Oxatan.com » Xəbərlərin siyahısı 02.10.2008

Oktyabr 02

Ustune dinqildat.

Yumroo oktyabr ayının 1-dən fəaliyyətə başlayacağı yazılırdı. Saytın özündə də bu barədə ayın 1-i üçün xəbər yayımlayıblar. Saytı görmədən həmin xəbəri adam oxusa gözündə elə bir proyekt canlanarki, sanki buna nəyinki oxuycu hətta dünya həsəd aparar. Olduqca, olduqca cəsarətlidirlər. Heç bir şey olan sayta bu qədər tərif. Afərin!

Yerli İnternet məkanı üçün ən mühüm və əhəmiyyətli yenilik azərbaycan dilində olan milli axtarış sistemidir. 


Google.az bundan daha çox milli gəlir adama. Buna axtarış sistemi deməyə necə dilləri gəlir bilmirəm. Mən utanıram şəxsən. Heç sayt öz adını search eliyib, axtarıb tapa bilmir, qalsınki mənim istədiyim nəticəni. Yumroo olaraq axtarış etdikdə heç bir nəticə vermir. Barı təvazökarlıq edin, deyin ki hansı sistem üzərindən axtarır. Yoxsa elə fərəhlə danışılırki, guya bu camaat bisavaddır. Ya özləri özlərini aldadırlar, ya da saytı kimə qurdurublarsa o bunları aldadıbdı. Onsuzda oxuyucular aldanmırlar.
Ümumiyyətlə saytda bir dənə də olsun istifadəyə yararlı bölmə ilə rastlaşmadım. Görək inkişafını necə etdirəcəklər.

Tags:

Oktyabr 02

Ustune dinqildat.

Bu gün RİTN MHM saytında belə bir yazı gördüm...

Orta statistik internet istifadəçisi bir ay ərzində 85 sayta daxil olur, lakin istifadəçilər tərəfindən sevimli və gündəlik daxil olunan saytların sayı orta hesabla bir yarım təşkil edir. Bu barədə Yahoo!, ComScore və Media Contacts tərəfindən keçirilmiş birgə araşdırmada qeyd olunur. Həmin nəticələr 12 milyon istifadəçi tərəfindən saytlara daxil olmanın təhlilini apardıqdan və daha 800 istifadəçi arasında aparılmış sorğudan sonra əldə edilib.
Bundan əlavə tədqiqatçılar müəyyən ediblər ki, istifadəçilər özlərinin sevimli bir yarım saytlarına orta hesabla 4 il 6 ay ərzində daxil olurlar. Bu cür saytlarda onlar internetdə olan vaxtlarının üçdə bir hissəsini keçirirlər. Digər saytlara nisbətən insanlar sevimli resurslarına daxil olarkən 13% daha çox reklama diqqət ayırırlar. İstifadəçilər hesab edirlər ki, sevimli saytda düzgün məlumatı əldə etmək imkanı digər saytlara nisbətən üç dəfə çoxdur. Bu barədə Lenta yazır.


Bu dünya üzrə aparılan tədqiqatdır. Yəqinki Azərbaycan internet istifadəçilərinə aid deyil. Ümumiyyətlə dünya üzərindəkilərə də şübhə ilə yanaşmaq olar. Ancaq Azərbaycan üçün hesab edirəmki bu ən az 2 yarım sayt olar. Çünki e-mail hesabı + sevimli sayt. Hər halda Azərbaycan üçün çox məlumat alına biləcək bir saytda keyfiyyətli e-mail xidməti yoxdur.
Reklamlara klikləmə faizi oxuyucular üçün necə görsənir bilmirəm, ancaq olduqca yüksək göstəricidir. Bu sayta kənar keçidlər almaqdansa, özünə məxsus bir kütlə yaratmağın vacibliyini göstərir...