Oxatan.com > > BarCampda - hallar

BarCampda - hallar


Sentyabr 03. Ðàçìåñòèë: Shaig M
Barcamp`ın bir xeyli müsbət cəhətləri olduğu qədər, mənfi cəhətləri də yadda qaldı. İrili xırdalı mənfilikləri yadımda qaldığı qədəri ilə bu yazıda qeyd eliyəcəm. Ola bilsinki tam əhatə etməyəm və ya bəzi mənfiliklərlə mən heç qarşılaşmayam. Odurki əlavə etmək istədiklərinizi şərhlərdə qeyd edərsiniz. Əslində elə qüsurlarla rastlaşdıqda Rəşad Əliyev`ə də yerindəcə narazılığımı bildirirdim tədbir zamanı. Geniş kütlə ilə`də burada bölüşürəm fikirlərimi.
Əvvəlcədən qeyd edimki bütün mənfiliklərə bamxayaraq, ilk belə böyük tədbir üçün həqiqətən diqqətə layiq iş oldu. Təşkilatçılar xeyli əziyyət çəkdi. İndiki sadalanan qüsurlarda gələn dəfə aradan qalxar inşa Allah. Fikrimcə bütün çatışmamazlıqlar təcrübəsizlikdən irəli gəlirdi.
İlk olaraq ən xırdadan başlayım deyirəm. Bizim Oxatan`da da yerləşdirdiyimiz Barcamp`ın reklam bannerindən. Əslində yaxşı düşünülmüşdü ki, Barcampın vaxtına qədər geri sayım olsun bannerdə. Ancaq açılış günü çatdı, bannerdə isə geri sayım mənfi ( - ) `ə doğru gedirdi. "Barkampa -1 gün qaldı" kimi. Rəşad bunu problemi sadəcə ayın 31 həll etməyə vaxt tapa bildi. Fikrimcə əvvəlcədən nəzarət eləyib, nəzərə almaq lazım idi.
Təşkilatçılıq işlərində də axsaqlıqlar var idi. Biz Lənkərana çatanda təqribən günorta saat 15.00 olardı. Barcamp`ın təşkilatçıları tərəfindən təşkil olunmuş ümumi nahar yeməyinə çata bilməmişdik. Sonradan öyrəndiyimə görə tək bizim yol yoldaşları yox, bir çox başqa Barcampçı da nahara çatmayıblar. Qeydiyyatdan sonra öyrəndik ki, Lənkəranda gəzinti planı var imiş. Kirayələnmiş 2 avtobusdan birində naharda iştirak edənlər, digərində isə ac olanlar minməli idilərki yolda naharda etsinlər. Ancaq sonradan aydın olduki  təşkilatçılar bizi ac gəzdirmək fikrindədirlər. Bir az lağlağı, bir az yumor ilə "yola verərək" kişi kimi sözlərinin üstündə durdular və nahar fasiləmiz olmadı. Şükürki arada axşam yeməyini sifariş vermək üçün bir restoranın yanında dayananda biz ayaqüstü bir şey aldıq. Yoxsa əksəriyyət Barcampçı kimi , gördüyümüz şəlalədən, çaydan, gözəl təbiətdən heç zövq ala bilməyəcəkdik. Narazıçılıq edib İlaq Mirzə ilə mübahisə edənlər də oldu. Hətta gəzintinin əvvəlində iştirakçılardan bəziləri , "Gürcüstandakı təşkilatçılığı bəynəmirdilər, deyirdilər göz biz neynəyəcəyik. Budur elədikləri ?! " deyib narazılıqlarını bildirirdilər. Təəssüfki mən Gürcüstandakı Barcamp`da iştirak edə bilməmişdim. Ona görə müqayisə apara bilməyəcəm.  Ancaq hər halda nəzərə alınmalı idi. Bilirdilərki günortadan sonra gələnlər də olacaq. İki əlavə proqram təşkil elərdilər. Bir qrupa başqa proqram, digərinə başqa. Ümumiyyətlə də belə axsaqlıq olmazdı. Gəzintidən sonra qayıtdıq, dadar - doymaz şam eləyib açıq havada olacaq "Opening party"ə bizi çatdırmağa çalışırdılar. Ancaq bu party sözün həqiqi mənasında lazımsız və yersiz idi. Bu party`ni bağlanış mərasimi olaraq etsəydilər daha məqsədəuyğun olardı. Yoxsa səhər tezdən 7.00`da evdən çıxan birisi üçün  belə party heç əyləncəli olmazdı. 6 saat şəhərlərarası yoldan, ac keçən nahardan, çayda - dərədə gəzib yorğun olandan sonra belə party maraqsız və lazımsız olardıki elədə oldu. Ancaq parkda olan yerli uşaqlar ( sözün həqiqi mənasında uşaq 5-10 yaş arası ) əyləndilər. Çünki çoxlu şar var idi. Əksər Barcampçı heç party`ə gəlməmişdilər. Party`də olanlar isə mənim kimi qalacaq yer problemini hələ də həll edə bilməyənlər idi. Kim ki qalacaq yerini tapırdı, çıxıb gedirdi evə. Bu da çox normal idi. Yorğunluqda heç kimin yadına oynamaq düşmürdü.
Digər mənfi hal zallarla bağlı idi. 3 zal olaraq nəzərdə tutulmuşdu. Ancaq zalın biri koridorda olduğundan, burada təqdimat keçirən hər kəs gərək yüksək enerji sərf eləyə, səssizliyi təmin eləyə, həmdə çox ucadan danışa. Əlbəttə bunda təşkilatçıların günahı yox idi. Ancaq çatışmayan cəhət idi. Təqdimat keçirilən zallardan yalnız biri əla vəziyyətdə idi. İkinci mərtəbədə olan zal. Birdə bütün təqdimatlarda iştirak etmək qismət olmurdu. Əsasən təqdimatlar üst-üstə düşdüyündən ya digər zallarda olan çıxışları dinləmirdim, yada hər ikisinə yarımçıq qulaq asmağa məcbur olurdum.
İndi isə gələk əhatəsinə görə ən böyük səhvliyə. Bunu şəkil ilə göstərirəm. İştirakçılardan kimdə də Barcampın dəftərçəsi varsa üstünə baxıb görə bilərlər.

Barcampdan kadrlar

Bu nəyə görə ən böyük səhv idi ? Çünki Barcamp Hərəkatına rəsmi dəstək verənlərdən biri Azərbaycan İnternet Forumu idi. Buna görə Bütün plakatlarda, reklam lövhəciklərində adı qeyd olunmuşdu. Üstəlikdə düzgün qeyd olunmamışdı. Çətin yazılan, ya "ismarıc(ş)(ç)" sözü kimi mübahisəli sözdə də deyildi. Yaşadığımız ölkənin adı Azə rbaycan sözündə, "R" hərfini yazmamışdılar. Düzdü bütün təqdimatlarda demək olarkı hərf səhvləri tapmaq olardı. Ancaq təqdimatlarda olanları bir kənara qoymaq gərək. Əsas bütün Lənkəran şəhərinin gördüyü plakatlarda olan yazılara fikir vermək lazım idi. Yenə forumu sözündə iki m hərfini keçmək olar amma Azərbaycan sözünü səhv yazılmasını yox. Qeyd edimki bu plakat şəhərdə parkda da asılmışdı və hər kəsin oxumaq imkanı var idi.
Bir də Barcamp`ın sosial şəbəkəsində oxuduğuma görə gecə 00.00 Lənkərandan çıxanların Avtobusu çox narahat olub. Ancaq mənim qayıtdığım avtobus olduqca rahat idi.
Sonda isə qeyd edim ki, yuxarıda sadaladığım mənfi hallar heçdə Barcamp`ın ümumi ab-havasına kölgə salmadı. Tədbir 75% faiz uğurlu alındı. Azərbaycanda təşkil olunmuş ilk belə böyük tədbir oldu. Çox - çox şad oldum ki, məndə iştirakçılar arasında idim. Gözəl tanışlıqlarım oldu, maraqlı vaxt keçirdim, çoxlu yeni məlumatlar, biliklər öyrəndim. Yeni əlaqələr yarandı. İnşa Allah gələn Barcampda indi təcrübəsizlikdən dolayı baş verən əksikliklər aradan qalxar və 100%`lik Barcamp`ın iştirakçısı olarıq.
Rəşad Əliyev`ə Barcamp vaxtı da demişdimki blogda müsbət fikirlərimlə yanaşı mənfilikləri qeyd edəcəm. Ümidvaramkı çox sərt mövqedən yazmadım. Tədbirin müsbətliklərinin hamsını yazsam isə indikindən 3 qat bəlkədə 4 qat artıq yazı olar.
Yazıdakı sərtlik isə "əl (klaviatura)" alışqanlığı idi.