Oxatan.com » Xəbərlərin siyahısı 03.09.2008

Sentyabr 03

Ustune dinqildat.

Google yenidən bütün texnalogiya dünyasının gündəmindədir. Google`un internet səyyahı Chrome bu gün rəsmi olaraq istifadəyə verildi. Bununla da Microsoft və Google arasında olan rəqabətdə yeni bir səhifə açıldı deyərdim. Bu xəbər bütün internet istifadəçiləri tərəfindən maraqla qarşılandı. Hətta rəqibi Microsoft belə səyyahı ilk sınaqdan çıxaranlar arasındadır yəqinki. Google`un rəsmi blogunda Google-un vitse-prezidenti Sundar Pinçay xəbər verib ki, brauzer əvvəl Windows-la işləyəcək, gələcəkdə isə Linux və Mac OS versiyaları ilə də işləyəcəyi planlaşdırılır. Chrome-da yad proqramlar - WebKit Apple və Firefox-un elementləri, eləcə də Google-un xüsusi işləmələri istifadə olunacaq.
Səyyahın ən üstün cəhəti çox sürətli olmasıdır. Hətta Firefox`dan belə sürətlidir. Düzdür səyyah haqqında indi elə də çox söz deyə bilmərəm. Mənfi bir söz demək yersiz olardı, çünki Google`un məhsuludur. Müsbət söz isə ancaq sürəti barədə demək olar. Digər funksiyaları ilə elə də seçilmir. Hətta RSS`i olmamağı təəccübləndirdi də deyərdim. Ancaq kifayət qədər rahat səyyahdır deyərdim. İndi sevimli səyyahım Firefoxu tərk edib əlbəttə Chrome`ə keçmərəm. Çünki bunun üçün kifayət qədər üstünlükləri yoxdur. Amma gələcək versiyaları ola bilsin fikrimi dəyişdi. Bəlkədə 6 ay və ya 1 il sonra Google Chrome`yi ən az Firefox qədər sevərəm.

Tags:

Sentyabr 03

Ustune dinqildat.

Barcamp`ın bir xeyli müsbət cəhətləri olduğu qədər, mənfi cəhətləri də yadda qaldı. İrili xırdalı mənfilikləri yadımda qaldığı qədəri ilə bu yazıda qeyd eliyəcəm. Ola bilsinki tam əhatə etməyəm və ya bəzi mənfiliklərlə mən heç qarşılaşmayam. Odurki əlavə etmək istədiklərinizi şərhlərdə qeyd edərsiniz. Əslində elə qüsurlarla rastlaşdıqda Rəşad Əliyev`ə də yerindəcə narazılığımı bildirirdim tədbir zamanı. Geniş kütlə ilə`də burada bölüşürəm fikirlərimi. Yazının bir qədər geniş olacağını düşündüyüm üçün hamsını əsas səhifədə yerləşdirmədim. Ətraflı oxumalı olacaqsınız.

Tags: