Oxatan.com » Xəbərlərin siyahısı 11.08.2008

Avqust 11

Ustune dinqildat.

Bildiyimiz kimi, Gürcüstanda gedən müharibə internetə də təsirsiz ötüşməyibdi. Gürcüstanın bəzi güc strukturlarının internet saytlarına o cümlədən aparıcı xəbər saytlarına daxil olmaq olmur. Buna səbəb Rusların Gürcüstana hərbi müharibəsi ilə yanaşı elektron müharibə də aparmasıdır. Hətta Azərbaycanın ən böyük xəbər saytı olan day.az`a da hücumlar olur. Səbəb isə day.az`da Gürcüstandan olan xüsusi xəbərlər kateqoriyasında mütəmadi olaraq Rusların hücumu barədə xəbərlər verilməsidir. Buna görə də day.az`a Rusiya hacker`ləri tərəfindən DDOS hücumları olur. Bu isə saytın fəaliyyətini yavaşladır. Elə mən bu sətirləri yazanda da day.az`a daxil olduqda, keçidlərə sıxanda gah səhifəyə daxil olmaq mümkün olurdu, gah olmurdu.
Bundan başqa oxuduğum blogda başqa bir məlumatlada qarşılaşdımki hücumlara məruz qalan sayt təkcə day.az deyilmiş.

Novosti.az

Newsazerbaijan.ru


Bu iki rus dilli xəbər saytlarında da daxil olmaqda problemlər yaşanır. Adı çəkilən ilk sayta tamamilə daxil olmaq mümkün deyil. İkinciyə daxil olduqda isə "Welcome to nginx!" yazısı ilə qarşılaşdım.

P.S. Hesab edirəmki bütün bu baş verənlərdən belə nəticə çıxarmaq olarki, Azrəbaycanla Ermənistan arasında ola biləcək müharibə zamanıda bütün bunlar təkrarlana bilər. Həm siyasi həm də elektron müharibə. Elə məhz bu halda Rusiya da yenə müharibəyə qarışar.


Tags:

Avqust 11

Ustune dinqildat.

Avqust ayının 10`u ( yəni dünən ) Azərbaycan internetinin ən tanınmış mail servisi olan ( eyni zamanda mənimdə Aznedə çox hörmət etdiyim saytlardan biri ) box.az`ın 8 yaşı tamam oldu. 2000-ci ildən fəaliyyətə başlan servis təbii ki indi başlanğıcdan daha yüksək səviyyədə xidmət göstərir. Box.az`ı yaş günləri münasibəti ilə təbrik edirəm. İnşa Allah uzun ömürlü sayt olar.
Saytın yaş gününü qeyd eləmək məqsədi ilə dünən aralarında AİF`in rəhbəri Osman Gündüzündə olduğu yığıncaq təşkil olunmuşdu. Yığıncaqda əsasən Azərbaycan internetində fəal iştirak edən gənclər dəvət almışdılar. Yığıncaqda əlbəttə söhbətin əsas mövzusu box.az barədə idi: saytın yaranması və statistik məlumatları, gələcək planları. Öyrəndiyimə görə saytın sosial yönümü istiqamətində inkişaf elətdiriləcək. Əslində eşitmişdimki Azərbaycanda olan bütün məktəblərin siyahısı saytda var. Ancaq mən profayl`dakı təhsil bölməsinə daxil olanda siyahı ilə deyildi. Hər halda gələcək planlara daxildir. İnşa Allah inkişafa birlikdə şahid olarıq
Bundan başqa ümumi internet haqqında söhbətlər də oldu. Gürcüstandakı saytların bir çoxuna daxil olmaqda çətinliklərlə üzləşildiyi və belə bir təhlükənin Azərbaycanda da olduğu barədə. Toplantıda başqa bir İKT haqqında xəbərlər dərc olunan saytın yenicə fəaliyyətə başladığı xəbərini aldım. Hətta belə bir təşəbbüs də irəli sürüldü ki, yeni internet mükafatı təsis edilsin. Fikrimcə Netty`dən cana gələnlərin ürəyincə olar bu xəbər. Əgər bütün işlər qaydasında getsə 2008`in sonuna kimi yeni internet mükafatları təsis edilə bilər.
Ancaq bütün bu intellektual söhbətlərdən, intellektual biznes haqqında mülahizələrdən sonra söhbət döndü - dolaşdı və belə bir nəticə meydana çıxdı ki, bir kamaz alıb onu inşaat sektorunda işləyən bir şirkətə kirayə vermək daha gəlirli sahədir =). Əlbəttə bu Azərbaycan reallığı üçün səciyyəvi olan bir cəhətdir. Ümidvaramki bu gülünc vəziyyət tezliklə düzələr.

Sonda isə bir daha box.az`ı təbrik edirəm. Bol - bol uğurlar arzu edirəm. Təşəkkür edirəmki məni də toplantıya dəvət etmişdilər.

Ad günün mübarək Box.az!!

Tags: