqında bir məqalə oxudum. Daha doğrusu ondan əvvəl Cuil haqqında xəbər var. Amma bu köhnəlmiş xəbəri kim yazıb bilmirəm. Cuil`in açılma xəbəri olduqca köhnədir. Belə diqqətsizliklər olmasa yaxşıdır. Hotmail haqqındakı məqaləyə gəldikdə isə bilmədiyim bir məlumatı öyrəndim. Sən demə qurucusu başqası imiş...